SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

M.R.Sisenbayeva

«QazNİPİMunayQaz» SC

Faza çevrilmə zonasında lay neftinin özlülüyünün dəyişməsi və «Karpatol-UM2K-Nurol» SAM-ın neftin qazla doyma təzyiqinə təsirinin təyin edilməsi


İşin əsas məqsədi flüidin birfazalıdan ikifazalı vəziyyətə çevrilməsinin eksperimental tədqiqatları zamanı lay neftinin özlülüyünün dəyişilməsinin aşkar edilməsi, həmçinin lay neftinə «Karpatol» reagentin əlavə edilməsi nəticəsində alınan doyma təzyiqi (Pdoy.) barədə məlumatların əldə edilməsidir.


DOI: 10.5510/OGP20150300248

E-mail: Sisenbaeva_M@kaznipi.kz


L.Dou1, Q.Li2, T.Li1, K.Jao1, M.Janq1

1Sian Neft Universiteti
2Çin Neft Universiteti

Karbon 4-oksidin vurulması üçün quyularda qeyri-izotermik axının və təsiredici amillərin modelləşdirilməsi


Neft yataqlarında CO2-nin vurulması neftçıxarmanın artırılması üçün sınanmış üsul olmaqla yanaşı, CO2-nin sekvestrasiyası prosesi eyni zamanda ətraf mühit üçün də təhlükəsizdir. Sekvestrasiya prosesində əsas məsələ CO2-nin vurulması üçün quyuda temperatur və təzyiq profillərinin daha dəqiq proqnozlaşdırmasıdır. CO2-nin xüsusi fiziki xüsusiyyətlərini nəzərə alaraq, CO2-nin vurulması zaman qeyri-izotermik axının və təsiredici amillərin modelləşdirilməsinin ədədi üsulunun işlənməsi məqsədi ilə məqalədə ölçüsüz Qelmqolts enerji kəmiyyətinə əsaslanan Span-Vaqner hal tənliyi istifadə olunur. Bu tənliyin həlli isə CO2-in fiziki parametrlərini təzyiq və istilikkeçirmə ilə əlaqələndirən iterativ üsulla tapılır. «Subei» yatağında Cao 8 quyusunun qazma meydançasından alınan məlumatların müqayisəsi göstərir ki, proqnozlaşdırılan temperaturların xətası 1% hüdudunda, təzyiqin maksimal xətası isə 1.6%-dən azdır ki, bu da işlənmiş metodikanın tətbiqi dəqiq proqnozların əldə edilməsinə imkan verir. Bundan əlavə, vurulma temperaturunun, təzyiqinin, sürətinin və vaxtının və s. təsiri altında yaranan quyudibi təzyiqə və temperatura təsir edən amillərin tədqiq edilməsi yolu ilə sensitiv təhlil də aparmaq olar.


DOI: 10.5510/OGP20150300249

E-mail: 77129dou@163.com


Ç.Kai1, Q.Li2, J.Huanq2, H.Çi3

1Çin Dağ Sənayesi və Texnologiyası Universiteti
2Çin Neft Universiteti
3Çin Geoloji Xidməti

Layların susuz yarılması: Maye azotun istifadəsi ilə layların yarılması və tətbiqi perspektivləri


Hal-hazırda maye azot su əsaslı yarılma mayesinin ən yaxşı əvəzedicisi hesab edilir. Məqalədə maye azotla soyutmanın süxurların çatlamasına təsirini təhlil etmək məqsədi ilə eyni şist nümunəsinin azot ilə soyudulmadan əvvəl və sonra keçirilmiş akustik və keçiricilik testlərinin nəticələri təqdim olunur. Nəticələr göstərmişdir ki, maye azot ilə soyutma nəinki nümunənin səthində termiki çatların əmələ gəlməsinə, həmçinin mikroçatların da artmasına gətirib çıxarır. Maye azot ilə soyudulduqdan sonra şist nümunəsində akustika dalğasının sürəti 2.69%-3.53% aşağı düşmüşdür, nümunənin keçiriciliyi isə 11.55% - 177.27% artmışdır. Məqalədə həmçinin tətbiqin üstünlükləri, texniki çətinlikləri və perspektivləri müzakirə edilir.


