SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

N.Ə.Əkbərov

Cənubi Xəzərin Azərbaycan sektorunda neftqaz yataqlarının mənimsənilməsi mərhələləri


XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda neft-qaz istehsalının inkişafı əsas etibarilə dənizdə açılmış yataqların mənimsənilməsi hesabına əldə edilmişdir. Lakin dəniz yataqlarının kəşfi və işlənməsinin təşkili asan başa gəlməmişdir. Xəzərin sərt hidrometeoroloji şəraitində bu işlənmənin geoloji-texniki və texnoloji cəhətdən müsbət həlli Respublika alimlərinin və mühəndis-texniki kollektivinin gərgin fədakar əməyi nəticəsində həyata keçirilmişdir. Məqalədə neft-qaz yataqlarının mənimsənil məsində qarşıya çıxan geoloji-texniki və texnoloji problemlərin, dənizin dərinliyindən və yataqların geoloji xüsusiy yətlərindən asılı olaraq mərhələlərlə həyata keçirilməsindən söhbət açılır və bu yanaşma metodunun müvəffəqiyyətlə həyata keçirilməsinin iqtisadi cəhətdən xeyli əhəmiyyətli olduğu qeyd olunur.


DOI: 10.5510/OGP20100100001

E-mail: ofelya.zeynalova@socar.az


R.İ.Rüstəmov, Ş.X.Axundov (“Neftqazelmitədqiqatlayihə”İnstitutu)

Cənub-Qərbi Abşerondakı sahələrdə Oliqosen-Miosen çöküntülərində aparılmış qazıma və mənimsəmə işlərinin nəticələrinin təhlili


Cənub-Qərbi Abşeronda Oliqosen-Miosen çöküntülərindən az hasilatla neft-qaz təzahürləri ilə yanaşı hasilatı 35 t/g-ə çatan, nisbətən yüksək neft axını alınmışdır. Baxılan rayonun ayrı-ayrı sahələrində quyularda acılmış kəsilişlərdə Maykop cöküntülərinin əsasən yuxarı hissələrində nazik xırda və orta dənəli qum, qumdaşı və alevrit laycıqları olan böyük qalınlığa malik gillərdən ibarət olduğu aşkar edilmişdir. Bu laycıqlar Qaradağ və Şubanı sahələrində quyularda açılarkən qaz təzahürləri və qazıma məhlulunda neft pərdələri müşahidə olunmuşdur. Miosen cöküntüləri qumlarla, alevrolitlərlə və bəzən əhəngdaşları ilə təmsil olunmuşlar. Məsaməlilik 3,2-35%, keçiricilik isə 9,2-24,5mld. təşkil edir. Bu cöküntülərin mənimsənilməsi zamanı zəif neft, qaz və neft pərdələrinə malik su axınları qeydə alınmışdır. Şərqi Texas və Qərbi Sibirin neft yataqlarında analoji kollektorlarla və zəif tutum və filtrasiya göstəricilərinə malik cöküntülərin neft və qaz hasilatını artırmaq məqsədilə layların hidravlik yarılma üsulu tətbiq olunur. Daha yüksək nəticə isə təkrar hidroyarılma aparıldıqda alınır. Göstərilən işlərin araşdırılması nəticəsində baxılan rayonun yataqlarındakı zəif kollektor xassələrinə malik cöküntülərin mənimsənilməsində effektsizliyin əsas səbəbləri aşkar edilmiş və onların aradan qaldırılması və sınanma işlərinin effektivliyinin artırılması məqsədilə bir sıra tövsiyələr irəli sürülmüsdür.


