SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemləri Web of Science (Emerging Sources Citation Index), Scopus və Rusiya Elmi Sitatgətirmə İndeksi, və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

Jurnal aşağıdakı istiqamətlər üzrə məqalələri qəbul edir:

  • Faydalı qazıntı yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı
  • Neft və qaz yataqların işlənməsi
  • Quyuların qazılması
  • Neft və qazın hasilatı
  • Neft və qazın nəqli və saxlanılması
  • Neftin və qazın emalı. Neftkimya
  • Neft-qazmədən qurğuları (o cümlədən, dəniz hidrotexniki qurğuları, korroziyadan mühafizə və s.)
  • İnformasiya texnologiyaları
  • Neft və qaz sənayesinin iqtisadiyyatı
  • Neftqaz kompleksində ətraf mühitin mühafizəsi
  • Bərpa olunan enerji mənbələri
  • Neft və qaz sənayesi üçün tədbiqi əhəmiyyəti olan fundamental elmi tətqiqatlar.