SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

B.B.Xibasov (SC "QazNİPİMunayQaz")

Cənubi Manqışlağın Jazqurlin depresiya sahələrinin neftqazveriminin perspektivləri (Geoloji-geofiziki tədqiqatların nəticələrinin icmalı)


Ötən əsrin 50-90-ci illərində Cənubi Manqışlağın sahələrində həcmli geloji-axtarış işləri aparılmışdır. Məqalədə geoloji-geofiziki materialların interpretasiyasının və Jazqurlin depresiyasının yur-əvvəli və yur-təbaşir komplekslərinin neftqazlılıq perspektivlərini qiymətləndirmək məqsədilə axtarış-kəşfiyyat qazmasının nəticələrinin qısa icmalı verilir, həmçinin gələcəkdə baxılacaq kompleks axtarış-kəşfiyyat məsəlləri təqdim edilir.


DOI: 10.5510/OGP20130100138

E-mail: khibassov@gmail.com


B.S.Aslanov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Quyu və kəşfiyyat geofizikası məlumatlarının kompleksləşdirilməsi əsasında Cənubi Xəzərin qərb yamacının tektonik quruluşu


Məqalədə 1 saylı çox dərin (ÇD-1) Saatlı quyusu ərazisində əlavə edilən geofiziki məlumatların uğursuz interpretasiyası şərh olunub. Baxmayaraq ki, qazmadan sonra 25 il keçib, geoloq və geofiziklər arasında alınmış məlumatlar hələ də mübahisəyə səbəb olur. Tədqiqatçılar quyunun uzun müddət püskürmə baş verdiyi vulkan sahəsini və ya aparılan kəşfiyyat geofiziki üsullar məlumatlarının qeyri-korrekt yozulmasını qeyd edirlər. Lakin qravitasiya anomaliyaları (müşahidə və transformasiya anomaliyaları) əsasında, istər geoloji-geofiziki materiallarla kompleks halda, istərsə də qravimetrik məlumatlar ayrı-ayrılıqda, təhlil diqqətdən yayındığından ÇD-1 quyusunun yeri düzgün seçilməyib. Bu nəticə Saatlı sahəsindən keçən ikiölçülü geoloji-geofiziki kəsiliş modellərində əyani göstərilir. Belə ki, modellərdə Mezozoy çöküntülərinin ultraəsas vulkan massivinə pazlaşması əks olunur.


DOI: 10.5510/OGP20130100139

E-mail: beyler@inbox.ru


F.Deng, J.Deng, Y.Yang,Y.Xu, L.Hu, Z.Chen (Çin Neft Universiteti, İntelektual Mülkiyyəti üzrə Dövlət İdarəsi)

Boxay körfəzi layları dəstəsində orta qum yığımı şəraitində doldurma süzgəclərin istifadəsinin analizinin qiymətləndirilməsi


Boxay körfəzindəki neft quyularında qum təzahürlərinə qarşı mübarizə üzrə statistik məlumatların analizləri göstərir ki, onların bir çoxunda yüksək keyfiyyətli süzgəclərin nizamsıs istifadəsi nəticəsində qum təzahürlərinə nəzarət etmək olmur. Məqalədə məftilli və torlu süzgəclərin xüsusiyyətlərini birləşdirən çınqıl kipkəcli süzgəclər təqdim olunur. Boxay körfəzi hövzəsində layların parametrlərinin tədqiqatının nəticələri əsasında məqalədə qum təzahürləri ilə mübarizə üzrə çoxlu miqdarda model eksperimentlər göstərilmişdir. Başlıca olaraq laylara məxsus xüsusiyyətlər və təzyiqin düşmə qiyməti təhlil edilir. Çınqıl kipkəcli süzgəc və yataqlarda geniş istifadə edilən ayrıca yüksək keyfiyyətli torlu süzgəclərin müqayisəsi göstərir ki, çınqıl kipkəcli süzgəclər laylarda istismar şəraitinə, həmçinin bu yataqlarda qum təzahürlərinə qarşı mübarizənin tələblərinə daha çox uyğun gəlir.


