SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Z.Han, G.Jiang, K.Li

Çin Neft Universiteti

Dərin sularda qazma üçün yeni assosiativ polimer əsaslı sintetik qazma məhlullarının tətbiqi


Məqalədə yeni assosiativ polimer (AP) vasitəsi ilə quyuların dərin sularda qazılması üçün sintetik qazma məhlulunun (SQM) reoloji xassələrinin tənzimlənməsi və stabilləşdirilməsi məsələləri nəzərdən keçirilir. AP dimer turşusu, trietilentetramin və polioksietilen lauraminin su məhlulunda kimyəvi modifikasiyası yolu ilə sintez olunmuşdur. AP vasitəsilə SQM-ın xassələrinin tənzimlənməsi sıxlığın və su-neft faktorun iki müxtəlif göstəricilərində qazma məhlullarının hazırlanması testlərinin aparılması zaman qiymətlədirilmişdir. Göstərilmişdir ki, AP 4 °С-dən 65 °С-dək geniş temperatur diapazonunda SQM-nin reoloji xassələrini - xüsusən də, dərin sularda qazma üçün vacib olan möhkəmlik həddi və sürüşmənin statik gərginliyi kimi xassələri çox yaxşı tənzimləyir. Tədqiqatların nəticələri göstərmişdir ki, reoloji xassələrin AP tərəfindən yaxşı tənzimlənməsinin əsas səbəbi dispersləşmiş hissəciklərlə orqanik gil qatı arasında sürüşmənin artmasıdı


DOI: 10.5510/OGP20140200193

E-mail: zixuan1225@163.com


Ş.Jou, Q.Li

Çin Neft Universiteti

CO 2/H2S qarışığı korroziyasının sement daşına təsiri mexanizminin tədqiqi


Məqalədə sement daşının sıxılma möhkəmliyinin və keçiriciliyinin dəyişməsinə səbəb olan CO2/H2S aqressiv qazların qarışığının təsiri altında sement daşının korroziyaya uğrama mexanizmi öyrənilir. Müxtəlif temperatur və təzyiqlərdə qarışığın təsiri altında korroziyaya uğradılmış sement daşlarının təhlilinin nəticələri nəzərdən keçirilir. Nümunələrin mikrostrukturu və korroziya məhsulları skan edən elektron mikroskop və rentgen diffraktomerlə tədqiq edilmişdir. Göstərilməşdir ki, CO2/H2S təsiri ilə sement daşının korroziyası məhsulları, ayrı - ayrılıqda hidrogen sulfid korroziyası və ya karbon korroziyası məhsullarına uyğundurlar. Bununla belə karbon korroziyası məhsulları əsasən sement daşının üst qatlarında, hidrogen sulfid korroziyası məhsulları isə daxilində yerləşirlər. Lakin zaman ötdükcə karbon korroziyasının təsiri üstünlük təşkil etməyə başlayır.


DOI: 10.5510/OGP20140200194

E-mail: ligs@cup.edu.cn


H.H.Fan, H.B.Jou, G.Ping, Y.H.Jay

Çin Neft Universiteti

Qeyri-nyuton mayenin boruda axınının ümumiləşdirilmiş hidravlik hesablama modeli və onun tətbiqinin qiymətləndirilməsi


Məqalədə qetri-nyuton mayelərin boruda axınının ümumiləşdirilmiş hidravlik modeli təqdim olunur. Ümumiləşdirilmlş model ümumiləşdirilmiş axın göstəricisinin (n’) sürüşmənin müftəlif sürətlərində sabit qalması nəzərə alınmadan işlənmişdir. Kesson, Qerşel-Balkli və Robertsin-Stif kimi reoloji modellər daha dəqiq divarboyu sürüşmə sürəti və sürüşmə təzyiqi almaq üçün rəqəmsal həll edilə bildiyi üçün məhz bu modellərin əsasında axının boruda tənzimlənməsi tənliyinə əsaslanaraq divarboyu sürüşmə təzyiqi və mayenin həcmi sərfi arasında dəqiq tənliklər alınmışdır. Qeyrinyuton mayelərin bütün stasionar axınları üçün n’ hesablamasının nəzəri üsulu göstərilir. Bundan əlavə ümumiləşdirilmiş Reynold rəqəminin ifadəsi əldə edilmişdir və təzyiq düşməsinin hesablanması alqoritmi təqdim olunur.


