SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

A.A.Əhmət ("QazNİPİMunayQaz" SC)

"Atambay – Sartyube" yatağında 3D seysmik kəşfiyyat işlərinin aparılmasının əsaslandırılması


Seysmik texnologiyaların inkişafı, bilavasitə məhsuldar layların struktur planlarının daha ətraflı öyrənilməsinə imkan vermişdir. Qoyulan məsələlərin dəqiq və hərtərəfli həllinə görə bütün geofiziki üsullar arasında aparıcı rol yataqların geoloji quruluşunun müfəssəl öyrənilməsi vasitəsi kimi seysmik kəşfiyyat aparan MOГT-3D-nin üzərinə düşür. MOГT- 3D seysmik kəşfiyyat işlərinin müasir texniki və metodoloji səviyyədə aparılması, həmçinin seysmik materialların izahı prosesində dinamik, paleogeomorfoloji, paleotektonik analizlərin tətbiq edilməsi, yalnız geoloji quruluşa aid məlumatların tam əminliklə alınmasına imkan vermir, bu həm də çöküntü yığımı şərtlərinə görə ərazinin rayonlara bölünməsinə, geoloji kəsilişdə fasiyaların və layların kollektor xüsusiyyətlərinin yayılmasına aid proqnozların verilməsinə imkan yaradır. "Atambay-Sartyube" yatağında 3D seysmoloji kəşfiyyat işləri hələ ki aparılmamışdır. Bu işlərin aparılmasının vacibliyini göstərməzdən öncə yataq barədə qısa məlumat üzərində dayanaq.


DOI: 10.5510/OGP20110200060

E-mail: anes.ahmet@mail.ru


A.A. Krupin ("QazNİPİMunayQaz" SС)

"Oymaşa" yatağının qranit intruziyasının neft-qazlılığı


Məqalə "Oymaşa" yatağını təşkil edən qranitoidlərini neft–qazlılığına, qeyri-ənənəvi kollektor və onlara aid edilən mürəkkəb quruluşlu obyektlərin formalaşması, axtarışı və kəşfiyyatı problemlərinə həsr edilmişdir. "Oymaşa" yatağının faktiki materiallarının, həmçinin dünyanın müxtəlif regionlarındakı analoji yataqlar üzrə ədəbiyyat mənbələrinin müqayisəsi və təhlili, məqalə müəllifinə Oymaşada kəşfiyyatın başa çatdırılması və Cənubi Manqışlaqda kəşfiyyat-axtarış işlərinin aparılması üzrə istiqamətləri müəyyən etmək imkanı vermişdir. Məqalə 3 hissədən ibarətdir: bunlardan birincisi yatağın geoloji quruluşuna, ikincisi dünyanın müxtəlif regionlarında qranitoidlərin neftli-qazlılığının analizinə, üçüncüsü isə "Oymaşa" yatağının qranit intruziyasının kəşfiyyatının başa çatdırılması və Cənubi Manqışlağın qonşu sahələrini təşkil edən süxurlarda karbohidrogen yataqlarının axtarışlarına həsr edilmişdir. Qazaxıstanın maraqlı yataqlarından biri olan "Oymaşa" yatağının geoloji quruluşuna aid yeni məlumatlar müəllif tərəfindən icraçılardan biri kimi karbohidrogen xammal yataqları ehtiyatlarının təkrar hesablanması yolu ilə görülən işlərlə əldə edilmişdir.


DOI: 10.5510/OGP20110200061

E-mail: krupin_a@kaznipi.kz


N.A.Bondarenko, V.A.Meçnik (Ukrayna MEA-nın V.N.Bakul adına Yüksək Möhkəmli Materiallar İnstitutu)

Almaz-matrisa keçid zonası strukturunun İSM qazıma alətinin dağılmaya davamlılığına və istismar xüsusiyyətlərinə təsiri


20 – 1450 oC temperatur və 0.5 – 50 MРa təzyiq intervallarında qaynar presləmə yolu ilə alınmış almaz – BK6 bərk ərinti və CrB2 əlavəli almaz – BK6 bərk ərinti kompozitlərinin strukturunun yaranması xüsusiyyətləri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, adı çəkilən əlavə almaz – matrisa qarşılıqlı təsirindən alınan məhsullarda qeyri-almaz karbonun əmələ gəlməsinin qarşısını alır və kompozitin mexaniki xüsusiyyətlərini artırmaqla almaz hissəcikləri ətrafında narın dənəli bircinsli matrisa strukturunun yaranmasına səbəb olur. Alınan kompozitlər əsasında qazıma alətlərinin sınaq nümunələri hazırlanmışdır ki, bunların dağılmaya davamlılığı uyğun alətlərin analoji parametrlərindən əhəmiyyətli dərəcədə üstündür.


