SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Q.S.Abdullayev, N.U.Muhutdinov, N.M.Akramova, X.T.Utabova

«Özbəkneftqaz» MHK «Neft və qaz yataqlarının kəşfiyyatı və geologiyası İnstitutu» ASC

Özbəkistanın neftli-qazlı hövzələrinin karbohidrogen yataqlarındakı qazlarda azotun paylanması


Özbəkistanın karbohidrogen yataqlarının sərbəst və səmt qazlarında azotun paylanmasını öyrənmək məqsədi ilə Byxara-Хivin, Fərqanə, Surxan-Dərya regionlarının yataqlarının müxtəlif stratiqrafik kompleksləri üzrə əldə edilmiş materiallar təhlil edilmişdir. Qazda azotun paylanma qanunauyğunluqlarının nəzərə alınması və onun tərkibinə təsir edən faktorlar haqqında məlumata malik olmaq qazın qatılığını proqnozlaşdırmağa və yeni sahələrin mənimsənilməsi zaman lokal obyektlərin geoloji modellərinin dəqiqliyini yüksəltməyə imkan verəcəkdir.


DOI: 10.5510/OGP20150100226

E-mail: uz@mail.ru <uz@mail.ru>


B.S.Aslanov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Saatlı-Göyçay-Muğan gömülmüş zonası neftqazlılığının formalaşmasına yeni baxış


Mövcud tektonik və geoloji xəritələrin həyata keçirilmiş müqayisəsi və analizi nəticələrinə görə, eləcə də qravimetrik xəritənin digər geofiziki metodların və qazıma nəticələri ilə kompleks interpretasiyası əsasında güman edilir ki, Mezozoy erasının sonunda baş vermiş geodinamik proseslər, Cənubi Xəzərin qərb bortunun müasir tektonikasının formalaşmasında başlıca rol oynayıblar. Əfsuslar olsun ki, geodinamik proseslərin «əksi olan» qravimetrik xəritə bu təmasda olan tektonik-geoloji xəritələrin tərtib olunmasında tamamilə nəzərə alınmayıb və hal-hazırda da davam edir. Məhz bu münasibətin aqibətində Cənubi Xəzərin qərb yamacında onlarla «boş quyular» alınmışdır.


DOI: 10.5510/OGP20150100227

E-mail: beyler@inbox.ru


L.P.Kalaçyova, A.F.Fyodorova, İ.K.İvanova, A.F.Safronov

REA Sibir bölməsi, Neft və Qaz Problemləri İnstitutu

Kuonamsk formasiyasının yanar şistlərindən müxtəlif üsullarla ayrılmış qaz fazasının tərkibinin tədqiqi


Məqalədə Kuonamsk lay dəstəsinin (Şərqi Sibir) yanar şistlərinin qazaoxşar məhsullarının termiki destruksiya və mexaniki emal ilə ayrılması və tərkibi haqqında məlumatlar təqdim edilmişdir. Müəyyən edilmişdir ki, yanar şistlərin tərkib hissələrinə termiki ayrılması onların mexaniki emalı ilə müqayisədə qaz fazasının daha çox ayrılmasına gətirib çıxarır. Hesablamalar göstərmişdir ki, termoliz qazı yanar şistlərin mexaniki emal olunmuş qazaozşar məhsulları ilə müqayisədə daha çox istiliktörətmə qabiliyyətinə malikdir.


DOI: 10.5510/OGP20150100228

E-mail: iva-izabella@yandex.ru


E.М.Аbbasov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Kompozit əsaslı təcridedici tamponaj materialın laydan yuyulma vaxtının təyin edilməsi


Nəzəri tədqiqatlar əsasında lay və kompozitin parametr və süzülmə xüsusiyyətlərindən asılı olaraq təcridedici tamponaj materialın laydan çıxarılma vaxtını təyin edən analitik düstur müəyyən edilmişdir.