DOI: 10.5510/OGP20150300250

E-mail: cupcaicz@163.com


Ş.P.Kazımov, E.S.Abdullayeva, N.M.Rəcəbov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Konstruksiyalı şişən pakerlərin təsnifatı və onların Azərbaycan yataqlarında tətbiq imkanları


Məqalədə dünyanın inkişaf etmiş ölkələrində işlənmiş və tətbiq olunmuş şişən pakerlərlərin təsnifatı və onların digər konstruksiyalı pakerlərlə müqayisəli təhlili verilir. Həmçinin şişən pakerlərin tətbiq sahəsi, onların işlənmə mərhələləri, sıxlaşdırıcı element qismində elastomerlərin xüsusiyyətləri göstərilir. Bundan başqa elastomerin sıxılmasının tənzimləmək üçün qoruyucu halqaların təsviri verilir və sıxlaşdırıcı elementin qalınlığı göstərilir. Məqalədə həmçinin şişən pakerlərin müxtəlif konstruksiyalar və növləri, şişmə prosesinin tənzimləmə sistemləri təsvir edilir və şişən pakerlərin üstünlükləri və çatışmayan cəhətləri göstərilir.


DOI: 10.5510/OGP20150300251

E-mail: elmira.abdullayeva.2016@mail.ru


İ.P.Qarayev, F.D.Mirzəyev, O.L.Arxipova

MMC «Gazprom VNIIGAZ»

Arktika şelfinin neft-qaz yataqlarının abadlaşdırılmasının konseptual sxemlərinin işlənməsi metodikası


Dəniz neft-qaz yataqlarının abadlaşdırılması və isitismarı işlərinin təşkili xarici və yerli praktikada aprobasiya olunmuş qurğuların, texnologiyaların və texniki vasitələrin mövcudluğundan asılıdır. Dəniz neftqazmədən texniki vasitə və texnologiyalarının inkişafı prioritetliliyinin əsaslı təyin olunması təşkil olunmuş işlərin müvəffəqiyyətliyini təmin edəbilər. Məqalədə, Arktika şelfinin neft-qaz yataqlarının abadlaşdırılmasının konseptual sxemlərinin işlənməsi metodikası təqdin olunur.


DOI: 10.5510/OGP20150300253

E-mail: oxana-arkhipova@yandex.ru


E.N.Qurbanov

«Özbəkneftqaz» MHŞ-nin «Mübarək QEZ» MMC

«Mübarək Qaz Emalı Zavodu» MMC-nin kompleks təkmilləşdirilməsinin effektiv aspektləri


Məqalədə təbii qazın emalı proseslərinin, xüsusilə kükürdən selektiv təmizlənməsi, aşağı temperaturlu separasiyası, propan-butan fraksiyaların aralıqda saxlanılması kimi, kompleks təkmilləşdirilməsinin elmi və tətbiqi nəticələri təqdim olunmuşdur.


DOI: 10.5510/OGP20150300252

E-mail: MGPZ35@mail.ru


S.N.Hüseynova1, E.R.Babayev4, N.Ç.Mövsüm-zadə5, R.R.Sırlıbayeva2, İ.İ.Safiullina3, E.M.Mövsüm-zadə1

1Ufa Dövlət Neft Texniki Universiteti; 2Başqırtıstan Dövlət Universiteti; 3Başqırtıstan Dövlət Aqrar Universiteti; 4AMEA Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası Institutu; 5AMEA-nın Kibernetika İ

Bir sıra üzvi silisium nitrillərlərin keçid metalların duzları ilə komplekslərin yaradılması: termodinamika, reaksiyaların mexanizmi və praktiki xüsusiyyətlər


Məqalədə sintez olunmuş birləşmələrin və onların komplekslərinin antimikrob fəallığının aşkar edilməsi üzrə sınaqların nəticələri təqdim olunur. Müəyyən olunmuşdur ki, sintez olunmuş silisium üzvi nitrillar antimikrob xassələrə malik dağılmaya və korroziyaya qarşı xüsusiyyətləri olan neft yağları üçün polifunksional aşqarlardır. Bundan başqa keçid metallarının duzlarıyla bir sıra üzvi silisium nitrillərin və onların komplekslərinin quruluşunun kvant-kimya tədqiqatlarının nəticələri təqdim edilmişdir: nitril və koordinasiya əlaqələrinin quruluşuna müxtəlif əvəzedicilərin və duzların təsiri araşdırılmışdır. Həmçinin monomerlərin atomlarında effektiv yüklərin paylanmasının xüsusiyyətləri təqdim edilmişdir. Müəyyən edilmişdir ki, keçid metalların duzlarıyla birgə üzvi silisium nitrillərin komplekslərinin yaranması zaman n-komplekslər yaranırlar. Co<Ni<Cu


DOI: 10.5510/OGP20150300254

E-mail: ilnara.safiullina@mail.ru