SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

M.M.İsgəndərov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Terrigen kəsilişin öyrənilməsində QGT məlumatlarının kompleks interpretasiyası


Tədqiqat işi terrigen kəsilişdə petrofiziki modelin qurulması əsasında karotaj məlumatlarının kompleks interpretasiyasının alqoritminin işlənməsinə, kollektorların seçilməsi, doyma xarakterinin qiymətləndirilməsi və kollektor layların məsaməlik, gillilik, neftqazdoyumluluq kimi petrofiziki parametrlərinin təyininə həsr olunub. İnterpretasiyanın bu üsulundan istifadəsi kollektorların seçilməsinə, kollektor xüsusiyyətlərinin qiymətləndirilməsinə, doyumluluq xarakterinin təyini ilə yanaşı axının tərkibini müəyyənləşdirərək (neft, neft su ilə, su), kollektor məsamələrində sərbəst və bağlı suyu və qalıq neftdoyumluluğu nəzərə alaraq onları siniflərə ayırmağa imkan verir.


DOI: 10.5510/OGP20140300204

E-mail: mahal.isgenderov@socar.az


H.Jang1,2, Q.Li2, S.Tian2, J.Li2, M.Vang2

1«SINOPEC» Neft Texnologiyası üzrə Elmi-Tədqiqat İnstitutu
2Çin Neft İnstitutu

Ekssentrik həlqəvi fəzada sürətlər profilinin rəqəmsal modelləşdirilməsi


Həlqəvi axın - bir çox istehsal proseslərində tez-tez müşahidə edilən və onilliklər boyunca tədqiq edilən təzahürdür. Konsentrik həlqəvi axını tədqiq etmək nisbətən asandır. Lakin, həlqəvi fəza ekssentrikdirsə, ekssentrik həlqəvi axının asimmetriyası səbəbindən hesablamalar mürəkkəbləşir. Qazıma işlərinin aparılması zaman, qazıma kəməri ilə quyu divarı arasındakı fəza əsasən ekssentrik həlqəvi fəzadır. Maili-istiqamətli və horizontal quyularda qazıma kəməri quyu lüləsinin aşağı hissəsində elə şəkildə yerləşir ki, qravitasiya effektlərinin təsiri nəticəsində tam surətdə ekssentrik həlqəvi fəza formalaşdırır. Ekssentrik həlqəvi fəzada sürətlər profili qazıma şlamının çıxarılmasına böyük təsir göstərir ki, bu da qazıma boruları kəmərlərinin tutulma hallarının qarşısının alınması üçün çox vacibdir. Məqalədə birfazalı axın və bərk-maye ikifazalı qarışıq yerdəyişmə modellərinin əsasında aşağıda göstərilən altı faktorun təsiri təhlil edilir: axın sərfi, flüidin özlülüyü, flüidin növü, ekssentrisitet, həlqəvi fəzanın həndəsi ölçüləri, qazıma şlamının qatılığı. Rəqəmsal modelləşdirmənin nəticələri göstərmişdir ki, ekssentrik həlqəvi fəzada sürətlər profili asimmetrikdir. Bununla yanaşı yüksəksürətli fəza həlqəvi fəzanın geniş hissəsində, aşağısürətli isə dar hissəsində yerləşir. Axın sərfinin, həlqəvi fəzanın həndəsi ölçülərinin artması və ekssentrisitetin azalması ilə həlqəvi fəzada yüksəksürətli fəza sahəsi artacaq, aşağısürətli fəza sahəsi isə azalacaq. Bu həlqəvi axının həmcinsliliyini (bərabərliyini) yaxşılaşdıracaq. Flüidin özlülüyünün və qazıma şlamının qatılığının artması ilə həlqəvi fəzanın yüksəksürətli fəzasında sürət artacaq, necə ki, həmin zaman aşağısürətlidə azalacaq, və bu sürət dəyişikliyi aşkarcasına olmayacaq. Lakin həlqəvi fəzada təzyiqin aşağı düşməsi tez artacaq. Buna görə də nəzarət etmək vacibdir ki, aşağısürətli fəzada sürət qazıma işləri zamanı qazıma şlamlarının çıxarılması üçün kifayət qədər böyük olsun. Eyni zamanda yuyucu məhlulun özlülüyünü seçmə zamanı quyu təzyiqini də nəzərə almaq vacibdir.


