SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Ə.M.Salmanov, Ə.M.Süleymanov, İ.Ə.Cəfərov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Qaradağ sahəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliliyi


Qərbi Abşeronun Qaradağ sahəsinin geoloji quruluşu struktur-axtarış, axtarış-kəşfiyyat quyuları və müxtəlif geofiziki üsullarla öyrənilmişdir. Son illərdə qazılmış axtarış-kəşfiyyat, istismar quyuları, 2D və 3D seysmik kəşfiyyat məlumatları əsasında, Məhsuldar Qatın V, VIIa, VIII horizontları, Qırmakialtı lay dəstəsi və Diatomun II horizontuna görə geoloji quruluşu dəqiqləşdirilmiş və neft-qazlılıqlarının kəsiliş və sahə üzrə paylanması öyrənilmişdir. 2D seysmik məlumatlar əsasında strukturun şimal qanadının şərq hissəsində aşkar edilmiş Şimali Qaradağ qalxımının və bir sıra qırılmaların mövcudluğu axtarış- kəşfiyyat quyularından alınan nəticələrlə təsdiq edilmişdir. Strukturun cənub qanadında mövcud olan qırılmalarla mərkəzi tektonik blok onun periklinal hissələrinə nisbətən pilləvarı şəkildə qırılıb düşmüşdür. Cənub qanadda Məhsuldar Qat horizontlarında neft və qazkondensat yataqları ox və diaqonal istiqamətli qırılmalarla ekranlaşmış, ən geniş neft-qazlılıq sahəsinə VII və VIIa horizontlar, ən kiçik sahəyə isə V horizont malikdir. Cənub qanadın qərb hissəsində VIII, VII və VIIa horizontların kollektorluq xassələri zəifləyir, burada müəyyən edilmiş kiçik neft və qazkondensat yığımları, cənub-şərq istiqamətli qırılmalarla yanaşı, şimal-şərq istiqamətli kiçik amplitudlu qırılmalarla da ekranlaşırlar. Şimal qanadın qərb hissəsində, şimalda Çuvaldağ muldası istiqamətində Diatomun kəsilişində qumlu horizontların sayı və qalınlıqları artır, şərqində isə Şimali Qaradağ qalxımının tağyanı hissəsində onlar pazlaşır və gilləşirlər. Şimal qanadın mərkəzi və qərb hissələrində Məhsuldar Qatın alt şöbəsi və üst şöbənin VIIa və VII horizontları pazlaşır və gilləşir, şərq hissəsində isə VIII, VIIa, və VII horizontları qumlu-gilli fasiyada iştirak edirlər. Qaradağ qalxımının şimal qanadında Sarmat mərtəbəsinin və Çokrak, Karaqan horizontlarının qumlu obyektləri, cənub qanadın qərb və şimal qanadın şərq hissələrində isə Məsuldar Qatın horizontlarında aşkar edilmiş qazkondensat yataqlarında kəşfiyyat işləri verilmiş təkliflər əsasında başa çatdırılmalıdır.


DOI: 10.5510/OGP20110400087

E-mail: ali.suleymanov@socar.az


X.M.Yusifov, R.R.Rəhmanov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Azərbaycan Paleogen-Neogen çöküntülərində neft və qazın axtarış-kəşfiyyat işlərinin geoloji şərtləri


