SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

L.V.Skakalska

Ukrayna Milli Elmlər Akademiyasının Geofizika İnstitutunun Karpat şöbəsi

Qeyri-ənənəvi qazın axtarışı üçün süxur-kollektorların fiziki və kollektor xassələrinin proqnozlaşdırılması


Məqalədə seysmik dalğaların keçməsi proseslərinin ədədi modelləşdirilməsi vasitəsilə qeyri-ənənəvi kollektorlarda qazın mümkün yığılma zonalarının aşkar edilməsi üçün metodikanın əsasları və eksperimental tədqiqatların nəticələri təqdim edilir. Dağ süxurlarının struktur və yayılma xüsusiyyətləri (təbəqəlilik, mikroməsaməlilik) nəzərə alınır.

DOI: 10.5510/OGP20140100182

E-mail: skakalska.sbigph@gmail.com


E.H.Əliyeva, Ə.C.İmanov, K.H.Səfərli, S.M.İsmayılova, A.T.Həkimova, A.N.Nəsirov

“Neftqazelmitədqiqatlayihə” İnstitutu, SOCAR

Petroqrafik göstəricilərə görə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafiyası və paleocografiyası


Azərbaycanın bir sıra Quba - Xəzəryanı, Şamaxı-Qobustan, Gəncə, Yevlax-Ağcabədi, Kür və Qabırrı çaylararası neftli-qazlı rayonunun təbaşir çöküntülərinin müfəssəl litoloji-petroqrafik tədqiqi verilmişdir. Quba-Xəzəryanı və Şamaxı-Qobustan rayonlarında təbaşir çöküntülərinin gətirilmə mənbəyinin eyni olması göstərilmiş, mineraloji tərkibə əsasən tədqiq olunan kəsilişin stratiqrafik bölünməsi verilmişdir. Alınmış nəticələr şərqi və qərbi Azərbaycanın geodinamik və paleocoğrafik şəraitinin müxtəlif olmasını göstərir. Qərbi Azərbaycanda vulkanogen-çökmə qatın toplanması ilə səciyyələnən ön və arxa ada qövsləri hövzələrinin olmasını təsdiq etmək olar. Şərqi Azərbaycanda çökmə süxurların sedimentasiyası yalnız normal dəniz hövzəsi şəraitində keçmişdir.

DOI: 10.5510/OGP20140100183

E-mail: Elmira.aliyeva@socar.az


Y.Ruqanq1, J.Quançenq1, Y.Lonquan1, L.Vey1, D.Tianqinq2

1Çin Neft Universiteti
2Çin Neft-mədən Xidmət Şirkəti

Su əsaslı qazma məhlullarının yaratdığı gil qabığının strukturuna qeyri-üzvi duzların təsiri


Məqalədə su əsaslı qazma məhlullarının yaratdığı gil qabığının strukturunda dəyişikliklərə səbəb olan mexanizmi öyrənmək məqsədilə onun mikroskopik strukturu, element və qranulometrik tərkibi, gil qabığının müxtəlif qatlarında polimerlərin konsentrasiyasının hərtərəfli icmalı verilir. Göstərilir ki, elekrolitlərlə çirklənmənin yüksək səviyyəsi qazma məhlulunun flokulyasiyasına imkan yaradır. Gelin möhkəmliyi o qədər zəifləyir ki, o, böyük hissəcikləri asılı vəziyyətdə saxlamaq qabiliyyətini itirir və həmin hissəciklər mayedə asanlıqla çökürlər. Belə ki, gil qabığının alt qatında çökmüş hissəciklərin ölçüsü orta və üst qatdakı hissəciklərin ölçüsündən böyükdür. Bundan əlavə duzlu su (brine) əsasında hazırlanmış qazma məhlulunun duzadavamlılığının yaxşılaşdırılması imkanları, başqa sözlə desək, gil qabığında böyük ehtiyatın təminatı, müxtəlif ölçülü məsamələrin təcrid edilməsi və bununla da gil qabığının müqavimətinin artmasına və süzülmə sürətinin azalmasına səbəb olan bentonit və polimerlər tərəfindən yaranmış deformasiya olunan kolloid hissəciklərin eyni yayılması nəzərdən keçirilir.

DOI: 10.5510/OGP20140100185

E-mail: 05250815@163.com


Ş.Janq1, Q.Ç.Yanq1, V.Qinq1, D.Vanq1, H.Guo2, К.Tanq2, D.Bai2

1Çin Neft Universiteti
2Çin Milli Neft Korporatsiyası

Kollektor xüsusiyyətlərini saxlamaq şərti ilə məhsuldar qatın açılması


Məqalədə qazma məhlulunun bərk fazası tədqiq edilir və onun qranulometrik göstəriciləri və onların məhsuldar layın kollektor xüsusyyətlərinə təsiri araşdırılır. Məhsuldar layın çirklənmədən qorunması məqsədilə onun, ideal kiplənmə nəzəriyyəsinin (ideal filling theory - IPT) əsasında seçilmiş təcrid edici hissəciklərin (bridging particles) və qat əmələgətirən reagentlərin birgə istifadəsi əsasında müvəqqəti təcrid olunmasını həyata keçirmək təklif edilir. Göstərilir ki, onların birgə istifadəsi sinergetik effekt yaradır və quyuların qazılması prosesində məhsuldar layın kollektor xüsusiyyətlərini səmərəli qorunmasına imkan yaradır.