DOI: 10.5510/OGP20140300205

E-mail: ligs@cup.edu.cn


Q.Bi, Q.Li, J.Şen, J.Huanq, R.Yanq

Çin Neft Universiteti

Radial-horizontal qazıma üçün süxurdağıdıcı çoxşırnaqlı baltanın layihələndirilməsi və ona məxsus xüsusiyyətlərin təhlili


Çoxşırnaqlı balta əsasən radial-horizontal texnologiyada istifadə olunan yüksək effektli şırnaqlı baltadır. Məqalədə çoxşırnaqlı baltanın lahihələndirlməsi üsulu və xüsusi işlənmiş sınaq avadanlığından istifadə etməklə onun struktur (dəliklərinin sayı, yan dəliklərinin səpələnmə bucağı) və hidravlik (eroziya emalı dövrü, şırnağın təzyiqi, şırnağın sapması, təzyiqin sərhəd kəmiyyəti) parametrlərinin süxurun dağılma effektivliyinə təsiri təhlil edilir. Eksperimentlərin nəticələrindən görünür ki, çoxşırnaqlı baltanın dəliklərinin sayı nə qədər çox olarsa quyu lüləsi də bir o qədər dəyirmi olacaq. Şırnaqlı baltanın sabit ekvivalent diametri zamanı dəliklərin sayının artması ilə süxurdağılma effektivliyi aşağı düşür. Yan dəliklərinin səpələnmə bucağının artması ilə süxurdağılma effektivliyi əvvəlcə artır, sonra isə azalır. Süxurdağılma effektivliyi şırnaq təzyiqinin artması ilə xətti şəkildə böyüyür. Bazadan optimal sapma, ucluğun ekvivalent diametrindən 5-6 dəfə böyükdür. Buna görə də çoxşırnaqlı balta quyunun dərinliyinin və dağ təzyiqinin sıfıra yaxınlaşdığı zaman daha böyük həcmdə dağ süxurunun dağılmasına müvəffəq ola bilər. Çoxşırnaqlı baltanın süxurdağıtma effektivliyi dağ təzyiqinin yüksəlməsi ilə kəskin şəkildə aşağı düşür. Yuxarıda göstərilən nəticələr radial-horizontal qazıma üçün çoxşırnaqlı baltanın layihələndirilməsində təlimat kimi xidmət göstərə bilər.


DOI: 10.5510/OGP20140300206

E-mail: ligs@cup.edu.cn


X.M.İslamov

KazNİGRİ

Qazıma məhlullarının emalı üçün ksantan qətranı və liqnosulfonat əsasında kimyəvi kompozisiya reagentlərinin işlənməsi


 «Rhodopol®-23П» və müxtəlif qrup KLSP (kondensasiya olunmuş liqnosulfonat polimer) reagentlərini kombinə etməklə onların fəaliyyətini gücləndirmək olar. Bununla əlaqədar aparılan laborator tədqiqatlarının əsasında ksantan və liqnosulfonat əsaslı kimyəvi reagentlər kombinə edilmiş, reagentlərin istifadəsi ilə qazma məhlullarının xassələrini tənzimləmək üçün yuyucu məhlulun yeni reseptləri yaradılmışdır. Kimyəvi emalın səmərəliliyi qazma məhluluna kiçik əlavələrin kombinə edilməsi ilə əldə edilə bilər ki, bu da məhlulun texnoloji göstəricilərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, bunlardan hər biri konkret olaraq qazma məhlulunun bu və ya digər fiziki-kimyəvi və texnoloji xassələrini gücləndirir. Bununla yanaşı qazma məhlulunun süzülmə və reoloji göstəricilərinin idarə edilməsi üçün material sərfinin əhəmiyyətli dərəcədə azaldılması əldə edilir. Əsas praktik nəticə Xəzəryanı çökəkliyin geoloji-kəşfiyyat sahələrində qazma zamanı quyuların yuyulması üçün qazma məhlullarının yeni reseptlərinin işlənməsindın ibarətdir ki, bunların istifadəsi qazıma sürətini artırmağa, mürəkkəbləşmələrin sayını azaltmağa, materialların və kimyəvi reagentlərin sərfini azaltmağa imkan verir.


