SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

E.H.-M.Əliyeva, F.B.Aslanzadə, K.X.Səfərli, S.M.İsmayılova ("Neftqazelmitədqiqatlayihə"İnstitutu)

Abşeron neftli-qazlı rayonu Qırmakı üstü qumlu lay dəstəsi çöküntülərinin kollektor xüsusiyyətləri


Abşeron NQR Qırmaki üstü qumlu (QÜQ) lay dəstəsi süxurlarının kollektor xüsusiyyətlərini tədqiq edərkən bir sıra qanunauyğunluqlar aşkar olunmuşdur. Abşeron NQR-nun QÜQ lay dəstəsi çöküntülərində əsasən qumlu-alevritli materiallar üstünlük təşkil edir. QÜQ lay dəstəsi süxurlarının tərkibində alevrolit fraksiyası bir sıra sahələrdə (Qaradağ, Lökbatan, Şubanı, Balaxanı-Sabunçu-Ramanı, Zığ, Maştağa, Buzovna, Qum adası) nisbətən çox, (Quşxana, Bibiheybət, Suraxanı, Qaraçuxur, Mərdəkan dəniz) qumlu fraksiyanın azalması qeyd olunur. Ümumiyyətlə tədqiq olunmuş süxurlar yaxşı kollektor xüsusiyyəti ilə xarakterizə olunur. Belə ki, nümunələrin bir çoxunda məsaməlik 15-20% intervalında, keçiricilik isə 100×10-15 m2-dən 300×10-15 m2-ə qədər dəyişir. Süxurların məsaməliliyi onların yatma dərinliyindən asılıdır. Süxurların daha az məsaməliliyi 2000-3000 m intervalındadır. Bu dərinlikdən aşağıda (4000 m qədər) süxurlar bir qədər sıxlaşır və məsaməlilik artır. Çöküntülərdə karbonatlılığın olması süxurların keçiriciliyini aşağı salır, onun miqdarı 20%-dən çox olarsa, süxurların həcmi-süzülmə xüsusiyyətinə nisbətən pis təsir göstərir. Bu onu deməyə əsas verir ki, Qırmaki üstü qumlu (QÜQ) lay dəstəsi süxurlarında gilli sementdən başqa karbonatlı sement də geniş yayılmışdır. Pelit fraksiyasının miqdarı ilə karbonatlılığın tərkibinin korrelyasiyasından demək olar ki, onlar ilkin sedimentasiya tərkiblidir. Aparılmış tədqiqat işləri göstərir ki, kollektor xüsusiyyətləri gilli fraksiyanın miqdarından qeyri xətti asılıdır. Bununla belə bu asılılıq xətti xarakter daşımır, süxurların psammit tərkibi üstünlük təşkil edərək neqativ xarakter alır.


DOI: 10.5510/OGP20100200015

E-mail: elmira.aliyeva@socar.az


M.F.Tağıyev, Q.Ə.Zeynalov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, Geofizika ETİ)

Piroliz məlumatları əsasında süxurların neft-qaz əmələ gətirmə potensialının və karbohidrogenlərin ilkin miqrasiyasının səmərəliliyinin tədqiqi haqqında


Şamaxı-Qobustan rayonunun oliqosen-miosen süxurlarının piroliz məlumatlarının tədqiqi əsasında əmələgəlmiş karbohidrogenlərin neft-ana laylarından emiqrasiya etməsi üçün üzvi maddənin tələb olunan sərhəd qiymətləri müəyyənləşdirilmişdir. Hidrogen indeksinin alternativ interpretasiyasına əsasən Cənubi Xəzər çöküntü hövzəsinin oliqosen-miosen kəsilişində əvvəlki tədqiqatlarda göstərilən orta qiymətlər ilə müqayisədə daha yüksək neft əmələgətirmə potensialına malik layların olduğu aşkar edilmişdi r.


DOI: 10.5510/OGP20100200016

E-mail: tagiyevm@hotmail.com


B.Ə.Süleymanov, E.M.Abbasov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Quyuya axının qeyri-ani kəsilməsini nəzərə almaqla neftin su ilə sıxışdırılmasında quyudibi təzyiqin bərpası


Məqalədə müstəvi-radial neft layında quyudibi təzyiqin bərpası prosesi tədqiq olunur. Quyuya axının qeyri-ani kəsilməsini nəzərə almaqla neftin su ilə sıxışdırılmasında quyudibi təzyiqin bərpası məsələsinin analitik həlli tapılıb. Göstərilib ki, su-neft kontaktının hasilat quyusuna hərəkəti təzyiqin bərpa əyrilərinin xarakterinə mühüm təsir göstərir. Məqalədə alınan ədədi qiymətlər nisbəti ilə eksperimental və mədən nəticələri arasında yaxşı uyğunluq olduğu göstərilib. Hasilat quyularına su axınının vaxtının qabaqcadan qiymətləndirilməsı tənliyi alınıb.