DOI: 10.5510/OGP20110200062

E-mail: bond@ism.kiev.ua


A.A.Nalyotova, A.V.Oleynik, P.A.Qlazunov, P.V. Şevelyov ("TomskNİPİneft" ASC)

X yatağı timsalında, qaz üzrə nisbi faza keçiriciliyi funksiyalarının qeyri-müəyyənliyinin işlənmə göstəricilərinə təsirinin qiymətləndirilməsi


X neftqazkondensat yatağının rəqəmsal filtrasiya modeli əsasında qaz-neft sistemində nisbi faza keçiciriliyi funksiyalarının verilməsində qeyri-müəyyənliliyinin işlənmə göstəricilərinə, məhz kənar nöqtələrinin – böhran qazladoyma və qalıq neftlədoymada nisbi faza keçiriciliyi göstəricilərinin, təsiri qiymətləndirilmişdir. Bu sahədə xətaların azaldılması və sonrakı tədqiqatların istiqamətləri üzrə metodik tövsiyələr verilmişdir. Yatağın işlənmə layihəsinin hazırlanması çoxsaylı qeyri-müəyyənliklərlə bağlıdır. Seysmik kəşfiyyat və kəşfiyyat-axtarış qazıma işlərindən iqtisadi hesablamalara qədər işlənmənin hər bir mərhələsi bir çox fərziyyələr, sadələşdirmələrdən ibarətdir. Yataqda qaz papağının olması debitlərə, iş vaxtına, quyuların drenaj sahələrinə və s. əlavə təsir göstərir. Bununla əlaqədar qeyri-müəyyənliklərin kəmiyyət qiyməti və onların işlənmənin iqtisadi göstəricilərinə təsiri layihələndirmədə vacib mərhələ sayılır. Hazırkı iş qaz papağı olan yataqların modelləşdirilməsi ilə əlaqədar, əsas qeyri-müəyyənliklərdən birinin nəzəri aspektlərinə və qiymətləndirilməsinə, "qaz-neft" sistemi üçün nisbi faza keçiriciliyi funksiyalarının rəqəmsal filtrasiya modelindəki məsələyə həsr edilmişdir.


DOI: 10.5510/OGP20110200063

E-mail: oleynikav@nipineft.tomsk.ru


Q.İ.Cəlalov, M.S.Aslanov (AMEA-nın Geologiya İnstitutu, Azərbaycan Texniki Universiteti)

İstilik daşıyıcılarının vurulması zamanı çoxlaylı neft yataqlarında temperatur sahəsinin təyin edilməsi barədə


Hazırda neftçıxarma prosesinin yaxşılaşdırılması və layların neftveriminin artırılması üçün neft laylarına təsir edən müxtəlif süni istilik təsiri metodları işlənib hazırlanmışdır. Bunlardan biri - termik üsullardır. Neft laylarına istilik təsirinin müxtəlif məsələlərinin həlli üçün çoxsaylı müxtəlif xarakterli təcrübələr aparılmış və müəyyən edilmişdir ki, yüksək özlü neftlə doymuş, yaxşı keçiriciliyi olan laylara isti suyun vurulmasının tətbiq edilməsi ilə yüksək iqtisadi səmərəyə nail olmaq olar. Həmçinin hesablama və analitik metodlarla həll edilən və bu və ya digər quruluşlarda laylara istilik təsiri ilə bağlı məsələlərin müxtəlif aspektlərini analiz edən çoxsaylı müxtəlif nəzəri tədqiqatlar mövcuddur. Bununla bağlı çoxlaylılıqla xarakterizə edilən neft layının temperatur sahəsinin sadə analitik metodlarla işlənməsi aktual hesab edilir. Hazırkı işdə dəyişkən sərhəd şəraitində çoxlaylı neft yatağının temperatur sahəsinin təyin edilməsi məsələsinə baxılır.


