SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

V.Yu. Kerimov1, N.Ş. Yandarbiyev2, R.N. Mustayev1, S.A. Əliyeva3

1Serqo Ordconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti, Moskva, Rusiya; 2M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva, Rusiya; 3Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan

Skif plitəsinin şərq hissəsindəki karbohidrogenlərin generasiyasının, miqrasiyasının və akkumulyasiyasının xüsusiyyətləri


Məqalədə Skif plitəsinin şərq hissəsindəki karbohidrogen flüidlərinin generasiya, miqrasiya və akkumulyasiya proseslərinin inkişafının məkan və zamanla bağlı əsas qanunauyğunluqları göstərilmişdir. Müəlliflər tərəfindən Karpinski-Manqışlak və Şərqi-Qafqazyanı neftli-qazlı bölgələrin simali platforma bortunun karbohidrogenlərinin generasiya-akkumulyasiya sistemlərinin xüsusiyyətləri hövzə analizi və karbohidrogen sistemlərinin modelləşdirilməsi texnologiyalarının istifadəsilə öyrənilmişdir. Tədqiqatların nəticələri Skif plitəsinin şərq hissəsinin çöküntü örtüyündə aşağıdakı karbohidrogen sistemlərinin olduğunu göstərmişdir: Yura, Təbaşir, Paleosen-Eosen və Oliqosen-Miosen. Aparılan tədqiqatlar və modelləşdirmənin nəticələrinə əsasən Skif plitəsinin şərq hissəsində aparılacaq axtarış- kəşfiyyat işlərinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Tədqiq
edilən ərazinin proqnozlaşdırılan neftqazlılıq xarakterinə, perspektivli komplekslərin yaşına, tektonik struktur və zonalara aid edilməsinə görə differensasiyası aparılmışdır.

Açar sözlər: fgenerasiya; miqrasiya; akkumulyasiya; karbohidrogenlər; Skif plitəsi; karbohidrogen sistemləri; hövzə analizi; modelləşdirmə; ana süxurlar.


DOI: 10.5510/OGP2021SI100490

E-mail: r.mustaev@mail.ru


B.S.Serkebayeva

«KMG İnjiniring» MMC-nin Atırau şəhərində filialı, Atırau, Qazaxıstan

Laya texnogen təsir zamanı çətin çıxarılan neftlərin mədən şəraitində hazırlanmasında mürəkkəbləşmələr barədə


Məqalə Kazaxstan yatağının timsalında çətin çıxarılan neftlərin mədən hazırlanmasının təhlili məsələlərinə həsr olunub. Laboratoriya və mədən tədqiqatları əsasında neft emulsiyalarının fiziki-kimyəvi xassələri öyrənilib, emulsiyalrın tipi və aqreqat dayanıqlığı müəyyən edilib, reoloji xüsusiyyətləri tədqiq olunub. Məqalədə reoloji mürəkkəb, çətin çıxarılan neftlərin hazırlanması zamanı baş verən çətinliklər təhlil olunub və səbəbləri araşdırılıb. Laya texnogen təsir nəzərə alınmaqla həmin neftlərin hazırlanmasının yaxşılaşdırılmasının bəzi yolları da göstərilib.

Açar sözlər: su-neft emsiyası; hidrogen-sulfid; mexniki qarışıqlar; dəmir sulfidi; aralıq lay; sulfat bərpaedici bakteriyalar; tion bakteriyalar; dispers tərkib; aqreqat dayanıqlığı; stabilizator; deemulqator.


DOI: 10.5510/OGP2021SI100491

E-mail: Serkebayeva_B@kaznipi.kz