DOI: 10.5510/OGP20100200017

E-mail: baghir.suleymanov@socar.az


V.Q.Joqlo, S.İ.Qrimus, A.V.Xaleskiy (BelNİPİneft)

"Eclipse 100" PK-dən istifadə edilməklə tərs məsələlərin həll edilməsi yolu ilə karbonat çöküntülərının keçiricilik modelinin əsaslandırılması (Belarus Respublikasının Ostaşkoviç neft yatağı timsalında)


İlk dəfə olaraq keçiriciliyin qiymətinə görə Ostaşkoviç neft yatağının semiluks çöküntülərinin qeyri-bircinsliliyinin 4 səviyyəsi aydınlaşdırılmış və kəmiyyətcə əsaslandırılmışdır. Karbonat süxurlarının sıxlıq fərqi üçün keçiricilik əmsalının 0,1-2,0 mD çatlılığın, xətti-lokal zonaları üçün 980-3200 mD, çatlılığın xətti-regional zonaları üçün 3200-5000 mD, ayrı-ayrı quyularin drenaj zonasında çatlıməsaməli mühit üçün 220 mD qiyməti xarakterikdir.


DOI: 10.5510/OGP20100200018

E-mail: v.zhoglo@beloil.by


T.Ş.Salavatov, Əl Səid Qərib (ADNA)

Maye və layın müxtəlif parametrlərinin üfüqi quyularda konusəmələgəlməsi prosesinə təsirinin öyrənilməsi


Hal-hazırda, üfüqi quyular karbohidrogen yataqlarının işlənilməsində geniş istifadə olunurlar. Verilmiş texnologiyanın istifadə olunmasının əsas məqsədlərindən biri, qaz papaqlı və su basqılı rejimli laylardan karbohidrogen veriminin yaxşılaşdırılmasından ibarətdir. Şaquli quyularla müqayisədə, üfqi quyulardan istifadə olunmasının üstünlüyü, onların daha çox məhsuldar olmasından və onlara su çatana qədər uzun müddətli istismar olunmasından ibarətdir. Su və qaz konusunun əmələ gəlməsi daban suların və qaz papağından qazın neft quyularının perforasiya qədər ötüb keçmə hərəkətinin mexanizmi ilə izah edilir. Konusəmələgəlmə əhəmiyyətlı dərəcədə quyuların məhsuldarlığının azalmasına, lay enerjisinin tükənməsinə, layın neftverməsinin azalmasına gətirib çıxarır. Bu hadisənin qarşısının alınması yatağın son neftverməsinin artırılması üçün zəruridir. Konusəmələgəlmənin texnoloji proseslərə, neftverməyə və işlənmənin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsirini nəzərə alaraq, məqalədə quyunun böhran neft və qazın hasilatının hesablanması, su və qaz konusllarının üfüqi quyuların quyu diblərinə tərəf hərəkətlərinin proqnozlaşdırılması üçün kompüter proqramı işlənib hazırlanmışdır.


DOI: 10.5510/OGP20100200019

E-mail: petrotech@asoa.az


A.Ə.Süleymanov, Ə.A.Abbasov (ADNA, ARDNŞ)

Neftqazçıxarma proseslərinin vəziyyətinin diaqnozlaşdırılmasının bəzi meyarları haqqında


Məqalədə neftçıxarmada zaman sıralarının rəqslərinin fraktal təhlili metodları təklif edilmişdir. Rəqslər şərti olaraq fraktal müstəvisində düzləndirilən və düzləndirilməyən növlərə bölünürlər. Fraktal həndəsə qanunlarına tabe olan rəqslər üçün fraktal ölçülərin hesabat üsulları təklif edilir və məlumatların miqdarından asılı olaraq metodun həssaslığı yoxlanılır. Fraktal ölçülərlə yaxın proseslərin vəziyyətinin qiymətləndirilməsi üçün meyar təklif edilir. Fraktal müstəvidə düzləndirilən və düzləndirilməyən rəqslər üçün dinamik sistemin davranışında olan dəyişikliklərin qeyd edilməsinin aşkaredilmə qabiliyyətinə malik olan qeyri-parametrik meyarlar işlənilib hazırlanmışdır. Təklif edilən meyarlar model və praktik misallarla yoxlanılmışdır. Təklif edilən meyarların hesabat alqoritmi asan reallaşır, bu da mühəndis hesabatlarında praktik əhəmiyyət kəsb edir.