DOI: 10.5510/OGP20140200195

E-mail: zhb09@126.com


А.А.Hacıyev, N.İ.Hüseynova, А.Т.Samədzadə

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

«Pirallahı» yatağının QDü horizontunun I blokunun əlavə işlənilməsinə dair


Məqalədə «Pirallahı» neft yatağının bir hissəsinin quyularının əlavə neft hasilatı potensialına malik olmasının təhlili nəticələri təqdim olunur. Baxılan sahədə layın drenaj əmsalının və xüsusiyyətlərin təhlili nəticəsində hasilat quyuları qruplara bölünmüş və baxılan sahə çərçivəsində neftçıxarmanın artırılması, çıxarılan məhsulun sulaşmasına qarşı tədbirlərin həyata keçirilməsinin lokallaşdırılması mümkün olmuşdur. Baxılan sahədə işlənmə sisteminə düzəlişlərin daxil edilməsinə imkan yaradan neft axınının intensivləşdirilməsi tədbirləri təklif edilir.


DOI: 10.5510/OGP20140200196

E-mail: hnaida@rambler.ru


A.M.Hacıyev

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Müxtəlif təbii rejimlərlə səciyyələnən yataqların işlənmə prossesinə nəzarət və tənzimləmə barəsində


Məqalədə korrelyasiya-regressiya və faktor analizlərinin riyazi statistiki aparatlarının kompleksləşdirilməsi ilə neftveriminin modelləşdirilməsi metodları haqqında məlumat verilmişdir. Qurulmuş «Şaxəli əlaqələr» sxeminin əsasında neft hasilatı prosesinə birbaşa və ya dolayı yolla təsir edən amillər aşkarlanmışdır. Neftveriminin artırılmasının termiki metodlarının tətbiqi əsaslandırılmışdır. Suyun ion-duz tərkibinin analizi əsasında laya termiki metodlarla təsirə nəzarətin yeni üsulu işlənmişdir.


DOI: 10.5510/OGP20140200197

E-mail: agarza@baku-az.net


M.İ.Kurbanbayev1, A.J.Abitova2

1«Qazaxstan Neft və Qaz İnstitutu» SC
2«QazNİPİMunayQaz» SC

Kern üzərində aparılan süzülmə tədqiqatlarının nəticələri əsasında “Kalamkas” yatağının Ю-1С horizontunun təcrübə sahəsində su-qaz təsirinin effektivliyinin qiymətləndirilməsi


Son illər dünya təcrübəsində çətin çıxarılabilən neft ehtiyatlarının hasilatının intensivləşdirilməsi üçün layların neftveriminin artırmasının nisbətən yeni texnolgiyası olan su-qaz təsirinin (SQT) tətbiqi daha çox yer tutur. Məqalədə Qazaxstan Respublikasının “Kalamkas” yatağının Ю-1С horizontu neftinin timsalında SQT üsullarının effektivliyinin qiymətləndirilməsi üzrə sınaq tədqiqatlarının nəticələri nəzərdən keçirilir. Tədqiqatın nəticələri SQT üsulu ilə, o cümlədən səthi aktiv maddələrin (SAM) istifadəsi ilə sulaşmadan sonra qalıq neftin sıxışdırılmasının effektivliyini göstərmişdir.


DOI: 10.5510/OGP20140200198

E-mail: abitova_a@kaznipi.kz


M.A.Bisenova

«QazNİPİMunayQaz» SC

Xarici mühit amillərinin «Jetıbay» yatağının bioyoluxması prosesinə təsiri


Məqalədə «Jetıbay» neft-qaz yatağının xarici mühit amillərindən bioyoluxma asılılığı nəzərdən keçirilmişdir. Bioyoluxmanın əsas mənbəyi qeyristeril səth sularının uzunmüddətli vurulması prosesidir. SBB-nin həyat fəaliyyətinə və hydrogen-sulfid aqressiv qazlarının miqdarına temperatur amili əsaslı təsir göstərir. Bundan əlavə, quyuların sulaşmasının tədricən artması və suyun kation-anion tərkibinin dəyişməsi də «Jetıbay» yatağının mədənlərində korroziya şəraitini gücləndirir.


DOI: 10.5510/OGP20140200199

E-mail: Bisenova_M@kaznipi.kz


F.S.İsmayılov1, F.A.Əbdülhəsənov1, R.J.İsayev2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR
2SC «QazNİPİMunayQaz»

Dəniz qazkondensat yataqlarında nəqlə hazırlanan qazın effektivliyinin artırılması


Qazın nəqlə hazırlanması zaman onun termodinamiki parametrlərinin dəyişməsi ilə parafin hidrat tıxaclarının əmələ gəlməsi və qazın hasilatı və nəqli üçün mədən hazırlığı sistemində digər texnoloji mürəkkəbləşmələr baş verir . Bu mürəkkəbləşmələr quyuların, qazın nəqlə hazırlanması qurğularının, magistral qaz kəmərlərinin iş rejimini pozur. Dəniz qaz-kondensat yatqlarında qazın hazırlanması keyfiyyətinin və effektivliyinin yüksəldilməsi məqsədi ilə «Ümid» yatağının qaz-kondenst quyularının termodinamiki və texnolji parametrləri tədqiq edilib. Məqalədə metanol sərfinin optimal normasının hesablanmasının nəticələri göstərilmişdir və parafin-hidrat tıxaclarının əmələ gəlməsinin qarşısını ala biləcək texnologiya təklif edilmişdir.


