SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

B.S.Aslanov1, B.İ.Məhərrəmov1, Ə.İ.Xuduzadə2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
2«Azneft» İB, SOCAR, Bakı, Azərbaycan

«Saatlı-Göyçay-Muğan» gömülmüş qalxımlar zonasının karbohidrogen potensialının qiymətləndirilməsi


Məqalə müəllifləri tərəfindən yerinə yetirilən geoloji-geofiziki materialların analizinə görə belə bir nəticəyə gəlinib ki, Azərbaycan ərazisinin neftgeoloji və tektonik rayonlaşdırılması zamanı tədqiq olunan «Saatlı-Göyçay-Muğan» regionunda tədqiqatçılar tərəfindən çaşqınlıq yaranmışdır. Bunun səbəbi qazıma zamanı alınan mənfi nəticələr olmuşdur, yəni öyrənilən strukturlarda, Muradxanlı strukturu müstəsna olmaqla, neft və qaz yataqlarının axtarışı uğurlu olmamışdır. Lakin bir sıra strukturlarda qazıma zamanı sənaye əhəmiyyətli neft axınına rast gəlinmişdir. Bu və digər faktlar əsas verir ki, zona neftlılık-qazlılıq münasibətdə perspektivli hesab oluna bilər. Müəlliflər hesab edirlər ki, perspektivliyin geoloji əsaslandırılması üçün karbohidrogenlərin əmələgəlmə nöqteyi-nəzərdən zona analiz olunmalıdır. Bu aspektdə materialların analizindən sonra güman edilir ki, neft əmələgəlmənin hər hansı konsepsiyasından asılı olmayaraq, «Saatlı-Göyçay-Muğan» gömülmüş qalxımlar zonasının karbohidrogen potensialı qalın qatlı Kaynozoy kompleksi altında «gizlənmişdir». 

Açar sözlər: neftgeoloji, tektonik, gömülmüş, neftqazdaşıyıcı, perspektivlik.


DOI: 10.5510/OGP20160200273

E-mail: beyler@socar.az


E.A.Kazımov1, Ə.B.Süleymanov2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
2Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan

Mis nanohissəciklərinin qazma məhlullarında ingibirləşmə xassələrinin tədqiqi


Məqalədə metal nanohissəciklərin qazma məhlullarının ingibirləşmə xassələrinə təsiri tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, qazma məhlullarının ingibirləşmə xassələrinin artırılması məqsədilə qazma məhlullarına ölçüləri 40-60 nm olan nanohissəciklərin 0.0025% miqdarında elektrolitlərlə əlavəsi məqsədəuyğundur. Kəsilişləri təşkil edən gil süxurlarının minimal nəmlənməsi məqsədilə nanohissəciklərlə işlənmiş qazma məhlullarının pH göstəricisinin 9-10 həddində saxlanılması vacibdir. Qeyd olunanlar əhəngli, əhəngli-gipslivə kaliumlu qazma məhlullarında yüksək ingibirləşmə göstəricilərinin əldə olunmasına imkan vermişdir.

Açar sözlər: qazma məhlulu, ingibirləşmə, mis nanohissəciklər, nəmlənmə, dayanıqlıq.


DOI: 10.5510/OGP20160200274

E-mail: elchin.kazimov@socar.az


O.E.Bağırov

«SOCAR-AQŞ» MMC, Bakı, Azərbaycan

Süxurdağıdıcı alətdə almaztərkibli kompozit materiallar (xülasə)


Məqalədə neft və qaz quyularının qazılmasında və həmçinin daş cilalama işləri sənayesində tətbiq olunan almaztərkibli kompozit materiallarla təchiz olunmuş süxurdağıdıcı alətlərə həsr olunub çap edilmiş tədqiqat işlərinin analizi yerinə yetirilmişdir. Belə kompozit materiallarla təchiz olunmuş süxurdağıdıcı alətin istismar göstəricilərini yüksəltmək üçün almaztərkibli kompozit materialların struktur, mexaniki və istismar xüsusiyyətlərinə baxılmış və lazımlıq səviyyəsinə görə ən asas amillər seçilmişdir.

Açar sözlər: süxurdağıdıcı alət, almaz, yeyilməyə davamlılıq,möhkəmlik, qazma başlığı.