DOI: 10.5510/OGP20100200020

E-mail: petrotech@asoa.az


F.Q.Həsənov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu)

Nefmədən rezervuarlarının həndəsi formasının yarımmomentli nəzəriyyə əsasında hesablanması və optimallaşdırılması


Məqalədə neftmədən rezervuarların hesablanması üsuluna baxılmışdır. Göstərilir ki, qeyri - xəttiliyi nəzərə almaqla analitik və yarım analitik üsullarda bir neçə hədd saxlamaq lazım gəldiyi halda sonlu fərqlər üsulunu tətbiq etməklə istənilən sayda həddin təsirini nəzərə almaq olur. Alınmış həlldə materialın real xassəsi və bununla əlaqədar yeni effektlər nəzərə alınır. Həll elastik - plastik deformasiyalar həddi daxilində axtarılır. Sonlu elementlər üsulunu tətbiq etməklə və qeyri - xəttiliyi nəzərə almaqla tənliklər sistemi həll edilir. Ardıcıl yükləmə əsasında yerdəyişmə və müvazinət tənlikləri həll edilir. Xüsusi hal kimi rezervuarın oxa simmetrik yüklənməsinə baxılır və konstruksiya optimallaşdırılır.


DOI: 10.5510/OGP20100200021

E-mail: fazilq.hasanov@socar.az


I.S.Remeyev (GeoTEС)

Quyuların geofiziki tədqiqatları zamanı alınmış məlumatların işlənilməsi, analizi və saxlanılması üçün PRAYM proqramının tətbiqi nəticələri


PRAYM – neftqaz sahəsində geoloji-geofiziki məlumatların yığılması, vizuallaşdırılması, işlənilməsi və saxlanılması üçün Windows mühitində avtomatlaşdırılmış alətdir. Sistemin inkişaf yolu, istifadəçilərin tələbləri nəzərə alınmaqla, geofiziklər, petrofiziklər və geoloqlar üçün güclü, çevik, asan istifadə oluna bilən bir alətin yaradılmasına gətirib çıxarmışdır. Məlumatların təşkili və onların funksional imkanları, quyuların fəaliyyətinin bütün mərhələlərində (açıq lülə, sementləmə və qoruyucu kəmərlə təchiz olunmuş lülə) QGT məlumatlarının yığılması, təhlili və emalı məsələlərinin həll edilməsinə imkan yaradır. Daxili məlumatlar bazası bir və çox quyulu əməliyyatlarına imkan yaradır. Meydançaların, quyuların sayı, quyu göstəricilərinin tərkibi və həcmi praktiki olaraq məhdudlaşdırılmır. Müxtəlif məlumatların modellərindən istifadə etmək imkanlarını yaradır. Modullu arxitektura, müxtəlif mürəkkəbliyə malik iş yerlərinin asanlıqla hazırlanması (quraşdırılmasına) və konkret istifadəçinin tələblərinin yerinə yetirilməsi imkanını verir. Fasiləsiz, laylar üzrə, qarışıq tipli məlumarlar və onların işləmə texnologiyaları dəstəklənir. Kern məlumatlarının istifadəsi üçün də xüsusi vasitələr vardır. Məlumatların işlənməsi üçün qrafaların müstəqil yaradılması və hazır grafalardan istifadə edilməsi imkanları vardır. DLL, COM standartında və daxili dildə genişləndirmə və inkişaf üçün olan açıqlıq, istifadəçilərə konkret şəraitlərə uyğun olaraq sistemin inkişaf etdirilməsi imkanlarını verir.


