SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

Fan Nqok Çunq, Nquyen Çe Duk (Vyetnam Neft İnstitutu)

Çatlı geoloji fundamentli kollektorların modelinin kompyüter sazlanması metodologiyasının işlənib hazırlanması


Çatlı fundamentli kollektorların ən yaxşı imitasiyamodelinin alınması üçün tədqiqatın ən vacib tendensiyalarından biri texnoloji proseslərin və dinamik məlumatlardan (tarixi bərpa etmək) istifadə etməklə modellərin parametrlərinin kalibrlənməsi üsulunun təkmilləşdirilməsidir. Bütövlükdə çatlı fundamentli kollektorların və xüsusilə çatlı geoloji fundamentli kollektorların modelləşdirilməsində, problem və qərarların təhlilinə əsaslanan dinamik məlumatlardan istifadə etməklə modelin parametrlərinin kalibrlənməsi texnologiyası təklif edilmişdir. İş prosesinin hər bir mərhələsində kalibrlənmə, Modelin Sazlanmasının Avtomatlaşdırılması Üsulunun köməyi ilə yerinə yetirilir. Modelin Sazlanmasının Avtomatlaşdırılması Üsulundan istifadə etməklə kalibrlənmə prosesinin beş mərhələdə yerinə yetirilməsi üçün 3 (üç) kompyüter proqramı işlənib hazırlanmışdır. Məqalə, bu metodologiyanın işlənib hazırlanması və uyğun hessblama vasitələri sahəsində bizim tədqiqatları təqdim edir.

DOI: 10.5510/OGP20120100098

E-mail: trungpn@vpi.pvn.vn


Ə.M.Salmanov, N.S.Kərimov, H.A.Həmidov ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Quyu tədqiqatlarının göstəricilərinə görə quyudibi zonada neftin və qazın faza keçiriciliyinin təyini


Neftqaz yataqlarının işlənməsinin təcrübəsi göstərir ki, onlar istismar olunduqca quyudibi təzyiq doyma təzyiqindən aşağı düşür və neftdə həll olunmuş qaz ayrılır. Işlənmə zamanı keçdikcə, carı kontakt Pl = Pdoy genişlənir və Pl > Pdoy zonasında bircinsli maye, Pdoy > Pqd zonasında isə qazlı maye süzülür. İşlənmə dövründə quyudibi zonada ayrılan qazın miqdarı artır, bu da neft axınının əlavə müqavimətini yaradır və nəticədə neftə görə faza keçiriciliyi azaldığından, quyu debiti də aşağı düşür. Məqalədə ilkin konturda həm lay təzyiqi doyma təzyiqdən yüksək, həm də quyudibi təzyiq doyma təzyiqdən aşağı olduğu hallarda qazlı mayenin neftlədoymasının və faza keçiriciliyinin dəyişməsi öyrənilmişdir. Alınmış düsturlar neft və qazın faza keçiriciliklərinin əyrilərini xətti asılılıqlarla approksimasiya edərək, quyuların və layların tədqiqatlarının göstəricilərinə görə cari neftlədoymanı tapmağa imkan yaradır. Təklif olunan metodika əsasında "Günəşli" yatağının FLD-nin faza keçiriciliklərinin əyriləri və yatağın işlənmə dövründəki dinamikası qurulmuşdur.

DOI: 10.5510/OGP20120100099

E-mail: nizami.kerimov@socar.az


V.C.Abdullayev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

"Günəşli" yatağının işlənmə prosesinin modelləşdirilməsi əsasında suvurmanın intensivləşdirilməsinin tədqiqi


"Fasilə" lay dəstəsi "Günəşli" yatağının əsas məhsuldar horizontudur. Neft hasilatını artırmaq, su-neft konturunun bərabər hərəkətini təmin etmək və lay təzyiqinin düşmə tempini azaltmaq məqsədilə suvurma prosesinin intensivləşdirilməsi vacibdir. Suvurma prosesinin həyata keçirilməsi digər geolojitexniki tədbirlər kimi xeyli vəsait tələb edir və onun əsas göstəricilərinin proqnozlaşdırılması məqsədi ilə prosesin əvvəlcədən hidrodinamiki modelləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Müasir proqram vasitələrindən istifadə etməklə "Günəşli" yatağı "Fasilə" lay dəstəsinin işlənmə prosesi modelləşdirilmiş, suvurma prosesinin intensivləşdirilməsi üçün yeni suvurucu quyular təklif olunmuş, vurulacaq suyun optimal həcmi müəyyənləşdirilmişdir. Aparılmış hidrodinamiki hesablamalar nəticəsində suvurmanın işlənmə göstəricilərinə təsiri proqnozlaşdırılmış, nəticələr su vurulmadan aparılan işlənmə göstəriciləri ilə müqayisə olunmuş, prosesin səmərəliliyi göstərilmişdir.