DOI: 10.5510/OGP20150100184

E-mail: zhangshuo915@sina.com


J.Vu, K.Yui, L.Janq

Çin Neft Universiteti

«Xenan» neft yatağında gel sistemlərinin təcrid etmə qabiliyyətinin qiymətləndirilməsi


Vurucu quyuların qəbuletmə profilinin hamarlaşdırılmasının əsas üsullarından biri qeyribircins kollektorlarda su horizontların təcrid edilməsidir. Dəfələrlə qeyd edilmişdir ki, gel vasitəsi ilə su horizontların təcrid edilməsinin səmərəliliyi əsasən gellərin məsamələri təcrid etmə qabiliyyətindən asılıdır. Bununla əlaqədar məqalədə polimer gellərin möhkəmliliyinin qiymətləndirilməsi aparılır. Sabit təzyiq qradiyentində kerndə süzülmənin tədqiqi prosesində gel hissəciklərinin miqrasiyasının optimal məsafəsinin müəyyənləşdirilməsi üçün kern boyu gel əmələgəlmə şərtləri əldə edilmişdir. Daha sonra uzunluğu 80 sm olan kernin sulaşdırılması eksperimentləri gel sisteminin daxil edilməsindən əvvəl və sonra aparılmışdır. Təcrübələrin nəticələri göstərmişdi ki, artıq 65 °С-də az möhkəmliyli gel strukturu formalaşır. Məsamələri təcrid etmə əmsalının, təcrid etmə möhkəmliyinin və suyun nüfuz etmə müddətinin inteqral qiymətləndirilməsi göstərmişdi ki, gel əmələgəlmədən sonra suvurma prosesində gel hissəcikləri uzunluğu 2 m olan kernin çıxışına miqrasiya edirlər. Gel sistemi daxil edildikdən sonra uzunluğu 80 sm olan qeyri-bircins kernin istifadəsi ilə sulaşdırma üzrə eksperimentlər göstərmişdi ki, məsamələrin təcrid etmə əmsalı 75.33 olmaqla gel vurucu quyulardan nisbi uzaqlıqda (vurucu və hasilat quyuları arasında 60% məsafə) formalaşa bilər ki, bu da ilkin çıxarıla bilən neft ehtiyatlarından (OOIP) 12.28% əlavə neft hasilatına gətirib çıxarır.

DOI: 10.5510/OGP20140100188

E-mail: wuzhiwei1987@126.com


M.İ.Kurbanbayev1, S.S.Keldibayeva2

1"Qazaxıstan Neft və Qaz İnstitutu" SC
2"QazNİPİMunayQaz" SC

Yatağın işlənməsinin son mərhələlərində layın hidravlik yarılmasının aparılması üçün quyu seçimi meyarlarının təhlili


Məqalədə sürətli maye hasilatının effektli üsullarından biri kimi layın hidravlik yarılmasına (LHY) nəzər salınır və LHY üçün əlavə quyu seçimi meyarı təklif olunur. Bu meyar əsasında hasil olunmuş mayenin tərkibində neft faizi müəyyənləşdirilir və LHY-nın keçirilməsi haqqında qərar qəbul edilir.

DOI: 10.5510/OGP20140100189

E-mail: Кeldibaeva _S@kaznipi.kz


M.A.Bisenova

"QazNİPİMunayQaz" SC

Bakterisid – inhibitorlarının «Jetıbay» yatağı neftinin reoloji xassələrinə təsiri haqqında


Məqalədə sabit temperatur şəraitində bakterisid xassəli müxtəlif reagentlərin əlavə edilməsi ilə neftin effektiv özlülüyünün hərəkət sürətindən asılılığının müəyyənləşdirilməsi üzrə sınaq tədqiqatların nəticələri nəzərdən keçirilir. Göstərilmişdir ki, qeyri-tarazlıq əmsalının əsasında neftin özlülüyünün azalmasına daha yaxşı imkan yaradan reagentlər müəyyən edilmişdir. Hərəkətin aşağı sürətlərində (1.11 ÷ 60.6 с-1) ən yaxşı göstəricini Nefteqaz-K reagenti, hərəkətin yüksək sürətlərində (10 ÷ 800 с-1) isə "Kompozit-1" reagenti nümayiş etdirmişdir.

