SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

F.S.İsmayılov, F.M.Hacıyev (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Xəzəryanı-Quba neftli-qazlı rayonunun Mezozoy çöküntülərində mikroelementlərin yayılması


Xəzəryanı-Quba neftli-qazlı rayonu (NQR) ərazisində Mezozoy (Yura və Təbaşir), Paleogen və Miosen çöküntüləri bir çox neft və qaz təzahürləri ilə xarakterizə olunurlar. Yuxarıda adları qeyd olunan çöküntü kompleksinin qumdaşı və karbonat tipli kollektorları ilə əlaqədar sənaye əhəmiyyətli neft və qaz yığımları isə Siyəzən monoklinalında (Treticnıy monoklinal) və rayonun cənub-şərq hissəsində yerləşən bir sıra strukturlarda (Keşçay, Bəyimdağ-Təkçay, Şurabad və b.) aşkar olunmuşdur. Mezozoy çöküntülərinin çöküntütoplanma şəraitini və neftqazlılıq perspektivini müəyyən etmək məqsədilə ayrı-ayrı süxur tiplərində Ni, Cu, Cr, V, Sr, Mn, Ti, Fe, Mg, Na elementlərinin paylanması öyrənilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir:

  • qırıntı əhəngdaşları orqanogen əhəng daşlarına nisbətən Ti, Fe, Sr, Mn, Na, Mg elementlərinin konsentrasiyasının yüksək olması ilə səciyyələnirlər ki, bu da onlarda gil fraksiyasının artıq olması ilə əlaqədardır;
  • hemogen əhəngdaşları başqa tip əhəngdaşlarından Fe, Sr, Mn, Mg elementlərinin yüksək konsentrasiyası ilə seçilirlər;
  • Orta Yuranın qumlu-gilli çöküntülərinin toplanması bərpaedici və neytral geokimyəvi şəraitdə baş verdiyindən və onlarda Cüzv miqdarının 1%-dən çox olması Xəzəryanı-Quba neftli-qazlı rayonunda həmin çöküntülərdə neftqaz yataqları axtarışının perspektivli olmasını göstərir.


DOI: 10.5510/OGP20130300161

E-mail: Haciyev36@rambler.ru


Ə.S.Həsənov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Palçıq vulkanlarının tədqiqində yüksəkdəqiqlikli qravimetriyanın imkanları


Məqalədə qeyd olunur ki, palçıq vulkan püskürmələri fəaliyyəti müəyyən dövriliklə xarakterizə olunurlar. Adətən zamana görə iki period büruzə olunur: hazırlanma periodu və püskürmə. Bir çox hallarda, özündə böyük miqdarda neft, kükürdlü su və parçalanmış sulfidlər cəmləşdirən bərk materiallar Yer səthinə səpələnirlər. Palçıq vulkanının püskürməsi bir neçə gün davam edir və bəzi hallarda zəlzələ ilə müşaiyət olunur. Əksər hallarda fasiləsiz olaraq qaz, neft və ya onların təzahürləri Yer səthinə səpələnirlər. Hər bir mənbənin ətrafında vulkan məhsulları özünəməxsus forma yaradırlar. Palçıq vulkanları, formalaşaraq silsilə halda və müxtəlif ölçülərdə, Azərbaycanın Ələt tektonik zonasında olduğu kimi, palçıq vulkanları əyalətləri yaradırlar. Bu cür zonalar çox mürəkkəb geoloji-tektonik quruluşa malikdirlər və geofiziki metodlarla çətinliklə öyrənilir. Məqalədə Ələt silsiləsi timsalında yüksək dəqiqlikli qravimetriya ilə mürəkkəb quruluşlu geologiyanın öyrənilməsinin nəticələri verilir.


DOI: 10.5510/OGP20130300162

E-mail: aliaddin-hasanov@rambler.ru


K.M.Kərimov, V.Q.Qədirov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Aşağı Kür çökəkliyində "Qayıdış" tektonik zonası boyunca yer təkinin neft-qazlılığına dair


Məqalədə Aşağı Kür çökəkliyində Kür çayının sağ sahili boyunca yerləşən, sonradan "Qayıdış" adlandırılmış Padar-Qızılağac lokal qravitasiya maksimumları zonasının mövcudluğu faktı əsaslandırılır. Bu zona daxilində gömülmüş müxtəlif tərtibli strukturların mövcudluğuna və seysmik və qravimetrik profillər üzrə bəzi tədqiqatların nəticələrinə diqqət yetirilir. Yeraltı neftqazlılıq imkanlarını müəyyənləşdirmək məqsədi ilə "Qayıdış" tektonik zonasının kompleks geofiziki üsullarla ətrflı öyrənilməsinin zəruriliyi əsaslandırılır.