DOI: 10.5510/OGP20120100100

E-mail: v.abdullayev@socar.az


A.M.Qasımlı, S.C.Rzayeva, Y.N.Qulu-zadə, A.Q.Həsənov ("Neftqazelmitədqiqatlayihə" Institutu)

Sulaşmış laylardan qalıq neftin çıxarılması məqsədilə yeni kompozisiyanın işlənilməsi


Neftveriminin artırılması məqsədilə tətbiq edilən fiziki-kimyəvi təsir üsullarının effektliyi bir çox amillərdən asılıdır: reagentin lay suyunda çöküntüsüz həll olması, neftlə sərhəddə səthi gərilmənin azalması, neftyuma qabiliyyətinin yüksəlməsi və s. Böyük miqdarda SAM və kimyəvi reagentlərin olmasına baxmayaraq, onların bir çoxu lay və dəniz sularında çöküntü verir. Məqalədə lay sul arında çöküntüsüz həll olan, enerji-resurslarına qənaətedici və dayanıqlı yeni kompozisiya işlənilmiş və aparılmış eksperimentlər nəticəsində sulaşmış və çətin çıxarıla bilən ehtiyata malik neft laylarının təkrar işlənilməsində istifadəsinin yüksək effekt verdiyi sübut olunmuşdur.

DOI: 10.5510/OGP20120100101

E-mail: azer.qasimli@socar.az


F.M.Hacıyev, N.Ə.Atakişiyeva ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

"Günəşli" yatağının "Fasilə" lay dəstəsi ilə Xəzər dənizi sularının qatışıqlarının kimyəvi tərkiblərinin tədqiqi


Azərbaycan Respublikasının dəniz neft yataqlarına süni üsulla təsir etmək üçün Xəzər dənizi suyundan istifadə edilir. "Günəşli" yatağının əsas istismar obyekti olan "Fasilə" lay dəstəsi (FLD) (alt pliosen) ilə Xəzər dənizi sularının kimyəvi tərkiblərinin tədqiqi, onların bir-birindən nəzərə çarpacaq dərəcədə fərqləndiyini göstərir. Laya suvurma zamanı gedən prosesləri müəyyən etmək üçün lay və dəniz sularının müxtəlif nisbətlərdə qatışıqlarının kimyəvi analizlərinin nəticələri, həmin su qatışıqlarının nəzəri hesablanmış tərkibləri ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, "Günəşli" yatağında FLD-nin lay və Xəzər dənizi sularının qatışıqlarında onların minerallaşmaları və CI, HCO3-, RCOO-, HB4O7-, Na++K+ ionlarının miqdarı azalır, SO42-, CO32-, Ca2+ və Mg2+ ionlarının miqdarı isə artır.Aparılmış tədqiqatlar göstərir ki, qatışıq sularda dəniz suyunun %-lə miqdarı artdıqca Ca2+, Mg2+, SO42-, CO32- ionlarının miqdarı isə azalır. Qatışıq suda ionların belə dəyişməsi Xəzər dənizi suyunun laya nüfuz etməsinin etibarlı göstəricisi (kriteriyası) hesab oluna bilər. CI- ionunun lay, dəniz və qatışıq sularda təyin edilməsi nəticəs ində:

- FLD-in suyu ilə dəniz suyunun qatışıqlarının sabit olmadığı müəyy ən edilmişdir;
- Qatışıq sularda qələvi torpaq elementlərinin layda cökə bilən karbonat duzlarının miqdarının hesablanmışdır;
- "Günəşli" yatağında FLD-nin lay suları ilə ona vurulan Xəzər dənizi sularının qatışıq larında dəniz suyunun %-lə miqdarı təyin edilmişdir.

DOI: 10.5510/OGP20120100102

E-mail: f.haciyev@socar.az


Ş.P.Kazımov, F.F.Əhməd ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Ferromaqnit hissəciklərinin istifadəsi ilə su axınının tənzimlənməsi


Maqnit sistemlərinin işlənməsindən başqa neftçıxarmada maqnit süxurlarının istifadəsi təcrübəsi də məlumdur. Təklif edilən üsulla quyunun hasilatının artırılmasının effekti hidravlik yarılma zamanı yaranan çatların yüksək keçiricili ferromaqnit çınqılla doldurulmasıdır. Lay suyu maqnit sahəsinin təsirindən ilkin qradientə malik olur və yüksək təzyiq düşküsünün təsiri altında da hərəkətsiz vəziyyətdə qalır.

