SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq bortunun neftqazlılıq perspektivliyinə dair
Son illər Аzərbaycan ərazisində Mezokaynozoya aparılan geofiziki-kəşfiyyat və axtarış-kəşfiyyat işlərinin əsas həcmi Evlax-Ağcabədi çökəkliyində toplanmışdır. Böyük həcmli dərin qazıma və seysmik kəşfiyyat işləri nəticəsində çökəkliyin həm cənub-qərb və həm də şimal-şərq bortlarının geoloji quruluşu dəqiqləşdirilmiş və neft qazlılığı isə aşkar olunmuşdur. Məlum olmuşdur ki, neftqazlılıq cəhətdən onun şimal-şərq bort hissəsi, cənub-qərb bortuna nisbətən daha çox perspektivlidir. Şimal-şərq bortunda Üst Təbaşirin, Paleogen və Miosenin neftqazlılığı Muradxanlı, Zərdab, Şıxbağı və Cəfərli qalxımlarında təsdiq olunub. Neftqazlılıq Üst Təbaşirin çatlı effuziv və karbonatlı süxurları, orta Eosenin çökmə vulkanogen, Maykop və Çokrakın terrigen kollektorları ilə əlaqədardır. Aşkar olunmuş bu kiçik ölçülü yataqlar əsasən, litostratiqrafik və tağ tipli tələlərə aid edilir. Yuxarıda qeyd olunanlar bir daha sübut edirlər ki, Mezokaynozoy çöküntülərinin şimal-şərq bortda neftqazlılığı regional xarakter daşıyır və burada əlverişli geoloji şəraitlərdə yerləşən, dərin qazımaya hazırlanmış digər qalxımlar da perspektivli ola bilərlər.
DOI: 10.5510/OGP20130200149
E-mail: khamis.yusifov@socar.az
Fırlanan qazma kəmərində Qerşel-Balkli mayesinin axınının təhlili
Məqalədə, qazma kəmərinin fırlanmasının qazıma məhlulunun axını xassələrinə və sürtünmədə hidravlik itkilərin xüsusiyyətlərinə təsirini müəyyən etmək məqsədilə, qazma kəmərində Qerşel - Balkli mayesinin axını sahəsinin təhlili verilmişdir. Təhlil hidrodinamiki hesablama üsulu (HHÜ) ilə aparılmışdır. Əsasən, qazma kəmərinin fırlanma sürəti, oxboyu sürəti və mayenin sıxlığının dəyişməsinin spiralvari axın sahəsinə olan təsiri araşdırılmışdır. Həmçinin qazma kəmərində Qerşel-Balkli mayesinin fırlanan və fırlanmayan axınlarının müqayisəli təhlili təqdim edilir. Əgər başqa parametrlər dəyişməz qalırsa, onda fırlanma sürətinin artması ilə sürtünmədə olan hidravlik itki azalır. Alınan nəticələr müvafiq tədqiqatların nəticələrinə uyğun gəlir. HHÜ-in nəticələri əsasında fırlanma zamanı sürtünməyə hidravlik itkilərin təhlili üçün reqression model yaradılıb. İnhirafın mütləq kəmiyyəti çox böyük həddə olduğundan, qazmanın istiqamətinə təsir etmək qabiliyyətindədir. Beləliklə, alınan nətəcələr istifadə olunan avadanlıqların səmərəliliyinin artırılmasına imkan yaradır.
DOI: 10.5510/OGP20130200150
Məqalədə neft çıxarmada tətbiq olunan polimer gellərin möhkəmliyinə yüngül metalların nanohissəciklərinin təsiri öyrənilmişdıir. Aparılmış tədqiqatlar, nanohissəciklərin əlavə edilməsi nəticəsində gel sisteminin möhkəmliyinin 65% artılmasını göstərmişdir. Gelin formalaşması prosesinə nanodoldurucunun təsirinin kinetik mexanizmi təqdim edilir və əsaslandırılmışdır. Nanohissəciklərin əlavə edilməsi gelleşmə prosesini və gel sisteminin möhkəmliyini əhəmiyyətli dərəcədə dəyişdirdiyi göstərilmişdir. Nəticə olaraq bu nanodoldurucunun tətbiqi polimerin sərfini əhəmiyyətli dərəcədə azaltmağa və alınan sistemlərin ucuzlaşdırmağına imkan verir.