DOI: 10.5510/OGP20130100140

E-mail: dengfucheng128@163.com


L.N.Son, N.T.Dak, F.N.Çunq (Pertrovyetnam, Vyetnam Neft İnstitutu)

"Bach Ho" yatağının çatlı qranit fundamentində kompüterləşdirilmiş kollektor modelinin qurulması metodologiyasının tətbiqi


"Bach Ho" yatağının çatlı qranit fundamentli kollektor modelinin qurulması, müəlliflər tərəfindən işlənmiş modelin qurulmasıı kompüterləşdirilmiş metodologiyanın tətbiqi ilə həyata keçirilir. Modelin qurulması metodologiyası, iş proseslərinin kalibrləşməsi, üsulu və hesablama vasitələri də daxil olmaqla, xüsusi olaraq çatlı kollektorlar üçün işlənmişdir. Alınmış kollektorun modeli operator tərəfindən əllə hazırlanmış "Bach Ho" yatağı modeli ilə müqayisə edilmişdir. Müqayisə göstərmişdir ki, işlənmiş modelin qurulması kompüterləşdirilmiş metodologiya modelləşdirmə nəticələri və müşahidə olunan mədən məlumatları arasında uyğunluğu yaxşılaşdırmaq üçün daha perspektivlidir.


DOI: 10.5510/OGP20130100141

E-mail: sonln@pvn.vn, ducnt@vpi.pvn.vn


F.S.İsmayılov, A.M.Qasımlı ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Neft emalı zavodunun çıxar məhsulundan istifadə etməklə layın neftveriminin artırılması


H.Əliyev adına “Azərneftyanacaq” neft emalı zavodunun çıxar məhsulu olan kerosin-qələvili tullantını (KQT) suya qatdıqda alınan məhlul neftlə sərhəddə səthi gərilməni aşağı salır. Məhlulun layın neftveriminin artırılmasında istifadə olunması mümkünlüyünü yoxlamaq məqsədilə tədqiqat işi aparılmışdır. Əvvəlcə neftin məsaməli mühitdən şirin və distilə olunmuş sular vasitəsilə sıxışdırılması tədqiq edilmiş, sonradan KQT-nin distilə olunmuş suda 5%-li məhlulu ilə aparılmışdır. Aparılmış eksperimentin nəticələrinə əsasən demək olar ki, KQT-nin distilə olunmuş suda 5%-li məhlulunu yüksək özlüklü neftə malik laylara tətbiq etməklə neftveriminin artırılmasına nail olmaq mümkündür.


DOI: 10.5510/OGP20130100142

E-mail: azer.qasimli@socar.az


A.Z.Əbdülhəsənov, R.J.İsayev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, SC "QazNİPİMunayQaz")

Təbii qazın mədənlərdə hazırlanması üçün sinergetik tərkibli kompleks reagentin işlənməsi


Məqalə, "Azneft" İB-nin dəniz neftqaz yataqlarında təbii və səmt qazlarının qurudulması və nəqlə hazırlanması üçün kompleks reagentin işlənməsi və sınaqdan keçirilməsinə həsr edilmişdir. Məqalədə, yerli neftkimya məhsulları əsasında işlənmiş kompleks reagentin təyin edilmiş əsas fiziki-kimyəvi və texnoloji göstəricilərinin nəticələri verilmişdir. Göstərilmişdir ki, təklif olunan kompleks reagent sinergetik xüsusiyyətə malikdir. Bununla yanaşı, kompleks reagentin təbii qazların çıxarılması və nəqlə hazırlanması prosesində əmələgələn hidrat və duzçökmələrinin qarşısının alınması və qazların qurudulması texnologiyasında aparılmış sənaye sınaqlarının nəticələri verilmişdir.


