SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

A.Ə.Rzayev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Kiçik Qafqazın şimal-şərq yamacının alt təbaşir çöküntülərinin paleocoğrafi toplanma şəraiti


Praktikada geniş tədbiq olunan litofasiyal üsulu qüsursuz deyil. Litofasiyal xəritələri o halda dəqiq olurlar ki, istifadəolunan kəsilişlər bir komponentlə təqdim olunur. Çoxkomponentli xəritəalmada litofasiyalar arasında sərhəddin çəkilməsində çətinlik yaranır. Bu səbəbdən Kiçik Qafqazın Şimal Şərq yamacının erkən təbaşir dövrünün paleocoğrafi xəritəsi qurulmuşdur. Bu üsulla qurulan litofasiyal xəritələrdən terrigen materialların hansı istiqamətdən gətirilməsi, yuyulma sahələri müəyyən edilmışdır.


DOI: 10.5510/OGP20100400038

E-mail: Akif.Rzayev@hotmail.com


G.Ali Mansuri (İllinoys Universiteti)

Neft quyuları və kəmərlərində ağır üzvi çöküntü və asfaltenlərin təmizlənməsi


Məqalədə neftin çıxarılması, nəqli və emalı proseslərində ağır üzvi birləşmələrin təmizlənməsi üsullarının təhlili təqdim edilir. İlk olaraq neft məhsulundan çökən ağır üzvi birləşmələr müəyyən edilir və qeyd edilir ki, bu tərkiblərin ən mürəkkəb komponentləri asfaltenlərdir. Lokal təmizlənmənin altı müxtəlif üsullar qrupu təqdim olunur: (i) neftçıxarma sxeminin dəyişməsi; (ii) kimyəvi emal; (iii) xarici qüvvənin təsiri; (iv) mexaniki emal; (v) istilik emalı; (vi) bioloji emal. Həmçinin çöküntülərinin qarşısının alınması, intensivliyinin azaldılması və təmizlənməsində zəruri və səmərəli ola bilən səkkiz mərhələ təqdim edilir: (a) qabaqcadan proqnozlaşdırma və təhlil; (b) quyunun iki məhsuldar layda tamamlanması; (c) tətbiq etməzdən əvvəl vurulan mayelərin uyğunluq testi; (d) neftçıxarma sxeminin işlənməsində laydakı ağır üzvi birləşmələrin tərkibinin nəzərə alınması; (e) çöküntülərin mexaniki təmizlənmə üsullarının tədbiqi; (f) çöküntülərin həll olunması üçün həlledicilərinin tətbiq edilməsi; (g) isti neft emalı üsulları; (h) ağır üzvi birləşmələrin, xüsusilə asfalten çöküntülərinin qabağını almag üçün dispersantların istifadəsi. Ümumiyyətlə mübarizənin düzqün yolu - proqnozlaşdırılma modelləşdirilməsinin, eksperimentlərin və ləğv edilmə üsullarının birləşilməsinin təhlilindədir.


DOI: 10.5510/OGP20100400039

E-mail: mansoori@uic.edu


Fan Nqok Çunq, Nquyen Çe Duk, Nquyen Minh Qay (Vyetnam Neft və Qaz İnstitutu)

Quyu lüləsinin trayektoriyasının seçilməsi və qum təzəhürünün proqnozu üçün geomexaniki stabillik analizi


Геомеханическая стабильность играет важную роль при разработке глубоких и горизонтальных скважин с большим радиусом кривизны. Такие осложнения, как разрушение ствола скважины, потеря циркуляции и пескопрявление приводят к большим затратам при добыче нефти. В исследовании, представленном в данной статье модель, основанная на критерии разрушения Мора-Коломба (Mohr-Coulomb), применяется для анализа устойчивости ствола скважины для трёх искусственных случаев с различными режимами напряжения. При каждом случае анализ проводится для выбора угла наклона и азимута для уменьшения неустойчивости. После выбора наиболее стабильного направления скважины проводится анализ с целью определения текущего забойного давления выноса песка, связанного с различными значениями пластового давления для прогнозирования потенциала пескопроявления в будущем процессе добычи. Исследование показывает, что анализ геомеханической стабильности может оказать ценную помощь при выборе траектории ствола скважины и контроля выноса песка.


