SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Məgalədə relaksasiyalı deformasiyaya uğrayan kollektorla qazokondensat yataqlarının işlənmə ğöstəricilərinin müəyyən edilməsi ücün alqoritm və qazohidrodinamik model verilir. Bu zaman lay şəraitində qazokondensat sistemi fazalararası kütlə mübadiləsinin ikifazalı ikikomponentli karbohidrogen mayesi şəklində baxılır. Qazokondensat yataqlarının relaksasiya deformasiya ugramış kollektorlarının tükənməsi xüsusiyyətləri tətqiq olunur və maşın eksperimentlərinin nəticələri göstərilir, yataq kollektorların relaksasiya zamanı yatağın əsas işlənmə ğöstəricilərinə təsiri tədqiq edilir.
DOI: 10.5510/OG20120400131
E-mail: mjamalbayov@yandex.com
Qazlift quyularının optimal iş rejiminin təyinində modelləşdirici proqramların istifadəsinə dair
Məqalədə “Günəşli” yatağının qazlift quyularının işinin yaxşılaşdırılması məqsədi ilə program hesablamalarının və onların tədbiqi təqdim edilmişdir. Əsas məsələlərdən biri qazlift quyularının optimal istismar parametrlərinin müəyyən edilməsidir. Xüsusi modelləşdirmə proqramları vasitəsi ilə istismarda olan quyuların məhsuldarlığının təyini geniş informativliyi nöqteyi nəzərindən, texnoloji prosseslərin parametrlərinin dəqiq təsviri, vaxt və maddi sərfiyyatsız quyuların optimal konstruksiyasının seçilməsini tədqiq edilməsinə imkan verdiyindən aktualdır. Bundan başqa proqram vasitəsi ilə qaldırıcı borularda qaz-maye qarışığının hesablanması üçün daha uyğun olan Hagedorn Braun korrelyasiyası təyin edilmişdir. Müxtəlif parametrlərin mayenin hasilatına olan təsirinin bəzi əyriləri göstərilmişdir. Program hesablamalarının nəticələri əsasında işləyən quyuların bəzi parametrlərini dəyişmək təklif edilmişdir (qaldırıcınin ikinci sırasının uzunluğunu və quyuağzı ştuserin diametrini artırmaq).
DOI: 10.5510/OG20120400132
E-mail: khidir.ibrahimov@socar.az
Neft layının əsas xassələrinin və rejimlərini müəyyən edilməsi
Məqalədə «Qum Dəniz» neft yatağında (Blok-7) Fasilə Lay Dəstəsi əsas işləmə göstəricilərinin təyini təcrübi üsulla göstərilmişdir. Ehtimal olunan ilk neft ehtiyyatı həcmi üsulla 38.5 mln.n.barr, material balans üsulu ilə 35.39 mln.n.barr hesablanıb. Yataq özünün ilk dövründə tükənmə, sonralar isə lay suyunun dövrəyə girməsi nəticəsində su basqı və tükənmə rejimi ilə işləmişdir. Carı neft vermə əmsalı 25% olduğunu bilərək maximum neft vermə əmsalının 37.0% olduğu proqnozlaşdırılıb.
DOI: 10.5510/OGP20120400129
E-mail: fgumrah@baharenergy.az
Çınqıl kipkəcli filtrin işlənməsi və kipkəcin parametrlərinin optimallaşdırılmasının tədqiqi
Qumun əmələ gəlməsilə mübarizədə çınqıl kipkəc üsulu uzun müddətli işi ilə daha səmərəlidir. Hazırkı işdə, çınqıllı kipkəcli, məftilli və torlu filtrlərin müqayisəli analizi təqdim olunmuşdur. Müxtəlif tipli filtrlərin effektivliyini qiymətləndirmək məqsədilə sınaqlar keçirilmişdir. Alınmış nəticələrə əsasən, çınqıl hissəciyinin ölçüsü nə qədər kiçik və çınqıl kipkəcinin ölçüsü nə qədər böyükdürsə, quyunun xüsusi məhsuldarlıq əmsalı bir o qədər yüksəkdir. Beləliklə, yataqlarda istifadə olunan, optimal qalınlığı 30 mm olan çınqıl kipkəcli filtr digər yüksək keyfiyyətli filtrlərlə müqayisədə daha effektlidir.
