SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" (Elmi Əsərlər) jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

"Neftqazelmitədqiqatlayihə" İnstitutu 2009-cu ildə, ARDNŞ-nin iki institutunun – "Elmi-Tədqiqatlar" (əvvəllər AzərETNÇİ, AzərETNQİ, AzərNSDETLİ) və "Neftqazlayihə" (əvvəllər "Dənizneftqazlayihə" DETLİ) - birləşməsi nəticəsində yaradılmışdır. Bir neçə illər ərzində hər bir institut – 1930-cu ildən başlayaraq "Elmi-Tədqiqatlar" İnstitutu, 1970-ci ildən başlayaraq isə "Neftqazlayihə" İnstitutu – öz jurnallarını nəşr etmişdir. Uzun illər ərzində hər bir jurnal geologiya, geofizika, yataqların işlənilməsi, quyuların qazılmasının texnikası və texnologiyası, neft və qazın hasilatı, hazırlanması və nəqli, ətraf mühitin qorunması və s. sahələri üzrə keyfiyyətli, dəqiq, elmi cəhətdən əsaslandırılmış məlumatlar mənbəyi olmuşdur.

Jurnal 2004-cü ildən Azərbayçan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən dissertasiyaların əsas nəticələrinin dərc edilməsi ücün tövsiyə edilən nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnal müəlliflər və yaradıcı kollektivlər tərəfindən, əvvəllər heç bir yerdə nəşr edilməyən, aşağıdakı istiqamətlər üzrə məqalələri qəbul edir:

  • Faydalı qazıntı yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı
  • Neft və qaz yataqların işlənməsi
  • Quyuların qazılması
  • Neft və qazın hasilatı
  • Neft və qazın nəqli və saxlanılması
  • Neftin və qazın emalı. Neftkimya
  • Neft-qazmədən qurğuları (o cümlədən, dəniz hidrotexniki qurğuları, korroziyadan mühafizə və s.)
  • İnformasiya texnologiyaları
  • Neft və qaz sənayesinin iqtisadiyyatı
  • Neftqaz kompleksində ətraf mühitin mühafizəsi
  • Bərpa olunan enerji mənbələri
  • Neft və qaz sənayesi üçün tədbiqi əhəmiyyəti olan fundamental elmi tətqiqatlar.

Məqalələr üc dildə nəşr edilir: azərbaycan, rus və ingilis.

Müəllif (həmmüəllif) və nəşriyyat arasında qarşılıqlı prosedurları sadələşdirmək məqsədilə Sizə Müəlliflər ücün qaydalarla tanış olmağı təklif edirik. 

_________________________________________________________________________________________________________

Jurnal redaksiyası:

Baş redaktor
F.S.İsmayılov

Baş redaktorun müavini
B.Ə.Süleymanov

İcraedici redaktor
O.Ə.Zeynalova

Nəşrə məsul redaktor
G.M.Gözəlov

Veb-redaktor
G.R. Hacıyeva

Dizayn/Qrafika
T.Y. Abdullayeva,
R.С.Urucov