DOI: 10.5510/OGP20160200275

E-mail: obagirov@socar-aqs.com


T.Sliva1, T.Novosiad1, O.Vityaz2, A.Sapinska-Sliva1

1AGH Stanislav Staşits adına Elm və Texnika Universiteti, Krakov, Polşa
2İvano-Frankovsk Milli Neft və Qaz Texniki

Dərinlik quyu istilik mübadiləsi avadanlığının səmərəliliyinin tədqiqi


Məqalədə Earth Energy Designer (EED3.21) proqram vasitəsinin köməyi ilə istiliyin ötürülməsinin səmərəliyi üzrə keçirilmiş tədqiqatların nəticələri təqdim olunmuş, nəzəri dərinlik koaksial quyu istilik mübadiləsi avadanlığın dəyişən parametrlərindən asılı olaraq məhsuldarlığın ölçülməsi yerinə yetirilmişdir. Quyu istilik mübadiləsi avadanlığı üçün 1000 m dərinlik və 1 il ərzində 80 MBt·saat daimi istilik yükü nəzərdə tutulmuşdur. Aşağıdakı dəyişənlər təhlil edilmişdir: maye istilik daşıyıcısının növü, istilik daşıyıcısının sərfi, quyu lüləsinin diametri, daxili boru divarının qalınlığı (izolə etmə), daxili borunun diametri, daxili borunun materialının istilik keçirməsi, xarici boru divarının qalınlığı, xarici borunun diametri və xarici borunun materialının istilik keçirmə əmsalı. EED proqramının riyazi əsaslandırılmasına görə hesablamaların nəticələrinə qısaldılmış formada baxmaq olar. Dəqiq nəticələrin alınması üçün proqramda 300 metrdən dərin olmayan quyuların parametrlərindən istifadə olunmalıdır. Daha dərin quyu istilik mübadiləsi avadanlıqları üçün nəticələr azaldılıb. Beləliklə, məqalədə təqdim edilmiş təhlilin nəticələrinə hesablamaların pessimist ssenarisi kimi baxmaq olar.


Açar sözlər: geotermal istiliyin istifadəsi, dərinlik quyu istilik mübadiləsi avadanlığı, istilik nasosları, aşağı temperaturlu geotermal istilik.


DOI: 10.5510/OGP20160200276

E-mail: sliwa@agh.edu.pl


R.N.Bahtizin, R.M.Karimov, B.N.Mastobayev

Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Rusiya

Neftin axınının ümumiləşdirilmiş əyrisi və universal reoloji modeli


Mazutların, ağır bitum neftlərinin və tərkibində az miqdarda yüngül karbohidrogenlər olan əmtəə qarışıqlarının vurulması zaman özlülüyün dəyişməsinin anomal keçid zonalarının mövcud olmasının mümkünlüyünü təsdiqləyən mürəkkəb reoloji əyrilər əldə edilmişdir. Mürəkkəb reoloji əyrinin ümumləşdirilmiş forması və onun təsviri üçün temperaturdan və sakit vəziyyətdə olma vaxtından asılı olaraq sıfırla bir arasında dəyişən kt düzəliş əmsalının tətbiq edilməsi hesabına neft dispers sisteminin cari vəziyyətini və strukturunu nəzərə alan universal reoloji model göstərilmişdir.

Açar sözlər: neft qarışığı, dispers sistemi, karbohidrogen fraksiyası, struktur-qrup tərkibi, reoloji model, yüksək molekullu komponentlər, donma temperaturu.


DOI: 10.5510/OGP20160200277

E-mail: karimov_rinat@mail.ru


A.Y.Comərdov1, A.H.Qocayev2, S.C.Rzayeva1, P.Y.Süleymanovа1

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
2Qaz Anbarlarının İstismarı İdarəsi, SOCAR, Bakı, Azərbaycan

Azərbaycanın işlənmiş qazkondensat yataqlarında qazın saxlanması zamanı itkilərin qiymətləndirilməsi


Respublikamızda istismar edilən Qalmaz və Qaradağ yeraltı qazsaxlama anbarlarında  (YQA)  laydaxili və laylararası qaz itkilərinin təyin edilməsi üçün heç bir metodikanın olmaması bu işlərin həyata keçirilməsin çətinləşdirirdi. Məqalədə yerinə yetirilən tədqiqat işinin məqsədi Qalmaz və Qaradağ YQA-nın yaradılması və istismar proseslərində məsaməli laylarda qaytarılmayan geoloji qaz itkilərinin həcminin səbəbləri araşdırılmış və anbarların faktiki mədən göstəriciləri əsasında qaz itkilərinin miqdarı İnstitut tərəfindən işlənmiş metodikaya uyğun hesablanmışdır. Aparılan hesablamaların nəticələrinə əsasən YQA qaz balansı qaydaya salınmışdır.

Açar sözlər: yeraltı qaz anbarları, məsamələrin qazladoyma həcmi, fəal və bufer qaz həcmləri, diffuziya, sorbsiya, qazın həddindən artıq sıxılma əmsalı.


