SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Q.Zhu, G.Jiang, X.Qi
Qumlu qaz kollektorlarının islanma qabiliyyətini dəyişdirən yeni agentin sınaq tədqiqatları
Məqalədə qumdaşının üzərində monomolekulyar qatı yaratmaqla qaza görə faza keçiriciliyin artırılmasına imkan yaradan islanma qabiliyyətini dəyişdirən hidrofob agent təqdim edilir. Qumdaşların və kapilyar şüşə boruların islanma qabiliyyətinin dəyişdirilməsi üzrə aparılan sınaqların nəticələri göstərmişdir ki, qumdaşının səthində sıx monomolekulyar qatın əmələgəlməsi onu islanma bucağı 90°-dən yuxarı olmaqla hidrofoblaşdırır. Agent ilə işlənildikdən sonra kapilyar borunun daxili səthi maye ilə islanma vəziyyətindən qazla «islanma» vəziyyətinə keçir. Sınaq tədqiqatların nəticələri göstərmişdir ki, qumdaşı səthinin hidrofoblaşdırılması qaza görə faza keçiriciliyinin bərpası üçün məqsədəuyğun üsuldur.
DOI: 10.5510/OGP20150400255
N.L.Ha1,2, H.H.Buy1,2, T.D.Nquyen3, N.S.Li4, N.Ç.Fan4
«Ağ Pələng» («Bach Ho») çatlı kollektor üçün ikiqat məsaməlilik modelinin işlənməsi
Məqalədə nisbətən yaxşı kalibrləşdirilmiş birqat məsaməlilik modelin və digər mövcud məlumatların (göstəricilərin) parametrlərinin inteqrasiyası yolu ilə çat-çat kollektorlar üçün ikiqat məsaməlilik modelinin işlənməsinə yanaşmaya baxılır. İkiqat məsaməlilik modeli üçün məsaməlilik və keçiricilik parametrləri (çat-çat məsaməli mühitin effektiv parametrləri) birqat məsaməlikli modelin parametrlərinin bölünməsi prosedurları ilə əldə edilmişdir. İkiqat məsaməlilik modelinin qalan parametrləri geoloji və petrofiziki məlumatlar, kernin analizi və nəzəri məlumatlar əsasında müəyyən edilə bilərlər. Məqalədə Vyetnamda «Ağ Pələng» («Bach Ho») çat-çat kollektoru üçün bu yanaşmanın tətbiqinin nəticələri təqdim edilmişdir. Kollektorun uzun zaman dövrü ərzində alınmış məlumatlarına (göstəricilərinə) modelin uğurlu adaptasiyasının nəticələri təklif edilən modelin üstünlüyünü nümayiş etdirir.
DOI: 10.5510/OGP20150400256
R.N.Bahtizin1, K.R.Urazakov1, R.R.Rizvanov1, A.G.Komkov2
Nasos ştanqlarında buraxıla bilən gətirilmiş gərginliyin hesablanması üsullarının təhlili
Məqalədə yorğunluq kriteriyaları əsasında nasos ştanqlarının seçimi üçün geniş yayılmış metodikaların icmalı, təhlili və onları birləşdirən metodika təqdim olunur. Seçim metodikaları maksimal buraxıla bilən A.S.Virnovskinin gətirilmiş gərginliyi və Qudmanın modifikasiya olunmuş diaqramı ilə təqdim edilmişdir. Ətraflı təsvir olunmuş birləşmə əsasında yeni konstruksiyalı ştanqlar daxil olmaqla, nasos ştanqları üçün buraxıla bilən gətirilmiş gərginliklərin yeni hesablama metodikası işlənmişdir. Nasos ştanqlarının sınaq partiyasının üzün müddətli mədən sınaqları əvəzinə metodikada hesablamalar üçün yalnız ştanq materialının texniki xarakteristikası – möhkəmlik həddi istifadə olunur.
