SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Q.A.Teptereva, F.A.Aqzamov, R.A.İsmakov, Q.V.Konesev, A.N.Popov
Qazma texnologiyasında tətbiq edilən sulfit tortalarının karbohidrat tərkibinin xassələrinin tədqiqi
Məqalədə nazikqatlı xromatoqrafiya üsulu ilə sulfit tortalarının karbohidrat tərkibində pentozanların (ksilanlar, arabinanlar) və heksozanların (mannoza, ramnoza) optik izomerləri ilə təqdim edilmiş selüloz olmayan polisaxaridlərin -hemiselülozların mövcudluğuna dair keçirilmiş tədqiqatların nəticələri təqdim edilmişdir. Alınma üsulundan asılı olaraq sulfit tortalarının karbohidrat tərkiblərinin fərqli olması aşkar edilmişdir. Onların əsasında alınan qazma reagentlərinin bəzi xassələrinə karbohidrat tərkibinin təsiri müəyyən edilmişdir.
Açar sözlər: sulfit tortası, karbohidratlar, hemiselülozlar, ksilanlar, ramnoza, nazikqatlı xromatoqrafiya, qazma reagentləri.
DOI: 10.5510/OGP20160300282
E-mail: teptereva.tga@yandex.ru
N.A.Petrov
Yuyucu mayelərdə yerli və xarici nişasta törəmələrinin tədqiqi
Bəzi yerli (karboksilmetilkraxmal – KMK, ekstruziv nişasta) və xarici (Rodopol 23R) nişasta törəmələrinin Qərbi Sibirin Noyabr neftqaz regionundakı quyuların qazılmasında tətbiq edilən süni hazırlanmış və təbii (cərəyanla gətirilmiş) gil məhlullarının xassələrinə təsiri öyrənilmişdir. Göstərilmişdir ki, KMK-nın sulu məhlullarına duzların sulu məhlulları, KMK əlavəli gil məhlullarına isə minerallaşdırılmış senoman lay suyu əhəmiyyətli destabilizasiyaedici təsir göstərir.
Açar sözlər: polisaxaridlər, nişasta, gil suspenziyası, reoloji xassələr, süzülmə göstəricisi, duz fəallığı, kolmatasiya.
DOI: 10.5510/OGP20160300283
M.Yu.Praxova, A.H.Krasnov, Y.A.Xoroşavina
Qaz quyularının sulaşmasının diaqnostikası üsulu
Məqalədə qaz quyularının sulaşmasının diaqnostikası probleminə baxılmışdır. Sulaşma prosesi qaz yataqlarının işlənməsinin səmərəliliyini aşağı salır, mövcud diaqnostika üsulları isə böyük zəhmət tələb edir və real vaxt rejimində diaqnostikanı təmin etmir. Sulaşmanın təklif edilən avtomatik diaqnostikası üsulu gündəlik ölçülən quyuağzı temperaturunun və təzyiqinin nəticələrinin xüsusi alqoritm üzrə riyazi işlənməsi üzərində qurulmuşdur.
Açar sözlər: qaz quyularının sulaşması, avtomatik diaqnostika üsulu, orta kvadrat sapma, quyuağzı temperaturu və təzyiqi.
DOI: 10.5510/OGP20160300284
E-mail: prakhovamarina@yandex.ru
M.Ya.Xabibullin, D.İ.Sidorkin
Məqalədə mayenin istismar və vurucu quyularına vurulan zaman maye təzyiqinin rəqsinin öyrənilməsi ilə bağlı məsələlərə baxılmışdır. Maye təzyiqinin rəqsinin nasos-kompressor boruları kəmərində baş verən rəqs proseslərinə ötürülmə mexanizmi ətraflı göstərilmişdir. Mayelərin tsiklik vurulması və hidravlik zərbələrin söndürülməsi üçün nəzərdə tutulan qurğunun quraşdırılması zamanı nasos-kompressor boru kəmərinin riyazi modelləri verilmişdir. Hesablamalar nəticəsində yerdəyişmə amplitudasının nasos-kompressor boru kəmərinin rəqsinin tezliyinin əlaqəsindən qrafik asılılığı təqdim edilmişdir.
