SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

B.B.Hüseynov1, Ə.M.Salmanov2, B.İ.Məhərrəmov2

1SOCAR,  Bakı, Azərbaycan; 2«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Kür-Qabırrı çaylararası sahədə Maykop çöküntülərində şist karbohidrogenlərinin perspektivliyinin qiymətləndirilməsi


Aparılmış geoloji-geofiziki və geokimyəvi tədqiqat işlərinin kompleks təhlili göstərir ki, Kür və Qabırrı çaylararası neftli-qazlı rayonunda (NQR) neftana süxurlar olan Maykop çöküntüləri fərqli-kontinental, delta, dayaz və dərin dəniz şəraitlərdə toplanmışlar. Bu çöküntülərin kəsilişində üzvi maddələrin miqdarı 0.02-2.14% arasında dəyişir. Rayon ərazisində geotermik qradiyentin nisbətən aşağı olması Maykop çöküntüləri kəsilişinin üst hissəsində üzvi maddələrin yetişkənlik dərəcəsinin aşağı səviyyədə olduğunu göstərir. Buna baxmayaraq aparılmış tədqiqat işləri göstərir ki, Kür və Qabırrı çaylararası neftli-qazlı rayonunda Maykop çöküntülərinin alt hissəsində və Eosen çöküntülərində şist karbohidrogenlərinin yığılması mümkündür. Tədqiqat işlərinin nəticələrindən bu qənaətə gəlmək olar ki, baş neft-qaz əmələgəlmə pəncərəsini 2800-4500 m-də yerləşən çöküntülər keçmişlər. Eyni zamanda həm Eosen, həm də Maykop çöküntülərində keçiriciliyin və çatlılığın çox zəif olması bu rayonda şist karbohidrogenlərinin yığılıb qalmasına müsbət təsir göstərmişdir.

Açar sözlər: geologiya; tektonika; paleotektonika; litologiya; litofasiya; struktur; paleostruktur; qalxım; hövzə; çöküntütoplanma; yataq; karbohidrogen; tələ; üzvi maddə; neftqazlılıq; gil; şist; perspektiv; paleogen-miosen; maykop.


DOI: 10.5510/OGP20170400325

E-mail: Ahmed.Salmanov@socar.az


A.R.Kurçikov, A.K.Yaqafarov, İ.P.Popov, V.M.Aleksandrov, A.A.Ponomaryov, M.D.Zavatskiy, M.A.Kadırov.

Tümen Sənaye Universiteti, Tümen, Rusiya

Kernin mikrotomoqrafiyası əsasında müxtəlif genezisli çöküntülərin ayrılması


Məqalədə kollektor süxurların formalaşmasının fasial şərtlərinin dəqiqləşdirilməsi məqsədi ilə standart kern tədqiqatları kompleksinə kompüter mikrotomoqrafiyasının (µ-КТ) tətbiqinin zəruriliyi əsaslandırılmışdır. Tədqiqatın obyekti Qərbi-Sibir neft-qaz hovzəsinin Urnensk neft yatağının № 47 quyusunda tümen lay dəstəsinin Ю2 süxurları olmuşdur. Rentgen mikrotomoqrafiyası metodunun köməyi ilə diametri 8 mm olan kern nümunələri təhlil edilmişdir. Tədqiqat tomoqrafik kəsiklərin struktur təhlili və geoloji-geofiziki, tekstur-struktur və litoloji-fasial məlumatların korrelyasiyasından ibarət olmuşdur. Mikrotomoqrafiya məlumatları və geoloji-geofiziki tədqiqatların nəticələrinin əlaqəsi aşkar edilmişdir. Bu materialların analizi delta kanalında çöküntü submikrofasiyaları ilə eyniləşdirilən üç alttipli çöküntü ayırmağa imkan vermişdir. Ю2 layının kollektor süxurlarının məsaməli fəzasının strukturunun öyrənilməsi keçirilmişdir. Qərbi-Sibir çöküntü meqahövzəsinin terrigen çöküntülərinin fasial analizinin keçirilməsi və üçölçülü geoloji modellərin qurulması zamanı kompüter mikrotomoqrafiyasının nəticələrindən istifadənin zəruriliyi qənaətinə gəlinmişdir.

Açar sözlər: kompüter mikrotomoqrafiyası; kern; çöküntü yığıntısı; fasial analiz; kerndə qamma karotajın spektrometrik modifikasiyası; çöküntü fatsiyaları; submikrofasiyalar; petrofiziki tədqiqatlar; kollektor süxurlar.