DOI: 10.5510/OGP20150100229

E-mail: aelhan@mail.ru


X.İbrahimov1, F.Kazımov1, R.J.İsayev2, T.Şəfiyev1

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR
2SC «QazNİPİMunayQaz»

Hidrofoblaşdırıcı kompozisiyadan istifadə etməklə hasilat quyuları istiqamətində su axınının təcridinin eksperimental tədqiqi


İşlənmənin son mərhələsində olan neft yataqlarının əksəriyyətində quyuların məhsulu yüksək sulaşma dərəcəsi ilə xarakterizə olunur. Bu mərhələdə hasil olunan məhsulun sulaşması 70-98%- ə, sulaşmanın illik artım tempi isə 3-7%-ə çatır. Nəticədə bir çox yataqların neftverimi 30-40%-dən çox olmur. Digər tərəfdən, quyulardan neftlə birlikdə çıxarılan lay suları atmosferə və yer səthinə zərərli təsir göstərərək, ekoloji tarazlığın kəskin şəkildə pozulmasına səbəb olur.


DOI: 10.5510/OGP20150100230

E-mail: Khidir.Ibrahimov@socar.az


R.N.Bahtizin1,2, Z.H.Рavlova2

1Başqırdıstan Respublikasının Elmlər Akademiyası
2Ufa Dövlət Neft Texniki Universiteti

Magistral nasoslarının işə salınması (dayandırılması) ilə neftvurma rejiminin dəyişdirilməsi şəraitində magistral neft kəməri borularının gərginlik-deformasiya vəziyyətinin qiymətləndirilməsi.


Məqalədə magistral nasoslarının işə salınması (dayandırılması) ilə neftvurmanın məhsuldarlığının dəyişməsi zaman magistral neft kəməri borularının gərginlik-deformasiya vəziyyəti nəzərdən keçirilir. Boruların divarlarındakı daha böyük əlavə gərginliyin neft kəmərlərinin daxilindəki təzyiqin kəskin dəyişməsi parametrlərindən, boruların geometrik xarakteristikasından və metalın mexaniki xüsusiyyətlərindən analitik asılılıqları alınmışdır. Divarlarının qalınlığı bərabər və müxtəlif olan boruların birləşmələrinin, deformasiyaya qarşı böyük sərtliyə malik avadanlıqlarla boruların birləşmələrinin kəsikləri üçün analitik asılılıqlar alınmışdır. Göstərilmişdir ki, bir sıra hallarda əlavə gərginliklər boruların bütövlüyü və magistral neft kəmərinin istismarının etibarlılığı üçün təhlükə doğuracaq ölçülərə çatır. Yüksək gərginliklərin aşağı salınması üzrə tədbirlərin işlənməsinin zəruriliyi qeyd edilmişdir.


DOI: 10.5510/OGP20150100231

E-mail: baulinoa@mail.ru


N.Ə.Əzimov, A.V.Əhmədova, R.K.Kaziyeva, G.B.İbrahimova

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

«Neft Daşları» yatağının sulaşmış quyularında yeraltı avadanlıqlarının mikrobioloji korroziyadan mühafizəsi məqsədilə «Nefteqaz» seriyalı bakterisid-inhibitorun tətbiqi


«Neft Daşları» yatağında qazlift rejimində istismar olunan sulaşmış quyu məhsullarının korroziya aqressivliyinin təyin olunması üzrə tədqiqat işləri aparılmışdır. Qazlift rejimində işləyən sulaşmış quyuların məhsullarının kimyəvi və mikrobioloji analizi nəticəsində Cl-, SO42-, Fe3+ ionları, H2S kimi aqressiv komponentlərin, çoxlu miqdarda sulfatreduksiyaedici (SRB) və dəmir bakteriyalarının olması müəyyən olunmuşdur. Lay sularının Sulinə görə təsnifatına əsasən 4 halda kalsium–xloridli, qalanı əsasən natrium-hidrokorbonat tipli olması müşahidə olunmuşdur. «Neft Daşları» yatağında istismarda olan sulaşmış hasilat quyularının yeraltı neftmədən avadanlıqlarında korroziya prosesinin əsasən ümumi və pitinq korroziyası olmaqla getməsi təyin olunmuşdur. Bu isə öz növbəsində lokal dağılma və deşilmələr ilə müşayət olunur. «Neft Daşları» yatağının yeraltı quyu avadanlıqlarının qəzasız istismarı və korroziyadan mühafizəsi üçün asan və iqtisadi cəhətdən səmərəli olan bakterisid–inhibitor mühafizəsindən istifadə olunmasını daha effektiv hesab etmək olar.