Azərbaycanın ayrı-ayrı neftli-qazlı rayonlarında müxtəlif illərdə Paleogen-Neogen çöküntülərinin neftqazlılığını öyrənmək üçün böyük həcmdə axtarış-kəşfiyyat qazıması və geofiziki tədqiqat işlərinin aparılmasına baxmayaraq, bu çöküntü komplekslərinin karbohidrogen potensialı hələ də lazımınca aydınlaşdırılmamış qalır. Bu bir tərəfdən qazılmış axtarış quyularının, demək olar ki, yarısının layihə dərinliklərinə çatdırılmadan texniki səbəblərə görə ləğv olunması ilə izah olunursa, digər tərəfdən rayonların geoloji quruluşunun mürəkkəbliyi və relyefin kəskin olması səbəbindən burada aparılmış geofiziki tədqiqatların (xüsusilə seysmik kəşfiyyatın) keyfiyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır. Məhz buna görə də, bir sıra layihə quyularının yerinin düzgün seçilmədiyindən kəsilişdəki neftli-qazlı horizontlar açılmayıblar. Kəsilişdə qeyd olunan neftli-qazlı horizontlarınqazıma zamanı texnoloji cəhətdən düzgün açılmaması, sınaq və mənimsənilmə işlərinin keyfiyyətlə aparılmaması da axtarış qazımasının səmərəliliyinə öz təsirini göstərmişdir. Məqalədə mövcud geoloji-geofiziki və dərin qazıma materiallarının kompleks araşdırılması nəticəsində Paleogen Miosenin və alt Pliosenin perspektivli rezervuarlarının yayılma zonaları müəyyən edilmiş, onların struktur –tektonik xüsusiyyətləri aydınlaşdırılmış və bu çöküntülər üzrə ən perspektivli neftli-qazlı strukturlar axtarış-kəşfiyyat qazımasına təklif olunmuşlar.


DOI: 10.5510/OGP20110400088

E-mail: khamis.yusifov@socar.az


A.B.Karamurzayeva ("QazNİPİMunayQaz" SC)

"Kalamkas" yatağının şərq hissəsində aşağı tabaşir çöküntülərinin geoloji quruluşunun dəqiqləşdirilməsi


"Kalamkas" yatağının məhsuldar aşağı tabaşir çöküntülərinin geoloji quruluşunun və neft-qazlılığının xüsusiyyətləri nəzərdən keçirilir. İşlərin aparılmasında məqsəd, aşağı tabaşir qatının geoloji quruluşunun ətraflı şəkildə öyrənilməsindən ibarətdir. Nəzərdən keçirilən region tektonik cəhətdən Turan mərtəbəsinin şimal-qərb qurtaracağında yerləşmiş Şimal-Buzaçı tağının şimal hissəsinə aid edilmişdir. "Kalamkas" yatağı inzibati olaraq Qazaxıstan Respublikasının Mangistaus əyalətində yerləşmişdir. Yataq 1976-cı ilin yanvar ayında açılmış, 1979-cu ildə istismara buraxılmış və hal-hazırda "KalamkasMunayqaz" İİ tərəfindən istismar olunur.


DOI: 10.5510/OGP20110400089

E-mail: karamurzaeva_a@kaznipi.kz


Ə.M.Məmmədtağızadə, Y.Y.Şmonçeva, V.N.Səmədov, G.V.Cabbarova

Üfüqi quyuların qazılmasının idarə olunması üçün riyazi modelin təkmilləşdirilməsi


Məqalədə faktiki zenit bucağının yığılmasından asılı olaraq qazıma zamanı üfüqi quyuların trasının idarə olunması üçün alqoritmin təkmilləşdirilməsi göstərilmişdir. Bu alqoritmlər maili və üfüqi quyuların qazılmasının idarə olunması prosesində işlənmiş proqram təminatının əsasını təşkil edir. Bu idarəetmə parametrlərinin operativ seçilməsini təmin edəcək və faktiki qazılmış quyu trasını həmişə nəzarətdə saxlayacaqdır. Məqalədə göstərilir ki, proqram təminatının və alqoritmin tətbiqi nəticəsində qazıma vaxtının azaldılması və lülələrin görüşməməsi üçün korrektə olunmaya sərf olunan vaxta qənaət edilmişdir.


