SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Ə.M.Salmanov, B.İ.Məhərrəmov, R.M.Hüseynov, E.F.Xəlilov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Yeni məlumatlara əsasən Cənub-Qərbi Abşeronun Miosen çöküntülərinin tektonik xüsusiyyətləri


Cənub-Qərbi Abşeronda Miosen çöküntü kompleksinin tektonik xüsusiyyətləri ümumqafqaz və submeridional qırışıqlıq hərəkətlərinin qarşılıqlı təsiri ilə yaranmışdır. Cənub-Qərbi Abşeronda meridional və dairəvi qırışıqlıq üstünlük təşkil edir. Dairəvi qırışıqlığın əmələ gəlməsi, ümumqafqaz istiqamətli qırışıqlıq əmələgəlmənin intensivliyinin nisbətən zəifləməsi ilə eyni zamanda, submeridional istiqamətli qırışıqəmələgəlmənin konsedimentasion inkişafı ilə izah olunur. Qərbi Abşeronun lokal strukturları bir sıra hallarda palçıq vulkanları ilə mürəkkəbləşmiş diapir tipli strukturlardır. Bu tipli strukturların əmələ gəlməsi Abşeronun cənub-qərb hissəsində qırışıqlıq hərəkətlərinin güclü olması və Paleogen-Miosen yaşlı plastik gillərin böyük qalınlıqda olması ilə izah olunur.

Açar sözlər: geologiya, tektonika, litologiya, litofasiya, stratiqrafiya, struktur, qalxım, hövzə, çöküntütoplanma, yataq, karbohidrogen, tələ, üzvi maddə, neft-qazlılıq, gil, perspektiv, Paleogen-Miosen, Maykop.


DOI: 10.5510/OGP20160100265

E-mail: Ahmed.Salmanov@socar.az


O.E.Bağırov

«SOCAR-AQŞ» MMC, Bakı, Azərbaycan

CrSi2 ilə aşqarlanmış qazma baltalarının dağıdıcı hissəsinə Almaz (Wc-Co) kompozit materialların tətbiq edilməsi barədə


Qazma baltalarının süxurdağıdıcı elementlərinin istismar xüsusiyyətlərinin yüksəldilməsinə yönəlmiş tədqiqatların nəticələri göstərilmişdir. Calmaz-WC-Co-CrSi2 kompozit materialının strukturu, mexaniki və triboloqik xassələri öyrənilmişdir. Müəyyən edilmişdir ki, Calmaz-WCCo-CrSi2 kompozit materialından düzələn süxurdağıdıcı elementlərin abraziv yeyilməyə davamlılığı Calmaz-WC-Co kompozit materialından 4.3 dəfə çoxdur. Bu kompozit materialın triboloqik xüsusiyyətləri-nin yüksəldilməsini təmin edən mexanizm müəyyən edilmişdir. 

Açar sözlər: almaz, volfram karbidi, kobalt, xrom siliçidi, yeyilməyə davamlı.


DOI: 10.5510/OGP20160100266

E-mail: obagirov@socar-aqs.com


J.Pei

Çin Elmi-Daş Kömür Sənaye Korporasiyasının Sian Elmi-Tədqiqat Institutu, Sian, Çin

Genişləndirilən boru texnologiyasının ədədi tədqiqi


Məqalədə borunun genişləndirilməsi prosesinin analizi üçün son elementlərin 3D metodu istifadə olunur. Boru deformasiya olunan elastik-plastik gövdə kimi modelləşdirilir. Müəyyən edilmişdir ki, sürtünmə gücünün artması ilə genişləndirici güc də artır. Bununla yanaşı genişləndirici gücə minimum qiymət qazandıran sürümə konusunun optimal yarımbucağı və kalibrləmə zonasının uzunluğu müəyyən edilmişdir. Əsaslanmış yüksək sürtünmə əmsalının seçimi qalıq gərginliyin azaldılmasına imkan yaradır, qalıq gərginlik isə yarımkonusun bucağından kvadrat şəklində asılıdır. Sürtünmənin əmsalının artması və kalibrləmə zonasının uzunluğunun azalması ilə genişləndirilən borunun qalınlığı da artır, bununla yanaşı borunun genişləndirilən hissəsinin uzunluğu azalır. Həmçinin, borunun fırlanan və fırlanmayan genişləndiricilərin tətbiqi ilə genişləndirilməsi prosesinin modelləşdirilməsinin nəticələri təhlil edilmişdir. Nəticələrdə fırlanan genişləndiricinin istifadəsi zaman genişləndirici gücün fırlanmayanla müqayisədə 14.4% az olduğu göstərilmişdir.

