SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Y.Şuanlyanq, D.Jinqen, Y.Baohua, L.Jinqsanq (Çin Neft Universiteti, Çin Milli Şelf Neft Korporasiyası)

Uqandanın «Kingfisher» neft yatağında quyu lüləsinin sabitliyi və süxurun mexaniki xüsusiyyətləri


Məqalədə, "Kingfisher" neft yatağı timsalında, quyuların qazılması prosesində qilli süxurların uçulmasının qarşısını almaq məqsədilə eksperimental tədqiqatların nəticələri təhlil edilir. Belə ki, qazma məhlulunun təsiri altında qilli süxurlarının mexaniki xassələrin dəyişilməsi qanunauyğunluqları araşdırılır. Eləcədə, qilli süxurların mexaniki xüsusiyyətlərinin onların tərkibindəki sudan asıllılığı öyrənilib. Göstərilir ki, qazmanın başlanılmasından sonra dağ süxurların uçulması təzyiqi qısa müddət ərzində kəskin şəkildə artır, sonra isə tədricən azalır və 10 gündən sonra praktiki olaraq dəyişmir. Tədqiqatların nəticələri "Kingfisher" neft yatağında quyuların qazılması proqramının optimallaşdırılması üçün istifadə oluna bilər.

DOI: 10.5510/OGP20130300164

E-mail: yanchuanliang@163.com


J.Pey, Z.Yinqhu, V.Jenquan, S.Donqyu (Çin Neft Universiteti)

Hamar hissələrin hidrodinamikası – son elementlərin birləşdirilmiş üsulu əsasında polikristalik almaz kompakt qazıma baltası vasitəsilə süxurların dağıdılması prosesinin ədədi modelləşdirilməsi


Polikristallik kompakt almaz (PKA) şaroşkalı qazıma baltaları ilə süxurların dağıdılması prosesində əsas dinamik xüsusiyyətlərin öyrənilməsi məqsədilə üç ölçülü model təklif edilir ki, bunun da həlli hamar hissələrin hidrodinamikası və son elementlərin birləşdirilmiş üsulunun tətbiqi ilə həyata keçirilir. Hesablamaların əsasında adıçəkilən baltaların istifadəsi ilə dağ süxurlarının dağıdılması prosesinin optimal xüsusiyyətləri verilir.

DOI: 10.5510/OGP20130300165

E-mail: jpnt2005@163.com


M.İ.Kurbanbayev, O.A.Dışin, S.S.Keldibayeva, T.E.Məmmədbəyli ("QazNİPİMunayQaz" SC, "Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Həyat siklinin statistik modelləşdirilməsi əsasında "Uzen" yatağının 13 horizontunun işlənmə vəziyyətinin təhlili


Məqalədə, "Uzen" yatağının 13 horizontunun həyat siklinin statistik modelləşdirilməsi əsasında işlənmə vəziyyətinin təhlili təqdim olunur. Yatağın işlənmə mərhələləri ayrılıb və hər mərhələnin uzunluğu təyin edilib. Toplanmış neft hasilatı üçün qeyri-xətti logistik model əsasında ilkin çıxarılabilən ehtiyatların qiymətləndirilməsi verilir. Diskret vaxtda Kalmanın adaptiv filtrinin istifadəsi ilə tamamlanma mərhələsində toplanmış neft hasilatının göstəriciləri əsasında neft hasilatının proqnozları verilir və işlənmənin mövcud sistemində layihə göstəricilərinin yerinə yetirilməsi imkanları qiymətləndirilir.