DOI: 10.5510/OGP20100400040

E-mail: trungpn@vpi.pvn.vn


A.Ə.Süleymanov, Ə.A.Abbasov (ADNA, ARDNŞ)

Mədən məlumatlarının paylanma xüsusiyyətlərinin qiymətləndirilməsi əsasında dinamik proseslərin vəziyyətinin diaqnozlaşdırılması


Əsas texnoloji parametrlərin rəqslərinin paylanmasının dəyişməsi əsasında neftqazçıxarmanın dinamik proseslərinin vəziyyətinin dəyişməsinin diaqnozlaşdırılması əsasında qeyri-parametrik kriteriyalar təklif edilmişdir. İşlənilmiş kriteriyalar assimmetrik paylanması ilə məlumatların təhlili şəraitində tədqiq olunan prosesin vəziyyətinin diaqnozlaşdırılmasına, eləcə də diqər kriteriyaların tətbiqi korrekt və məqsədyönlü olmadıqda imkan yaradır. Təklif edilən yanaşmanın üstünlüyü ondadı ki, onu trendin götürülməsinin müxtəlif metodları ilə çevrilən məlumatlar üçün də istifadə etmək olar. Diaqnostik kriteriyaların tətbiqi model və praktiki misallarda aprobasiya olunmuşdur.


DOI: 10.5510/OGP20100400041

E-mail: petrotech@asoa.az


V.Q.Joqlo, A.V.Xaleskiy (BelNİPİneft)

Pripyat çökəkliyinin duzqatıaltındakı neft yataqlarının timsalında karbonatlı süxur-kollektorlarından neftin çıxarılmasında kapilyar hopdurmanın rolu haqqında


Məqalədə neft yataqlarının karbonatlı süxurlarının islanma qabiliyyəti barədə qısa xülasə verilib. Pripyat çökəkliyinin duzqatıaltındakı neft yataqlarının karbonat çöküntülərinin əməgəlmə şəraitlərinə əsaslanaraq onların islanma qabiliyyətinin qiymətləndirilmə yolları göstərilir. Təsdiq edilir ki, Pripyat çökəkliyinin karbonatlı süxur-kollektorlarından neftin çıxarılması kapilyar hopdurmanın əks axına təsiri hesabına mümkün deyildir.


DOI: 10.5510/OGP20100400042

E-mail: a.haletsky@beloil.by


V.C.Abdullayev, D.S.İsmayılov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Plunjerli liftin iş qabiliyyətinə təsir edən amillərin tədqiqi


Neftqazçıxarmada nasos kompressor borularında parafin çökməsi ilə yaranan mürəkkəbləşmələrlə mübarizə aparmaq üçün bir çox üsullardan istifadə olunur. Son zamanlar neft-qaz axınının enerjisindən istifadə etməklə parafinin boru divarlarından mexaniki yolla təmizləyən vasitələrin tətbiqinə maraq xeyli artmışdır. Bu məqsədlə fontan və qazlift üsulu ilə işləyən quyuların qaldırıcı borularında parafin çökməsinin qarşısını qabaqcadan almaq üçün plunjerli qaldırıcılardan istifadə olunması təklif edilir. Bu qaldırıcılarda axının enerjisi hesabına lift boyu aşağıyuxarı hərəkət edən plunjer, quyu məhsulundan ayrılan parafin çöküntülərinin boru divarlarına yapışmasına mane olur və həmin çöküntüləri axınla yer üzərinə qaldırır. Plunjerli liftin iş qabiliyyətinə plunjerin qalxma və düşmə vaxtlarının böyük təsiri vardır. Təqdim olunan işdə, plunjerin qalxma və düşmə vaxtlarının lay-quyu sisteminin parametrlərindən asılı olaraq təyin olunması məsələsinə baxılmış, plunjerin bir iş tsikl üçün sərf etdiyi vaxtın hansı amillərdən asılı olduğu tədqiq edilmişdir.


