SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
N.A.Bondarenko, V.A.Meçnik
Neft-qaz quyularının İSM almaz aləti ilə qazılması
Yeyilməyə yüksək davamlı və istismar xüsusiyyətlərinə malik neft və qaz quyularının qazılması üçün almaz alətlərin nümunələri işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, əsas maddələrin tərkibinə bəzi keçid metal birləşmələrinin əlavə edilməsi və kompozisiyalı almaz tərkibli materialların alınmasının texnoloji rejimlərinin optimallaşdırılması, onların əsasında işlənmiş ələtlərin istismar xarakteristikasılarını və iş xüsusiyyətlərini neft-qaz quyularının qazılmasında əhəmiyyətli dərəcədə artırır. Möhkəm dağ süxurlarının qazılması prosesində seriyalı və işlənmiş almaz alətlərin sənaye sınaqlarının nəticələri göstərilmişdir. Dərin neft və qaz quyularının qazılması üçün yaradılmış alətlərin nümunələrinin tətbiq olunma perspektivləri göstərilmişdir.
DOI: 10.5510/OGP20120300116
Depressiyada qazma zamanı köpüklü məhlulla yuyulduqda axının minimal göstəricilərinin tədqiqi
İşin məqsədi, maye axınının tədqiqi və öyrənilməsinə əsaslanaraq, ikifazalı boruarxası axının nəzəri modelləşdirilməsi və hidroqazdinamikanın müasir hesablama metodikalarından istifadə edilməklə köpüklü sistemlərin istifadəsilə depressiyada qazmanın nəzəri modelinin dəqiq hesablanmasının yaxşılaşdırılmasından ibarətdir. Köpüklü sistemlərin istifadəsilə depressiyada qazma zamanı mədən şərairində 8½" İSM balta üçün maye axınının modeli müəyyən edilmişdir. Mədən şəraitində qazıma rejiminin parametrləri əsasında baltanın atrafında boruarxası təzyiqin qiymətləri və yuyucu mayenin qaz – maye axının parametrlərinin qiymətləri müxtəlif dərinliklərdə təhlil edilmişdir. Biz öz modelimiz ilə quyu məlumatlarını müqayisə edərək aydınlaşdırdıq ki, onların arasındakı fərq 5.7%-dən azdır ki, bu da bizim modelin praktiki olaraq tətbiq olunmasını təsdiq edir. Quyu lüləsinin müxtəlif seksiyalarında quyudibi təzyiqin proqnozlaşdırılmasının nəticələri göstərir ki, quyunun tədqiq edilən seksiyasının dərinliyi artdıqca, boruarxası axının sürəti azalır. Qazın və köpüklü sistemlərin müxtəlif sürətlə quyuya vurulması zamanı, quyudibi təzyiq mayenin vurulma sürətinin artırılması və ya qazın vurulma sürətinin azalması nəticəsində artır. Əgər mayenin vurulma sürəti 250 l/dəq - yə çatarsa qazın vurulma sürəti 40000 l/dəq – ni ötməlidir, əks halda bu qazıma işlərinin səmərəliliyinə təsir edə bilər, ən pis halda tutulmaya gətirib çıxarda bilər.
DOI: 10.5510/OGP20120300117
E-mail: dengfucheng128@163.com
Koltyubinq texnologiyalarının təcrübə və inkişaf perspektivləri
Məqalədə «Belarusneft» İB–nin mütəxəssisləri tərəfindən ehtiyatları çətin çıxarıla bilən neft yataqlarında koltyubinq qazmasından istifadə olunması problematikası qaldırılmışdır. Burada, neftçıxarma əmsalının artırılması və quyu – lay sistemi elementlərinin qarşılıqlı təsirinin səmərəliliyinin artması üçün layın quyudibi zonasının keyfiyyətinin və layın drenaj edilməsi zonasının idarə olunmasının vacibliyinə xüsusi diqqət ayrılmışdır. Belarus Respublikasının neft yataqlarında koltyubinq qazmasının, o cümlədən çoxlüləli quyuların, təcrübə və xüsusiyyətlərinə baxılmışdır. Gələcəkdə koltyubinq qazımasının istifadə olunması, optimallaşdırılması və inkişafı üçün məsləhətlər verilmişdir.
