SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

H.B.Jou1,2, G.Vanq1, H.H.Fan2, X.M.Niu1, Y.Ye2

1«SINOPEC» Neft Texnologiyası üzrə Elmi-Tədqiqat İnstitutu
2Çin Neft İnstitutu

Yüksək lay təzyiqi və temperaturu (YLTT) şəraitində qazma məhlullarının reoloji xassələrinin proqnozlaşdırılması üçün yeni model


Məqalədə, YLTT şəraitində neft əsaslı yüksək sıxlıqlı qazma məhlulunun eksperimental tədqiqatlarının nəticələri, reoloji parametrlərin proqnozlaşdırılması və sürüşmənin müxtəlif sürətlərində sürüşmə gərginliyinin hesablanması üçün kompleks model təqdim olunur. Təqdim olunan model, ənənəvi modeldən fərqli olaraq, təzyiq, temperatur və sürüşmə gərginliyi arasında olan bilavasitə əlaqəni müəyyən edir.

DOI: 10.5510/OGP20150200238

E-mail: zhb09@126.com


B.-X.Xu, Y.-H.Bai, G.-H.Çen, R.-Y.Fenq

Yeni Energetika Tədqiqat Mərkəzi, CNOOC Elmi Tədqiqat İnstitutu

Şist neft və qaz hasilatına texnoloji parametrlərin təsiri: Nəzəriyyə və təcrübə


Şistli neft və qaz quyularının hasilat dəyişməsi dinamikası hidroyarılma konfiqurasiyasının qeyri mMəqalədə, şist neft və qaz hasilatına texnoloji parametrlərin təsirinin öyrənilməsi məqsədilə, ABŞ-nın şist neft-qaz hövzəsinin timsalında sensitiv təhlil və analitik modelləşdirmənin nəticələri təqdim edilir. Göstərilmişdir ki, quyunun debiti yarığın yarı uzunluğunun, xüsusi elektrokeçiriciliyin və quyunun horizontal hissəsinin uzunluğunun artması ilə yüksəlir, yarıqlar arası olan məsafənin artması ilə aşağı düşür. Texnoloji parametrlərin hasilata təsir etmə qanunauyğunluqlarının mədən tədqiqatlarının nəticələri nəzəri modelləşdirmənin nəticələri ilə yaxşı uyğunlaşırlar. Göstərilmişdir ki, hasilat quyunun horizontal hissəsinin uzunluğu ilə müsbət korrelyasiyaya və LHY mərhələlərin sayı, hidroyarılma məhlulun və proppantın miqdarı kimi texnoloji parametrlərin qiymətlərinin artması ilə yüksəlmə tendensiyaya malikdir.

DOI: 10.5510/OGP20150200239

E-mail: xubingxiang8526@163.com


Ş.P.Kazımov, Fariz Əhməd

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Axını tənzimləmə qurğulu süzgəclərin quyularda istifadəsinin təcrübəsi və perspektivləri


Yataqlar uzun məsafəli horizontal quyularla və yüksək hasilatla işlədildik də, quyu lüləsində «heel-toe» effekti yaranır, bu da vaxtından əvvəl daban sularının və qazın daxil olması ilə nəticələnir. Bu problemin həlli və axın profilinin bərabərləşdirmək üçün axının passiv (Inflow Control Device) və aktiv (Inflow Control Valve) tənzimlənməsi qurğularından istifadə edilir. Məqalədə üzərində maye axınını və lay qumlarını passiv və aktiv tənzimləyən qurğular quraşdırılmış yeni nəsil quyu süzgəclərinə baxış keçirilir və onların Azərbaycan yataqlarında tətbiqinin mümkünlüyü göstərilir.

DOI: 10.5510/OGP20150200240

E-mail: farizahmed@mail.ru


F.S.İsmayılov, X.M.İbrahimov, F.Y.Abdullayeva

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

«Bibiheybət» yatağının laylarına biotexnologiyaların təsiri əsasında nəticələrin qiymətləndirilməsi


Məqalədə, laylara mikrobioloji təsir prosesinin texnoloji gedişatına olan tələblərə uyğun faktiki materiallar əsasında «Bibiheybət» yatağının bir obyektindən biotəsir prosesi müddətində alınan nəticələr təhlil edilmişdir. Bu nəticələr əsasında, təcrübi sahədə yerləşən quyuların debitlərinin artımını şərtləndirən texnoloji tələblərin yerinə yetirilməsindən və neftsıxışdırmanın tam təmin olunmasından asılı olan metodun səmərəliliyi qiymətləndirilmişdir.