DOI: 10.5510/OGP20170400326

E-mail: alexandrov@aotandem.ru


B.A.Perminov, V.B.Perminov, Z.X.Yaqubov, İ.A.Dementev

Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya

Qazıma parametrlərinin ikigirişli nəzarət sistemlərində kvazirezonans


Məqalədə burucu momentin dinamik artımına ikigirişli nəzarət sisteminin timsalında ikigirilşli nəzarət sisteminin ölçü kanallarının tezlik xarakteristikalarının və ümumi tezlik xarakteristikalarının analizi keçirilmişdir. Göstərilmişdir ki, kvazirezonans rejimində tezlik funksiyasının xəyali kəmiyyəti sıfıra çevrilir. Bu, ölçü kanalında amplituda-tezlik və fazo-tezlik təhriflərinin istisnasına gətirib çıxarır. Sistemin loqarifmik amplitudatezlik xarakteristikasının kvazirezonans rejimində aparılan hesablaması burucu momentin dinamik artımına ikigirişli nəzarət sistemində tezlik təhriflərinin tamamilə olmadığını göstərmişdir. Ölçü kanallarının birində kvazirezonansın mövcud olmadığı və olduğu hallarda eksperimental loqarifmik amplituda-tezlik və fazo-tezlik xarakteristikalarına baxılmışdır. Göstərilmişdir ki, rezonansdan kiçik tezliklərdə tezlik təhriflərinin faza sürüşməsi və amplitudası müsbət, rezonansdan böyük tezliklərdə isə mənfi qiymətlərə malik olur. Komi Respublikasının Usinsk şəhərində eksperimental quyuda «Eltex» firmasının burucu momentin dinamik artımına ikigirişli nəzarət sisteminin təcrübə nümunəsinin sınaqlarının nəticələri göstərilmişdir.

Açar sözlər: ikigirişli sistem; kvazirezonans; ölçü kanalı; dəyişən (variasiya edən) struktur; tezlik xarakteristikaları, tezlik təhrifləri.


DOI: 10.5510/OGP20170400327

E-mail: zyagubov@ugtu.net


Y.Y.Lipatov, N.A.Aksenova

Tümen Sənaye Universiteti (TIU), Nijnevartovsk, Rusiya

Koşil yatağında üfüqi quyuların qazılmasında biopolimer emulsiya qazıma məhlulunun tətbiqi


Məqalədə Koşil yatağının yur çöküntülərində üfüqi sonluqlu maili-istiqamətli quyuların tikintisi zamanı yaranan mürəkkəbləşmələrə baxılmış, modifikasiya olunmuş biopolimer emulsiya məhlulunun tətbiqinin effektivliyi göstərilmişdir. Təklif edilən qazma məhlulu yüksək reoloji, yağlayıcı və ingibitorlayıcı xassələrə və unikal süzülmə və qabıq əmələ gətirmə göstəricilərinə malikdir, layın təbii kollektor xassələrinin qorunub saxlanılmasına imkan yaradır. Qazıma vaxtı məhlulun quyruq altında tətbiqi udulmaların və tutulmaların yaranma riskini minimallaşdırmağa və quyunun mürəkkəbləşmələrsiz qazılmasına imkan verir.

Açar sözlər: biopolimer emulsiya məhlulu; mürəkkəbləşmələr; yur çöküntüləri; Bajenovskiy lay dəstələri; horizontal sonluqlu maili-istiqamətli quyu; quyruq.


DOI: 10.5510/OGP20170400328

E-mail: na-acs@yandex.ru


A.R.Kondrat, N.N.Qedzik

İvano-Frankovski Milli Texniki Neft və Qaz Universiteti, İvano-Frankovsk, Ukrayna

Aşağı keçiricilikli terrigen kollektorları olan yataqlardan qaz hasilatının artırılması


Məqalədə aşağı keçiricilikli terrigen kollektorı olan yataqların qazveriminin və cari qaz hasilatının artırılması texnologiyasının elmi əsaslandırması təklif edilir. Fiziki və hidrodinamiki modelləşdirmənin nəticələrinə əsasən aşağı keçiricilikli yataqlarda adsorbsiyadesorbsiya proseslərinin qanunauyğunluqları təyin edilmiş və müxtəif profilli quyuların layın intervallı hidroyarılması vasitəsilə yerləşdirilməsinin quyuların debitinə və qazveriminə təsiri qiymətləndirilmişdir. Alınmış nəticələr əsasında aşağı keçiricilikli kollektorları olan yataqlardan qaz hasilatının artırılmasının təkmilləşdirilmiş texnologiyaları təqdim edilmiş, onların yataqların işlənməsinin texnoloji və iqtisadi göstəricilərinə təsiri qiymətləndirilmiş və gələcək tətbiqinə dair tövsiyələr verilmişdir.

Açar sözlər: aşağı keçiricilikli kollektorlar; desorbsiya; qazverimi; layın hidravlik yarılması.