DOI: 10.5510/OGP20100400043

E-mail: vugar.abdullayev@socar.az


A.M.Qasımlı, N.İ.Hüseynova, F.Y.Abdullayeva ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Azərbaycan yataqlarında mikrobioloji təsir üsulunun tətbiqinin təcrübəsi (Pirallahı yatağı timsalında)


Məqalədə, Pirallahı yatağında tətbiq edilən mikrobioloji texnologiyadan alınacaq səmərəliliyin keyfiyyət və kəmiyyət metodlarından istifadə etməklə proqnozuna dair tədqiqatların nəticələri verilir. İşlənilən metod, lay sisteminin geoloji-hidrodinamik vəziyyəti və quyuların məhsuldarlığı arasındakı qarşılıqlı əlaqənin aydınlaşdırılmasına əsaslanır. Eyni zamanda, o, hesablamaların avtomatlaşdırılması və süzülmə sahəsinin əsas xarakteristikalarının paylanmasının vizuallaşması prosedurasını özündə cəmləşdirir. Təsirdən əvvəl hər bir quyunun süzülmə sahəsində tutduğu yer qiymətləndirilərək onun gələcək zaman üçün məhsuldarlığı proqnozlaşdırılır. İşlənən məlumatlar biotəsir nəticəsində alınan nəticələr ilə müqayisə olunur. Ranqlar təsnifatı üsulundan istifadə edərək təcrübəvi sahənin quyuları üzrə laydan mayenin sıxışdırılıb çıxarılması şəraitinin əlverişliliyi qiymətləndirilir və quyuların məhsuldarlığı ilə əlaqəsi ümumiləşdirilir. İşlənilmiş metodika neft yataqlarına tətbiq edilən hər hansı üsulun təsirinin ilkin qiymətləndirilməsi üçün istifadə oluna bilər.


DOI: 10.5510/OGP20100400044

E-mail: azer.qasimli@socar.az


Q.Q.İsmayılov, X.İ.Həsənov, S.T.Əliyev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Boru kəmərləri sisteminin işinin səmərləliliyin artırılmasının bəzi yolları


Neft-mədən praktikasında quyuağzından tutmuş neftlərin nəqlə hazırlanması məntəqəsinə kimi bir çox hallarda boru kəmərləri ilə çox fazalı, çox komponentli reoloji cəhətdən mürəkkəb maye və qaz sistemlərinin hərəkətinə rast gəlinir. Bu cür sistemlərinin borularla hərəkəti zamanı onların fiziki-kimyəvi və reoloji xüsusiyyətlərinin dəyişilməsi ilə yanaşı bir sıra mürəkkəbləşmələr də baş verir. Qeyd olunanlar nəql xərclərini artırmaqla yanaşı boru kəmərlərinin səmərəli fəaliyyət göstərməsinə də çox pis təsir göstərir. İşdə qeyd olunan sistemlərin boru kəmərləri ilə nəqli zamanı səmərəliliyin artırılması məqsədilə mayelərin reoloji xüsusiyyətləri nəzərə alınmaqla işlənib hazırlanmış bir neçə yeni texnologiya və üsullardan bəhs edilir və onların perspektivliyi göstərilir.


DOI: 10.5510/OGP20100400045

E-mail: gafar.ismayilov@socar.az


R.İnnes, D.Gilmor, А.Fedoseyev (Paradigm)

Mürəkkəb geoloji şəraitdə quyuların layihələndirilməsi


Müasir zamanda quyuların qazma prosesi – zəncirvari əlaqələrdən ibarət mürəkkəb texnikitexnoloji prosesdir ki, bunlardan birinin sıradan çıxması çətinliklərə, qəzalara və nəhayət quyunun ləğvinə səbəb ola bilər. Çox vaxt qazmaçılar anomal yüksək lay təzyiqi (AYLT) olan dərin qatlarda yerləşən layların işlənməsində cətinliklərlə qarşılaşırlar. Bu şəraitdə geoloji və texnoloji şərtlərdən asılı olaraq trayektoriya variantlarının qiymətləndirilməsi məsələsi daha aktualdır. Məqalədə üçölçülü modelin imkanları qazıma məhlulunun (QM) sıxlığına görə təhlükəsiz buraxılma və lay təzyiqi şəraitində qazıma strategiyasını təyin edən ən əhəmiyyətli faktorlardan biri olmaqla, geoloji-texniki tapşırığın (GTT) optimallaşması üçün analiz olunur.


DOI: 10.5510/OGP20100400046

E-mail: artem.Fedoseev@pdgm.com


Y.Eyjkel (Tvente Universiteti)

Mayenin mikro- və nanohidrodinamik sistemlərdə sürüşməsi: son tədqiqatlar və onların tətbiqi mümkünlüyü


Maye sürüşməsinin son təcrübi tədqiqatları, lab-on-a-chip sistemlərinin mikro və nanohidrodinamik komponentlərində tətbiq olunması mümkünlüyü kimi maraqlı nəticələrə gətirib çıxarmışdır. Təcrübələr göstərmişdir ki, hidrofobluğun və səthin qeyri-hamarlığının güclü təsiri, karbonlu nanoborucuqlardan olan membranlar üçün mühüm əhəmiyyət kəsb edə bilər. Təcrübədən əldə edilən məlumatlar klassik və son nəzəri fərziyyələrlə uyğunlaşır. Məqalədə göstərilən tədqiqatların nəticələrinin icmalı təqdim edilir.


