SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

M.M.İsgəndərov, A.H.Abuzərova (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Qeyri-bircins qumlu-alevritli kollektorların neftqazlılıq meyarlarının əsaslandırılması (Bakı arxipelaqı yataqlarının timsalında)


Yerinə yetirilən tədqiqat işi Cənubi-Xəzər Çökəkliyinin Bakı arxipelaqı yataqlarının Məhsuldar Qatı kəsilişində qeyribircins qumlu-alevritli kollektorların neftqazlılıq meyarlarının əsaslandırılmasına həsr olunub. Məlumdur ki, məhsuldar kollektor laylarını xüsusi elektrik müqavimətinin sərhəd qiymətinə görə neftqazdoyumluya və sudoyumluya ayırmaq olar, hansının ki, əsaslandırılması layların sınaq nəticələri ilə onların QGT məlumatlarının interpretasiyasından təyin edilmiş xüsusi elektrik müqavimətinin müqayisəsi yolu ilə yerinə yetirilir. Müqavimətin neft və ya qaz alınan minimum qiymətinin təyin edilməsinin digər üsulu kollektorların petrofiziki modelinin daha dəqiq təyin edilməsi ilə əlaqədardır. Bu məqsədlə riyazi modelləşdirilmə aparılmış, sınaq və statistik üsulların nəticələrinə əsasən təyin edilmiş ρn–la müqayisəsi aparılmışdır. Süxurların aşağıdakı petrofiziki modellərinə baxılmışdır: səpələnmiş gilliliklə qumdaşı; təmiz qumdaşı və gillərin növbələnməsi; səpələnmiş gilli qumdaşının gillərlə; Fertl modeli; Pupon modeli. Model tədqiqatlarının nəticələrinə əsasən tədqiq olunan yatağın kollektorları üçün səpələnmiş gilliliklə və gilli təbəqələrlə qumdaşı modeli xarakterikdir. Kollektorun qəbul olunmuş petrofiziki modelindən görünür ki, layın hesablanılmış minimum müqaviməti layın sınaq nəticələri və statistik üsulun nəticələri ilə yaxşı uzlaşır.


DOI: 10.5510/OGP20130400171

E-mail: mahal.isgenderov@socar.az


B.S.Aslanov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Qravimetrik xəritənin 3D modelləşdirilməsinə Cənubi Xəzər və Zaqros üstəgəlməsinin geoloji təkamülündə seysmo-geodinamik dəyişikliklər


Zaqros üstəgəlmə sistemi (ZÜS) və Abşeron-Balxanyanı qalxımlar zonası (ABZ) uyğun olaraq Mesopotamiya və Pirallahi-Kelkor ön çökəklikləri üstündədirlər: ZÜS və ABZ zəngin neftli-qazlı əyalətlərdir. Bu mütabiqət (uyğun olma) təsadüfdür və ya bütövlükcə regionun geoloji təkamülü ilə bağlıdır? Bu yataqların təbiəti necədir? Neft harada əmələ gəlmişdir, nə vaxt, haradan və hansı tərzdə indiki neftli laylarda toplanmışdır? Buge funksiyası ilə reduksiyalanmış qravimetrik xəritənin 3D modelinin tərtibi və mövcud geoloji-geofiziki materialların kompleks analizi əsasında bu suallara müvafiq cavab tapılmasına aydınlıq verilmişdir.


DOI: 10.5510/OGP20130400172

E-mail: beyler@inbox.ru DOI: 10.5510/OGP20130400172


İ.İ.Quliyev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Neft və qazın əmələ gəlməsi haqqında müasir baxışlar


Neft və qaz yataqlarının axtarışı məqsədilə aparılan geofiziki məlumatın geoloji şərhi zamanı onların əmələgəlmə prossesinin, tərkiblərinin formalaşmasının və geoloji quruluşda yatım şəraitinin, həmçinin sürət, sıxlıq və xüsusi müqavimət parametrlərinin öyrənilməsinə ehtiyac duyulur. Bununla əlaqədar olaraq, məqalədə təbii yatım şaraitində, yüksək temperatur və təzyiqdə neft və qazın əmələgəlməsi haqqında müasir baxışlara qısa nəzər salınır.