DOI: 10.5510/OGP20140200200

E-mail: E-mail: abbas.abdulhasanov@socar.az


A.S.Quliyev

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Neft və neftin məhsullarının nəql və saxlanma obyektlərində itkisi və onların normallaşdırılması


Məqalədə neft və neft məhsullarının nəql və saxlanma obyektlərində itkisi və onların normallaşdırılması məsələlərinə baxılmışdır. Neft və neft məhsullarının itkisi əsas etibarı ilə çənlərdə və boru kəmərlərində sızmalardan, buxarlanmalardan, neftdaşıyan nəqliyyat vasitələrinin tam boşaldılmamasından, məhsulların qarışmasından, sulaşmasından, tutumların təmizlənməsi vaxtı, qəza hallarından baş verir. Bu itkilər ölkə iqtisadiyyatına böyük ziyan vurmaqla yanaşı, istehsalatın effektivliyini azaldır, torpaq, hava və su hövzələrinin çirklənməsinə səbəb olur. Neft və neft məhsullarının nəql və saxlanması zamanı itkilərin normallaşdırılması imkan verir ki, əvvəlcədən müəyyən edilmiş hər bir itki mənbəyi üzrə texniki və texnoloji əməliyyatlarda yaranan itkilərin miqdarını azaltmaq mümkün olsun.


DOI: 10.5510/OGP20140200201

E-mail: n.n.zeynalova@gipro.az


F.D.Mirzəyev

Qazprom VNIIQAZ

Qisa buzlararası müddəti olan Arktika şelfinin neft-qaz yataqlarının abadlaşdırılmasının səmərəli sxeminin seçilməsinin metodiki əsasları


Məqalədə qısa buzlararası müddəti olan Arktika şelfinin neftq-qaz yataqlarının abadlaşdırılmasının və istismarının səmərəli sxeminin işlənməsinin elmi əsasları şərh edilir. Abadlaşdırılmanın səmərəli sxeminin seçiminin əsas meyarları mövcud sahil təchizat bazası nəzərə alınmaqla təqdim edilir. Verilən metodikanın istifadəsi üzrə tövsiyyələr verilir.


DOI: 10.5510/OGP20140200202

E-mail: oxana-arkhipova@yandex.ru


V.C.Abdullayev, M.Ə.Hüseynov, M.M.İsmayılov, K.M.Nəbiyev

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Son işlənmə mərhələsinin səmərəliliyinin artırılması məqsədilə «Günəşli» yatağının üçölçülü geoloji modelinin qurulması


Karbohidrogen yataqlarının müasir işlənmə üsullarının əsas məqsədi maksimum iqtisadi rentabellilik şəraitində çıxarıla bilən ehtiyatların mümkün qədər tam çıxarılmasına istiqamətlənib. Hazırda neft vermə əmsalının daha da yüksək olması üçün bir sıra qabaqcıl texnologiyalardan istifadə edilir. Bunlardan biri də yataqların üçölçülü modelləşdirməsidir. İşin məqsədi «Günəşli» yatağı Balaxanı Lay Dəstəsinin X horizontunun və Fasilə Lay Dəstəsinin üçölçülü geoloji modelləşdirilməsi, süzülmə-tutum parametrlərinin dəyişmə qanunauyğunluğunun qiymətləndirilməsidir. Həmçinin, hər iki horizontun petrofiziki modelləşdirməsinin, neftlə doymuş süxürların həcmi, ilkin geoloji karbohidrogen ehtiyatlarının hesablanması nəticələri və hidrodinamiki model üçün şəbəkənin hazırlanması göstərilmişdir. Yaradılmış üçölçülü geoloji modeldən «Günəşli» yatağının struktur və litoloji quruluşunun daha dəqiq öyrənilməsində və son işlənmə dövrünün idarə edilməsi və optimallaşdırılması üçün hidrodinamiki modelinin qurulmasında istifadə olunmuşdur.


DOI: 10.5510/OGP20140200203

E-mail: mehdi.huseynov@socar.az