DOI: 10.5510/OGP20150100232

E-mail: nizami.azimov.1955@mail.ru


M.Q.Başirov, İ.S.Mironova

Ufa Dövlət Neft Texniki Universiteti

Neft-qaz istehsalında maşın aqreqatlarının texniki vəziyyətinin və resurslarının qiymətləndirilməsi üçün inteqral meyarların işlənməsi


Neftqaz istehsalı müəssisələrində maşın aqreqatlarının sıradan çıxması iqtisadi və ekoloji cəhətdən əhəmiyyətli zərərlərlə müşayiət olunan qəza vəziyyətlərinin yaranmasına gətirib çıxara bilər. Müasir şəraitdə sahə müəssisələrində sənaye təhlükəsizliyinin təminatı məsələsi cari texniki vəziyyəti identifikasiya etməyə və maşın aqreqatlarının qalıq resursunu proqnozlaşdırmağa imkan verən inteqral meyarların istifadəsini tələb edir. Maşın aqreqatlarının texniki vəziyyətinin və istismar təhlükəsizliyinin müasir intellektual idarəetmə sisteminin yaradılması üçün onların cari texniki vəziyyətini və qalıq resurslarını inteqral qiymətləndirməyə imkan verən meyarlar lazımdır. İstismar şəraitini, istehsalatın yanğın və partlayış təhlükəsi faktorlarını, istismar müddətini, istismarın etibarlılığının təminatı üçün riskləri və xərcləri nəzərə alan inteqral meyarlarının istifadəsi ilə neft-qaz istehsalında maşın aqreqatlarının texiniki vəziyyətinin kompleks qiymətləndirilməsi məsələləri kifayət qədər tədqiq edilməmişdir. Bununla əlaqədar olaraq, neft-qaz kompleksi obyektlərində qəza vəziyyətlərinin qarşısını almağa imkan verən, maşın aqreqatlarının texniki vəziyyətinin və resurslarının qiymətləndirilməsi üçün inteqral meyarların işlənməsi aktual məsələ kimi göstərilir.


DOI: 10.5510/OGP20150100233

E-mail: eapp@yandex.ru


D.V.Kotov, O.Y.Yefimova

Ufa Dövlət Texniki Neft Universiteti

Alternativ enerji mənbələrinin retrospektiv icmalı və texniki-iqtisadi xarakteristikasının proqnozu


Məqalə ilkin enerji mənbələrinin təhlilinə və istifadəsinin genişləndirilməsi perspektivlərinə həsr olunub. Ənənəvi və alternativ enerji mənbələri nəzərdən keçirilmiş, onların istifadə istiqaməti nöqteyi-nəzərindən tipologiyası verilmişdir. Xüsusən 3 qrup seçilmişdir: ənənəvi karbohidrogen mənbələri, qeyri-ənənəvi karbohidrogen mənbələri və alternativ bərpaolunan enerji mənbələri. Müxtəlif enerji mənbələrinə olan tələbatı və onların rəqabətə davamlılığını qiymətləndirmək üçün iki göstəricinin tətbiqi əsaslandırılmışdır – enerji rentabelliliyi (EROI) və ilkin enerji mənbəyinin istifadəsinin bazar qiyməti. Hər üç qrup enerji mənbəyi üzrə XX əsrin ikinci yarısı üçün olan göstəricilərin dəyişmə dinamikasının təhlili aparılmış və XXI əsr üçün həmin göstəricilərin sonrakı dəyişikliklərinin proqnozu verilmişdir. Gələcəkdə ənənəvi karbohidrogen mənbələrinin qiymətinin artması və enerji rentabelliyinin aşağı düşməsi, qeyri-ənənəvi karbohidrogen mənbələri və alternativ bərpaolunan enerji mənbələrinin qiymətinin əhəmiyyətli dərəcədə enməsi və enerji rentabelliyinin artması proqnozlaşdırılır. Ənənəvi ilkin enerji mənbələrinin alternativ mənbələrlə əvəz edilməsi proqnozu verilir. Nəticədə külək, günəş və digər alternativ bərpaolunan enerji mənbələrinin fəal mənimsənilməsinin zəruriliyi göstərilmişdir. Qeyri-ənənəvi karbohidrogen xammal elektrik enerjisinin istehsalı üçün yanacaq və mühərrik yanacağı bazarlarında mineral sərvətlərin bir müddət də liderlik etməsinə imkan verəcəkdir, lakin uzunmüddətli perspektivdə ona ilk növbədə neftkimya üçün xammal kimi baxmaq lazımdır.