Açar sözlər: riyazi model, nasos-kompressor boruları kəməri, amplituda, rəqs tezliyi, paker.
DOI: 10.5510/OGP20160300285
Yu.V.Zeyqman, V.Ş.Muhametşin, A.R.Hafizov, S.B.Xarina
Karbonat laylarında quyuların boğulması üçün çoxfunksional mayelərin tətbiq perspektivləri
Hal-hazırda neft çıxarmanın müxtəlif proseslərində emulsiya tərkibləri geniş istifadə olunur: layların ilkin və təkrar açılması, quyuların boğulması, layın quyudibi zonasının (LQZ) emalı və neftveriminin artırılması prosesləri zamanı. Gələcəkdə, şübhəsiz ki, əks
emulsiyaların tətbiq sahələri genişləndiriləcəkdir. Nefti çətin çıxarıla bilən yataqların istismara verilməsi layın kollektor xassələrinin saxlanılması, bərpası və yaxşılaşdırılması məsələlərinə yeni yanaşma tələb edəcək. Bu nöqteyi-nəzərdən, öz unikal xassələri sayəsində əks emulsiyalar neftçıxarmada texnoloji problemlərin bir hissəsini müvəffəqiyyətlə və səmərəli həll etməyə imkan verir.
Açar sözlər: quyuların boğulması üçün mayelər, karbonat dağ süxurları, turşu ilə emallar, əks emulsiya, kollektor xassələrinin saxlanılması.
DOI: 10.5510/OGP20160300286
A.V.Andreev1, V.Ş.Muhametşin2, Yu.A.Kotenev2
Karbonat kollektorlarda müxtəlif obyekt qrupları şəraitində geoloji-mədən parametrləri kompleksinin yataqların məhsuldarlığı əmsallarına təsirinin tədqiqi aparılmışdır. Parametrlərin xüsusiyyəti və təsir etmə dərəcəsi aşkar edilmişdir. Layların və onları doyduran flüidlərin geoloji-fiziki və fiziki-kimyəvi xassələrinə, həmçinin məhsuldar layların yatım şəraitinə əsasən əlavə məlumatlar üzrə yataqların məhsuldarlığı əmsallarını proqnozlaşdırmağa imkan verən modellər yaradılmışdır. Məhsuldarlığı aşağı olan neft çıxartma obyektlərinin işlənməsinin səmərəliliyinin artırılması üçün əldə olunan məlumatlardan istifadə alqoritmi təqdim edilmişdir.
Açar sözlər: məhsuldarlıq əmsalı, neft yataqları, karbonat kollektoru, neft yataqlarının işlənməsi.
DOI: 10.5510/OGP20160300287
V.V.Muxametşin1, V.Ye.Andreev2, Q.S.Dubinskiy2, Ş.H.Sultanov1, R.T.Ahmetov1
Məhsuldar layların və lay flüidlərinin geoloji-fiziki və fiziki-kimyəvi xassələrinin təhlili aparılmışdır. Obyektlərin qruplaşdırılması aparılmış və qruplaşdırma mərkəzləri müəyyən edilmiş, sonrakı tədqiqatların aparılması üçün onlara yaxın poliqon-obyektlər seçilmışdir. Neftveriminin artırılması məqsədilə işlənmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin müəyyənləşdirməsinə imkan verən, müxtəlif obyekt qruplarının geoloji xüsusiyyətlərinin təhlili aparılmışdır. Seçilmiş yataq qruplarına differensial olaraq neftveriminin artımı və məhsulun sulaşmasının azaldılması texnologiyalarının optimal kompleksi tövsiyyə edilir. Tövsiyələri hər bir seçilmiş qrupun obyektləri üçün tətbiq etmək təklif olunur.