DOI: 10.5510/OGP20130200151
E-mail: Baghir.Suleymanov@socar.az
"Uzen" yatağının nefti yüksək parafinli, asfalt-qətran maddəli və müsbət temperaturda donma xassəyə malik qeyri-nyuton neftdir. Laylara uzun müddət soyuq suların vurulması asfalt-qətran maddələrin yaranması və məhsuldar layların keçiriciliyin azalmasına gətirib çıxarır. Layın quyudibi zonasının (LQZ) çirklənməsi, yüksək skin-faktorun olması quyuların məhsuldarlığını aşağı salır. Neft hasilatının intensivləşdirilməsi məqsədi ilə yataqlarda quyudibi zonaya təsirin müxtəlif üsulları tətbiq olunur. Bunlardan ən səmərəlisi 75% müvəffəqiyyət əmsalı olan layların hidravliki yarılma üsuludur (LHY). LHY-nın müvəffəqiyyətinin əsas amillərindən biri quyuların düzgün seçilməsidir. Hazırki işdə aparılan təhlil göstərir ki, sürətləndirilmiş seçmə üçün quyuların seçilmə üsulu LHY-nın keçirilməsi mövqeyindən perspektivli olan quyuların seçilməsində tətbiq oluna bilər.
DOI: 10.5510/OGP20130200152
E-mail: Кeldibaeva _S@kaznipi.kz
Qazma əməliyyatları aparılarkən hidravlik parametrlərin dəqiq proqnozu çox mühümdür. Məqalədə 4-parametrli reoloji modelin hidravlik parametrlərinin ümumiləşdirilmiş hesablama üsulu təqdim olunur. Rabinoviç-Muni tənliyinə əsaslanaraq divarboyu sürüşmə təzyiqi və baxılan modelin boruda həcmli maye sərfi arasında dəqiq tənliyi əldə edilmişdir. Halqavari axın üçün tənlik də alınmışdır. Metsner və Ridin tədqiqatlarına əsaslanaraq, yeni ümumləşdirilmiş axın göstəricisi və halqavari axın üçün effektiv diametr nəzəri təhlil yolu ilə müəyyənləşdirilmişdir. Yeni ümumiləşdirilmiş effektiv diametr halqavari həndəsə və maye reologiyası üçün də hesablanıb. Feninqin sürüşmə əmsalınının müəyyənləşdirilməsinə əsaslanaraq, ümumləşdirilmiş Reynolds rəqəminin ifadəsi həm halqavari sahə, həm də borular üçün daimi olmayan ümumiləşdirilmiş axın indeksi nəzərə alınaraq müəyyən edilmişdir. Təzyiq düşməsinin hesablanması alqoritmi təqdim olunur. Göstəricilər axının laminar və turbulent rejimlərinin əla uyğunluğunu göstərir.
DOI: 10.5510/OGP20130200153
Qaz-kondensat yatağının karbohidrogen ehtiyatinin hesablanması üçün alqoritm
Məlumdur ki, yatağın işlənmə prosesində lay təzyiqinin düşməsi ilə lay suxurlarının deformasiyası baş verir. Bunun nəticəsində layların tutum xarakteristikalarının dəyişilməsi baş verir. Məqalə deformasiyalı laylarla təmsil olunan qaz-kondensat yatağının ilkin işlənmə mərhələsində layın ilkin məsaməlik əmsalının təyini, qaz və kondensatın balans ehtiyatlarının hesablanmasına həsr olunur. İşlənmə məlumatlarına əsasən layın sıxılmasını nəzərə almaqla qaz və kondensatın ilkin balans ehtiyatlarının təyini üçün alqoritm təklif olunur. Bu zaman qaz-kondensat sisteminin binar modelindən istifadə olunur. Alınan həll lay flüidlərinin real xüsusiyyətlərini və fazalararası kütlə mübadiləsini nəzərə alır. Təklif olunan alqoritm maşın eksperimentləri ilə yoxlanılmış, onun yüksək dəqiqliyə malik olması təyin edilmişdir.
DOI: 10.5510/OGP20130200154
Qeyri-bircins təbəqəli laylardan neftsıxışdırma effektliyinin artırılması
Məqalədə beşnöqtəli quyu düzülüşünü imitasiya edən lay elementinin modelində yaradılmış təbəqəli laydan neftin lay suyu vasitəsilə sıxışdırılmasından sonra lay modelində qalan qalıq neftin məsamələr həcminin 25% miqdarında sənaye tullantısından alınmış köpükdən araqatı yaradaraq, ardınca lay suyunun vurulması ilə mənimsənilməsindən bəhs edilir. Köpük araqatının vurulması nəticəsində yüksək keçirici təbəqənin az keçiricili təbəqə üzərində olması neftvermə əmsalının 0,2, əksinə olduqda isə 0,16 vahid həcm artdığını göstərmişdir. Deməli, müxtəlif keçiriciliyə malik təbəqələrin yatım şəraitindən asılı olmayaraq köpük araqatı qalıq neftin müəyyən faizini çıxara bilir. Bu isə deməyə əsas verir ki, işlənilmiş köpük sistemindən istifadə etməklə, sulaşmış qeyri-bircins təbəqəli laylarda toplanmış qalıq neftin həcminin müəyyən hissəsini mənumsəmək mümkündür.