DOI: 10.5510/OGP20150100234

E-mail: oyefim@mail.ru


D.Jao1, Y.Quo1, Ç.Xiang2, C.Zanq1, Y.Li3, H.Quo1

1Çin Dağ Sənayesi və Texnologiyası Universiteti
2Dasin Neft Şirkətinin Axtarış-kəşfiyyat və Tədqiqat İnstitutu
3Lançjoy Universiteti

İql Ford hövzəsində şist qaz yatağının modelləşdirilməsi və hasilat tarixinin bərpası


Şist qaz quyularının konstruksiyasının modelləşdirilməsi zaman axın modelinin seçimi, hidravlik çatının modelləşdirilməsi və absorbsiya olunmuş qazın mövcudluğu kimi qeyri-müəyyənlikliklər vardır. Aparılan tədqiqat işinin məqsədi bu faktorların şist qazlarının hasilatına təsirini müəyyən etməkdən ibarətdir. İql Ford hövzəsindəki çoxmərhələli hidroyarılmaya məruz qalmış üfiqi quyunun modeli qurulmuş və onun əsasında qaz hasilatı tarixi bərpa edilmişdir. Müəyyən edilmişdir ki, ikiqat və çoxməsaməli modelin, ani və zamandan asılı olan sorbsiyanın seçimi şist qaz hasilatının proqnozlaşdırılmasında mühüm əhəmiyyətə malik faktorlardır. Bununla yanaşı mənfi skin-faktor və diskret çatlar qaz hasilatına əhəmiyyətli şəkildə az təsir göstərir. Eyni zamanda əldə edilmişdir ki, məhsulda sərbəst qazın payının azalması ilə hasilatın aşağı düşməsi də yüksəlir.


DOI: 10.5510/OGP20150100235

E-mail: zhaodifei2000@163.com


R.H.İsmayılov1,2,V.Z.Vanq2,3, J.H.Lii2, Ş.M.Penq2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR
2Tayvan Milli Universitetinin
3Şian Şijou Universiteti

Yeni polidentat piridilamin və onun komplekslərinin tədqiqi: sintez, supramolekulyar quruluş və xassələr


Yeni N2 -(6-aminopiridin-2-il)-N6 -(piridin-2-il)piridin-2,6-diamin (H3tptra) (1) liqandı, onun protonlaşmış analoqu [H4tptra](ClO4) (2), mis(II) (3), nikel(II) (4), dəmir(II) (5) və kobalt(II) (6) kompleksləri sintez edilib, quruluşları müəyyənləşdirilib. Protonlaşmış liqand kationunun (2) anti-anti-sin-anti-sin konformasıyasına malik olduğu tapılmışdır. (3) kompleksində H3tptra Cu(II) ionuna kvadridentat liqand kimi koordinasiya olunur. Kompleksdə Cu(II) ionu heksakoordinasiya olunub, dartılmış oktaedrik həndəsi ətrafa malikdir. Perxlorat anionları aksial vəziyyətlərdən zəif koordinasiya olublar. Ni(II), Fe(II) və Co(II) komplekslərində iki liqand molekulu metal ionuna tridentat ion kimi birbaşa bağlanir və MN6 xromoforunu əmələ gətirir. Hidrogen rabitələrinin hesabına (2) birləşməsi 1D, (3) kompleksi isə 3D supramolekulyar quruluş əmələ gətirirlər. Cu(II) kompleksinin EPR spektri iki 63Cu və 65Cu (hər ikisi üçün I = 3/2) paramaqnit izotoplarından yaxşı ayırdedilmiş ifrat incə quruluşa malikdir (g = 2.128 və A0 = 62.7 × 10-4 sm-1). Bu kompleksin EPR spektri 77 K temperaturda cütləşməmiş elektronun azot 14N(I=1) atomları ilə qarşılıqlı təsirindən də həmçinin ifrat incə quruluşa malikdir (A// N = 16 × 10-4 sm-1 və A N = 9 × 10-4 sm-1). (6) kompleksinin maqnit xassələrinin Küri-Veys qanuna tabe olması müəyyən olunub (g = 2.49 və θ = −3.71 K).


DOI: 10.5510/OGP20150100236

E-mail: smpeng@ntu.edu.tw