DOI: 10.5510/OGP20160200278

E-mail: anar_comerd@yahoo.com


İ.A.Quliyev, İ.İ.Litvinyuk, E.T.Mehdiyev

Rusiya XİN-nin, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universitet), Moskva, Rusiya

Mayeləşdirilmiş təbii qaz bazarının ən yeni tendensiyaları: Avstraliya, Kanada, Rusiya və ABŞ-nın ixrac potensialının genişləndirilməsinin ilkin şərtləri


MTQ-nin qiyməti neftin qiymətinə formul bağlılıqla hesablanır. Lakin neftin qiymətinin düşməsi MTQ layihələrinin cəlbediciliyinin aşağı düşməsinə səbəb olan yeganə amil deyil. Proqnozlar 2020-ci ilədək olan dövr üçün qaza olan tələbatın illik 2-2.3% civarında azalacağını göstərir. Beləliklə, ən azı bu amillərin bir arada olması dünya MTQ bazarının gələcəyinə qeyri-müəyyənlik gətirir. MTQ tədarükünün ən yaxşı imkanlarının axtarışı məsələlərində növbəti onillik bütün maraqlı tərəflər üçün müəyyənedici olacaqdır. Bununla yanaşı ixracatçı ölkələrdən hər biri neftin qiymətinin aşağı olduğu və proqnozlara görə qaza olan tələbatın zəiflədiyi şərtlərdə maraqların balanslaşdırılması məsələləri ilə üz-üzə gəlir. Bu məqalədə Avstraliya, Kanada, Rusiya və ABŞ-dan MTQ ixracının inkişafının problemləri və imkanlarına dünya energetika bazarının ən yeni tendensiyaları şərtlərində baxılmışdır. 

Açar sözlər: beynəlxalq energetika bazarları, MTQ, dünya iqtisadiyyatı, siyasi mühit, ixracın hüquqi tənzimlənməsi, xarici ölkə bazarlarının analizi.


DOI: 10.5510/OGP20160200279

E-mail: guliyev@miep-mgimo.ru


Z.J.Turkpenbayeva

SC «QazNIPIMunayQaz», Aktau, Qazaxstan

Sahə elminin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi meyarları


Məqalədə elmi tədqiqatlar və innovasiya nailiyyətlərinin səmərəliliyinin obyektiv  qiymətləndirilməsi araşdırılır. İnnovasiya nailiyyətlərinin meyarlarının əsası, əgər bu sırf nəzəri işləmələrdirsə onların istifadə dairəsi, texniki həllərdirsə onların tətbiq həcmləridir. Hər iki halda yekun qiymətləndirmə iqtisadi səmərəlilikdir. Elmi tədqiqatların səmərəliliyinin obyektiv qiymətləndirilməsi, bu və ya digər tədqiqat işlərinin maliyyələşdirilməsinin artırılması, məhdudlaşdırılması və ya dayandırılması haqqında qərarların qəbul edilməsi elmi-tədqiqat təşkilatlarının fəaliyyətinin səmərəlilyi ilə təyin edilən meyarlar sisteminin seçimi ilə sıx bağlıdır. Məqalədə sahə elminə aid fəaliyyətin qiymətləndirilməsinin konkret meyarlarının işlənməsi, idarəetmə üsulları, istehsal münasibətləri strukturu, maliyyələşmə mexanizmləri və səmərəli stimullaşdırma linkləri də daxil olmaqla sistemin kompleks dəyişdirilməsi yollarına baxılır.

Açar sözlər: institut, innovasiya nailiyyətləri, qiymətləndirmə meyarları, hər hansı sahəyə aid elm


DOI: 10.5510/OGP20160200280

E-mail: turkpenbaeva_B@kaznipi.kz


İ.İ.Safiullina1, Y.İ.Puzin2, R.R.Sırlıbayeva3, N.Ç.Mövsüm-zadə4, E.R.Babayev5, E.M.Mövsümzadə2

1Başqırd Dövlət Aqrar Universiteti, Ufa, Rusiya
2Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Rusiya
3Başqırd Dövlət Universiteti, Ufa, Rusiya
4Azərbaycanın MEA Kibernetika İnstitutu, Bakı,

D-element duzlarının akrilonitril-butadiyen-stirol ilə kompleksəmələgəlmə reaksiyasının termodinamikası


D-element duzlarının (ZnCl2, CuCl2, NiCl2, СоС12) və ya sopol(akrilonitril-butadiyen-stirol)un polimer kompleksləri əldə edilmişdir. Komplekslərin İQ-spektrlər ilə tədqiqində təyin edilmişdir ki, komponentlərin qarşılıqlı təsiri solimerin nitril və fenil qruplarının iştirakı ilə reallaşır. Kvant-kimya metodları ilə kompleksəmələgəlmə reaksiyalarının termodinamiki parametrləri tapılmışdır.
Açar sözlər: komplekslər, d-element duzları, ABS sopolimeri, ab initio hesablamalar


DOI: 10.5510/OGP20160200281

E-mail: ilnara.safiullina@mail.ru