Açar sözlər: genişləndirilən boru texnologiyası, son elementlərin 3D modelləşdirilməsi, genişləndirici güc, qalıq gərginlik, boru elementlərinin qalınlığı/uzunluğu


DOI: 10.5510/OGP20160100267

E-mail: jpnt2005@163.com <jpnt2005@163.com>


Z.Vu1,4,  Z.Yanq2,  L.Çao3, Q.Vanq3

1«Böyük Sədd» Qazma Şirkəti, ÇMNK
2Neft Kəşfiyyatı və İşləmələri ETİ, PetroChina, Pekin, Çin
3«Böyük Sədd» Qazma Şirkəti, ÇMNK, Panjin, Çin
4Çin Neft Universiteti, Pekin, Çin

Dərin laylarda SAM-polimer sisteminin xassələrinin tədqiqi


Məqalədə dərin laylarda SAM-polimer sisteminin xassələrinin dəyişməsinin öyrənilməsi məqsədi ilə, sistemin müxtəlif uzunluqda kern nümunələri üzərində aparılmış sınaq tədqiqatlarının nəticələri təqdim edilir. SAM-polimer sisteminin müqavimət və müqavimətin qalıq amilləri təzyiqin eyni kern nümunəsinin müxtəlif nöqtələrindəki ölçmələri ilə təyin edilmişdir. Dərin laylarda neft və su sərhədində fazalararası aktivliyin tədqiqi məqsədi ilə hasil olunan flüiddə fırlanan damcı üsulu ilə səthi gərilmə müəyyən e dilmişdir. Məqalədə özlülüyün və fazalararsı aktivliyin neftçıxarmaya təsiri öyrənilir. Tədqiqatların nəticələrindən maksimal neft çıxarmaya nail olmaq məqsədi ilə polimer və SAM seçimi edilərkən yardımçı vəsait kimi istifadə etmək olar.

Açar sözlər: kimyəvi suvurma, neftin sıxışdırılması, müqavimət əmsalı, qalıq müqavimətəmsalı, fazaların ayrılma sıthində aktivlik.


DOI: 10.5510/OGP20160100268

E-mail: wuzhiwei1987@126.com


R.N.Bahtizin, R.M.Karimov, B.N.Mastobayev

Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Rusiya

Yüksək molekullu komponentlərin struktur-qrup və fraksiya tərkibindən asılı olaraq neftin reoloji xassələrinə təsiri


Neftin struktur-qrup və fraksiya tərkibinin, yüksək molekullu komponentlərin yuxarı səviyyədə olmasından asılı olaraq, onun fiziki-kimyəvi və reoloji xassələrinə təsir mexanizmi müəyyənləşdirilmişdir. Bu da maye karbohidrogenlərinin yüksək molekullu komponentlərənisbətən fərqli həllolunma qabiliyyəti ilə izah edilir.