DOI: 10.5510/OGP20100100002

E-mail: ofelya.zeynalova@socar.az


B.Ə.Bağırov, Ə.M.Salmanov, A.M.Hacıyev (ADNA, “Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Müxtəlif təbii rejimli yataqların neftvermə modelləri üçün amillər məkanının strukturu


Məqalədə neftverimənin modelləşdirilməsi metodları haqqında qısa məlumat verilmişdir. Korellyasiya-reqressiya və faktor analizlərinin kompleks istifadəsi əsasında hər rejimin müvafiq neftvermə modelləri dəqiqləşdirilmişdir. “Şaxəli əlaqələr” sxemləri qurulmuşdur ki, bunlar da qalıq ehtiyatların səmərəli çıxarılması üçün geoloji-mədən tədbirlərinin təklif edilməsinə əsas vermişdir.


DOI: 10.5510/OGP20100100003

E-mail: ofelya.zeynalova@socar.az


E.M.Süleymanov, N.S.Həmidov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Quyuların bərkidilməsi problemləri


Məqalədə çıxarılan yanacaq itkisinin qarşısının alınması, yatağın sulaşması, ekologiya və b. məsələlərdə quyuların sementlənməsinin böyük rolu olduğu göstərilir. Qazıma məhlulunun sement məhlulu ilə sıxışdırılması bufer mayesinin, sement məhlulunun və daşının keyfiyyətini, keyfiyyətli sement körpüsünün qurulması və s. problemlərin həlledici amilləri göstərilmişdir. İşdə, quyularda sementləmə işlərinin artırılmasının müasir yolları göstərilmişdir.


DOI: 10.5510/OGP20100100004

E-mail: ofelya.zeynalova@socar.az


E.N.Ramazanzadə (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Abşeronun uzun müddət işlənmədə olan çoxlaylı neft yataqlarının potensial imkanlarının aşkar edilməsi və səmərəli mənimsənilməsi yolları


Uzun müddət işlənmədə olan yataqlarda, həlli tələb olunan problemlər arasında onun qalıq potensial imkanlarının aşkar edilməsi, tam mənimsənilməsi, və işlənmə səmərəliliyinin artırılmasını qeyd etmək olar. Bunlardan birincisi, həmin yataqlarda kəşfiyyatin başa çatdırılması (həcmi-geoloji modelin qurulmasi və onun hərtərəfli işlənməsi prosesi ilə əhatə edilməsi), ikincisi isə - neftvermə əmsalının və işlənmə səmərəliliyinin artırılması ilə bağlıdır ki, bu da işlənmə layihəsində öz əksini tapmalıdır. Bu məsələlərin həllində, yəni texnoloji göstəricilərin proqnoz edilməsində yataqların geoloji quruluşunun nəzərə alınması mühüm rol oynayır. Belə ki, yataqların əsasən antiklinal tipli olması, müxtəlif rejimlərin sahə boyu paylanmasına səbəb olur yəni yatağın tağyanı, mərkəzi və konturyanı zonalarda lay rejimlərinin dəyişməsi, proqnoz məsələlərdə (məs quyu şəbəkəsinin sıxlığı, bərpa quyularının qazılması və s.) nəzərə alınması məqsədəuyğundur. Yataqların çoxlaylı blokvari olması bazis və qaytarma obyektlərin seçilməsində, yataqların yatma dərinliyi onun digər geoloji parametrləri ilə birlikdə kompleks halda öz əksini layihə sənədlərinin tərtibində tapmalıdır. Beləliklə, qeyd edilir ki, işlənmə prosesinin son mərhələsində texnoloji göstəricilərin təyinində orta rəqəmlərə nisbətən meyar üzrə differensiasiya edilmiş göstəricilərdən istifadə edilməsi iqtisadi itkinin qarşını almaqla bərabər həm də işlənmənin səmərəliliyini təmin etmiş olar.