DOI: 10.5510/OGP20130300163

E-mail: vagif-geo@rambler.ru


Y.Şuanlyanq, D.Jinqen, Y.Baohua, L.Jinqsanq (Çin Neft Universiteti, Çin Milli Şelf Neft Korporasiyası)

Uqandanın «Kingfisher» neft yatağında quyu lüləsinin sabitliyi və süxurun mexaniki xüsusiyyətləri


Məqalədə, "Kingfisher" neft yatağı timsalında, quyuların qazılması prosesində qilli süxurların uçulmasının qarşısını almaq məqsədilə eksperimental tədqiqatların nəticələri təhlil edilir. Belə ki, qazma məhlulunun təsiri altında qilli süxurlarının mexaniki xassələrin dəyişilməsi qanunauyğunluqları araşdırılır. Eləcədə, qilli süxurların mexaniki xüsusiyyətlərinin onların tərkibindəki sudan asıllılığı öyrənilib. Göstərilir ki, qazmanın başlanılmasından sonra dağ süxurların uçulması təzyiqi qısa müddət ərzində kəskin şəkildə artır, sonra isə tədricən azalır və 10 gündən sonra praktiki olaraq dəyişmir. Tədqiqatların nəticələri "Kingfisher" neft yatağında quyuların qazılması proqramının optimallaşdırılması üçün istifadə oluna bilər.


DOI: 10.5510/OGP20130300164

E-mail: yanchuanliang@163.com


J.Pey, Z.Yinqhu, V.Jenquan, S.Donqyu (Çin Neft Universiteti)

Hamar hissələrin hidrodinamikası – son elementlərin birləşdirilmiş üsulu əsasında polikristalik almaz kompakt qazıma baltası vasitəsilə süxurların dağıdılması prosesinin ədədi modelləşdirilməsi


Polikristallik kompakt almaz (PKA) şaroşkalı qazıma baltaları ilə süxurların dağıdılması prosesində əsas dinamik xüsusiyyətlərin öyrənilməsi məqsədilə üç ölçülü model təklif edilir ki, bunun da həlli hamar hissələrin hidrodinamikası və son elementlərin birləşdirilmiş üsulunun tətbiqi ilə həyata keçirilir. Hesablamaların əsasında adıçəkilən baltaların istifadəsi ilə dağ süxurlarının dağıdılması prosesinin optimal xüsusiyyətləri verilir.


DOI: 10.5510/OGP20130300165

E-mail: jpnt2005@163.com


M.İ.Kurbanbayev, O.A.Dışin, S.S.Keldibayeva, T.E.Məmmədbəyli ("QazNİPİMunayQaz" SC, "Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Həyat siklinin statistik modelləşdirilməsi əsasında "Uzen" yatağının 13 horizontunun işlənmə vəziyyətinin təhlili


Məqalədə, "Uzen" yatağının 13 horizontunun həyat siklinin statistik modelləşdirilməsi əsasında işlənmə vəziyyətinin təhlili təqdim olunur. Yatağın işlənmə mərhələləri ayrılıb və hər mərhələnin uzunluğu təyin edilib. Toplanmış neft hasilatı üçün qeyri-xətti logistik model əsasında ilkin çıxarılabilən ehtiyatların qiymətləndirilməsi verilir. Diskret vaxtda Kalmanın adaptiv filtrinin istifadəsi ilə tamamlanma mərhələsində toplanmış neft hasilatının göstəriciləri əsasında neft hasilatının proqnozları verilir və işlənmənin mövcud sistemində layihə göstəricilərinin yerinə yetirilməsi imkanları qiymətləndirilir.