DOI: 10.5510/OGP20130400173

E-mail: ilham_br@mail.ru


А.B.Karаmurzayeva ("QazNİPİMunayQaz" SC)

"Karajanbas" yatağının qərb blokunun Orta Yur çöküntülərinin geoloji quruluşunun xüsusiyyətləri


Məqalədə "Karajanbas" yatağının Orta Yur məhsuldar çöküntülərinin geoloji quruluşunun xüsusiyyətləri və neftqazverimliliyi nəzərdən keçirilir. Yatağın qərb blokuna xüsusi diqqət göstərilib. Geoloji-geofiziki və geoloji-mədən məlumatları, o cümlədən 2D və 3D seysmik kəşfiyyat işlərinin interpretasiyasının nəticələri təhlil olunub, Ю-Iср layının fasial modeli qurulub. Göstərilir ki, qərb blokunun qərb hissəsində böyük maraq kəsb edən, yaxşı kollektor xüsusiyyətlərinə malik az qazılmış sahə yerləşir ki, bu da təfərrüatlı araşdırma və kəşfiyyat tələb edir.


DOI: 10.5510/OGP20130400174

E-mail: Karamurzaeva_A@kaznipi.kz


V.Q.Qədirov. Ə.S.Həsənov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Kür-Talış və Hacıqabul neft-qaz perspektivli sahələrində qravimetrik kəşfiyyatın nəticələri


Məqalədə Aşağı Kür çökəkliyinin Kür-Talış və Hacıqabul sahələrində aparılmış yüksək dəqiqlikli qravimetrik tədqiqatların nəticələri verilmişdir. Ağırlıq qüvvəsinin Buge anomaliya sahəsində müşahidə olunan lokal maksimumların sahə üzrə paylanma xüsusiyyətləri araşdırılmış, bu maksimumlardan birinin Kür-Talış sahəsində Məhsullar Qat çöküntüləri üzrə müəyyənləşdirilmiş qalxıma uyğun gəldiyi göstərilmişdir. Tədqiqat sahəsində neft-qazlılıqla əlaqələndirilən xarakterik qravitasiya minimumlarının paylanma sxemi qurulmuş, gələcək axtarış-kəşfiyyat işlərinin bu anamaliyalar daxilində istiqamətləndirilməsi tövsiyə edilmişdir.


DOI: 10.5510/OGP20130400175

E-mail: aliaddin-hasanov@rambler.ru


H.Jang, G.Li, J.Huang, S.Tian (Çin Neft Universiteti)

Kiçik diametrli quyuların qazıması zamanı qazma şlamının çıxarılmasının kritik sürətinin riyazi modeli


Məqalədə quyuların qazılması prosesində qazıma şlamının çıxarılmasının əsas mexanizmləri təhlil edilir və qazıma şlamlarının çıxarılması üçün mayenin kritik sürətinin riyazi modeli təklif olunur. Göstərilir ki, mayenin kritik sürəti kiçik bucaq altında əyilmə zamanı minimal qiymətə çatır, quyunun əyilmə bucağından 50-70 dərəcə həddində isə pik qiymətə çatır. Qazma məhlulunun özlülüyünün artması , bir qayda olaraq qazıma şlamının çıxarılması üçün mayenin kritik sürətinin artmasına gətirib çıxarır. Lakin, mikrolülədə təzyiq itkisi böyük ola bilər ki, bunu münasib maye özlülüyünün seçimində nəzərə almaq vacibdir.


DOI: 10.5510/OGP20130400176

E-mail: ligs@cup.edu.cn


L.Hyu, J.Deng, F.Deng, H.Lin, Ç.Yan, Y.Li, H.Liu, В.Çao (Çin Neft Universiteti)

Şistli qaz laylarının dağılma təzyiqinin hesablanması və onun lay anizotropiyasına təsiri


Məqalədə şistli qaz laylarının mexaniki və davamlılıq xüsusiyyətlərinin anizotropiyasının qazma prosesinə təsirinə nəzər salınır. Sistli qaz layı köndələn izotrop material kimi nəzərdən keçirilir və onun üçün dəyişmiş Mor-Kulonun dağılma kretiriyası qəbul olunur. Göstərilir ki, anizotropiyanın təsir dərəcəsi quyu lüləsinin azimut bucağından və əyilmə bucağından asılı olaraq dəyişir. Əldə edilən tədqiqat nəticələri şistli qaz laylarının qazıması zamanı dağılma təzyiqinin hesablanmasında tətbiq edilə bilər.