DOI: 10.5510/OGP20100100005

E-mail: ofelya.zeynalova@socar.az


V.C.Abdullayev, M.Ə.Hüseynov, K.M.Nəbiyev, N.N.Həmidov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Perspektiv qaz-kondensat strukturlarının hidrodinamik modelinin qurulması və işlənmə göstəricilərinin proqnozlaşdırılmasına dair


Köhnə qaz-kondensat yataqlarının işlənməsi ilə yanaşı, yeni perspektiv qaz-kondensat strukturlarının tədqiqi və işlənməyə cəlb edilməsi müasir neft-qaz və neft-kimya sənayelərinin inkişafında mühüm rol oynayır. İşlənməyə başlamazdan əvvəl belə strukturların hidrodinamik modellərinin qurulması, müxtəlif variantlarda hesablamaların aparılması və ilkin optimal işlənmə layihəsinin tərtib olunması mühüm əhəmiyyət kəsb edir. Məqalədə, VIP proqram paketindən istifadə etməklə Abşeron strukturunun QÜQ, QA və QaD; D8-D10 strukturunun Fasilə və QÜQ; Ümid-Babək strukturunun Fasilə, QÜQ və QA horizontlarının hidrodinamik modelləri qurulmuş, quyuların istismara başlaması ardıcıllığının müxtəlif variantları üçün çoxsaylı hesablamalar aparılmışdır. Aparılmış çoxvariantlı hesablamaların nəticələrinin təhlili əsasında ilkin optimal işlənmə variantı seçilmişdir.


DOI: 10.5510/OGP20100100006

E-mail: ofelya.zeynalova@socar.az


O.A.Dışin (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Təsadüfi qeyri bircins məsaməliliyə və keçiriciliyə malik mühitlə qarışmayan və sıxılmayan mayelərin qeyri-stasionar axını zamanı doymasının paylanması


İşdə təsadüfi-qeyri bircins məsaməliliyə və keçiriciliyə malik mühitlə qarışmayan və sıxılmayan mayelərin ikifazalı qeyri-stasionar süzülməsi məsələsinə baxılmışdır. Təsadüfi funksiyalar üzrə ortalamalar aparmaq üçün differensiallama düsturları “aparatı”ndan istifadə edilmişdir. Bu riyazi “aparat” delta-korrelə edilmiş və korellyasiyasının azalma müddəti sonlu olan təsirlərin modellərini əhatə edən geniş təsnifli dinamik sistemlərin dəqiq ortalamasını yerinə yetirməyə imkan verir.


DOI: 10.5510/OGP20100100007

E-mail: ofelya.zeynalova@socar.az


E.M. Abbasov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Əzilmiş istismar borularının diametrinin rolikli düzəldicilərlə bərpası zamanı yaranan dinamik kontakt reaksiya


Nəzəri tədqiqatlar əsasında istismar kəmərinin rolikli düzəldicilərlə bərpası zamanı borunun zədələnmiş hissəsinə təsir edən dinamik kontakt reaksiya qüvvəsi təyin edilir. Alınmış düstur, rolikli düzəldici birləşdirilmiş boru kəmərinin parametrlərinin dinamik kontakt reaksiyasının qiymətinə təsirini təyin etməyə imkan verir. Göstərilmişdir ki, ağırlaşdırılmış qazıma borularının sayının rolikli düzəldicinin istismar kəmərinin zədələnmiş hissəsinə zərbə qüvvəsinin kəmərin fırlanma oxuna nəzərən momentinin qiymətinə təsiri azdır. Bu momentin qiymətinə kəmərin fırlanmasının bucaq sürətinin təsiri daha çoxdur.