DOI: 10.5510/OGP20120300118
"Bah Ho" və "Ronq" yataqlarında neftveriminin artırılması üçün aparılan cari tədqiqatlar
Məqalədə yataqların kollektor xassələrinin, hasilat rejiminin, yataqların istismar xüsusiyyətlərinin, həmçinin "Bah Ho" və "Ronq" yataqlarında neftveriminin artırılması üçün aparılan cari tədqiqatların xülasəsi verilmişdir. Burada, yatağın quruluşu, lay şəraitləri, dağ süxurlarının xüsusiyyətləri, mayenin xassələri, neftin sıxışdırılma mexanizmi, cari hasilatın rejimi və yatağın istismarının xüsusiyyətləri, kimyəvi texnologiyaların olması, həmçinin "Bah Ho" və "Ronq" yataqlarında layların neftveriminin artırılması üçün daha perspektivli yanaşmaların seçimi məqsədi ilə layların neftveriminin artırılmasının bir sıra mühüm metodlarının nəzəri və sınaq tədqiqatlarının ilkin nəticələri təhlil edilərək qiymətləndirilir.
DOI: 10.5510/OGP20120300119
E-mail: langld.rd@vietsov.com.vn
Təbii rejimdə işlənilən yataqların neft veriminə süxurların sürüşgəcliyinin təsiri
Məqalədə müntəzəm quyular şəbəkəsi ilə həll olmuş qaz rejimində istismar olunan neft yatağının neftvermə əmsalı süxurların sürüşgəcli deformasiyasının təsiri məsələsi öyrənilmişdir. Kvadrat və ya üçbucaqlı quyular şəbəkəsi ilə işlənilən hipotetik yataq timsalında müəyyən olunmuşdur ki, baxılan hallarda sürüşgəcli mühitə malik yatağın neftvermə əmsalı qeyri-хətti elastiki mühitli yatağa nəzərən 20-25% çox ola bilər.
DOI: 10.5510/OGP20120300120
Qazkondensat qarışığının süzülməsi zamanı qeyri-bircinsli layın parametrlərinin identifikasiyası
Binar modeli çərçivəsində qazkondensat qarışığının süzülməsi zamanı layın modelləşdirilməsi yerinə yetirilmişdir və onun əsasında layın qalınlığı üzrə keçiriciliyinin kifayət qədər ümumi şəkildə dəyişməsinin təyini məsələsi variasiya qoyuluşunda həll edilərək hesablama sxemi işlənilmiş və ədədi eksperimentlər aparılmışdır.
DOI: 10.5510/OGP20120300121
Məqalədə süxurları sürüşgəc deformasıyaya uğrayan qaz yatağının ixtiyari yerləşən quyular sistemi ilə işlənilməsi məsələsinin ədədi həll modeli təklif olunur. Hesablamalar yolu ilə müntəzəm quyular sistemi nümunəsində layın sıxılma əmsalının müxtəlif qiymətlərində süxurların sürüşgəc deformasiyasının təzyiqin və məsaməliyin mərkəzi quyu üzrə quyudibi qiymətlərinə təsiri müəyyən edilmişdir.