DOI: 10.5510/OGP20130300166

E-mail: Кeldibaeva _S@kaznipi.kz


Ç.Huanpenq, L.Qenşeng, H.Jongvey, T.Şouçeng, S.Ksianji, D.Fey (Çin Neft Universiteti)

Su şırnağı ilə mikroradial üfüqi drenaj dəliklərinin qazılmasında məhsuldarlığın ilkin proqnozu və təhlili üçün yeni üsul


Məqalədə, radial qazmanın aparılmasında perforasiya kanallarının parametrlərinin optimallaşdırılması məqsədilə potensial superpozisiya prinsipinə əsaslanan yeni yarı-analitik riyazi model təklif olunur. Nəticələr göstərir ki, məhsuldarlıq perforasiya kanalının diametrindən asılı deyil. Perforasiya kanalların qollarının sayı və istiqamətlərinin optimallaşdırılması üçün təkliflər verilir. Alınan nəticələr radial qazmanın layihələndirilməsində istifadə oluna bilər.


DOI: 10.5510/OGP20130300167

E-mail: ligs@cup.edu.cn


E.M.Abbasov, H.T.Qəhrəmanov, K.O.Rüstəmova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Düzaxınlı siyirtmənin şiberinin xarici səthi ilə kipləşdirici halqa arasında kontakt gərginliyin təyini


Nəzəri tədqiqatlar əsasında kipləşdirici və kipləşdirilən elementin həndəsi ölçülərindən və fiziki-mexaniki xüsusiyyətlərindən asılı olaraq onların toxunan səthləri arasındakı kontakt gərginliyi təyin edilir. Göstərilib ki, bu kontakt gərginliyin qiyməti kipləşdiricinin daxili radiusu ilə xarici radiusunun nisbətinin müəyyən həddə qədər artması ilə xətti olaraq artır, sonradan isə onun artma tempi böyüyür. Kipləşdiricinin fiziki-mexaniki xüsusiyyətlərindən və onun həndəsi ölçülərindən asılı olaraq kontakt gərginliyin qiymətinin təyin edilməsi üçün analitik formul tapılmışdır.


DOI: 10.5510/OGP20130300168

E-mail: Elxan.Abbasov@socar.az


M.M.Qurbanov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Neft yataqlarında suvurma zamanı korroziyaya qarşı istifadə edilən kimyəvi reagentlər


Neft hasilatını artırmaq yollarından biri də laya suvurmadır. Vurulan su layın məsaməliliyini saxlamalı, mühitdə korroziya sürətini, duzçökməni artırmamalıdır. Bunun üçün kimyəvi reagentlər, o cümlədən korroziya və duzçökmə inhibitorları, bakterisidlər, oksigeni mühitdən təcrid edən kimyəvi birləşmə, səthi aktiv maddə (SAM) və polielektrolitlər təklif edilir.


DOI: 10.5510/OGP20130300169

E-mail: museyib.qurbanov@socar.az


M.R.Sisenbayeva ("QazNİPİMunayQaz" SC)

"Uzen" yatağında duzçökmə və AQP çöküntülərinə qarşı inhibitorların tədqiqatları


Hasilat quyularının məhsuldarlığına təsir edən əsas mürəkkəbləşdirmə amilləri hasil olunan flüiddə asfalten-qətran-parafin (AQP), qeyri-üzvi duz çöküntüləri, mexaniki qarışıqların olmasıdır. Məqalədə, "Uzen" yatağının lay suyunun modeli üzərində AQP və duz çöküntülərinə qarşı daha səmərəli inhibitorların laborator tədqiqatlarının nəticələri nəzərdən keçirilir. Tədqiqatlar nəticəsində "Uzen" yatağının şəraitinə görə daha səmərəli inhibitorlar təyin edilib. Məlum olduğu kimi, laboratoriya sınaqlarında inhibitorun konsentrasiyası 5-30 mq/l olmaqla duz çöküntülərinə qarşı qoruyucu effekti 75-90% təşkil edirsə, inhibitoru təcrübə-sənaye sınaqlarına tövsiyə edirlər. Alınan laborator tədqiqatlarının nəticələri imkan verir ki, Uzen yatağında təcrübi-sənaye sınaqlarının keçirilməsində test olunmuş kimyəvi reagentlərdən istifadə edilsin.


DOI: 10.5510/OGP20130300170

E-mail: Sisenbaeva_M@kaznipi.kz