DOI: 10.5510/OGP20130400177

E-mail: dengfucheng128@163.com


F.S.İsmayılov, A.M.Qasımlı, F.Y.Abdullayeva, S.C.Rsayeva ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Sulaşmış laydan qalıq neftin yeni mikrobioloji təsir üsulu ilə sıxışdırılması


Məqalədə bioreagent qismində yeni yerli sənaye tullantıları məhsullarının (Bakı şampan şərabları zavodunun maya qalığı) axtarışlarının və layların neftveriminin artırılması üçün bu reogentin digər məlum reogentlərlə birlikdə istifadəsinin mümkünlüyünün müəyyənləşdirilməsi üzrə laborator tədqiqatların nəticələri göstərilir. Müəyyən olunmuşdur ki, fəal lil ilə yeni qalıqdan ibarət kompozisiyanın tətbiq edilərək sulaşmış laya araqat kimi vurulması bahalı melasın vurulması ilə müqayisədə layın neftverimini daha çox artırır.


DOI: 10.5510/OGP20130400178

E-mail: azer.qasimli@socar.az


O.A.Dışin, S.M.Abasova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, ADNA)

Senzuralanmış seçimdən istifadə etməklə elektrik dalma nasoslarının istismar möhkəmliyinin qiymətləndirilməsi


Senzuralanmış seçim əsasında, neft quyularının istismarı zamanı istifadə olunan mərkəzdənqaçma dalma nasoslarının intensivləşməsinin sıradan çıxmasının və paylanma funksiyalarının, sıxlığın paylanmasının qiymətləndirilməsi, qeyri-parametrik alınmış sıxlığın paylanma ehtimallarının köklü üsulu ilə istifadəsi haqqında.


DOI: 10.5510/OGP20130400179

E-mail: seva-abasova@mail.ru


E.A.Kazımov, M.A.Bisenova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, "QazNİPİMunayQaz" SC)

"Kompozit–1" bakterisid – ingibitor əlavələrinin "Jetıbay" yatağı neftinin reoloji xassələrinə təsiri haqqında


"Jetıbay" yatağından hasil olunan neftin nəqli prosesində yaranan mürəkkəbləşmələrin qarşısının alınması istiqamətində yeni tədqiqatların aparılması çox aktualdır. Yatağın uzun müddət istismarını, yeni mərhələyə qədəm qoymasını nəzərə aldıqda və xüsusilə də hasil olunan neftin böyük həcmdə lay suyu ilə zəngin olması qeyd olunan problemin həllinin mühüm əhəmiyyətə malik olmasını ön plana çəkir. Yataqdan hasil olunan neftin anomal reoloji xassələrə malik olması öz növbəsində yaranan mürəkkəbləşmələrin təbiətindən xəbər verir. Məqalədə neft-mədən avadanlıqlarında müşahidə olunan korroziya sürətinin azaldılmasını təmin edən Kompozit–1 reagentinin yataqdan hasil olunan yüksək özlülüklü neftlərin reoloji xassələrinə təsirinə baxılmışdır. 40 оC və 50 оC temperaturlarda aparılan tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, qeyri-nyuton xassələrə malik "Jetıbay" neftinin yeni işlənmiş bakterisid – ingibitor reagenti ilə emalından sonra qeyri-nyuton xassələr tənzimlənirlər. Bu mexanizm Kompozit–1 reagentinin kolloid-kimyəvi xassələri hesabına baş verir.


DOI: 10.5510/OGP20130400180

E-mail: Elchin.Kazimov@socar.az


M.P.Safiullin, A.A.Safina (Kazan (Volqa region) Federal Universiteti)

Neftqazkimya kompleksində əsas texnoloji yenidənbölüşdürmə üzrə dəyər zəncirinin formalaşmasının struktur təhlili (Tatarıstan Respublikasının timsalında)


Tatarıstan Respublikasının neftqazkimya kompleksinin texnoloji yenidənbölüşdürülməsinin (iqtisadi fəaliyyətin növləri üzrə) əsas göstəricilərinin makroiqdisadi təhlili aparılıb. Xammal hasilatından başlayaraq yekun məhsulun istehsalına qədər plastmas məmulatların hazırlanmasında istehsalat xərcləri zəncirinin təhlili üçün müəllif metodikası təklif olunub. İstehsalat xərcləri zəncirinin təhlili üçün metodika əsas texnoloji yenidənbölüşdürmə üzrə neftkimya məhsulları istehsalının mədaxilindən məxaric payını aşkarlamaq imkanı verir. Zəncirin dəyər strukturu Tatarıstan Respublikasının neftqazkimya kompleksində 2005 - 2012-ci illər üçün tərtib edilib.


DOI: 10.5510/OGP20130400181

E-mail: mitchl@mail.ru