DOI: 10.5510/OGP20140100190

E-mail: bisenova_M@kaznipi.kz


M.A.Mürsəlova1, E.K.Şahbazov2

1"Neftqazelmitədqiqatlayihə" İnstitutu, SOCAR
2SOCAR

Neft-qaz hasilatı proseslərində duzçökmənin inhibitorlaşması üçün nano-SAM kompozisiyanın tədqiqatı


Məqаlədə kalsium karbonatın ifrat doymuş məhlullarında SAM və nano-SAM-ın iştirakı ilə duz əmələ gəlməsi prosesinin dinamikası optik və trilonometrik metodları ilə öyrənilmişdir və prosesin bərk fazaya keçməsinin fərqinin qanunauyğunluğu təyin edilmişdir. Göstərilmişdir ki, yüksək minerallaşmış lay sularında nano-metal hissəciklərinin SAM-a əlavə edilməsi kompleks duzçökmə inhibitorunun müdafiə fəaliyyətinin artırmağa imkan verir.

DOI: 10.5510/OGP20150100186

E-mail: minaxanim.mursalova@socar.az


Q.Li, Y.Çenq, X.Vanq, Ş.Tian, Y.Janq

Çin Neft Universiteti

Böhran təzyiqli CO2 istifadəsi ilə şırnaq-koltyubinqli LHY tətbiqinin əsaslandırılması


Məqalədə böhran təzyiqli CO2 (BT-CO2) istifadəsi ilə şırnaq-koltyubinqli layın hidravlik yarılmasının (LHY) yerinə yetirilməsinin təhlili məqsədi ilə BT-CO2-nın fiziki xüsusiyyətlərinin eksperimental tədqiqatlarının nəticələri və onun laya təsirinin effektləri tətqiq olunur. Göstərilir ki, şırnaqlı BT-CO2 ilə LHY su şırnaqlı LHY ilə müqayisədə daha kiçik təzyiqlərdə baş verir. BT-CO2-nın infiltrasiya qabiliyyəti o qədər yüksəkdir ki, o, qonşu çatlar arasında qarşılıqlı əlaqə yaradaraq asanlıqla kollektor süxurların mikroməsamələrinə və mikroçatlarına daxil olur. LHY üçün maye qismində BT-CO2-dan istifadə edərək gillərin şişməsi və məsamələrin təcrid olunması kimi kollektor xüsusiyyətlərinin korlanması hallarından yayınmaq və laya təsir effektini yaxşılaşdırmaq mümkündür. Əldə edilən nəticələr göstərir ki, BT-CO2 istifadəsi ilə şırnaq-koltyubinqli LHY səmərəli və ətraf mühit üçün təhlükəsiz laya təsir üsuludur.

DOI: 10.5510/OGP20150100187

E-mail: ligs@cup.edu.cn


A.Ş.Qaralov, İ.Y.Silvestrova

"Neftqazelmitədqiqatlayihə" İnstitutu, SOCAR

Neft hasilatının perspektiv planlaşdırılmasına metodiki yanaşma


Məqalədə neft hasilatının perspektiv planlaşdırılmasına metodiki yanaşma variantlarına baxılıb, onların üstünlükləri və çatışmamazlıqları qiymətləndirilib. Neft hasilatının planlaşdırılması zamanı ilk növbədə bütün aşkarlanmış ehtiyatların istifadəsini nəzərə almaqla keçid quyu fondu, sonra isə qazımadan və fəaliyyətsiz fonddan istismara veriləcək quyular müəyyənləşdirilir. İstimar quyu fondu kateqoriyalara ayrılır: köhnə quyular (keçən və bərpa olunan) və yeni quyular. Neft hasilatı planı hər kateqoriya üzrə ayrıca hesablanır. Neft hasilatı planının 1 illik hesablanması nümunə kimi göstərilir. Göstərilən hesablamaların əsasında neft hasilatının gələcəyə planlaşdırılması mümkündür, bu halda baza variantı və həmçinin risk faizini nəzərə alan variantları hesablamaq olar.

DOI: 10.5510/OGP20150100191

E-mail: ali.qaralov@socar.az


E.M Abbasov, N.A Ağayeva

"Neftqazelmitədqiqatlayihə" İnstitutu, SOCAR

Lay-quyu sisteminin dinamik əlaqəsini nəzərə almaqla mayedə yaranmış elastiki dalğaların yayılması


Nəzəri tədqiqatların əsasında quyu ağzında yaranmış elastiki dalğaların quyudibi təzyiqin dəyişmə xüsusiyyətinə təsiri öyrənilib. Lay-quyu sisteminin dinamik əlaqəsini nəzərə almaqla quyudibi təzyiqin analitik ifadəsi tapılır.

DOI: 10.5510/OGP20140100192

E-mail: Elxan.Abbasov@socar.az