DOI: 10.5510/OGP20120400130
E-mail: dengfucheng128@163.com
"Uzen" və "Karamandıbas" yataqlarında ambar neftinin emalına yeni yanaşma
Məqalədə "Ozenmunayqaz" AC-nin "Uzen" və "Karamandıbas" yataqları timsalında çətin parçalanan neftin emalı qurğusu (ÇPNQ) və anbar neftinin kompleks hazırlanması qurğusu (ANKH) kimi qurğular ilə tanışlıq verilir. ÇPNQ və ANKH qurğularının istismara verilməsi anbarlarda yığılmış xammalın emalı və ərazinin mazutdan təmizlənməsi probleminin effektiv həllidir və artıq neftçıxarma müəssisələrində mövcud olan texnoloji qurğuların sayəsində bu obyektlərin istismarı asanlaşır. ANKH qurğusunda məhsulun emalı texnologiyasının səmərəliliyini yaxşılaşdırmaq üçün əlavə avadanlığın tətbiq olunması ilə məhsulun emalı texnoloji sxeminin dəyişilməsi təklif olunur. Təklif olunan texnologiyanın tətbiq edilməsi ANKH obyektində durulducu çənlərin korroziyadan dağılmasının azalmasına imkan yaradacaq və bununla da çənlərin istismar müddətini artıraraq hazırlanacaq məhsulun keyfiyyətinin artmasına səbəb olacaq.
DOI: 10.5510/OG20120400133
Məqalədə neft hasilatı layihəsinin reallaşdırılması prosesinin təxirə salınması investisiya qoyuluşu baxımından qiymətləndirilir. Vaxt amili və qiymətlərin dəyişməsi meyli nəzərə alınmaqla neft yataqlarının işlənməsinə və istismar olunmasına investisiya yatırılmının iqtisadi səmərəliliyi qiymətləndirilir. Neft yataqlarının ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün investisiya layihələrinin reallaşdırılmasının təxirə salınmasının məqsədəuyğunluğu göstərilir.
DOI: 10.5510/OG20120400134
E-mail: yavermelikov@gmail.com
Siqnalların təhlili ənənəvi texnologiyalarla aparılan idarəetmə sistemlərində dəniz stasionar platformalarının seysmodayanıqlığının dəyişməsinin monitorinqinin nəticələri aşkar forma alandan sonra müəyyənləşdirilir. Təklif olunan texnologiyalar bu dəyişilmələri başlanğıc gizli dövründə aşkar etməyə imkan verəcək. Bu halda qabaqcadan konstruksiyanın zəif yerlərində ciddi deformasiyaların qarşısını almağa imkan verən profilaktik tədbirlərin təşkili mümkün olacaq, bu da təmir işlərinin, vəsaitlərin ümumi həcminin və gözlənilməyən dağıntıların sayının azalmasına imkan verəcək.
DOI: 10.5510/OG20120400136
Məqalədə neft hasilatının daha vacib proseslərinin avtomatlaşdırılmasının və telemexanizasiyasının müasir vəziyyəti təqdim edilmişdir. Bu, neftin ştanqlı dərinlik nasosları (ŞDN) ilə hasil edilməsi və "Trap" və "Sputnik" tipli qruplaşdırılmış ölçü qurğularının (QÖQ) köməkliyi ilə quyunun (debit) gündəlik məhsuldarlığının ölçülməsi prosesidir. Burada sabitintellektual texnologiyaların və monitorinq sisteminin işlənməsi üzrə və neft quyularının yeraltı və yerüstü avadanlıqlarının texnoloji parametrlərinin diaqnostikası və sərfəli məlumatların və səsin analizi bazasında idarə olunmasına dair aparılan tədqiqatlar göstərmişdir.
DOI: 10.5510/OG20120400137
E-mail: asifrzayev48@gmail.com
Neftqaz yataqlarında qazma işlərinin aparılması zamanı ətraf mühitə olan təsirin qiymətləndirilməsi
İşin məqsədi "Tenqiz" və "Korolevski" yataqları ərazilərindəki nümunəvi kəşfiyyat quyusu timsalında qazma prosesinin ətraf mühitə təsirinin kompleks şəkildə qiymətləndirilməsi məsələləri araşdırılır. Ətraf mühitə təsirin qiymətləndirilməsi "Tenqiz" və "Korolevski" yataqları ərazilərindəki ətraf mühitin əsas komponentlərinin vəziyyəti haqqında əldə olunan məlumatlara əsaslanaraq təhlil olunmuşdur. Bu tətqiqatların əsas spesifik xüsusiyyəti nümunəvi kəşfiyyat-qazma işlərinin təhlili və qiymətləndirməsindən ibarətdir. Nəticə və tövsiyələr elə veriliblər ki, təhlil əsasında formalaşan ekoloji məhdudiyyətlər hər bir konkret kəşfiyyat quyusuna tətbiq oluna bilsin. Məqalədə "Tenqiz" yatağında kəşfiyyat qazma işlərinin aparılması müddətində atılan çirkləndirici maddələrin hesablamaları, atmosferin çirklənməsinin modelləşdirilməsi, həm də tullantıların tədqiqi öz əksini tapmışdır.
DOI: 10.5510/OG20120400135
E-mail: myrzagaliyeva_s@kaznipi.kz