DOI: 10.5510/OGP20120300122
Arktika şelfi karbohidrogen ehtiyatları ilə xeyli dərəcədə zəngindir, lakin onların mənimsənilməsi ətraf mühitin sərt şəraitinə görə çətindir. Bu çətinliklərin aradan qaldırılmasının vacibliyi təkcə iqtisadi və siyasi faydalılıq faktorları ilə deyil, həm də bu regionda karbohidrogenlərin kəşfiyyatı və çıxarılması layihələrinin reallaşdırılmasının texnoloji imkanları ilə müəyyən edilir. Arktikanın iqlim
şəraitinə gorə, yəni yataqların sahildən uzaqda yerləşməsi, nəqliyyat əlaqələrinin demək olar ki, olmaması, uzun və çox soyuq olan qış, qütb gecəsi, qalınlığı iki metrdən çox olan buz qatının olması səbəbindən, karbohidrogenlərin çıxarılması üçün aprobasiya edilmiş texnologiyaların tətbiq edilməsi çətin olacaq. Yeraltı texnologiyaların tətbiqi daha perspektivlidir, o, ağzı dənizin dibində yerləşən quyuların tamamlanması yeraltı sistemlərinin istifadə olunmasına əsaslanmışdır. Yeraltı mədənlər tamamilə avtonom olmaqla bərabər, həm də stasionar və üzən texnoloji platformalarla birlikdə tətbiq oluna bilər. Yeraltı mədənlərin istifadəsi üsulu, istər donan, istərsə də donmayan dəniz şəraitində flüidlərin hazırlanması və vurulması avadanlıqlarından sualtı şəraitdə, həmçinin çoxfazalı nasoslardan, separatorlardan, kompressor aqreqatlarından və sualtı buruqlardan istifadə edilməsi yataqların mənimsənilməsinin daha perspektivli istiqamətlərindəndir. Yeni sualtı texnologiyaların yaradılması, xammal iqtisadiyyatının yeni elmtutumlu sahəsində inkişafının təşəkkül tapmasını stimullaşdıra bilər.
DOI: 10.5510/OGP20120300123
E-mail: d.mirzoev@inbox.ru, o_arkhipova@bk.ru
Fəaliyyətsiz və az debitli quyular fondunun mənimsənilməsi, tədqiqi və istismarı
Rusiyanın neft hasilatı quyularının istismar şəraitləri − yüksək qaz faktoruna, temperatura, sulaşmaya, qumun çıxarılmasına, əyriliyinə və az diametrinə görə çətinləşir. Az debitli fond üçün − 20 m3/gün − bu, daha kritik şəkil alır. Belə quyularda mərkəzdənqaçma nasosları kimi ştanqlı nasoslar da çox tez işdən çıxır. Hətta problemsiz olan az debitli quyularda nasosların FİƏ çox az − 24%-dən 30%-ə qədər olur. Nasosun qəbulunda isə qazın olması FİƏ–nı daha çox aşağı salır. Beləliklə, yüksək təmirarası dövrü təmin etmək bacarığı olan quyuların mənimsənilməsinin və istismarının alternativ rasional üsullarının işlənib hazırlanması və tətbiq olunması aktual hesab olunur. Belə olduqda enerjiqoruyucu avadanlıqlardan istifadə etmək vacibdir. Rusiya Dövlət Neft və Qaz Universitetinin alimləri, az debitli quyu fondunun mənimsənilməsi və istismarı üçün hidroşırnaqlı nasos qurğusu kompleksinin tətbiq olunmasını təklif edirlər. Qurğu iki əsas elementdən: quyuağzı bağlama elementləri olan dalma nasos avadanlığından və real vaxt zamanında quyunun mənimsənilməsinin və istismarının bütün mərhələlərində texnoloji proseslərin monitorinqini həyata keçirməyə imkan verən avtomatlaşdırma elementləri olan işçi mayelərin hazırlanması və istifadə üçün səyyar yerüstü blokdan ibarətdir.
DOI: 10.5510/OGP20120300124
E-mail: igrevskyleonid@gmail.com
A. M. Aprel
Neftin hasilatı zamanı qumun cıxarılmasının idarə olunması
Neftin çıxarılması zamanı laydan daxil olan qum və başqa qarışıqlar neftin çıxarılmasında qeyri-müntəzəmliklərə səbəb olur. “USS” BM-nin məftilli quyu süzgəcləri məsələnin effektiv həllinin, yəni: lay strukturunun qorunması, uçqunların qarşısının alınması, lay keçiricililiyinin artırılması, quyu avadanlığının dağılmasının azalması imkanlarını verirlər. Süzgəclərin tutulmamaları üçün trapesiya şəkilli yarıqlardan istifadə olunur. Son vaxtlar çınqılla doldurulmuş məftilli süzgəclər geniş yayılmışdırlar. Belə süzgəclər quyunun hazırlanmasında xərcləri əhəmiyyətli şəkildə azaldır və quyruq hissəsinin süzgəclə quraşdırılmasını tezləşdirir. “USS” BM-nin texnologiyaları quyuya daxil olan xırda qum problemini, qum dənəsi diametrinin 10 mkm qədər azaldılması məqsədilə, məcburi təsir yolu ilə həll edir. Belə qum asanlıqla çıxarılır. Qumun xırdalanması üçün neftin kimyəvi tərkibini dəyişməyən və heç bir əlavə fəsadlara gətirməyən xüsusi texnologiyadan istifadə olunur.