DOI: 10.5510/OGP20110400090

E-mail: elena_drill@mail.ru


B.Ə.Süleymanov, F.S.İsmayılov, O.A.Dışin, N.İ.Hüseynova

Neftin su ilə sıxışdırılması frontunun fraktal təhlili


Müntəzəm surətdə aparılan mədən ölçüləri əsasında neftin su ilə sıxışdırılması frontunun dəyişməsinin təhlili aparılmışdir. Frontunun dinamikasını təsvir edən parametrlər, o cümlədən: cərəyan və potensial funksiyaları, zaman ərzində dəyişən neft debiti, quyulardan hasil olunan və laya vurulan su həcmi, frontdan istismar quyularınadək əmələ gələn məsafənin təyini əsasında qurulan zaman sıralarının fraktal ölçüləri, hesablanmışdır. Hausdorf-Bezikoviç monofraktal ölçülərinin alınmasında boks-üsulundan, ümumiləşmiş Renyi fraktal ölçülərinin təyini isə - multifraktal fluktuasiya təhlili üsulundan istifadə edilmışdir. Alınan nəticələrin dinamikasının birgə təhlili sıxışdırma frontunun bir qərarda dəyişməsinin nəzarətdə saxlamaqla bərabər, su dilləri əmələ gəldikdə məqsədə uyğun olaraq onu təshih etmək imkanını verir.


DOI: 10.5510/OGP20110400091

E-mail: baghir.suleymanov@socar.az


M.T.Abasov, R.Y.Əliyarov, Q.İ.Cəlalov, R.A.Ramazanov (AMEA-nın Geologiya İnstitutu)

İşlənmənin sonuncu mərhələsində nisbi faza keçiriciliklərinin dəyişməsinin qiymətləndirilməsi haqqında


Kollektor süxurlarının struktur xassələrindən, məsaməlilikdən, doyumluluqdan və effektiv təzyiqdən asılılığını
nəzərə alaraq nisbi faza keçiriciliklərinin təyininin analitik modeli alınmışdır. Bu model neft yataqlarının işlənməsi
zamanı nisbi faza keçiriciliklərinin dəyişməsinin qiymətləndirilməsinə imkan verir.


DOI: 10.5510/OGP20110400092

E-mail: g_Calal@lan.ab.az


M.A.Camalbəyov ("TətbiqiRiyaziyyat" İnstitutu)

Mədən məlumatlarına görə deformasiyalı layların kollektor xüsusiyyətlərinin təyinetmə metodikası


Məqalədə quyunun mədən tədqiqatı məlumatlarına əsasən layın keçiriciliyinin təzyiqdən asılılıq xarakteristikası və onun başlanğıc qiymətinin təyini metodikası təklif olunur. Məsələ fazaların real xüsusiyyətlərini və fazalar arasında kütlə mübadiləsini nəzərə almaqla iki fazalı iki komponentli süzülmə prosesi üçün həll edilmişdir. Bu da alınan həllin qaz-kondensat və yüngül neft yataqlarına tətbiq edilməsinə imkan verir. Təklif olunan üsul analoji üsullardan daha az mədən ölçmələri tələb etməsi ilə fərqlənir.


DOI: 10.5510/OGP20110400093

E-mail: mjamalbayov@ctnet.az


R.A.Qasımov, İ.Y.Şıxəliyev ("SеvKavNİPİqaz" ASC)

Effektiv texnologiyaların tətbiqi hesabına neft və qaz quyularının istismarının etibarlılığının yüksəldilməsi


Neft, qaz və qazkondensat yataqları mürəkkəb geoloji və iqlim şəraitində istismar olunurlar. Bunların əksəriyyəti işlənmənin son mərhələsindədir. Yenidən işlənən yataqların çoxu istismarın başlanğıcında mürəkkəbləşmələrlə xarakterizə olunur (məsələn, mənimsənilmə çətinlikləri və ya quyularda kəmərarxası axınların olması). Geoloji və iqlim səbəblərindən başqa, əksər vaxt quyuların qazılması və tamamlanması işlərinin keyfiyyətsiz aparılasını qeyd etmək olar ki, bunlarda öz növbəsində gələcəkdə istismar etibarlılığına və davamlılığına təsir edir. Təmir-bərpa işlərinin aparılması üçün vacib təbdirlər kompleksinin təyin edilməsi məqsədilə yaranan mürəkkəbləşmələrin vaxtlı-vaxtında diaqnostikası və quyuların işçi parametrlərinə elmi cəhətdən əsaslandırılmış nəzarət üsulların tətbiqi quyuların istismar etibarlılığının artırılmasında böyük əhəmiyyət kəsb edir.