DOI: 10.5510/OGP20130200155
"Muradxanlı" yatağının üst tabaşir horizontunun neft ehtiyatları eksponensial üsul, eləcədə Qompers, Kopıtov və Qəmbərov riyazi modelləri əsasında qiymətləndirilmişdir. Obyektin işlənməsinin cari vəziyyətinin təhlili və çıxarıla bilən neft ehtiyatlarının qiymətləndirilməsi nəticəsində yatağın istismar obyektlərinin neft ehtiyatının yenidən hesablanmasının və yeni işlənmə layihəsinin tərtib edilməsinin zəruri olduğu aşkar edilmişdir.
DOI: 10.5510/OGP20130200156
E-mail: nizami.kerimov@socar.az
Məqalədə «Ozenmunayqaz» SC-nin «Uzen» və «Karamandıbas» yataqlarında quyu məhsulunun yığılması üçün istifadə olunan neft-mədən yığım sisteminin cari vəziyyətinin təsviri verilir. Standart və təkmilləşdirilmiş tipli qurğular qrupu, onların bir-birindən fərqliliyi, avadanlıqların xüsusiyyətləri haqqında icmal verilir.
DOI: 10.5510/OGP20130200157
Rusiyanın kontinental şelfində əhəmiyyətli karbohidrogen resurslarının potensialının mövcud olması quru yataqlarında hasilatın azalmasını nəzərə alaraq, dəniz yataqlarının mənimsənilməsi və abadlaşdırılması üçün potensial yaradır. Bununla əlaqədar, yataqların işlənməsinə və abadlaşdırılmasına qoyulan investisiyaların qorunması məqsədilə kəskin surətdə dəniz karbohidrogen yataqlarının abadlaşdırılması layihələrində risk amillərini müəyyən etmək məsələsi ortaya çıxır. Dünya okeanı şelfində yataqların mənimsənilməsi praktikasında işlənilən qaz yataqları üzərində dəniz dibinin çökməsi hadisələri (1-dən 9.5 metrə kimi) müşahidə olunurdu ki, bu da hasilat platformalarının dayanıqlılığının pozulmasına gətirib çıxarırdı. Beləliklə, gilli örtüyün təsiri altında əlavə dib çöküntülərinin nəzərə alınması layihələrin texnoloji sənədlərində hesablanması zəruriliyini və bu tədbirlərin layihənin ümumi iqtisadiyyatına təsirini müəyyənləşdirir.
DOI: 10.5510/OGP20130200158
Neftin yığımı və nəqli sistemlərinin elektrokimyəvi və mikrobioloji korroziyadan mühafizə olunması üçün laboratoriya şəraitində həlledicidən asılı olaraq "Neftqaz-2008" reagentinin neftdə həllolmanı və su fazasında dispersləşməni gücləndirən 2 variantı hazırlanmışdır. Neftdə və suda həll olan reagentlərdən hər birinin və onların qarışığının ingibitor xassələri "Günəşli" yatağının 111 saylı quyusundan gətirilmiş lay suyunda qravimetrik və potensiostatik üsullarla öyrənilmışdır. Müəyyən olunmuşdır ki, "Neftqaz-2008" reagentinin suda həll olan variantı yüksək konsentrasiyada duz çökməsinin qarşısını alır. Bakterisid-ingibitor xassəsinə malik kompozisiya xarakterli çoxfunksiyalı, neftdə və suda həll ola bilən "Neftqaz-2008" reagenti işlənilmiş və mədən sınaqları üçün təklif edilmişdir.
DOI: 10.5510/OGP20130200159
Müəlliflərin fikrincə bütövlükdə NQÇİ üzrə fondveriminin tədqiqində mühüm əlavə kimi fondveriminin quyular üzrə detallı təhlili vacibdir. Müasir dövrdə NQÇİ üzrə belə təhlil yerinə yetirilmir, həmçinin onun təcrübi tətbiqi üzrə metodiki aspektləri işlənməmişdir. Məqalədə müəlliflər tərəfindən yerinə yetirilən tədqiqatın ümumiləşdirilmiş nəticələri göstərilmişdir. Onun “Azneft” İB-nin dəniz və qurudakı NQÇİ-dəki aprоbasiyasının müsbət nəticələri, təklif edilən metodiki yanaşmanın müəssisənin təcrübi fəaliyyətində istifadə edilməsi, xüsusi halda isə əsas istehsal fondlarından istifadənin yaxşılaşdırılması üzrə ehtiyatların aşkara çıxarılmasına imkan verir.
DOI: 10.5510/OGP20130200160
E-mail: qanimet.safarov@socar.az