SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

Ümumi müddəalar

Jurnal müəlliflər və yaradıcı kollektivlər tərəfindən, əvvəllər heç bir yerdə nəşr edilməyən, aşağıdakı istiqamətlər üzrə məqalələri qəbul edir:

  • Faydalı qazıntı yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı
  • Neft və qaz yataqların işlənməsi
  • Quyuların qazılması
  • Neft və qazın hasilatı
  • Neft və qazın nəqli və saxlanılması
  • Neftin və qazın emalı. Neftkimya
  • Neft-qazmədən qurğuları (o cümlədən, dəniz hidrotexniki qurğuları, korroziyadan mühafizə və s.)
  • Neft və qaz sənayesinin iqtisadiyyatı
  • Neftqaz kompleksində ətraf mühitin mühafizəsi
  • Neft və qaz sənayesi üçün tədbiqi əhəmiyyəti olan fundamental elmi tətqiqatlar.

Məqalələr elektron poçtla aşağıdakı ünvana göndərilməlidirlər: – ofelya.zeynalova@socar.az (təqdim olunan məqalələrin formatı 3 bənddə açıqlanıq)

 

Məqalələrin dili

Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul olunur.

Qeyri latın şriftlərindən istifadə edən Yapon, Çin və digər ölkələr istisna olaraq (bu halda ingilis transkripsiyası verilir), müəllif heyyətinin tərkibinə daxil olan xarici alimlərin adı, soyadı və təşkilatın ünvanı orijinal dildə verilməlidir.

 

Məqalələrin tərtibatı

  •  Məqalənin mətni

Məqalənin mətni Microsoft Word for Windows formatında, Şrift - Times New Roman;  sэtirlər arası interval - 1; şriftin ölçüsü – 12; səhifə A4 formatda tərtib olunmalıdır.

Birinci səhifədə, yuxarı sağ küncündə müəllifin adı, soyadı, atasının adı, iş və ev telefonu,  həmçinin elektron poçtu çap olunmalıdır. Aşağıda soldan məqalənin adı, müəllifin adı, soy adı, təşkilatın tam adı, ardınca qısa annotasiya  (referat) və əsas sözlər çap olunmalıdır. Məqalənin adının yazılışında abbreviaturaların istifadə olunması tövsiyyə olunmur. Məqalənin əsas mətni 2-ci səhifədən başlamalıdır. Məqalənin müxtəlif bölmələrini yarımbaşlıqlarla qeyd olunması tövsiyyə olunur (əgər bölmələr istifadə olunursa). Birləşmələrdə kimyəvi əlaqələr lazımı yerdə səlis və dəqiq işarələnməlidirlər. Bütün fiziki kəmiyyətlərinin ölçüləri Sİ vahid sistemində göstərilməlidir.

Sıralanmış düsturlar mütləq yeni xəttən (abzasdan) yazılır. Sıralanma bütün məqalə üzrə ardıcıl və yalnız müraciət olunmuş düsturlara aid olmalıdır. Məqalədə qarışıq (rus və latın) indekslərdən istifadə olunmamalıdır.

  •  Cədvəllər

Cədvəllər (əgər bir neçə cədvəldirsə) ardıcıl sıralanmalıdır, cədvəldə olan qrafaların başlıqları olmalıdır və xətlərlə bir-birindən ayrılmalıdır. Cədvəllərdə qısaldılmış sözlərə yol verilmir.

  •  Cizgilər

Cizgilər (18x24 sm) ölçüdən böyük olmayaraq dəqiq və səliqəli yerinə yetrilməlidir. Cizgilər məqalənin mətninə daxil edilməlidir. Cizgilərdə minimal söz və rəqəmli şərti işarələr omalıdır. Bütün izahatlar şəkilaltı yazıda göstərilməlidir. Şəkil altı yazılarda qeyri-hərfi və qeyri rəqəmlərin yazılmasına yol verilmir. Məs.: dairələr, üçbucaqlar və.s. (təqdim olunan cizgilərin formatı 3.5 bəndində qeyd olunub).

  •  Şəkillər

Şəkillər 6x9 sm ölçüdə olmalıdır və məqalənin mətninə daxil edilməlidir. Grafiklar, diagramlar Microsift Excel-də yerinə yetirilməlidir. Qrafiki faylları yerinə yetirəndə aşağıdakı tövsiyyələrə riayət etməyinizi Sizdən xahiş edirik:

  • Rastr tipli şəkillər üçün JPQ, TİF (300 dpi, 256 boz rəngli) formatlarından istifadə edilməlidir;
  • Vektor tipli şəkillər üçün CorelDraw, Adobe Photoshop formatlarında təqdim edilməlidirlər;
  • Fotolar üçün JPG, TİF (300 dpi) formatlarından istifadə olunmalıdır.

Cizgi və şəkillərin elektron şəkildə və ayrı papkada təqdim edilməsi mütləqdir.

  •  Ədəbiyyat

Sitat gətirilmiş ədəbiyyatın siayhısı ayrı vərəqdə çap olunmalıdır. 