DOI: 10.5510/OGP20110400094

E-mail: gasumov@hotmail.com


M.Ə.Mürsəlova, İ.K.Əhmədova, N.B.Nuriyev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Neftçıxarma prosesləri üçün kompleks inhibitorların tərkibində naftenatların tədqiqi


Məqalədə istismarın son mərhələsində olan obyektlərdə çoxfunksiyalı inhibitorların istifadəsinin məqsədəuyğunluğu əsaslandırılmışdır. BNEZ-də istehsal olunan naftenatların səthi-aktiv, islatma, emulsiya əmələ gətirmə və qoruma xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, spirtlərə naftenatların əlavə olunması zamanı tarazlıq hidrat əmələgəlmə temperaturu depressiyasının artması mümkündür. Müəyyən olunmuşdur ki, sulaşmış neftlərdə naftenatlar duz və parafin çökmələrindən qoruma təsiri göstərir, çıxarılan neftlərin özlülüyünü azaldır.


DOI: 10.5510/OGP20110400095

E-mail: minaxanim.mursalova@socar.az


Q.Q.İsmayılov, N.M.Səfərov, S.T.Əliyev, H.İ.Həsənov* ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, "Azneft" İB*)

Su-neft emulsiyalarının sulaşma dərəcəsinin axının hidravlik xarakteristikasına təsiri barədə


Məqalədə müəlliflər tərəfindən "Muradxanlı" yatağından götürülmüş müxtəlif dərəcədə sulaşmış neftlər əsasında hazırlanmış su-neft emulsiyalarının β sulaşma dərəcəsinin axının hidravlik xarakteristikasına təsiri öyrənilmişdir. Aparılmış qrafoanalitik tədqiqatlar əsasında müəyyən edilmişdir ki, sulaşma dərəcəsinin su-neft emulsiyalarının hidravlik xarakteristikasına təsiri böyükdür və su ilə doyma dərəcəsindən çox asılıdır. Nəqletmə xassələrinin tənzimlənməsi və nəql zamanı enerji xərclərinin azaldılması üçün bu amillərin nəzərə alınması vacibdir.


DOI: 10.5510/OGP20110400096

E-mail: gafar.ismayilov@socar.az


R.Ə.Əşrəfov*, A.S.Quliyev, V.K.Aleksandrov (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi*, "Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Müasir ekoloji təmiz yüksəkoktanlı avtomobil benzinlərinə olan tələblər


Avtomobil benzininin dünya üzrə istehsalında nəinki onların istismar, həmçinin ekoloji xarakteristikasının yaxşılaşmasına daimi meyl müşahidə edilir. Bununla yanaşı, nəinki beynəlxalq, eyni zamanda ölkə standartı da yaxşılaşır, onun tərkibində benzolun, aromatik və olefin karbohidrogenlərinin miqdarı nəzərə çarpacaq dərəcədə məhdudlaşır, detanasiya davamlılığına qoyulan təlabat artır. Azərbaycanda və digər MDB ölkələrində avrostandart üzrə avtobenzinə keçmək və etilləşdirilmiş benzinin buraxılışını dayandırmaq üzrə proqram qəbul olunub və reallaşdırılır. Bu proqramın əsas istiqamətini MDB-də benzin fondunun strukturunun dəyişdirilməsi təşkil edir ki, bu da onda yüksək oktan ədədli komponentlərin və oksigen saxlayan qatqıların artması ilə əlaqədardır. Ekoloji təlabatları təmin etmək üçün avrostandartın avtobenzinin tərkibində kükürd, benzol və olefin karbohidrogenlərinin miqdarını azaltması vacibdir. Bu isə reforminq və naftanın hidrotəmizlənməsi qurğularının təkmilləşdirilməsini və eyni zamanda onun xammalına qoyulan təlabatın azalmasını təmin edir. Avtobenzin həcminin avrostandart üzrə artırılması üçün MDB zavodlarında alkilləşmə və MTBE-nin istehsalı qurğularının tikilməsi və işə salınması vacibdir. Bundan əlavə avtobenzin istehsalına aşqar və qatqıların daxil edilməsini artırmaq mütləqdir.


DOI: 10.5510/OGP20110400097

E-mail: agashirin.quliyev@socar.az