DOI: 10.5510/OGP20100100008

E-mail: ofelya.zeynalova@socar.az


F.Q.Həsənov, V.Ə.Salmanlı,Y.N.Tarasov, A.V.Zinin, A.Q.Əliyev, G.B.İbrahimova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Hasilat və suvurucu quyularda NKB –lərin yüksək gərginliyə malik sabit maqnit sahəsi ilə korroziyadan mühafizəsi


“ЛАНТАН” EİB-nin neodium- dəmir – bor və samarium-kobalt ərintiləri əsasında hazırlanmış sabit maqnit induktorlarından istifadə edərək müxtəlif gərginliyə malik (50, 120,200,280 və360 kA/m ) sabit maqnit sahəsi tətbiq etməklə azlegirə edilmiş, yüksək möhkəmlikli P-105 markalı NKB poladının korroziyasına maqnit sahəsinin təsiri öyrənilmişdir.  Müəyyən edilmişdir ki, 280 kA/m sabit maqnit sahəsi ilə təsir etməklə P-105 markalı NKB poladında baş verən korroziya yeyilmələri zamanı oksigen depolyarizasiyası sahəsində katod prosesini və anodda gedən ionlaşmanı ləngitmək mümkündür. 280 kA/m sabit maqnit sahəsi tətbiq etməklə P-105 markalı NKB poladını 90% mühafizə effekti ilə korroziyadan və mikrobioloji yeyilmələrdən qorumaq olar.


DOI: 10.5510/OGP20100100009

E-mail: ofelya.zeynalova@socar.az


M.M.Quliyev, V.A.Salmanlı (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Dəniz sualtı boru kəmərlərinin korroziyadan mühafizə sxemininin seçilməsinin əsaslandırılması və əsas parametrlərin hesablanma qaydaları


Məqalədə dəniz sualtı boru kəmərlərinin korroziya və mikrobioloji yeyilmələrdən mühafizə işlərinin layihələndirmə işlərində mühafizə sxeminin seçilməsi və onun strukturu haqda mövcud olan məlumatlar təhlil edilərək müəyyən təkliflər və onların əsaslandırılması göstərilmişdir. Dəniz sualtı boru kəmərlərinin mühafizəsi üçün mühafizə edici örtüklərə qoyulan tələblər və onların istismar mühiti ilə əlaqədar necə seçilməsi, həmçinin qalvanik anod materialının, eləcə də anodun konstruksiyasının seçilməsi prinsipləri verilmişdir. Məqalədə bilərzikvari anodlarla mühafizənin layihələndirilməsi zamanı anodun tələb olunan parametrlərinin hesablanması yolları da öz əksini tapmışdır.


DOI: 10.5510/OGP20100100010

E-mail: ofelya.zeynalova@socar.az


Ə.Ş. Qaralov, B.A. Press, İ.Y. Silvestrova, R.S.Məmmədova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Neft kəmərində qeyri-mobil neft qalıqlarının hesablanması üçün metodiki tövsiyələr


Neftçıxarma idarələrində neft yataqlarının istismarı zamanı hər ay boru kəmərlərində olan neft miqdarının təyininə zərurət yaranır. Quyu ağzından neft təhvil vermə məntəqəsinədək neft kəmərlərində olan neftin miqdarı qeyri – mobil qalıq adlanır və onun təyini üçün aşağıdakı şərtləri nəzərə almaq lazımdır:

1.boru kəmərləri ilə iki fazalı vəziyyətdə hərəkət edən qaz maye qarışığı daxili təzyiqdən sıxılmaya məruz qalır;
2.daxili təzyiqdən neft kəmərinin xətti genişlənməsi təyin olunmalıdır;
3.neft kəməri həcminin müəyyən hissəsini kəmərin daxili səthinə çökən parafin – qatran çöküntüləri tutur;
4.qum, mexaniki qarışıq və lay suyundan ibarət olan ballastın həcmini təyin etmək lazımdır.

