SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Ə.M.Salmanov, X.M.Yusifov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Azərbaycanın Mezozoy çöküntülərinin neftqazlılığının əsas kriteriyaları


Azərbaycanın depressiya zonalarında geniş yayılmış Mezozoy çöküntüləri neftqazlılıq perspektivliyi baxımından böyük praktiki əhəmiyyət kəsb edirlər və axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərindən biri sayılırlar. Pespublikanın Mezozoy çöküntülərinin neft-qazlılığının potensial imkanlarını aydınlaşdırmaq üçün onların geoloji-geokimyəvi toplanma şəraitlərinin kompleks təhlili aparılmışdır. Müəyyən olunub ki, bu hövzələr uzunmüddətli və mütəmadi çökməyə məruz qalmış və böyük qalınlıqda çöküntülərin toplanması üçün əlverişli geoloji-güokimyəvi şəraitlərə malik olmuşlar. Mezozoy kəsilişində yaxşı kollektor xassələri ilə fərqlənən qumlu-alevritli və karbonatlı rezervuarlar və onların üzərini örtən davamlı süxur örtüklərinə malik ən perspektivli strukturlar və çöküntü kompleksləri ayrılır.


DOI: 10.5510/OGP20120200108

E-mail: khamis.yusifov@socar.az


İ.H.Dadaşov, İ.Ç.Abbasov, S.Ə.Məlikova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Anomal aşağı lay təzyiqləri şəraitində qazma işlərinin effektivliyinin artırılması yolları


Məqalə depressiya altında quyuların qazılması texnologiyasının Azərbaycanda tətbiq edilmə imkanına həsr edilmişdir. Artıq məlum olduğu kimi ALT şəraitdə ənənəvi qazma üsulu qənaətbəxş deyildir. Belə ki, məhsuldar qatların açılması kifayət qədər keyfiyyətli hesab olunmur. Azərbaycanda neftçıxarma sahəsinə olan tələblərə cavab verən mənfi diferensial təzyiqlə quyuların qazılmasını təhlükəsiz və effektiv yerinə yetirilməsi üçün müvafiq texnikitexnoloji qərarların qəbul olunması tələb olunur


DOI: 10.5510/OGP20120200109

E-mail: ilham.dadashov@socar.az


B.Ə.Süleymanov, F.S.İsmayılov, O.A.Dıshin, N.İ.Huseynova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Neft yatağının işlənməsinin multifraktal təhlili


Məqalədə neft yataqlarının işlənməsi prosesinə nəzarət və idarə qərarlarının qəbul edilməsi məqsədi ilə lay sisteminin cari vəziyyətinin diaqnostikasında multifraktal yanaşma əsasında qurulan üsuldan istifadə olunmasını təklif edilir.Multifraktal fluktuasiya üsulu çərçivəsində, mədən məlumatlarından ibarət olan zaman sıraları üçün ümumiləşdirilmiş fraktal ölçüləri hesablanıb və onların dinamikasının riyazı analizi aparılmışdır. Alınan nəticələrin əsasında yatağın işlənməsinin müxtəlif mərhələlərində məqsədyönlü düzəlişlərin həyata keçməsi üçün ən effektiv təsir üsullarını seçmək mümkün olur.


DOI: 10.5510/OGP20120200110

E-mail: Baghir.Suleymanov@socar.az


H.Q.Huseynov ("Azneft" İB)

MEN ilə istismar olunan quyular üçün tutucu alətlərin prinsipial konstruktiv sxemlərinin işlənməsi


MEN-nın yeraltı avadanlıqlarında baş verən qəzaların aradan qaldırılması ücün mərkəzdənqaçma elektrik nasosları ilə istismar olunan quyularda quraşdırılmış tutucu alətlərin əsas konstruktiv sxemi işlənib hazırlanmışdır. Təqdim edilən sxemlər MEN–ı ilə istismar olunan quyularda təmir işlərinin daha asan aparılmasına imkan verir və təmirdən sonra onların istismara verilməsini tezləşdirir.


DOI: 10.5510/OGP20120200111

E-mail: hacibaba.huseynov@socar.az


Q.D.Tuleşeva ("QazNİPİMunayQaz" SC)

"Jetıbay" yatağında neft hasilatının intensivləşdirilməsi üzrə tədbirlərin təsirlilik analizi