DOI: 10.5510/OGP20150400257
E-mail: ramil_bahtizin@mail.ru
A.A.Haciyev1, E.K.Tolepberqenov2
Quyudibi zonanın zəif sementlənmiş süxurlarının bərkidilməsi üçün yeni tərkibin mədən sınaqları
Qum təzahürlərinə qarşı mübarizənin geniş yayılmış üsullarından biri quyudibi zonanın müxtəlif tamponaj tərkibləri ilə bərkidilməsidir. Məqalədə tərkibində əlavə tutuşma ləngidicisinin və yüngül əlvan metal nanotozunun olması ilə fərqlənən yeni tamponaj tərkibin yaradılması üzrə laboratoriya tədqiqatlarının nəticələri təqdim edilmişdir. Göstərilmişdir ki, işlənmiş tərkib öz əsas xassələrinə görə (möhkəmliyinə, keçiriciliyinə, tutuşma vaxtına və s.) mövcud tərkibləri əhəmiyyətli dərəcədə üstələyir. Həmçinin məqalədə təklif olunan tərkibin təcrübi-sənaye tətbiqinin nəticələri də göstərilmişdir. Tərkibin tətbiqi üzrə tədbirlər «Neft Daşlar» NQÇİ-nin 1133, 2317 №li neftçıxarma quyularında keçirilmişdir. Nəticədə 6 ay ərzində əlavə olaraq 704 ton neft hasil edilmişdir.
DOI: 10.5510/OGP20150400258
E-mail: aliabas.haciyev@socar.az
N.N.Həmidov1, V.М.Fətəliyev2
Müxtəlif tərkibli qazların karbohidrogen kondensatda həll olmasının qazkondensat sistemlərinin faza çevrilmələrinə, həmçinin qazkondensat yataqlarının işlənmə göstəricilərinə təsiri eksperiment tədqiqatlar nəticəsində öyrənilmişdir. Qazın tərkibinin həllolmaya təsiri, müxtəlif tərkibli qazların həllolma dərəcəsinin retroqrad kondensatın buxarlanmasına, kondensasiyanın başlanma təzyiqinə və çıxarılan kondensatın miqdarına (kondensatvermə əmsalına) təsiri öyrənilmişdir. Bununla yanaşı, tükənmə rejimində istismar olunan qazkondensat yataqlarında retroqrad kondensat itkisinin əsas səbəbləri göstərilmiş, laya və quyudibi zonaya qaz ilə təsir zamanı işçi agentin tərkibinin seçilməsində onun kondensatda həllolma xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd olunmuşdur.
DOI: 10.5510/OGP20150400259
E-mail: natiq.hamidov@socar.az
S.A.Vertyaqin, A.V.Borodin, E.M.Movsumzade
Neft mədən qazının mərhələli emalı və monomerlərə, polimerlərə və kauçuklara çevrilməsi
Səmt neft qazlarından ayrılan karbohidrogenlər müxtəlif kimyəvi məhsulların istehsalında qiymətli xammal olduğu üçün həmin qazların emalı böyük əhəmiyyət kəsb edir. Bu məqalədə karbohidrogenlərin neft qazlarından ayrılmasının absorbsiya, kompressiya, absorbsiya və aşağı temperaturda reftifikasiya kimi üsullarına baxılmışdır. Qərbi Sibir müəssisələrində səmt neft qazlarının emalının texnoloji sxemi, həmçinin qazayırma qurğularında yüngül karbohidrogenlərin geniş fraksiyalara ayrılması daha ətraflı təqdim edilmişdir.