DOI: 10.5510/OGP20130300166

E-mail: Кeldibaeva _S@kaznipi.kz


Ç.Huanpenq, L.Qenşeng, H.Jongvey, T.Şouçeng, S.Ksianji, D.Fey (Çin Neft Universiteti)

Su şırnağı ilə mikroradial üfüqi drenaj dəliklərinin qazılmasında məhsuldarlığın ilkin proqnozu və təhlili üçün yeni üsul


Məqalədə, radial qazmanın aparılmasında perforasiya kanallarının parametrlərinin optimallaşdırılması məqsədilə potensial superpozisiya prinsipinə əsaslanan yeni yarı-analitik riyazi model təklif olunur. Nəticələr göstərir ki, məhsuldarlıq perforasiya kanalının diametrindən asılı deyil. Perforasiya kanalların qollarının sayı və istiqamətlərinin optimallaşdırılması üçün təkliflər verilir. Alınan nəticələr radial qazmanın layihələndirilməsində istifadə oluna bilər.

DOI: 10.5510/OGP20130300167

E-mail: ligs@cup.edu.cn


E.M.Abbasov, H.T.Qəhrəmanov, K.O.Rüstəmova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Düzaxınlı siyirtmənin şiberinin xarici səthi ilə kipləşdirici halqa arasında kontakt gərginliyin təyini


Nəzəri tədqiqatlar əsasında kipləşdirici və kipləşdirilən elementin həndəsi ölçülərindən və fiziki-mexaniki xüsusiyyətlərindən asılı olaraq onların toxunan səthləri arasındakı kontakt gərginliyi təyin edilir. Göstərilib ki, bu kontakt gərginliyin qiyməti kipləşdiricinin daxili radiusu ilə xarici radiusunun nisbətinin müəyyən həddə qədər artması ilə xətti olaraq artır, sonradan isə onun artma tempi böyüyür. Kipləşdiricinin fiziki-mexaniki xüsusiyyətlərindən və onun həndəsi ölçülərindən asılı olaraq kontakt gərginliyin qiymətinin təyin edilməsi üçün analitik formul tapılmışdır.

DOI: 10.5510/OGP20130300168

E-mail: Elxan.Abbasov@socar.az


M.M.Qurbanov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Neft yataqlarında suvurma zamanı korroziyaya qarşı istifadə edilən kimyəvi reagentlər


Neft hasilatını artırmaq yollarından biri də laya suvurmadır. Vurulan su layın məsaməliliyini saxlamalı, mühitdə korroziya sürətini, duzçökməni artırmamalıdır. Bunun üçün kimyəvi reagentlər, o cümlədən korroziya və duzçökmə inhibitorları, bakterisidlər, oksigeni mühitdən təcrid edən kimyəvi birləşmə, səthi aktiv maddə (SAM) və polielektrolitlər təklif edilir.

DOI: 10.5510/OGP20130300169

E-mail: museyib.qurbanov@socar.az


M.R.Sisenbayeva ("QazNİPİMunayQaz" SC)

"Uzen" yatağında duzçökmə və AQP çöküntülərinə qarşı inhibitorların tədqiqatları


Hasilat quyularının məhsuldarlığına təsir edən əsas mürəkkəbləşdirmə amilləri hasil olunan flüiddə asfalten-qətran-parafin (AQP), qeyri-üzvi duz çöküntüləri, mexaniki qarışıqların olmasıdır. Məqalədə, "Uzen" yatağının lay suyunun modeli üzərində AQP və duz çöküntülərinə qarşı daha səmərəli inhibitorların laborator tədqiqatlarının nəticələri nəzərdən keçirilir. Tədqiqatlar nəticəsində "Uzen" yatağının şəraitinə görə daha səmərəli inhibitorlar təyin edilib. Məlum olduğu kimi, laboratoriya sınaqlarında inhibitorun konsentrasiyası 5-30 mq/l olmaqla duz çöküntülərinə qarşı qoruyucu effekti 75-90% təşkil edirsə, inhibitoru təcrübə-sənaye sınaqlarına tövsiyə edirlər. Alınan laborator tədqiqatlarının nəticələri imkan verir ki, Uzen yatağında təcrübi-sənaye sınaqlarının keçirilməsində test olunmuş kimyəvi reagentlərdən istifadə edilsin.

DOI: 10.5510/OGP20130300170

E-mail: Sisenbaeva_M@kaznipi.kz