SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Sürüşmə effektini nəzərə almaqla qazlı mayenin süzülməsi zamanı quyu dibi təzyiqin bərpası
Məqalədə sürüşmə effektini nəzərə almaqla qazlı mayenin süzülməsi zamanı quyu dibi təzyiqin axının qeyri-anikəsilməsi şəraitində bərpası tədqiqatlarının nəticəsi verilmişdir. Göstərilən məsələnin analitik həlli alınmışdır. Alınan nəzəri düstürlar əsasında ədədi hesablamalar verilmişdir. Göstərilmişdir ki, sürüşmə effekti olduqda təzyiqin bərpa əyriləri eksponentlərin cəmi ilə (təzyiqin bərpası zamanı azalır), olmadıqda isə eksponensial asılılıqla ifadə olunur. Alınan analitik həll eksperimental və mədən məlumatlarına uyğundur.
DOI: 10.5510/OGP20100300028
E-mail: elxan.abbasov@ socar.az
Lay təzyiqinin saxlanılması məqsədi ilə sulaşdırma zamanı neft hasilatı prosesinin səmərəliliyi quyular üzrə vurulma və çıxarılma normalarının təyin edilməsindən asılıdır. Məqalənin birinci hissəsində quyu məhsulunda suyun miqdarının minimuma çatdırılması məqsədilə, quyunun məhsularlığının dəyişilməsi üçün optimallaşdırıcı alqoritmlərin və süni neyron şəbəkəsinin (SNŞ) lay simulyatoru ilə birgə tətbiq edilməsinin riyazi əsası və prinsipi təqdim edilmişdir. Məqalənin qalan hissəsində SNŞ-nin tərsinə yayılmış xətasının və bir-neçə adi optimallaşdırıcı alqoritmlərinin qiymətləndirilməsi təqdim olunmuşdur. Bu müxtəlif üsullar layın sintetik modeli ilə birgə optimallaşdırılma məsələsinin həlli üçün istifadə edilmişdir. Məqsədli funksiyanın yaxşılaşması hər üsulun tətbiq edilməsində əldə olunmuşdur. Əldə edilmiş nəticələrin müqayisəsi üsulların üstünlük və qüsurlarını göstərir. Araşdırma eyni zamanda bir qrup quyuların sulaşdırma layihələrində vurulma və çıxarılma normalarının optimallaşdırılması probleminin həllində optimallaşdırıcı alqoritmlərinin və SNŞ tətbiqinin səmərəliliyini əks etdirir.
DOI: 10.5510/OGP20100300029
Məqalədə, neftli lay yataqlarının ənənəvi su vurma və su-qaz təsiri işlənməsi prosesində formalaşan süzülmə axınının strukturunun xüsusiyyətləri nəzərdən keçirilmişdir. Lay kəsiyinin üst hissəsinin qalıq neft ehtiyatlarının hasil edilməsi üçün su-qaz təsirinin tətbiq edilməsinin effektliyi qiymətləndirilmişdir. Keçiriciliyinə görə müxtəlif layların virtual modellərində, həmçinin real obyektin hidrodinamik modelində, su-qaz təsirindən alınan effektin əsasən, qravitasiya faktorunun təsiri hesabına alındığı, yəni qazın çıxması və neftin çıxan qazla birlikdə sıxışdırılıb çıxarılması ilə alındığı göstərilmişdir.
DOI: 10.5510/OGP20100300030
Məqalədə, qarışığın ν = ν(t) tam verilməsi sərfi ilə məsaməli mühitdə qeyri izotermik süzülmə prosesinin riyazi modelləşdirilməsi məsələləri nəzərdən keçirilir. Hesablama alqoritmi qurulur, Masket-Leverett bərabərliyi sistemi əsasında sıxışdırma modeli məsələsinin hesablanmasının analizi aparılır. Ədədi hesablamaların nəticələrinə görə, neft və qaz yataqlarının işlənməsində xüsusilə vacib olan quyu ətrafı zonada istilik süzülməsinin qiymətləndirilməsi vəanalizinin ümumi metodikası təklif edilir.