DOI: 10.5510/OGP20150400260
S.H.Səlimova
Quyu qrupları üzrə fondveriminin ətraflı təhlili probleminə dair
Məqalədə müəyyən neft-qaz çıxarma idarəsinin (NQÇİ) quyu qrupları üzrə fondveriminin ətraflı təhlilinə metodik yanaşma təklif olunur. Tədqiqat iki mərhələdə və hər mərhələdə dörd altmərhələ olmaqla aparılır. Fondveriminin aşağıdakı hesablanma variantları nəzərdən keçirilir: NQÇİ-də texnoloji rejim (ümumilikdə, mədənlər, istismarda olan yataqlar (ərazi, hissələr üzrə)) müəyyən tarix və il üzrə. Analoji təhlil istismar üsulları üzrə də aparılır. Quyuların fondveriminə təsir edən başlıca amillər vurğulanır. Daha sonra isə yuxarıda göstərilən variantlara əsasən lazım olan hesablamalar aparılır. Fondveriminin hesablanmasında qalıq dəyərə əsasən əsas istehsal fondlarının orta illik dəyərindən istifadə olunması təklif olunur.
DOI: 10.5510/OGP20150400262
S.B.Karimova
Müəssisələrin və təşkilatların ekoloji statistik hesabat məlumatlarının ümumiləşdirilməsi əsasında 2014-cü il ərzində təbii resursların istifadəsinin və təbii ətraf mühitin vəziyyətinin bəzi aspektləri və qiymətləndirilməsi təqdim edilmişdir. Tədqiqatın obyekti «Özbəkneftqaz» MHŞ-nin quyu tikintisi, karbohidrogenlərin çıxarılması, emalı və nəqli, tikinti və neftqaz maşınqayırma müəssisələridir. Nəticədə atmosferə atılan çirkləndirici maddələrin, çirkab suların miqdarı və keyfiyyəti, tullantıların formalaşma və yerləşmə mənbələri, xüsusi olaraq təbiətdən istifadəyə görə kompensasiya ödənişləri haqqında məlumatlar alınmış və təhlil edilmişdir.
DOI: 10.5510/OGP20150400261
V.F.Tretyakov1, A.M.Gülmaliev1, R.M.Talıshınskiy1, A.M.İlolov1, Q.O.Ezinkvo1, A.D.Budnyak1, E.R.Babayev2
Etanoldan divinilin alınması prosesindəki reaksiyaların kvant-kimyəvi analizi
Etanolun çevrilmə prosesinin kinetikasının modelləşdirilməsini nəzərə almaqla, kvant-kimyəvi analiz ilə təyin edilmişdir ki, asetaldehid vasitəsilə divinilin əmələgəlmə mexanizmində ləng mərhələ asetaldehidin əmələgəlməsidir. Əldə edilmiş nəticələr etilenin yaranmasının qarşısını alan və asetaldehidin əmələgəlməsinin ləng mərhələsini sürətləndirən aktiv komponentlərin seçilməsi yolu ilə kataliz sisteminin təkmilləşdirilməsini proqnozlaşdırmağa imkan verir.
DOI: 10.5510/OGP20150400263
İ.R.Kuzeev, E.A.Naumkin, A.N.Tepsaev, A.V.Samiqullin, V.A.Qafarova
Örtük konstruksiyasının dağılması prosesində elektromaqnit siqnalının əks cavabının formalaşması
Tədqiqat silindrik örtüyün daxili izafi təzyiqlə statik dağılması zaman çat əmələgəlmə zonasının erkən diaqnostikası probleminə həsr edilmişdir. Təyinedici parametrlər qismində daimi maqnit sahəsinin gərginlik vektorunun silindr əmələ gətirəni boyunca paylanmasından, sönmə dərəcəsindən, elektrik siqnalının əks cavab amplitudasının orta gərginliyindən istifadə edilmişdir. Göstərilmişdir ki, istifadə edilmiş diaqnostik parametrlər, birmənalı olaraq, dağıdıcı çatın əmələgəlmə zonasını qabaqcadan müəyyən etməyə imkan verir. Elektrik siqnallarının informativliyi məsamə əmələgəlmədə keçiriciliyin valent elektronlarının elektron buludunun yenidən paylanması ilə bağlıdır.
DOI: 10.5510/OGP20150400264