DOI: 10.5510/OGP20150200241

E-mail: farida_a56@mail.ru


İ.R.Kuzeyev, E.A.Naumkin, R.R.Kudaşev, A.A.Ryabov, V.V.Konovalov

Ufa Dövlət Neft Texniki Universiteti

Dövrü yüklənmə şəraitində elastik nasos-kompressor borularının materiallarının mexaniki xüsüsiyyətlərinin dəyişməsi


Məqalədə dövrü yüklənmə şəraitində elastik nasos kompressor borularının materiallarının mexaniki xüsüsiyyətinin müəyyənləşdirilməsinin nəticələri təqdim edilmişdir. Müəyyən edilmişdir ki, yorğunluq zədələnmələrinin (Ni/Np) yığılması zamanı möhkəmlik həddi, axıcılıq həddi və bərklik aşağı düşür ki, bu da materialın möhkəmliyinin itirilməsini xarakterizə edir. Dağılma, statik yüklənmədə olduğu kimi, dövri yüklənmələrdə də sınaqdan keçirilən nümunələrin ilkin vəziyyətində bərkliyin daha aşağı olduğu müşahidə edilən zonalarda baş verir. Göstərilmişdir ki, yorğunluq zədələnmələrinin (Ni/Np) yığılması zaman dağılma zonasında bərklik 25% aşağı düşür. Ni/Np = 0.7 yorğunluq dağılması prosesində dağılma xarakteri mikrosəviyyədən makrosəviyyəyə dəyişir.

DOI: 10.5510/OGP20150200242

E-mail: ynaumkin@mail.ru


E.A.Bondarev1, İ.İ.Rojin1, V.V.Popov2, K.K.Arqunova1

1REA SB-nin Neft və Qaz Problemləri İnstitutu
2M.K.Ammosov adına Şimal-Şərq Federal Universiteti

Hidrat vəziyyətində olan təbii qazların yeraltı anbarının yaradılmasının riyazi modelləşdirilməsi


Hidrat vəziyyətində olan təbii qazların yeraltı anbarının geoloji nöqteyi-nəzərdən uyğun olan sulu laylarda yaradılması mümkünlüyünün qiymətləndirilməsi üsulu təklif olunur. Üsul natamam qaz və suyun çoxfazalı qeyri-izometrik süzülməsinin riyazi modelinin istifadəsinə əsaslanıb. Bu modeldə hidratəmələgəlmə prosesinin kimyəvi reaksiyası qaz təziqindən əhəmiyyətli dərəcədə asılı olan temperaturda baş verir. Bu modelin köməyi ilə məsaməliliyi, keçiriciliyi və ilkin təzyiq, temperatur və su ilə doyma qiymətləri ilə xarakterizə olunan seçilmiş layda hidratla doymanın, su ilə doymanın, təzyiqin və temperaturun paylanma dinamikası qiymətləndirilir. Hesablamaların nəticələri göstərir ki, bu cür qaz anbarlarının yaradılmasının mümkünlüyü əsasən sulu horizontların kollektor xassələrindən və hidrodinamiki xüsüsiyyətlərindən asılıdır.

DOI: 10.5510/OGP20150200243

E-mail: bondarev@ipng.ysn.ru


İ.R.Yakupov, V.V.Yurçenko, A.V.Əhmətov, M.U.İmaşeva, A.F.Əhmətov

Ufa Dövlət Neft Texniki Universiteti

Katalitik krekinqin yüngül qazoyl distillatlarının dizel fraksiyalarının hidrotəmizlənməsi qurğusunun xammalı kimi qiymətləndirilməsi


Məqalədə katalitik krekinqin yüngül qazoylunun (KKYQ) və onun Г-43-107М/1 qurğusunda qərbi-sibir neftinin qarışığından alınan dar fraksiyalarının xassələrinin tədqiqi aparılmışdır. Məhsul üçün nisbi sıxlıq, şüasınma əmsalı, ümumi kükürdün və tərkibin qrup komponentlərinin miqdarı parametrləri müəyyən edilmişdir. Əmtəə dizel yanacağının böyük həcmdə istehsalına KKYQ cəlb edilməsinin texnologiyası təklif olunmuşdur.

DOI: 10.5510/OGP20150200244

E-mail: irhat85@mail.ru


E.M.Abbasov, F.İ.Məmmədov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Volterra tipli bəzi inteqral tənliklərin həllinə yanaşma haqqında


Məqalədə Volterra tipli inteqral tənliyin həllinə yeni yanaşma üsulu təqdim olunur. Rekurent düstur alınmışdır ki, buda inteqral tənlikləri differensial tənliklərə gətirməyə inmak verir. İşlənmiş metod delə inteqral tənliklərin həllini sadələşdirməyə imkan verir.

DOI: 10.5510/OGP20150200245

E-mail: aelkhan@mail.ru