DOI: 10.5510/OGP20170400329

E-mail: alexkondratr@gmail.com


D.A.İskəndərov1, Q.Q.İbadov2, Y.K.Tolepbergenov3

1«Azneft» İB, SOCAR, Bakı, Azərbaycan; 2«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan; 3«Kaspiymunayqaz» Elmi-Tədqiqat İnstitutu MMC, Aktau, Qazaxıstan

Yeni konstruksiyalı çınqıllı quyu süzgəci


Yeraltı avadanlığa mexaniki qarışıqların daxil olmasının qarşısının alınması və ya məhdudlaşdırılması üçün quyu süzgəclərinin yeni konstruksiyaları işlənilir və tətbiq edilir. Məqalədə təklif edilən yeni konstruksiyalı çınqıllı quyu süzgəci quyularda istismar üsulundan və tərkibində mexaniki qarışıqların müşahidə edildiyi hasil olunan məhsuldan asılı olmayaraq tətbiq edilə bilər. Məqalədə süzgəcin maksimal möhkəmliyi, effektiv iş müddətinin artırılması, məhsulun quyuya hərtərəfli, bərabər daxil olmasının paylanması və ehtiyac oldugu hallarda avadanlıq kompleksinin quyudan tam çıxarılmasının təmin edilməsinə nail olunması məsələləri həll edilmişdir. Quyu süzgəcinin quraşdırılması kəmərarxası fəzada sement halqanın dağılma təhlükəsini aradan qaldırır və qumun daxil olmasını məhdudlaşdırır. Bu isə nəticə etibarilə quyuların təmirlərarası dövrünün artmasına, cari və əsaslı işlərin ixtisarına, quyuların debitinin artmasına səbəb olur.

Açar sözlər: quyu süzgəciı; mexaniki qarışıqları; lay mayesi.


DOI: 10.5510/OGP20170400330

E-mail: qahir.ibadov@socar.az


F.Q.Həsənov, Ş.P.Kazımov, E.S.Abdullayeva

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Quyu məhsulun hazırlanması sistemində mexaniki qarışıqlarını ütilizə etmək üçün yeni yanaşma


Məqalədə mayenin axınında olan qumun və mexaniki qarışıqların tutulması üsulu təklif edilir. Təklif edilən üsulda qum çökdürücü qurğu məhsulun yığım və hazırlanma məntəqəsindən əvvəl, bilavasitə mədəndaxili boru kəmərində, həm bir quyunun xəttində, həm də bir neçə quyunun birləşmə qovşaqlarında yerləşdirilir. Bununla belə qum çökdürücü qurğunun konstruktiv parametrləri mexaniki qarışıqların tam tutulmasını təmin edir, və təklif edilən asılılığa müvafiq olaraq məsafədə
yerləşdirilir. Həmçinin hissəciklərinin tutulması üçün qurğunun konstruktiv parametrlərini qurğudan keçən mayenin gündəlik sərfini nəzərə almaqla bərk hissəciklərinin vaxtı və qurğudan keçən bərk hissəciklərlə olan mayenin keçmə vaxtı kimi parametrlərini müqayisə yolu ilə müəyyən edirlər. Hazırlanmış qum çökdürücü qurğunun sınaqları «28 Мay» NQÇİ-nin «Günəşli» yatağındakı 4 saylı özüldə 20/06/2016-cı il tarixində keçirilmişdir. Mayeni vurmaq üçün istifadə olunan vurucu nasosları qumun mənfi təsirindən mühafizə etmək məqsədi ilə qum çökdürücü qurğu 4-cü özüldə yerüstü nəql xətlərində vurucu nasoslardan öndə quraşdırılmışdır.

Açar sözlər: mexaniki qarışıqlar; mədəndaxili boru kəməri; mədən təchizatı; məhsulun yığılma və hazırlanma sistemi; qum çökdürücü qurğu; hissəciklərin çökmə sürəti; mayenin sərfi.


DOI: 10.5510/OGP20170400331

E-mail: elmiraabdullayeva2016mailru.abd@mail.ru


M.K.Mustafaev1, Y.K.Kayırjan2

1«QazNİPİmunayqaz» SC, Aktau, Qazaxıstan; 2«Karajanbasmunay» SC, Aktau, Qazaxıstan

«Karajanbas» yatağı şəraitində işçi agentin temperaturunun yüksək özlülüklü neftin sıxışdırılma əmsalına təsirinin eksperimental laboratoriya tədqiqatı


