SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

D.Lianqbin1, Q.Li2, S.Tiantai1, M.Janq1, H.Şi1

1Sian Neft Universiteti
2Çin Neft Universiteti

Qeyri-tipik mənşəli təbii qaz quyularının qazmasında impuls-kavitasiya şırnaqlı hidravlik generatorunun istifadəsi


Məqalədə qeyri-ənənəvi təbii qaz quyularının qazılması zaman qazmanın mexaniki sürətini (QMS) artırmaq və qazma siklini azaltmaq məqsədilə impulslu və kavitasiya generatorlarının üstünlüklərini özündə cəmləşdirən impuls-kavitasiya şırnaqlı hidravlik generator (İKŞHG) təqdim edilir. Göstərilmişdir ki, balta ucluğunun çıxışında yaranmış impulslu şırnağın, kavitasiya eroziyasının və əks təzyiqin lokal təsiri hesabına quyu lüləsinin qazma şlamından təmizlənməsinin effektivliyi, həmçinin QMS-nin sürəti artır. İKŞHG-nın mədən sınaqları şist qaz (Xuanye-1) və kömür laylarından çıxarılan qaz (Zhi-4) quyularında aparılmışdır. İKŞHGdən istifadə edərək və etməyərək qazılan quyuların QMS-nin müqayisəli təhlili aparılmışdır. Mədən tədqiqatlarının nəticələri göstərmişdir ki, lüləsi müxtəlif diametrli olan şist qaz quyularının QMS-i uyğun olaraq 2.73 və 1.74 m/saat təşkil edir və orta QMS təqribən 58.2% və 18.1% artmışdır. Kömür laylarından çıxarılan qaz quyusunun QMS 1.74 m/s olmuşdur, qonşu quyularla müqayisədə isə təqribən 21.6% və 187.7% artmışdır. Əldə edilən nəticələr göstərir ki, şist qaz quyularının və kömür laylarından çıxarılan qaz quyularının qazmasında İKŞHG-nin istifadəsi QMS-ni əhəmiyyətli şəkildə yaxşılaşdıra və qazma xərclərini azalda bilər.

DOI: 10.5510/OGP20140400217

E-mail: 77129dou@163.com


F.S.İsmayılov1, R.D.Babayev1, D.A.İsgəndərov2, Ş.Ş.Hüseynov2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR
2«AZNEFT» İB, SOCAR

Mürəkkəbləşmiş şəraitlərdə məhsuldar layın açılması üçün kompleks üsulun təcrübi-sənaye tətbiqi


Məqalədə mürəkkəbləşmiş şəraitlərdə məhsuldar layın açılması üçün kompleks üsulun işlənməsinin və təcrübi-sənaye tətbiqinin nəticələri nəzərdən keçirilir. Layın perforasiyasız açılmasına imkan verən qurğu təklif olunur ki, bu da quyudibi zonanın dağılmasının və quyu avadanlığını zədələyən mexaniki qarışıqların gəlməsinin qarşısını ala bilər.

DOI: 10.5510/OGP20140400218

E-mail: vugar.abdullayev@socar.az


H.Hofstatter1, M.Pavlov2, B.Mastobaev2

1Leoben Dağ Universiteti
2Ufa Dövlət Neft-Texnologiya Universiteti

Neftin boru kəmərləri ilə nəqli zamanı qətran-parafin çöküntülərinin qarşısının alınmasında ultrasəsin tətbiqi


Məqalədə qətran-parafin çöküntülərinin yaranmasının qarşısını alan stasionar ultrasəs (US) cihazlarının istifadə imkanları, onların boru kəməri boyunca quraşdırılması intervalları, optimal tezlik qiyməti təhlil edilir. Eyni zamanda daşına bilən US cihazlarının istifadəsinin mümkünlüyü və maye axınının içində boru kəmərlərinin daxili təmizlənməsi üçün cihazın yaradılması imkanları nəzərdən keçirilir.

DOI: 10.5510/OGP20140400219

E-mail: baulinoa@mail.ru


M.E.Semyonov, L.P.Kalaçeva, E.Y.Şits

REA Sibir bölməsi Neft Qaz Problemləri İnstitutu

Təbii qazın sintetik hidratlarının əmələgəlmə proseslərinin və mexanokimyəvi emalının xüsusiyyətlərinin öyrənilməsi


Məqalədə hidrofil polad və hidrifob polimer kontakt səthlərində qazların su ilə əlaqəyə girmə xassələrinin imkanlarını genişləndirməyə və müxtəlif xüsusi qaztərkibli və morfologiyalı hidratlar əmələ gətirməyə imkan verən tədqiqatların nəticələri təqdim olunmuşdur. Təbii qaz hidratlarının əmələgəlməsi və ayrılması proseslərinin sınaq tədqiqatlarının əsasında sintez olunan klatrat birləşmələrin tərkibi və fiziki-kimyəvi xassələri müəyyən olunmuşdur. Təbii qaz hidratlarının mexanokimyəvi emalının praktiki mümkünlüyü göstərilmişdir.

DOI: 10.5510/OGP20140400220

E-mail: l.u.shitz@ipng.ysn.ru


E.A.Bondarеv, İ.İ.Rojin, K.K.Arqunova

SB REA Neft və qaz problemləri institutu

Otradnıy qaz-kondensat yatağının işlənməsində hidratların əmələ gəlməsi


Məqalədə Otradnıy yatağından qazın götürülməsi timsalında quyudibi zonada, eləcə də quyu lüləsində qaz hidratlarının əmələ gəlməsinin mümkünlüyünü müəyyənləşdirən hesablama eksperimentinin nəticələri təqdim edilmişdir. Göstərilmişdir ki, hətta aşağı lay temperaturları və uzunmüddətli donmuş qalın lay şəraitində belə quyularda hidratların əmələ gəlməsi qaz təchizatı sistemlərində qəza vəziyyətlərinin yaranmasının qarşısını operativ almağa imkan verir.