Açar sözlər: dispers sistemi, neft fraksiyası, struktur-qrup tərkibi, yüksək molekullu komponentlər, həllolunma, qaynama temperaturu


DOI: 10.5510/OGP20160100269

E-mail: karimov_rinat@mail.ru


V.C.Abdullayev1, X.M.İbrahimov1, F.K.Kazımov1, T.X.Şəfiyev2 

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
2Qaz İxrac İdarəsi, SOCAR, Bakı, Azərbaycan

Neftin qaz və su-qaz qarışıqları ilə sıxışdırılmasının eksperimental tədqiqi


Son vaxtlar layların neftveriminin artırılması məqsədi ilə suvurma üsullarından geniş istifadə olunur. Lakin mürəkkəb geoloji struktura və yüksək özlülüklü neftə malik yataqlarda bu üsulun tətbiqi çox vaxt gözlənən nəticələri vermir. Digər tərəfdən, qalıq neftin sıxışdırılması məqsədi ilə laylara vurulan işçi agentlər onun yüksəkkeçiricilikli hissəsi ilə hərəkət edərək hasilat quyularına çatırlar ki, bu da onların vaxtından əvvəl sulaşmasına gətirib çıxarır. Nəticədə aşağı keçiricikli neftli zonalar işləmələrdən kənarda qalırlar. Məqalədə layın müxtəlif yatım vəziyyətlərində bircins və təbəqəli qeyri-bircins məsaməli mühitlərdən neftin qazla sıxışdırılması, həmçinin müxtəlif məsaməli mühitlərdən neftin, su və qazı növbəli şəkildə (porsiyalarla) vurmaqla, su-qaz, SAM məhlulu-qaz qarışıqları ilə bir neçə variantda sıxışdırılması üzrə aparılmış laboratoriyaeksperimental tədqiqatlarının nəticələri verilmişdir.

Açar sözlər: lay modeli, bircins məsaməli mühit, qeyri-bircins məsaməli mühit, neftsıxışdırma əmsalı, su-qaz qarışığı.


DOI: 10.5510/OGP20160100270

E-mail: vugar.abdullayev@socar.az


Q.M.Zinnatullina, O.A.Baulin, M.N.Rahimov, Ş.T.Aznabayev, D.E.Alipov

Ufa Dövlət Texniki Universitet, Ufa, Rusiya

Bifunksional aşqar və onun dizel yanacaqlarının istismar və ekoloji göstəricilərinə təsiri


Asan əldə olunan xammal komponentlərindən dizel yanacaqlarının aşağıtemperaturlu xassələrini və sürtmə qabiliyyətini modifikasiya edən bifunksional aşqar işlənib hazırlanmışdır. Tərkibində işlənmiş aşqar olan dizel yanacağının fiziki-kimyəvi göstəriciləri GOST Р 52368 dövlət standartı ilə təyin edilmiş qiymətlər çərçivəsində saxlanılır. Tərkibində belə aşqar olan dizel yanacağı soyuq saxlanıldıqda sabit qalır və su ilə qarşılıqlı təsir sınaqlarından keçir.

Açar sözlər: dizel yanacağı, dizel yanacaqları üçün aşqarlar, butil spirtinin kub qalığı, aşağı molekullu polietilen, ekotoksiklik.


DOI: 10.5510/OGP20160100271

E-mail: 123gerda@mail.ru


O.A.Dışin

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Mayenin həlqəvi yarıqlı-məsaməli layda qeyri-stasionar klasik süzülməsi məsələsinin veyvlet-metod həlli


Separabelli ortonormallaşmış bazisli diskret veyvlet çevirmələrinin tətbiqi ilə çoxmiqyaslı L2(R3) analiz əsasında mayenin həlqəvi yarıqlı-məsaməli layda başlanğıc-sərhəd qeyristasionar klassik süzülməsi məsələsinin təqribi dayanaqlı həll metodu işlənib. Baxılan məsələnin həlli qeyri-korrekt məsələnin həllinə gətirilir. Xətti cəbri tənliklərin qeyri-dəqiq verilənlər daxilində tənzimlənmə metodunun köməyilə təqribi həlli isə differensial tənliklərin əmsallarının və sərhəd şərtlərinin, eləcə də onun sağ tərəfinin verilmə xətalarına qarşı dayanıqlıdır.

Açar sözlər: qeyri-stasionar süzülmə, yarıqlı-məsaməli lay, çoxmiqyaslı analiz, diskret veyvlet-çevirməsi, tənzimlənmə metodu.


DOI: 10.5510/OGP20160100272

E-mail: dyshin@mail.ru