Məqalədə «Karajanbas» yatağı şəraitində işçi agentin temperaturunun yüksək özlülüklü neftin sıxışdırılma əmsalına təsirinin eksperimental laboratoriya tədqiqatlarına baxılır. «QazNİPİMunayqaz» Səhmdar Cəmiyyətinin laboratoriya mərkəzi tərəfindən keçirilmiş tədqiqatların nəticələri göstərmişdir ki, işçi agentin temperaturunun yüksəlməsi neftin sıxışdırılmasının artmasına səbəb olur, neftin sıxışdırılma əmsalının artması süxurların bütün litotiplərində özünü göstərir. Sıxışdırma əmsalının dinamikası vurulan suyun temperaturu 50 °C və yüksək olduqda kəskin şəkildə artmağa başlayır. Buna neftin özlülüyünün kəskin aşağı düşməsi (3 dəfə) və onun hərəkətliliyinin artması hesabına nail olunur. Bu, 4 quyu üzrə yerinə yetirilmiş dərinlik neft nümunələrinin PVT tədqiqatlarının nəticələri ilə təsdiq edilmişdir. Minerallaşmanın gil süxurlarına təsirinin qiymətləndirilməsi göstərmişdir ki, minerallaşmanın aşağı düşməsi kollektor xassələrinə mənfi təsir edir. Vurulan suyun minerallaşmasının tam duzsuzlaşana qədər aşağı düşməsi zaman keçiriciliyin əhəmiyyətli dərəcədə aşağı düşməsi gillərin tipləri ilə bağlı olur: gillər şişməyə güclü meyilli olan illitlər və smektitlərlə təqdim edilmişdir. Eksperimental laboratoriya tədqiqatları əsasında neftin effektiv sıxışdırması üçün 50-90 °С temperaturlarda isti sudan istifadə edilməsi və təcrübi-sənaye
sınağının keçirilməsi tövsiyə olunur.

Açar sözlər: yüksək özlülüklü neft; sıxışdırma əmsalı; süxur litotipləri; PVT tədqiqatı; minerallaşma; gilli süxurlar; kollektor xassələri; keçiricilik; eksperimental laboratoriya tədqiqatları; neftin sıxışdırılması.


DOI: 10.5510/OGP20170400332

E-mail: Turkpenbaeva_B@kaznipi.kz


R.N.Baxtizin1, K.R.Urazakov1, S.F.İsmaqilov1, A.S.Topolnikov2, F.F.Davletşin3

1Ufa Dövlət Texniki Universiteti, Ufa, Rusiya; 2REA-nın Ufa Elmi Mərkəzinin R.R.Mavludov adına Mexanika İnstitutu, Ufa, Rusiya; 3Başqırdıstan Dövlət Universiteti, Ufa, Rusiya

Maili-istiqamətli quyular üçün ştanqlı nasos qurğusunun dinamiki modeli


Məqalədə maili-istiqamətli quyudan su, neft və qazdan ibarət çoxfazalı qarışığın vurulub çıxarılması zamanı ştanq kəmərinə və ştanqlı quyu nasosunun plunjerinə təsir edən dinamik yüklərin hesablaması üçün riyazi model təqdim edilmişdir. Riyazi model ştanqın NKB-nın divarları ilə sərhəd sürtünmə və ştanqın NKB-da hərəkət edən qaz maye qarışığı ilə özlü sürtünmə qüvvələrini, NKB-da və boruarxası fəzada çoxfazalı axının parametrlərini, həmçinin plunjer altındakı boşluqda təzyiqin dəyişən xarakterini, faza keçidlərini və hidravlik itkiləri hesablayır. Hesablamaların nəticələri mədən ölçüləri ilə müqayisə edilir.

Açar sözlər: ştanqlı nasos; dinamoqramma; maili-istiqamətli quyu; sərhəd sürtünməsi; dinamik yük.


DOI: 10.5510/OGP20170400333

E-mail: felix8047@mail.ru


R.T.Axmetov, V.V.Muhametşin, A.V.Andreyev, Ş.X.Sultanov

Ufa Dölət Neft Texniki Universiteti, Ufa, Russiya

Məhsuldar layların islanma göstəricilərinin proqnozu üsulunun sınağının bəzi nəticələri


Göstərilmişdir ki, məhsuldar layların hidrofilliyi ilk növbədə su saxlama qabiliyyəti ilə təyin edilir. Xüsusilə də bu, tərkibində gil sementinin olmaması və ya aşağı səviyyədə olması ilə xarakterizə edilən karbonatlı kollektorlara aiddir. Terrigen kollektorlarda su saxlama qabiliyyətinin göstəricisinə gil sementinin mineral tərkibinin dəyişkənliyi əhəmiyyətli dərəcədə təsir edir. Gil sementinin mineral tərkibinin dəyişməz olduğu zaman məhsuldar kollektorun hidrofilliyi və su saxlama qabiliyyəti arasında korrelyasiya əlaqəsinin mövcud olduğunu gözləmək olar.

Açar sözlər: hidrofillik; su saxlama qabiliyyəti; məhsuldar lay; kollektor xassələri.


DOI: 10.5510/OGP20170400334

E-mail: vsh@of.ugntu.ru