DOI: 10.5510/OGP20130100143

E-mail: abbas.abdulhasanov@socar.az


R.R.Cəfərov (“Neftqazelmitədqiqatlayihə” Institutu)

İşlənmə zamanı neftli zonaya hərəkət edən sərbəst qazın həcminin təyininə dair


Məqalədə "Sanqaçal-Duvannı Xara-Zirə adası" neft-qaz yatağının VII horizontu üzrə yalnız neftli hissəsinin işlənməsinə baxılıb. Belə ki, işlənmə prosesində qaz papağından sərbəst qazın neftli sahəyə hərəkəti müşahidə olunur ki, bu da hasilatın tərkibində neftdə həll olmuş qazın olduğunu göstərir. Beləliklə, neft quyularının istehsal həcmində neftdən və əlavə həll olunmuş qazdan başqa həmçinin sərbəst qaz da iştirak edir. Neft quyularından hasil olan sərbəst qaz həcminin təyini məqsədi ilə, ilk dəfə olaraq M.A.Jdanovun formulasına əsasən dəyişdirilmiş şəkildə istifadə edilmiş metodika təklif olunur.


DOI: 10.5510/OGP20130100144

E-mail: rafig.cafarov@socar.az


E.Z.Yaqubov, N.D.Tsxadaya, Z.X.Yaqubov (UŞFU, UDTU)

Neftqaz vəsaitlərinin daşınması üçün çoxkanallı boru kəmərləri və köhnəlmiş neftqaz kəmərlərinin bərpası


Məqalədə neft-qaz kəmərlərinin istismarının etibarlılığının şüşəplastik borulardan istifadə edilərək yaradılmış çoxkanallı boru kəmərlərinin vasitəsi ilə yüksəldılməsinin konstruktivtexnoloji əsasları təsvir olunur. Müəlliflərin işləyib hazırladıqları çoxkanallılıq prinsipləri əsasında daşınma sistemində köhnəlmiş boru kəmərlərinin bərpası konsepsiyası təklif olunur.


DOI: 10.5510/OGP20130100145

E-mail: em13@bk.ru <em13@bk.ru>


H.A.Həşimova (Ə.R.Beruni adına DaşkDTU)

Özbəkistanda iqtisadi inkişaf amili kimi innovasiyalara investisiyaların qoyülması


Məqalədə innovasiya fəaliyyətinin mühüm xüsusiyyətlərinə, eyni zamanda onun həm dövlət, həm də xarici partnyorlar və şəxsi fərdlər tərəfindən investisiyaların qoyulması istiqamətlərinə baxılır. İnnovasiya fəaliyyətinə investisiyaların mühüm təsirlər vektorları müəyyən olunur, eyni zamanda iqtisadi yüksəlişin əsas amillərindən biri kimi innovasiyalara investisiyaların qoyulmasının rolu göstərilir.


DOI: 10.5510/OGP20130100146

E-mail: jurnal-OGU@mail.st.uz


Q.K.Taraxtiyeva (Ə.R. Beruni adına Daşkənd Dövlət Texniki Universiteti)

Özbəkistanda klasterlərin formalaşmasının təşkili və metodiki aspektləri


Verilən işdə klasterlərin formalaşmasına və identifikasiyasına metodiki yanaşma təklif olunur. Buraya klasterin yaranması şəraitlərinin təhlili və qiymətləndirilməsi, klasterin strukturlaşması, klasterin səmərəli fəaliyyətinin metodiki təminatı, klasterin fəaliyyət nəticələrinin qiymətləndirilməsi kimi mərhələlər daxildir.


DOI: 10.5510/OGP20130100147

E-mail: jurnal-OGU@mail.st.uz


O.A.Dışin ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Freymlərin tətbiqi ilə kvadrat-toplanma diskret funksiyalı konvulyasiya tənliyinin həlli


Kvadrat toplama funksiyalarının konvolyusiya tənliyinin həlli üçün yeni dekonvolyusiya üsulu təklif olunur. Bazis splayn-funksiyalarının approksimasiyasının köməyi ilə baxılan məsələ veyvlet-freymdə konvolyusiya tənliyinə uzlaşdırılır. Bölünəbilən maştablı analizlər çərçivəsində ixtisar edilmiş məsələlərin həlli alqoritmlərinin əsasında kvadrat norma ilə məhdudlaşdırılan küy səviyyəsini nəzərə almaqla eksperimental verilənlərinin son çoxluğu ilə freymlərdə dekonvolüsiyanın ilkin məsələsinin həlli qurulmuşdur.


DOI: 10.5510/OGP20130100148

E-mail: oleg.dyshin@mail.ru.