Bir çox yataqlar hasil edilən məhsulun son dərəcə ehtiyat qıtlığı və sulaşması ilə xarakterizə edilir. Qərbi Qazaxstanın əksər yataqlarının (30-dan çox) məhsulu yüksək parafinli və özlü neftdir. Bu yataqlara nefti parafinlə (26%-ə qədər), qətran və asfaltenlə (20%-ə qədər) son dərəcə doymuş və tərkibində korroziyaya qarşı aktiv qazlar (H2S, CO2) olan "Uzen", "Jetıbay", "Karamandibas" yataqları aiddir. Bununla əlaqədar hazırkı işlə bağlı "Jetıbay" yatağında neft hasilatının intensivləşdirilməsi üzrə tədbirlərin təsirlilik analizi göstərilmişdir. Mədən materialının analizi aparılmış və tətbiq edilən texnologiyaların növləri üzrə işlərin həcmi müəyyən edilmişdir. Neft hasilatının intensivləşdirilməsi üzrə tətbiq edilən texnologiyaların effektivliyi bir neçə istiqamətdə: neftin debitinin artımına, məhsuldarlığın xüsusi əmsalının artımına və cəlb edilmiş ehtiyatlara görə müəyyən edilmişdir. Vurucu quyular üzrə təsirlilik ətraf hasilat quyularında neftin debitinin artımına görə qiymətləndirilmişdir. Nəticədə, laya və quyudibi zonaya təsir yolu ilə quyuların məhsuldarlığının artırılması üzrə tədbirlərin yekunları göstərilmişdir.


DOI: 10.5510/OGP20120200112

E-mail: Tulesheva_G@kaznipi.kz


Z.C.Quliyev (ARDNŞ-nin Neft Kəmərləri İdarəsi)

Neftin boru kəməri ilə nəqli zamanı itkilərin müəyyən edilməsi


Nəzəri tədqiqatlar əsasında neftin boru kəməri ilə nəqli zamanı çöküntülərin miqdarı müəyyən edilmişdir. Qeyd edilir ki, neft kəmərinin məhsuldarlığı artdıqca çökmələrin sürəti də artır, həm də neft kəmərinin ən aşağı məhsuldarlığında (Q = 30 m3/q) 150 gündən sonra çöküntülər demək olar ki, az nəzərə çarpır. Çöküntülərin sıxlığı artdıqca sürət də artır. Alınmış analitik düstura əsasən Dübəndi-Böyükşor, Daşgil-Puta neft kəməri misalında miqdarca hesablanma aparılmış və müəyyən edilmişdir ki, müxtəlif çöküntü kütlələri, neftin vurulması zamanı müxtəlif məhsuldarlığın alınması vaxtından asılıdır. Müəyyən edilmişdir ki, başlanğıc dövrdə qumun və kükürdün parafin-asfalt-qətran birləşmələrinin çökməsi sürətlə baş verir, sonra isə bu yavaşıyır.


DOI: 10.5510/OGP20120200113

E-mail: ardns_nki@azdata.net


L.J.Klinkenberq ( Shell Development Co.)

Məsaməli mühitlərin maye və qaz keçiriciliyi


Məsaməli mühitlərin keçiricililiyinin təyin edilməsi üçün standart prosedur API Code No.27 (ilk buraxılış oktyabr 1935) aşağıdakı fundamental fərziyyəyə əsaslanır ki. Nə qədər ki axının sürəti təzyiq qradientinə proporsionaldır, məsaməli mühitin keçiriciliyi mühitin xassəsidir və müəyyən olunmaq üçün istifadə edilən flüiddin təbiətindən asılı deyil. Bunun əksər mayelər üçün doğru olmasına baxmayaraq, müəyyən edilmişdir ki, qazlar üçün keçiricilik qazın təbiətindən asılıdır və bu təxmini orta təzyiqin əks qiymətinin xətti funksiyasıdır. Bu effekt sürüşmə effektini nəzərə almaqla izah edilə bilər ki, bu da molekulların orta sərbəst hərəkəti ilə sıx bağlıdır. Sonsuzluğa yönəlmiş təzyiqə ekstrapolyasiya olunan zahiri keçiricilik, yalnız məsaməli mühitin xassəsi olan keçiriciliyi verir.


DOI: 10.5510/OGP20120200114

E-mail: 1nki@azdata.net


O.A.Dışin ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Çatlı – məsaməli həlqəvi layda mayenin qeyri-stasionar süzülmə məsələsinin gelder funksiyalarında həlli


Göstərilir ki, çatlı-məsaməli mühitdə bircins mayenin qeyri-stasionar süzülməsini təsvir edən xüsusi törəmələrdə, differensial barabərliklər sistemi Petrovskinin bərabərlik sisteminə görə parabolikdir. İki mühitin olmasını nəzərə almaqla, verilmiş sərhəd olmasını nəzərə almaqla, verilmiş sərhəd şərtlərinə görə, layın səthi ilə sərhəddə və quyu divarlarında həlqəvi formalı çatlı-məsaməli layda qeyri-stasionar süzülmənin ilkin-əlaqəli məsələsinə baxılmışdır. Hazırki məsələnin mövcudluğunun və vahidliyinin həlli şərtləri gelder funksiyaları sinfində müəyyən edilmişdir.


DOI: 10.5510/OGP20120200115

E-mail: oleg.dyshin@mail.ru