DOI: 10.5510/OGP20100300031
İşlənmiş quyu kəsici alətlərin bərpası məsələlərinin həllinə yeni yanaşma
Neft-qaz quyularının renovasiyasında, o cümlədən ən mürəkkəb qəzaların bərpasında onlarla adda, yüzlərlə tip ölçüdə quyu daxili kəsici alətlərdən istifadə olunur ki, ümumiyyətlə, bunlara tələb olunduğundan çoxdur. Axtarışlar göstərir ki, uzaq xarici ölkələrdə quyu daxili kəsici alətlərin bərpası məlumdur və istehsalatda tətbiqini tapıb. Lakin, kəsici elementin yeyilmiş, sınmış, və çatlamış və s. hallarda, kəsmə sahəsinə əlavə olunan qatın miqdarı, onun optimal iş rejimi, bərpa olunan alətin effektivliyi haqqında məlumat yoxdur. Təqdim edilən məqalədə qeyd edilən məsələlərin həlli, elmi əsaslarla öz əksini tapmış və birbaşa istehsalat şəraitində istifadəsinin mümkünlüyü və tətbiqi göstərilmişdir.
DOI: 10.5510/OGP20100300032
Silindirik neftmədən rezervuarların gərginlikli deformasiya vəziyyətinin tədqiqi
Məqalədə dayaqlardakı sərhəd şərtləri və materialın qeyri-xəttiliyi nəzərə alınmaqla neftmədən rezervuarlarının hesablanma üsulu təklif olunur. Sonlu fərqlər üsulu əsasında effektiv hesablama metodikası işlənmişdir. İşlənilmiş metodik baza əsasında hesablama alqoritmi və kompleks tətbiqi proqram tərtib olunmuşdur. İşlənilmiş hesablama metodikası əsasında hesablamaların nəticələrinin təhlili göstərmişdir ki, fiziki qeyri-xəttiliyin nəzərə alınması örtüyün gərginlikli deformasiya vəziyyətinin təyin edilməsində zəruridir. Hesablamaların nəticələrinə əsasən mühəndis praktikasında tətbiq oluna bilən konkret düsturlar və qrafik verilir.
DOI: 10.5510/OGP20100300033
E-mail: fazilq.hasanov@socar.az
Bu məgalədə, quyuların gazılması prosesində udulmanın garşısını almag məgsədilə aparılan profilaktik işlər zamanı gapadıcı maddə kimi özlü-dənəvər mühitin tətbigi imkanlarına baxılmışdır. Udulan layın özlü-dənəvər mühitlə gapadılması prosesinin səmərəliliyinin öyrənilməsi üçün, onun yastı deformasiya şəraitində gərarlaşmamiş radial hərəkətini nəzərdə tutan oxa nəzərən simmetrikliyi məsələsi həll edilmişdir. Riyazı modelləşdirmə metodu ilə udulan laya gapatmag üçün vurulmuş özlü-dənəvər mühitin geriyə-guyuya axın sürətinin minimallaşdırılması şərti təyin edilmişdir. Grafiki yolla təyin edilmişdir ki, daxili sürtünmə bucağının giyməti artdıgca, özlü-dənəvər mühitin udulan laya nüfuz etmə dərinliyi azalır.
DOI: 10.5510/OGP20100300034
Paradigm™ SKUA® proqram təminatında mürəkkəb quruluşlu mühitlərin geoloji modelləşdirilməsi
Bu gün geoloji modelləşdirmə yataqların öyrənilməsinin müxtəlif mərhələlərində tələb olunur: ehtiyatların hesablanması, ardıcıl geoloji-geofiziki tədqiqatların planlaşdırılması, yeni quyuların yerləşdirilməsi, qazıma zamanı monitorinq, hidrodinamiki modelləşdirmə. Bu geoloji modelin modelləşdirilən obyektin öyrənilməsi zamanı alınan bütün geoloji-geofiziki informasiyanın sintezini özündə əks etdiririlməsi ilə izah olunur. Modelin qurulmasında, mütəxəsislərin fikirlərini reallaşdıran və ya onları məhdudlaşdıran alətlər mühüm rol oynayır. Geoloji modelləşdirmənin yeni prinsipial texnologiyası Paradigm şirkətinin SKUA paketində həyata keçirilib. Texnologiya nadir riyazi yanaşmaya əsaslanaraq, hər hansı mürəkkəb modellərin yaradılmasını təmin edir.