DOI: 10.5510/OGP20140300207

E-mail: burenie@kaznigri.kz


F.S.İsmayılov, A.A.Məmmədov, Y.Q.Davudov, F.T.Azimov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

İstismar kəmərlərinin germetikliyinin bərpasına dair yeni yanaşma


Məqalədə istismar kəmərlərinin germetikliyinin bərpası üçün, imkan yaradan qısa müddət ərzində minimum vəsait xərclə kəmərlərin daxili keçiriciliyinin kifayət qədər qorunması zamanı yeni kompleksli avadanlıq təklif olunmuşdur. Elmi əsaslandırılmış və layihələndirilmiş seçim üçün germetik manjetlərin və plaşkalı tutqacların vacib olan hesabları göstərilmişdir. Qurğu, diametrləri 140–178 mm nöqsanlı istismar kəmərlərinin və əlavə kəmərlərinin diametrləri 89-127 mm olan germetikləşdirilməsi üçün təyin olunmuşdur.


DOI: 10.5510/OGP20140300208

E-mail: davudov_55@mail.ru


A.J.Abitova

«QazNİPİMunayQaz» SC

Axın istiqamətini dəyişdirən texnologiyanın «Uzen» yatağında tətbiqi


Baxmayaraq ki, sulaşdırma neftqaz yataqlarının işlənməsində əsas və ən effektli üsullardan biridir və əlverişli fiziki-geoloji şəraitdə neftvermə əmsalını 0.7 qədər artırmağa imkan verir, lakin ehtiyatları çətin çıxarıla bilən yataqlarda onun tətbiqi səmərəli olmur. Layın sulaşma dərəcəsinə məhsuldar layın keçiriciliyə görə qeyri-bircins və neftin vurulan suyun özlülüyünə nisbəti mühüm təsir göstərir. Təsir vasitəsi ilə məhsuldar layın az keçirici hissəsinin sulaşma dərəcəsini artırmaq məqsədi ilə qatılaşmış su haşiyəsinin özlülüyünün tənzimlənməsinə əsaslanan yeni axın istiqamətini dəyişən texnologiya təklif olunur. Məqalədə sulaşdırmadan sonra qalıq neftin qatılaşdırılmış su haşiyəsinin vurulması ilə sıxışdırılması prosesinin laboratoriya tədqiqatlarının nəticələri göstərilir. Bununla bərabər “Uzen” yatağında təklif olunan texnologiyanın tətbiqi nəticələrinin təhlili verilmişdir.


DOI: 10.5510/OGP20140300209

E-mail: Abitova_A@kaznipi.kz


D.A.İsgəndərov1, S.D.Mustafayev2, R.A.Quliyev1

1«AZNEFT» İB, SOCAR
2АDNА

Sulaşmış neft quyularının stasionar hidrodinamiki tədqiqatlarının nəticələrinin interpretasiya üsulları


Məqalədə qərarlaşmış rejimlərlə neft quyularının hidrodinamiki tədqiqi məsələləri nəzərdən keçirilir. Tədqiqatlar Ə.Əmirov ad. NQÇİ-nin Qalmaz sahəsindəki 54, 36 və 417 №li ştanqlı dərinlik nasos quyularında keçirilmişdir. Tədqiqatlar zamanı alınmış məlumatların əsasında indikator əyriləri qurulmuşdur. Məqalədə göstərilmişdir ki, sulaşmış və sulaşmamış quyuların tədqiqi zamanı alınmış diaqramların formalarında və tədqiqatların nəticələrinin interpretasiyası üsullarında bir-birindən fərqləndirilən xüsusiyyətlər mövcuddur.