DOI: 10.5510/OGP20120300125
Neftçıxarma şirkətlərində əməyin məhsuldarlığının artma ehtiyatları
Neftçıxarma şirkətlərinin məhsuldarlığının göstəriciləri bir işçinin payına düşən neft və qaz istehsalının həcmindən ibarətdir. Əmək məhsuldarlığının artım faktorları − bilavasitə istehsal prosesində və ondan kənarda material – texniki, təşkilatı və sosial – iqtisadi şərtlərin dəyişməsidir ki, bunun da təsiri altında məhsulun vahid istehsalında əməyin xərcləri azalır, əmək məhsuldarlığının səviyyəsi isə artır. Bu dəyişikliklərin təzahür formaları olduqca müxtəlifdir və təkcə konkret tədbirlər kimi deyil, həm də dərin proseslər və təzahürlər kimi özünü göstərə bilər. Məhsuldarlığın artım ehtiyatları, istifadə edilməmiş real əmək imkanlarının qənaəti deməkdir ki, onların həyata keçirilməsi bu faktorun digər daimi şərtlər zamanı məhsul vahidinə minimum əmək sərf etməsini təmin edir. Əmək məhsuldarlığının ehtiyatlarını təkcə istehsal vasitələri ilə deyil, həm də canlı əmək hesabına araşdırmaq mümkündür. Bunlardan birincisi − istehsalın və idarəetmənin bütün sahələrində yeni texnika və inkişaf etmiş texnologiyaların tətbiq edilməsi hesabına əmək məhsuldarlığının artırılmasıdır ki, bu da məhsuldarlığın həcminin artması ilə məşğul işçilərin azalmasına gətirib çıxarır. İkincisi − aşağı ixtisaslı işçilərin yuxarı ixtisaslı işçilərlə əvəz edilməsi və iqtisadiyyatın digər sektorlarından xeyli mütəxəssis axınını təmin etməkdən, işçilərin ümumi sayını ali və xüsusi orta təhsili olan mütəxəssislərin hesabına artırmaqdan, kadrların ixtisaslarının artırılmasına olan tələbatı ödəməkdən ibarətdir. Müəssisənin əsas vəzifələrindən biri əmək məhsuldarlığının artımı üçün ehtiyatların daim axtarışından və onların reallaşdırılmasından və nəzərdə tutulan lakin hələ istifadə olunmayan real imkanlardan ibarətdir.
DOI: 10.5510/OGP20120300127
E-mail: dzhakupova_z@kaznipi.kz
Məqalədə, neftqazçıxarma müəssisələrinin menecment sistemində istehsal xərclərinin idarə edilməsinin nəzəri əsasları və praktiki aspektləri verilmiş, həmçinin istehsal xərclərinin idarə olunması mexanizmi işlənib hazırlanmışdır. Xərclərin idarəetmə sistemi, onun əksolunma prosesi tərzində qurulur və bu, fəaliyyət sahəsini nizamlayan müasir qanunvericilik daxilindədir. Müəssisə xərclərinin idarə olunmasında insanların neft və qaz istehsalı ilə sıx bağlı olduğu sosial-iqtisadi fəaliyyəti həlledici rol oynayır.
DOI: 10.5510/OGP20120300128
Məqalədə kompressor aqreqatlarının vibrasiya vəziyyətlərinin identifikasiyası və baş verə biləcək qəza vəziyyətlərinin proqnozlaşdırılması robast sistemin strukturu təyin edilmlşdir. Sistemin proqram təminatı vibrasiya siqnallarının küy texnologiyaları ilə analizi əsasında yaradılmışdır. Sistemin Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda istismarının nəticələri verilmişdir.
DOI: 10.5510/OGP20120300126