DOI: 10.5510/OGP20100300035
E-mail: Tatyana.Olneva@PDGM.com
Hidrofob mikrokanallarda zahiri sürüşmənin generasiya mexanizmi
Flüidlərin axınının tədqiq edilməsi məqsədilə mayenin sürüşməsi, bir neçə tədqiqatçı [məsələn, Tretvey və Meynxart (Tretheway and Meinhart), Phys. Fluids 14, L9 (2002); Ju və Qranik (Zhu and Granik), Phys. Rev.Lett.87, 096105 (2001); Pit və başqaları. (Pit et al), Phys.Rev.Lett. 85, 980 (2000); və Çoi və başqaları. (Choi et al), Phys. Fluids 15, 2897 (2003)]. tərəfindən mikro və nanoölçülü qurğularda təcrübə yolu ilə müşahidə edilmişdir. Məqalədə hidrofob səthdə axan su üçün mayenin ölçülmüş sürüşməsinin mümkün mexanizmi tətqiq edilir. Biz, sürüşməni, suyun özlülüyünün az olduğu və ya hidrofob səthin yanındakı buxar qatı sahəsinin əmələ gəldiyini təklif edən, Luma və başqalarının (Luma et al.) [J.Phys. Chem. B 103, 4570 (1999)], Ju və Qranik (Zhu and Granick) [Phys.Rev.Lett.87, 096105 (2001)], Qranik və başqaları (Granick et al.) [Nature Materials 2, 221 (2003)] və de Jen (de Gennes) [Langmuir 18, 3413 (2002)] işlərini inkişaf etdiririk. Özlülüyü azalmış su qatının və ya nanoqabarcıqların divarda əmələ gətirdiyi ara hava qatını modelləşdirdikdə, biz, iki sonsuz parallel lövhələr arasındakı axın üçün sürüşmənin uzunluğunu hesablayırıq. Qaz qatı kəsilməz faza kimi modelləşdirildikdə hesablanmış sürüşəmə uzunluqları eksperimental qiymətlərlə uyğunlaşır. Qaz qatının kəsilməzliyi olmadığı hal modelləşdirildikdə isə hesablanmış sürüşəmə uzunluqları eksperimental qiymətlərlə müqayisədə xeyli yüksək alınır. Ehtimal olunur ki, mayenin zahiri sürüşməsinin hidrofob səthlərdə təcrübi müşahidə edilməsi ya nanoqabarcıqların ya da səthdə sıxlığı kiçik olan flüidin olmasının nəticəsidir.
DOI: 10.5510/OGP20100300036
E-mail: meinhart@engineering.ucsb.edu
Məsaməli mühitlərdə təzyiqin aşağı salınması ilə qabarcıqların formalaşma mexanizmləri: kritik icmal
Həll edilmiş qaz rejimində agır neftin ilkin hasilatının modelləşdirilməsi tədqiqatların aktiv sahəsidir. Bütün modellər, iştər Darsi, istərsə də məsamə miqyasında (kapilyar şəbəkə, populyasiya balansı) aşağıdakı mexanizmləri nəzərdən keçirir: qabarcığın əmələ gəlməsini, qabarcığın boyüməsini və qazın axınını. Qabarcıqların nukleasiyası adlanan qabarcığın əmələ gəlməsinin ilk mərhələsi hələ də mübahisələrə səbəb olur. Bu məqalədə biz, nukleasiyanın mövcud modellərini müzakirə edir və göstəririk ki, nüvə qabarcıqlarının əvvəlki mövcudluğu, fiziki cəhətdən əsaslandırılmış yeganə nəzəriyyədir ki, bu da bir-çox təcrübi müşahidələri izah edə bilər. Nüvə qabarcıqları ya səthiaktiv maddələrlə (kavitasiya tədqiqatları üçün istifadə edilən modellər), ya da yarıqlardakı kapilyarlıqla (qaynamada istifadə edilən modellər) stabilləşdirilirlər. Hər iki modeldə verilmiş təzyiq fərqində qabarcıqların müəyyən miqdarı aktivləşdirilir. Nüvə qabarcıqların paylanma sahəsi yeganə nizamlayıcı parametrdir. Bu paylanma təcrübə yolu ilə muəyyən ediləbilən süxur-flüid sisteminin xüsusiyyətidir. Ədəbiyyatda istifadə edilən digər modellər, sabit başlanğıcın istilik rəqsləri əsasında formalaşmasına əsaslanırlar. Onlar, təcrübi nəticələrlə ziddiyyətdə olan, nukleasiya sürəti anlayışına gətirib çıxarır. Biz, həm də bu yaxınlarda dərc edilmiş məqalələrdə istifadə edilən terminalogiyanı müzakirə edirik. Xüsusilə, əgər nüvə qabarcıqlar mexanizmi anlayışını qəbul etsək, “ani nukleasiya” və “güclənən nukleasiya” terminləri yararsız olur. Onlar həm də, qabarcığın yaranma mexanizmini (statistika və ya nüvə qabarcıqlarının mövcudluğu) təzyiqin düşmə mexanizmi ilə (tədricən və ya sabit sürətlə) qarışdıraraq, yanlış fikir yaradır.
DOI: 10.5510/OGP20100300037
E-mail: roland.lenormand@cydarex.fr