Yuxarıda göstərilən şərtləri nəzərə almaqla neft kəmərlərində qeyri – mobil neft qalıqlarının hesablanması mürəkkəb məsələdir. Bu məqsədlə onların təyini üçün metodiki tövsiyələr verilir. İşlənilmiş qeyri – mobil neft qalıqlarının təyini üsulu "28 May" NQÇİ- nin "Günəşli" yatağının mədəndaxili və DDSÖ 3, 4


DOI: 10.5510/OGP20100100014

E-mail: ofelya.zeynalova@socar.az


A.R.Daşdiyev (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Adsorbsiya nanotəbəqələrinin köməyi ilə çənlərdən neft və neft məhsulları itkilərinin azaldılması


İş neft sənayesinin aktual problemlərindən birinə, çənlərdən neft və neft məhsulları itkilərinin azaldılması məsələsinə həsr olunub. Çənlərdən neft və neft məhsulları itkilərinin azaldılması məqsədilə elmi əsaslandırılmış, yüksək səmərəli adsorbsiya nanotəbəqələrinin (ANT) işlənib hazırlanması üçün bir sıra tədqiqatlar aparılmışdır: ANT-lərə qarşı tələblər müəyyən edilmişdir; qeyri-ionogen səthi-fəal maddələr üçün «xassə-xassə», «xassə-quruluş» tipli qanunauyğunluqlar əsasında optimal ANT tərkibləri seçilmişdir; n-doymuş karbohidrogenlər üçün ANT səmərəliliyinin nəzəri qiymətləndirilməsi modeli verilmişdir; analitik metodların köməyi ilə çənlərdən karbohidrogen itkiləri qiymətləndirilmişdir; optimal ANT tərkiblərinin laboratoriya-sənaye sınaq və tətbiq işləri aparılmışdır.


DOI: 10.5510/OGP20100100011

E-mail: ofelya.zeynalova@socar.az


N.Z.Qasımov, R.Ə.Yusifov, O.Ə.Zeynalova, Ə.N.Əhədova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Balaxanı yatağının nümunəsində Abşeron yarımadasındakı köhnə yataqlarda yerləşən mədənlərdə ətraf mühitin çirklənməsi problemi


Məqalədə, Azərbaycanın köhnə yataqlarında havaya atılan səmt qazının utilizasiyası problemi qaldırılmışdır. Burada səmt qazının adi məşəldə yandırılmadan başqa üsullarla utilizasiyasının zəruriliyi haqqında deyilir və utilizasiya metodları analiz olunur. Məqalədə, “Neftqazlayihə” institutunun əməkdaşlarının “Uqlemetan Servis” QSC-nin mütəxəssisləri ilə birgə apardıqları “Balaxanıneft” NQÇİ-nin obyektlərində itirilən səmt qazının həcminin hesablanması üçün tullantı mənbələrinin öyrənilməsinə yönəlmiş tədqiqatların nəticələri verilmişdir.


DOI: 10.5510/OGP20100100012

E-mail: ofelya.zeynalova@socar.az


A.G.Hüseynov (AzTU)

Yanacaq-Enerji-Kompleksində layihələrin işlənməsi və reallaşması zamanı ətraf mühitin mühafizəsinin başlıca istiqamətləri.


Məqalədə, davamlı inkişaf prioritetləri kimi, energetikanın inkişafı, ətraf mühitin mühafizəsi, resurslardan istifadə prespektivləri gözdən keçirilir. Qeyd edilir ki, energetikanın inkişafı bir tərəfdən, davamlı inkişafa imkan yaradırsa, digər tərəfdən ətraf mühitin çirklənməsinə səbəb olur. Ekoloji faktların nəzərə alınması ilə “cəmiyyət-təbiət” sistemində qarşılıqlı əlaqələrin tənzimlənməsi üzrə məqsədyönlü fəaliyyət hər bir dövlətin ekoloji siyasətinin formalaşmasında başlıca element olmalı və zəruri olan müəyyən prinsiplərə əsaslanmalıdır. Eyni zamanda məqalədə, ölkə Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010 cu illər üçün Kompleks Tədbirlər Planı” əsasında hazırlanmış ARDNŞ-nin Ekoloji siyasətinin əsas müddəaları qısaca şərh edilir.


DOI: 10.5510/OGP20100100013

E-mail: ofelya.zeynalova@socar.az