DOI: 10.5510/OGP20110200064

E-mail: dzhalalovqarib@rambler.ru


K.K.Nurməhəmbətov ("QazNİPİMunayQaz" SC)

"Uzen" yatağında şırnaqlı quyu nasosları qurğularının sınaqdan keçirilməsinin məqsədəuyğunluğunun əsaslandırılması


Məlum olduğu kimi, sulaşmanın artması süxurların intensiv olaraq yuyulmasına gətirib çıxarır ki, bu da nəticə etibarı ilə hasil edilən məhsulda mexaniki qatışıqların miqdarının artmasına səbəb olur. Quyuların iş qabiliyyətini saxlamaq və onların istismar etibarlılığını artırmaq üçün xüsusi texnika və ixtisaslaşdırılmış xidmət personalı cəlb edilməklə böyük həcmli təmir işləri və geoloji-texniki tədbirlərin həyata keçirilməsində tələb olunur. Quyuların təmirarası və profilaktikaarası iş müddətinin azaldılması nəticəsində təmir işlərinin sayının artması baş verir ki, bu da insan amili təsirinin artmasına gətirib çıxarır. Müəyyən geoloji-mədən şəraitində yataqların işlənməsində quyuların şırnaqlı nasos qurğuları ilə istismar olunması iqtisadi cəhətdən səmərəli görünür. Konstruktiv xüsusiyyətlərinə görə şırnaqlı nasoslar quyuların təmirlərarası iş müddətinin uzadılmasını təmin edir, etibarlılığı və perspektivliyi ilə fərqlənirlər.


DOI: 10.5510/OGP20110200065

E-mail: Kuan_Nurmagambetov@kaznipi.kz, nurmaku@mail.ru


R.V.Kaşkovskiy ("Qazprom VNİİQAZ" MMC)

Uçucu aminlər – poladın hidrogen-sulfid təsirindən əmələ gəlmiş korroziyasının səmərəli ingibitorları


İşdə müxtəlif həcmli hidrogen-sulfidli qaz-kondensat yataqlarının şəraitini imitasiya edən mühitlərdə aminlərin poladı korroziyadan qoruma qabiliyyəti öyrənilmişdir. CH2S, pH, temperatur, karbohidrogen fazasının mövcudluğu və aqressiv mühitin dinamikasının öyrənilən maddələrin müdafiə qabiliyyətinə təsiri tədqiq edilmişdir. Göstərilmişdir ki, uçucu aminlər müəyyən şəraitlərdə poladın hidrogen-sulfidlə korroziyasına qarşı səmərəli buxar-maye fazalı ingibitorlar ola bilərlər.


DOI: 10.5510/OGP20110200066

E-mail: R_Kashkovskiy@vniigaz.gazprom.ru


Ə.A.Məmmədov, M.A.Məmmədov, Ş.O.Quliyeva, F.T.Əzimov, T.A.Qasımova ("Neftqazelmitədqiqtlayihə" İnstitutu)

Bərk xəlitələrdən hazırlanmış pakerlərin quyu lüləsindən təmizlənməsinin sürətləndirmə münkünlüyü


Neft, qaz və qaz-kondensat quyuların istismarında quyu lüləsinin hermetik bağlanması üçün istifadə olunan əsas elementlərdən biri qazıla bilən pakerdi ki, onun da lazım gələndə quyudan xaric edilməsini xüsusi kəsici alətlə yonmaqla həyata keçirirlər. İşdə müasir üsulların və istifadə olunan analoji alətlərin konstruksiyalarının analizi əsasında avadanlığın yaradılması məsələsinə baxılır. Yeni konstruksiyada əsas element kimi kəsici haşiyə üçün ən effektiv həndəsi parametrlər və bərk xəlitəli qatqı seçilir. Autodesk Inventor proqram kompleksi vasitəsilə kəsici alətə təsir edən yükləmələrin modelləşdirilməsi və kəsmə prosesinin optimallaşdırılması həyata keçirilib.