DOI: 10.5510/OGP20100400047

E-mail: j.c.t.eijkel@utwente.nl


A.Aqraval, Q.Makkinli (Massaçusets Texnologiya İnstitutu)

Atom mikroskopiyası vasitəsi ilə bərk cisim-maye səthində nanoqabarcıqların əmələgəlməsinin tədqiqi


Atom mikroskopiya (AQM) texnikasının köməyi ilə bərk cisim - maye səthində nanoqabarcıqların əmələ gəlməsi tədqiq edilmişdir. Nanoqabarcıqların əmələ gəlməsi, bərk səthin hidrofobluğundan asılı olduğu kimi, mayenin fazaaltı (subphase) polyarlığından da asılıdır. Nanoqabarcıqların suya buraxılmış hidrofil müstəvi səthində (slisium oksid lövhəsı) əmələ gəlmədiyi halda, onlar hamar hidrofob (silanlanmış) lövhə - su səthində spontan olarag əmələ gəlirlər. Təcrübi müşahidələrdən belə nəticəyə gəlirik ki, AQM ilə müşahidə olunan strukturlar, formalarını dəyişən, hava ilə dolu qabarcıqlardır. Bərk səthin hidrofobluğuna əlavə olaraq, havanın iki qarışan mayedə həll olunması fərqi də nanoqabarcıqların əmələ gəlməsinə gətirib çıxara bilər. Biz müşahidə etmişik ki, nanoqabarcıqlar ın-situ etanolun və suyun mayeli özəkdə qarışmasından sonra su - silisium oksid hidrofil səthində əmələ gəlir. Nanoqabarcıqların forması eni hündürlüyündən daha çox olan kürənin seqmenti ilə təsvir edilir. Biz, səthin örtük dərəcəsi və əyrilik radiusu daxil olmaqla qabarcığın bir-neçə mühüm  parametrlərini qiymətləndirərək, nanoqabarcıqların morfoloji paylanmasını təyin edirik. Biz, nanoqabarcığın mövcud morfologiyasının təzyiqlə idarə olunan axınlarda hidrofob səth boyu sürüşmənin ~ 1-2 mkm uzunluğuna gətirib cıxarması mümkünlüyünü qiymətləndirmək üçün ədəbiyyatda mövcud olan analitik modellərdən istifadə edirik. Ədəbiyyatda məlumat verilən sürüşmənin hesablanmış uzunluğunun təcrubi qiymətlərlə uyğunluğu, hidrofob səthlərdə təcrübi yolla müşahidə olunan maye sürüşməsi, nanoqabarcıqların yaranma sı ilə izah edilə bilər.


DOI: 10.5510/OGP20100400048

E-mail: agrawala@mit.edu


O.A.Dışin ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Çoxdəyişənli funksiyaların diskret veyvlet-ayrılmasının differensiallanması


Kvadratı ilə cəmlənən funksiyalar sinfinə daxil olan çoxdəyişənli funksiyalar üçün xüsusi törəməli veyvlet-əmsallarının həmin funksiyaların özünün veyvlet-əmsallarının xətti kombinasiyalar şəklində ifadələri alınmışdır. Xətti kombinasiyaların əmsalları ayrı-ayrı dəyişənlərə nəzərən differensiallama operatorunun matrisa elementlərindən xətti asılıdır. Veyvlet-ayrılışı üçün alınmış differensiallama düsturlarının tətbiqi xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həlli ilkin məsələnin həllinin veyvlet-əmsallarına nəzərən cəbri tənliklər sisteminə gətirir. Bu tənliklər sistemi dayanıqlı təqribi həllə malikdir. Bu üsulla, xüsusi halda, yeraltı hidrodinamikanın müstəvi və fəzada qeyri-stasionar məsələlərinin təqribi dayanıqlı həlli qurula bilər.


DOI: 10.5510/OGP20100400049

E-mail: dysh_az@rambler.ru