DOI: 10.5510/OGP20100200022

E-mail: remeev@geoteс.ru


D.N.Bolotnik, A.V.Rıbnikov, Y.S.Makarova (Roxar Services AS)

Üçölçülü geoloji-hidrodinamik modellər əsasında üfüqi quyuların və yan lülələrin layihələndirilməsi, qiymətləndirilməsi və optimallaşdırılması üçün müasir qərarlar


İşdə üfüqi quyuların və yan lülələrin layihələndirilməsi, optimallaşdırılması və qazıma prosesinin müşahidə olunması üçün geoloji-hidrodinamik modelləşdirilməsinin texnologiyaları kompleksi təsvir edilmişdir. Bunun üçün aşağıdakı məsələlər nəzərdən keçirilir:


1. Üçölçülü geoloji-hidrodinamik modellər əsasında quyuların trayektoriyasının inteqrallaşmış layihələndirilməsi;
2. Kompyuter modellərində qeyri-müəyyənliyin təyin edilməsi;
3. Üçölçülü hidrodinamik hesablamalarda üfüqi quyunun lüləsindəki axının nəzərə alınması;
4. Quyuların qazılması prosesinin monitorinqi;
5. Üfüqi quyuların qazılması prosesinində struktur modelin dəqiqləşdirilməsi;
6. Üçölçülü geoloji modellərin lokal yeniləşdirilməsi.


DOI: 10.5510/OGP20100200023

E-mail: dimitry.bolotnik@roxar.com <dimitry.bolotnik@roxar.com>


D.S.Lebskiy (SPT Qrup)

Axının dinamik modelləşdirməsi əsasında qazla doymuş neftin nəqli üçün boru kəmərinin layihələndirilməsinə müasir yanaşma


Axının stabilliyinin təmin edilməsi və nəqletmə sistemlərinin boşdayanmaların qarşısının alınması məqsədilə, dünyanın neftqaz və mühəndis şirkətləri tərəfindən OLQA kompleksinin vasitəsi ilə maye axınının dinamik modelləşdirilməsi sistemi istifadə olunur. Bir qayda olaraq, axının dinamik modelləşdirilməsi boru kəmərinin hidravlik diametrinin təyin edilməsi, müxtəlif istismar rejimlərdə boru kəmərlərində mayenin maksimal həcminin hesablanması, həmçinin, digər məsələlərin həlli üçün istifadə olunur.


DOI: 10.5510/OGP20100200024

E-mail: dle@sptgroup.com


T.Tanaka, Dj.K.İton (Stenford Universiteti)

Yeni ölçüsüz ədədi parametrdən istifadə etməklə dispersləşmiş kürələrlə turbulentliyin modifikasiyalarının təsnifatı


Hissəciklərin təsiri altında turbulentliyin dəyişilməsinin əsas fiziki mənasının izah edilməsi məqsədilə, hissəciklərlə yüklənmiş Navye-Stoks tənliklərinin ölçü analizində istifadə edilməklə yeni ölçüsüz parametrin hissəcikli impuls sayı şəklində təsviri verilir. Hissəciklərin təsiri altında turbulent kinetik enerjinin dəyişildiyi 80 təcrübə ölçü sınaqları keçirilmişdir. Alınan nəticələr əks etdirilməklə açıq-aşkar üç qrupa bölünə bilir. Qeyd edilir ki, turbulentliyin zəifləmə sahəsi, hissəciklərin impulsunun ölçü xarakteristikasının iki kritik mənasını qəbul edən, turbulentliyin iki gücləndirmə sahəsi arasında yerləşir


DOI: 10.5510/OGP20100200025

E-mail: tomohiko.tanaka.nx@hitachi.com


P.Xuanq, K.S.Breyer (Braun Un iversiteti)

Elektrolit məhlullarında sürüşmə uzunluğunun birbaşa ölçülməsi


Treyser hissəcikləri və şüşə səthi arasındakı elektrokinetik effektlər və elektrostatik uzaqlaşmalar, velosimetriyaya əsaslanan ölçülərdən alınmış zahiri sürüşməyə gətirib çıxaran mümkün mənbələr kimi təklif edilmlşdir. Velosimetriyanın üçölçülü tam daxili əksetmə texnikasından istifadə etməklə, biz, elektriklə yaranan sürüşmənin effektini submolekulyar səviyyəyə qədər azaltmaq üçün hesablanan ion konsentrasiyasının qeyri-ionogen məhlulları və elektrolit məhlulları və elektrolit məhlulları arasındakı sürüşmənin ehtimal olunan uzunluğunu müqayisə edərək göstərilən fərziyyəni tədqiq etmişik. Göstərildiyi kimi, elektrolitlərin olması sürüşmə uzunluğuna təsir etmir və da şürüşmənin müşahidə edilən sürətinin elektrostatik və elektrokinetik effektlərə görə deyil, həqiqi sərhəd sürüşməsinin nəticəsində əldə edilməsi ehtimalını yaradır.


DOI: 10.5510/OGP20100200026

E-mail: peter.huang@tufts.edu