DOI: 10.5510/OGP20140400221

E-mail: bondarev@ipng.ysn.ru


M.A.Camalbəyov

Təlim, tədris və sertifikatlaşdırma idarəsi, SOCAR

Deformasiyalı kollektorlarla təmsil olunan qaz-kondensat yataqlarının lay rejiminin təyini


Məqalədə məqsəd deformasiyalı kollektora malik qaz-kondensat yatağını istismar edən quyunun tədqiqat məlumatları əsasında layın əsas enerji mənbəyinin, yəni lay rejiminin təyini üçün metodikanın hazırlanmasıdır. Bunu üçün əvvəlcə qaz-kondensat yatağının müxtəlif texnoloji və lay rejimlərində işlənməsini modelləşdirən bir sıra kompüter hesablamaları aparılmışdır. Bu zaman deformasiyalı və deformasiyaya uğramayan kollektorlara baxılmışdır. Hesablama nəticələrinin analizi işlənmə prosesində layın məhsuldar hissəsinin boşluqlar həcminin dəyişmə qanunauyğunluğunun öyrənilməsinə imkan vermişdir. Müəyyən edilmişdir ki, layın məhsuldar hissəsinin boşluqlar həcminin lay təzyiqindən asılı olaraq dəyişmə xarakteri ilə lay rejimi arasında qanunauyğunluq mövcuddur. Alınan nəticələr qaz-kondensat yatağının işlənməsinin ilkin mərhələsində mədən məlumatları əsasında lay rejiminin təyini üçün alqoritmin hazırlanmasına imkan vermişdir.

DOI: 10.5510/OGP20140400222

E-mail: mjamalbayov@ctnet.az


F.Y.Abdullayeva1, S.S.Keldibayeva2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR
2SC «QazNİPİMunayQaz»

«Uzen» yatağında layların neftveriminin artırılması məqsədilə mikrobioloji təsir üsulunun tətbiqinin təhlili


Məqalədə aparılmış geoloji-texniki məlumatların analizləri, lay sularının mikrobioloji tədqiqatları, bioreagentlərdən istifadə etməklə tərtib olunmuş biosistemlərdə qazəmələgəlmə proseslərinin öyrənilməsi əsasında «Uzen» yatağının məhsuldar horizontlarında biotəsir üsullarının tətbiqinin mümkünlüyü aşkar edilmişdir. Təyin edilmişdir ki, ХIII horizontun laylarında bioproseslərin inkişafı üçün əlverişli ekoloji şərait mövcuddur. Bu yataqda istifadə olunmaq üçün iki ən səmərəli biotexnologiya modifikasiyası təklif olunmuşdur.

DOI: 10.5510/OGP20140400223

E-mail: farida_a56@mail.ru


M.A.Mursalova, E.K.Şahbazov

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR

Yüksək qatılaşmış neftin hasilatı zamanı parafinçökməyə qarşı inhibitorlar üçün nano-SAM tərkibinin tədqiqatı


Yüksək qatılaşmış neftin hasilatı zamanı, parafinçökmə prosesinin qarşısının alınmasına səthi aktiv maddəli müxtəlif nano-ölçülü metal hissəciklərinin təsirinin tədqiqatları tətbiq olunmuşdur. Nano-SAM tərkibli kompozisiyaların səthi aktiv xassəyə malik olma xüsusiyyətinin, ənənəvi inhibitorlarla müqayisədə parafinçökməyə qarşı müdafiə təsirinin daha yüksək olması ilə təyin olunmuşdur.

DOI: 10.5510/OGP20140400224

E-mail: minaxanim.mursalova@socar.az


F.D.Mirzəyev, O.L.Arhipova

Qazprom VNIIQAZ

Arktika şelfində karbohidrogen hasilatı üçün sualtı texnika və texnologiyaların inkişafının strateji istiqamətləri


Kara dənizi akvatoriyası sərt təbii iqlim şəraiti ilə səciyyələnsə də (akvatoriya 9 ay müddətində, hətta atom buzqıranların keçidini mümkünsüz edən, qalınlığı 1.9 m-dək olan buz qatı ilə tamamilə örtülü olur, bundan əlavə akvatoriyada ölçüsü 100 m-dən böyük olan sualtı təməlli aysberqlərin keçməsi ehtimalı yüksəkdir) Kara dənizi şelfi mühüm karbohidrogen ehtiyatlarına malik olduğunda, hal-hazırda orada illik hasilatı 80 mlrd.m3 -dən artıq olan iki yataq (Rusanov və Leninqrad yataqları) açılıb. Region üçün xarakterik və baza olan bu yataqların mənimsənilməsi işlərinin nəticələri əsasında bütün regionun mənimsənilməsi perspektivləri, sürətləri və innovativ texniki həlləri qiymətləndirmək imkanları yarana biləcək. Akvatoriyanın sərt təbii iqlim şəraiti kəşfiyyat işləri və karbohidrogen yataqlarının mənimsənilməsi zamanı dünya təcrübəsində Kara dənizinin şəraitinə bənzər şəraitlərdə yataqların mənimsənilməsi zaman öz təsdiqini tapmış sualtı texnologiyaların istifadəsi istiqamətində qeyri-ənənəvi texniki-texnoloji həllərin işlənməsi və tətbiqi zərurəti əsaslandırılır.

DOI: 10.5510/OGP20140400225

E-mail: oxana-arkhipova@yandex.ru