SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" (Elmi Əsərlər) jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

"Neftqazelmitədqiqatlayihə" İnstitutu 2009-cu ildə, ARDNŞ-nin iki institutunun – "Elmi-Tədqiqatlar" (əvvəllər AzərETNÇİ, AzərETNQİ, AzərNSDETLİ) və "Neftqazlayihə" (əvvəllər "Dənizneftqazlayihə" DETLİ) - birləşməsi nəticəsində yaradılmışdır. Bir neçə illər ərzində hər bir institut – 1930-cu ildən başlayaraq "Elmi-Tədqiqatlar" İnstitutu, 1970-ci ildən başlayaraq isə "Neftqazlayihə" İnstitutu – öz jurnallarını nəşr etmişdir. Uzun illər ərzində hər bir jurnal geologiya, geofizika, yataqların işlənilməsi, quyuların qazılmasının texnikası və texnologiyası, neft və qazın hasilatı, hazırlanması və nəqli, ətraf mühitin qorunması və s. sahələri üzrə keyfiyyətli, dəqiq, elmi cəhətdən əsaslandırılmış məlumatlar mənbəyi olmuşdur.

Jurnal 2004-cü ildən Azərbayçan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən dissertasiyaların əsas nəticələrinin dərc edilməsi ücün tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir

Jurnal müəlliflər və yaradıcı kollektivlər tərəfindən, əvvəllər heç bir yerdə nəşr edilməyən, aşağıdakı istiqamətlər üzrə məqalələri qəbul edir:

  • Faydalı qazıntı yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı
  • Neft və qaz yataqların işlənməsi
  • Quyuların qazılması
  • Neft və qazın hasilatı
  • Neft və qazın nəqli və saxlanılması
  • Neftin və qazın emalı. Neftkimya
  • Neft-qazmədən qurğuları (o cümlədən, dəniz hidrotexniki qurğuları, korroziyadan mühafizə və s.)
  • Neft və qaz sənayesinin iqtisadiyyatı
  • Neftqaz kompleksində ətraf mühitin mühafizəsi
  • Neft və qaz sənayesi üçün tədbiqi əhəmiyyəti olan fundamental elmi tətqiqatlar.

Məqalələr üc dildə nəşr edilir: azərbaycan, rus və ingilis.

Müəllif (həmmüəllif) və nəşriyyat arasında qarşılıqlı prosedurları sadələşdirmək məqsədilə Sizə Müəlliflər ücün qaydalarla tanış olmağı təklif edirik.

Məqaləni redaksiyaya aşağıdakı ünvanda göndərmək lazımdır:

Azərbaycan Respublikası, Az1012 Bakı, Zərdabi pr. 88A. "Neftqazelmitədqiqatlayihə" İnstitutu. "SOCAR Proceedings" jurnalının redaksiyası

Redaksiyanın telefonu – (994 12) 521 15 32, elektron ünvan – ofelya.zeynalova@socar.az

_________________________________________________________________________________________________________

Jurnal redaksiyası:

Baş redaktor
F.S.İsmayılov

İcraedici redaktor
O.Ə.Zeynalova

Nəşrə məsul redaktor
G.M.Gözəlov

Veb-redaktor
E.N.Əmirov

Dizayn/Qrafika
T.M.Həsənov,
R.С.Urucov