DOI: 10.5510/OGP20120100103

E-mail: shukurali.kazimov@socar.az


E.К.Tolepberqenov ("QazNİPİMunayQaz" SC)

"Uzen" yatağında mədən neftinin hazırlanması apparatlarının təmizlənməsinə yeni yanaşma


İşlənilmiş ОГ-200 apparatlarının neft şlamından təmizlənmə texnologiyası müəssisədə istismar olunan texnoloji avadanlıqların istifadəsini nəzərdə tutur. Təklif olunan çökdürücülərin yuyulması texnologiyasının səmərəliliyi ОГ-200 çökdürücülərinin təmizləmə vaxtının, boş dayanmasının, insan sağlamlığına zərərli olan ağır əməliyyatların həcminin və eləcə də xərclərin azalmasındadır. Bu yuyulma texnologiyaların tətbiq edilməsi hazırlanan neftin keyfiyyətinin yüksəlməsinə, ОГ-200 çökdürücülərində korroziya aqressivliyinin azalmasına və bunların da öz növbəsində istismar müddətinin artmasına imkan yaradır.

DOI: 10.5510/OGP20120100104

E-mail: erlantk@mail.ru <erlantk@mail.ru>


А.İ.Əliyeva, R.С.İsayev ("Neftqazelmitədqiqatlayihə" İnstitutu, "QazNİPİMunayQaz" SC)

Yeraltı qazsaxlama anbarlarında qazın hazırlanma texnologiyasının səmərəliliyinin artırılması


Qalmaz yeraltı qazsaxlama anbarında (YQA) vurulan və götürülən qazın səmərəliliyini artırmaq üçün sıxıcı kompressor stansiyasının, qazın nəqlə hazırlanması qurğusunun və digər qazmədən avadanlıqlarının texnoloji iş rejimi tədqiq edilmişdir. YQA-da qazvurma və qazgötürmə prosesində iştirak edən quyuların texnoloji və termodinamik parametrləri tədqiq edilmişdir. Qalmaz YQA-da nəqlə hazırlanan qazın keyfiyyətini artırmaq məqsədilə yeni texnologiyanın işlənmsi məqsədilə elmi-tədqiqat işləri aparılmışdır. Elmi tədqiqat işlərinin nəticələrinə görə qazın qurudulması və hidratəmələgəlməsinin qarşısının alınması üçün yerli kimya məhsulları əsasında yeni kompleks absorbent işlənib hazırlanmışdır.

DOI: 10.5510/OGP20120100105

E-mail: afag.alieva@mail.ru


Q.Y.Səfərov, S.H.Səlimova ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Quyular üzrə fondveriminin müfəssəl təhlilində metodiki yanaşma


Məqalədə müəyyən NQÇİ-də fondveriminin quyular üzrə müfəssəl təhlilində metodiki yanaşma təklif olunur. Bu göstəricinin səviyyəsi istehsal səmərəliliyini səciyyələndirir. Tədqiqat beş mərhələdə aparılır. Fondveriminin hesablanmasının müxtəlif variantlarına baxılır: bütövlükdə NQÇİ üzrə, bütün quyular üzrə, qrup quyular üzrə və üç "hamarlayıcı" variant üzrə. Quyuların fondveriminə təsir edən amillər seçilir, sonra isə fondverimininin yuxarıda göstərilən variantları üzrə lazımi hesabat aparılır. Tədqiqatın hər bir mərhələsində ən yaxşı variantın seçilməsi məqsədilə fondverimi və amillər arasındakı asılılığı müəyyənləşdirmək üçün korrelyasiya təhlili aparılır. Seçilmiş variant üzrə qrafik qurulur, trend və approksimasiya kəmiyyəti təyin edilir. Təklif edilən metodika, təcrübədə əsas fondların istifadə edilməsi səmərəliliyinin təhlili və müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün ehtiyatların aşkar edilməsi üzrə idarəetmə qərarlarının qəbul edilməsində NQÇİ-də istifadə edilə bilər.

DOI: 10.5510/OGP20120100106

E-mail: qanimet.safarov@socar.az


O.A.Dışin ("Neftqazelmitədqiqatlayihə" İnstitutu)

Petrova görə parabolik bərabərlik sistemləri üçün başlanğıc –yan məsələlərin gelderov funksiyalarında həlli şərtləri


Gelderov funksiyaları sinfində başlanğıc – yan məsələlərinin, İ.Q.Petrovskinin fikrincə parabolik olan, dəyişkən əmsalı differensial bərabərliklərin xətti sistemi üçün həlli mümkün olan şərtləri alınmışdır. İşdən əldə edilmiş məsələyə daxil olan məlum funksiyaların düzgünlüyü ilə həllin özünün düzgünlüyü arasındakı nisbət dəqiqdir. Məsələlərin həlli şərtlərilə bərabərlik əmsalı qoyulan məhdudiyyət vacibdir, bu həm də başlanğıc və yan şərtlər üçün düzgündür. Deformasiyaya uğramış çatlı – məsaməli mühitdə bircins mayenin təyin edilməməsi məsələlərə əlavədə verilmişdir.

DOI: 10.5510/OGP20120100107

E-mail: oleg.dyshin@mail.ru <oleg.dyshin@mail.ru>