Bütün istinadlar orjinal dildə verilməli və sıralanmalıdır. Qeyri latın şriftləri istifadə edən Yapon, Çin və digər dillərdə olan adlar ingilis transkripsiyası ilə yazılmalıdırlar. Rus və azərbaycan dillərinə tərcümə olunmuş kitablara istinad orjinal nəşlərə istinad ilə müşayiət  olunmalıdır. Kitabın vərəqlərinin ümumi sayı göstərilmir.

İstinadlarıın nömrəsi mətnin sətrində kvadrat mötərizədə verilməlidir. Nömrələnmə tam ardıcıllıqla aparılmalıdır.

Aşağıda biblioqrafik yazıların nümunələri göstərilir.

Kitablar

А.Х.Мирзаджанзаде, А.Х.Шахвердиев. Динамические процессы в нефтегазодобыче. Системный анализ, диагноз, прогноз. М.: Наука, 1997.

De  Genntc P.G. The Physics of Liquid Crystals. London: Cambridge Univ. Press, 1974

Jurnallar

Б.А.Сулейманов, Ф.Б.Нагиев. Особенности фильтрации неньютоновских систем в неоднородных пористых средах //Нефтяное хозяйство. – 1995. - №7. – C.47-49

Shahab Gerami, Mehran Pooladi-Darvish. An Early-Time Model for Drawdown Testing of a Hydrate-Capped Gas Reservoir //SPE Reservoir Evaluation & Engineering. -2009. -V.12. -№4. -Р.595

Ак.А.Али-заде, Э.Г.Алиева. Стратиграфическая архитектура плейстоцен голоценового коплекса Каспийского Региона //Труды Института геологии НАН Азербайджана.  -Баку. -№31. -2004. -С.64-76

Dissertasiyalar

Б.Г.Каландаров. Полиметаллические рудные формации Малого Кавказа. Диссерация на соискание ученой степени доктора геолого – минералогических наук. Баку.: НАН. Азербайджана. Институт Геологии. 2010.

Müəlliflik şəhadətnaməsi və patentlər

Э.М. Сулейманов.  Буферная жидкость //А.с. СССР № 1352040, 1987

Mohamed Zerhboub. Product and process for acid devirsiоn in the treatment of subterranean formations //U.S. Patent №5203413. 1993

 Б.А.Сулейманов, А.Х.Шахвердиев и др. Способ разработки нефтяной залежи //Патент РФ №2178067, 2002

Konfranslar, simpoziumlar, müşavirələr

У.Ш.Мехтиев, Ф.М.Рзаева. Опыт применения современных методов увеличния нефтеотдачи пластов на местрождениях суши Азербайджана //Труды 12-го Европейского симпозиума «Повышение нефтеотдачи пластов». Казань: 2003. С. 431 – 437

E.G.Aliyeva. Model of HC generation and accumulation applied to prospects of Caspian deep water part //65th EAGE Conference and Exhibition. Stavanger. Norway. -2003. P.4

 

Xarici soyadları mətndə azərbaycan (rus) dilində, istifadə olunan ədəbiyyat siyahısında orijinal transkripsiyada verilməlidirlər

 

  •  Təşəkkürlər

İşin yerinə yetirilməsində kömək və maddi yardımlara görə təşəkkürlər məqalənin sonunda verilir.

 

Məqalələrin təqdimatı

Məqalələr aşağıdakı ünvana göndərilməlidir: Azərbaycan Respublikası AZ 1012, Bakı, Zərdabi 88 A, “Neftqazelmitədqiqatlayihə” İnstitutu “Elmi Əsərlər” jurnalı redaksiyası. Tel: (99412) 4338960. elektron ünvan: ofelya.zeynalova@socar.az

Müəssisədə yerinə yetirilən işlərin nəticələrini əhatə edən məqalələr müəssisə rəhbərliyi tərəfindən imzalanmış məktub ilə müşayiət olunmalıdır.

Məqalənin əlyazması da yuxarıda qeyd olunan ünvana təqdim olunur və elektron variantla eyni olmalıdır. Məqalənin əlyazmasında bütün müəlliflərin imzası olmalıdır. Ayrı vərəqdə müəlliflər haqqında  məlumat təqdim olunmalıdır: adı, soyadı, atasının adı, işlədiyi yer, xidməti ünvan, telefon, elektron ünvan.

Düzəlişlərlə əlaqədar müəllifə göndərilmiş məqalə yeni variantda redaksiyaya 2 həftə ərzində qaytarılmalıdır. Bu müddətdən artıq vaxt keçərsə məqalə yenidən redaksiyaya qəbul olunmuş hesab olunacaq.

Məqalənin elektron versiyasının tərkibinə aşağıdakı fayllar daxil olunmalıdır: 1) məqalənin mətnindən, cədvəllərdən, ədəbiyyat siyahısından, şəkilaltı yazılardar ibarət fayl, 2) bütün illüstrasiyaların  ayrıca faylları.