DOI: 10.5510/OGP20110200067

E-mail: Aladdin_ma@mail.ru


M.M.Bağırov, V.R.Qurbanova (ARDNŞ-nin Ekologiya İdarəsi)

Xəzər dənizinin neft-qaz yataqlarının faunası


Son 10 - 15 ilin tədqiqatları göstərir ki, dənizin təmizlənməsi üzrə kompleks tədbirlərin həyata keçirildikdən sonra, Xəzərin Azərbaycan sektorunda neft və fenolun qatılığının orta göstəricilərində azalma tendensiyası, bəzi yerlərdə isə onun tamam yox olması müşahidə olunur. Kompleks Tədqiqatlar Laboratoriyası ilə 2000-ci ildən bu günə kimi beş neftqazçıxarma idarələrinə məxsus olan 12 yataqda monitorinq işləri həyata keçirilir. Bu illər ərzində makrozoobentosun
növ tərkibi və onun miqdarı Xəzər dənizinin Abşeron və Bakı arxipelaqları adalarında yayılması öyrənilib. 2005-2008-ci illər ərzində kompleks hidroloji ekspedisiyalar zamanı Xəzər dənizinin Azərbaycan sektorundan götürülən nümunələrin ilkin emalı zamanı kumkimilərə məxsus olan Volgocuma caspia sp.nov yeni növ aşkar olunmuşdur. Yeni aşkar olunmuş növ Volgocuma cinsinə aiddir. Xəzər dənizində 18 növ Cumacea mövcuddur. Onlardan 2 cins və 6 növ Xəzər dənizi üçün endemikdir. Məqalədə ilk dəfə Volgocuma caspia sp.nov. növünün təsviri verilmişdir və növün aşkar edilən rayonlar və stansiyalar göstərilmişdir.


DOI: 10.5510/OGP20110200068

E-mail: Vusala.Gurbanova@socar.az


K.X.Janq, A.Xan, U.Daker (Melburn Universiteti)

Qaz fazasının nanoölçülü halı


Biz göstəririk ki, çox nazik olan ( 5 - 80 nm ) qaz fazası hidrofob cism və su arasında olan sərhəddə uzun müddət (bir saatdan yuxarı) mövcud ola bilər. Biz, kimyəvi eyniliyin, faza vəziyyətlərinin və sıxlığını infraqırmızı spektroskopiyanın köməkliyi ilə təyin edilməsinə imkan verən CO2-dən qaz fazası yaratmışdıq. Orta sıxlıq göstərir ki, qazın təxmini atmosfer təzyiqi altında olması xarici şəraitdə qaz fazasının gözlənilməyən halda uzun müddətli olması ilə izah olunur. Nanoölçülü qaz fazası - qazın həllolma qabiliyyəti müxtəlif olduğu hallarda təkrarən əmələ gəlir.


DOI: 10.5510/OGP20110200069

E-mail: wducker@unimelb.edu.au


J.V.Q.Tirell, F.Attard (Cənub Avstraliya Universiteti)

Hidrofob səthlərdə nanoqabarcıqların təsviri və onların qarşılıqlı təsiri


Teypinq rejimində atom güc mikroskopiyası ilə hidrofob səthlərin suda əks olunması göstərir ki, onlar yumşaq domenlərlə, ehtimal ki, sıx yığılmış və en kəsikdə qeyri-müntəzəm, əyrilik radiusu təxminən 100 nm, və altlığın səviyyəsindən 20 - 30 nm hündürlükdə olan nanoqabarcıqlarla örtülüblər. Əlavə güc ölçüləri, əvvəlki ölçülərdə müşahidə olunmuş uzaqdan təsir edən hidrofob cazibənin xüsusiyyətlərini, yumşaq toxunuşda sıçrayış və sıçrayışdan qabaq uzaqlaşma daxil olmaqla, göstərir. Sıçrayışın məsafəsi görüntülərin hündürlüyü ilə korreləsiya olunur. Nanoqabarcıqların morfologiyası və onların formalaşmasının vaxt çərçivəsi onların əmələ gəlmə stabilliyini təyin edir.


DOI: 10.5510/OGP20110200070

E-mail: phil.attard@unisa.edu.au