DOI: 10.5510/OGP20140300210

E-mail: ramin.quliyev84@socar.az


Z.Vang, F.Li

Çuntsin Elm və Texnologiyalar Universiteti

«Tuha» neft yatağının K1S2 obyektində turşu məhlullarının tətbiqinin əsaslandırılması


«Tuha» neft yatağının K1S2 obyektində layın turşu ilə işlənməsinin nəticələrinin zəif olmuşdur və bu məqalədə həmin problemin həlli məqsədi ilə, lay-kollektorun litoloji xüsusiyyətləri təhlil edilir. 15%HCl, 12%HCl+3%HF və 10%HF+8%HBF4 ilə reaksiyalar aparmaq üçün müxtəlif minerallardan ibarət süxur nümunələri seçilmişdir. Layın bu turşulara qarşı reaksiya mexanizmi qiymətləndirilmişdir. Tədqiqatların nəticələri layın xlorid turşusuna qarşı həssaslıq göstəricisinin 17.63% dən 30.79% dək təşkil etməsini, yəni turşuya qarşı həssaslığın orta səviyyədən yüksəyə doğru olmasını göstərmişdir. 12%HCl+3%HF qarşı layın həssaslıq göstəricisi 52.87%-dən 60.84%-dək dəyişmişdir ki, bu da layın yüksək həssaslığını sübut edir, 10%HF+8%HBF4 qarşı həssaslıq göstəricisi isə 21.3%-dən 23.3%-dək dəyişmişdir ki, bu da heç bir həssaslığın olmadığını göstərir. Göstərilmişdir ki, turşuya qarşı yüksək reaksiyasının səbəbi gilli mineralların mövcudluğudur.


DOI: 10.5510/OGP20140300211

E-mail: llfx924@126.com


E.Y.Şits, A.F.Fedorova, A.S.Portnyaqin

REA Sibir bölməsi Neft Qaz Problemləri İnstitutu

Nepa–Botuoba neftli-qazlı sahənin neft yataqlarında polimer sulaşdırma üsulunun reallaşdırılması mərhələsi kimi karboksimetilsellüloza natrium duzunun sulu məhlullarının reoloji və sıxışdırıcı xassələrinin tədqiqi


Aşağı temperatur şəraitində karboksimetilsellüloza natrium duzunun müxtəlif konsentrasiyalı məhlullarının reoloji xassələrinin və >350 q/l minerallaşmanın xlorkalsium tipli lay suları ilə əlaqəsinin üstünlükləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, yüksək minerallaşdırılmış sıxıcı məhluluna nisbətən polimer əsaslı məhlullar üçün neft və sıxışdırıcı agentin özlülük nisbəti 20-25% aşağı, neftin sıxışdırılma əmsalı 20-30% yuxarıdır. Göstərilmişdir ki, Nepа-Botuoba neftli-qazlı ərazidə yerləşən yataqlara xas olan spesifik şəraitdə neft hasilatının səmərəliliyinin artırılması üçün 5.0 и 7.0 q/l. konsentrasiyalı Na-KMS məhlulu tövsiyə oluna bilər.


DOI: 10.5510/OGP20140300212

E-mail: l.u.shitz@ipng.ysn.ru


X.A.Feyzullayev1, İ.A.Əliyev2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR
2ADNA

Tükənmə rejimində işlənilən layın kondensatveriminə karbohidrogen qarışığın tərkibinin təsiri


Məqalədə qazkondensat qarışığının differensial kondensasiya modeli bazasında qazkondensat yataqlarının tükənmə rejimində işlənilməsi proseslərinin hidroqazdinamik modelləşdirilməsinə baxılmışdır. Hesablama alqoritmi təklif edilmiş və ədədi eksperimentlər əsasında fazalararası kütlə dəyişməsi proseslərinə etan-propan-butan fraksiyalarının təsiri tədqiq edilmişdir.


DOI: 10.5510/OGP20140300213

E-mail: khasay_F@lan.ab.az


M.A.Mürsalova, E.K.Şahbazov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

İki fazalı mühitdə nano - Səthi Aktiv Maddələr (SAM) tərkibli adsorbsiya hərəkətinin tədqiqatı


Elektrokinetik tədqiqatlar metodu ilə, metal səthdə nano-SAM kompozisiyalı və Səthi aktiv maddələrin amin tərkibli neft həlledicilərində adsorbsiya hərəkətlərinin potensial səthi təyin olunmuşdur.


DOI: 10.5510/OGP20140300214

E-mail: minaxanim.mursalova@socar.az