Açar sözlər: işlənmə obyektlərinin qruplaşdırılması, poliqon-obyekt, rezervuar, neft verimi.
DOI: 10.5510/OGP20160300288
R.N.Baxtizin, F.M.Mustafin, L.İ.Bıkov, R.R.Xasanov, R.N.Kunafin
Boru kəmərlərinin tikintisi və istismarı. İnnovasiya və prioritetlər
Karbohidrogenlərin Rusiya müəssisələrinə, yaxın və uzaq xarici ölkələrə tədarük edilməsində boru kəməri nəqliyyatının mühüm rolu aşkardır və elmi və iqtisadi tədqiqatların predmetidir. Məqalədə boru kəməri nəqliyyatı sisteminə, boru kəməri tikintisinin prioritetlərinə, Ufa Dövlət Neft Texniki Universitetinin elmi-tədqiqat işinin inkişafının əsas istiqamətlərinə baxılır.
Açar sözlər: magistral boru kəməri, istismar etibarlılığı, gərginlik-deformasiya vəziyyəti, innovasiya və prioritetlər.
DOI: 10.5510/OGP20160300289
F.M.Latıpova, R.M.Nuqumanov, L.F.Biktaşeva, İ.O.Tuktarova
Yüksək kükürdlü neftin kükürdlü üzvi birləşmələrinin tərkibinin ayrılması və tədqiqi
Müxtəlif həlledicilərin ekstraksiyası ilə yüksək kükürdlü neftdən kükürdlü üzvi birləşmə konsentratlarının çıxarılması üzrə tədqiqatlar keçirilmişdir. Neftin kükürdlü üzvi birləşilmələrinin tərkibi tədqiq edilmiş və göstərilmişdir ki, ayırılmış konsentratların üstünlük təşkil edən komponentləri neft və neft məhsulları arasında ənənəvi metodlarla çətin çıxarılanlara aid olan benzo- və dibenzotiofenlərdir. Elektrofil hidrogenləşdirmə sistemlərlə fərdi benzotiofenin timsalında hidratlaşdırma keçirilmişdir. Yüksək kükürdlü neftlərdən yüksək sulfid tərkibli kükürdlü üzvi birləşmə konsentratlarının alınmasının mümkünlüyü göstərilmişdir.
Açar sözlər: kükürdlü üzvi birləşmələr, konsentrat, sulfidlər, tiofenlər, benzotiofen, dibenzotiofen, yüksək kükürdlü neft, hidratlaşdırma.
DOI: 10.5510/OGP20160300290
T.B.Leybert, L.İ.Vançuxina, E.A.Xalikova
Kompleks istehsallarda məhsulun maya dəyərinin kalkulyasiya uçotunun xüsusiyyətləri
Məqalədə kompleks istehsallarda kalkulyasiya uçotunun metodik yanaşmalarının inkişafı sahəsindəki elmi araşdırmanın nəticələri təqdim edilmişdir. Kompleks istehsal prinsipləri, onların əsas və əlavə məhsulun maya dəyərinin göstəricisinin formalaşmasına təsir göstərən əsas texnoloji xüsusiyyətləri müəlliflər tərəfindən ifadə edilmişdir. Məqalədə kompleks istehsallarda xərclərin bölüşdürülməsinin universal üsulu təklif olunur. Üsul iki qrup məhsulun – kompleks istehsalın əsas məhsullarının və istehsalın əlavə məhsullarının və tullantıların yenidən emal edilməsi nəticəsində əldə edilən məhsulların satışının rentabelliyinin balanslaşdırılmasına əsaslanmışdır.
Açar sözlər: məhsulun maya dəyəri, əlavə məhsul, istehsalın rentabelliyi, xərclərin bölüşdürülməsi üsulları, həcmli-təbii üsul, bazar üsulu.
DOI: 10.5510/OGP20160300291
Q.Q.Yaqafarova, A.K.Mazitova, S.V.Leontyeva, A.X.Safarov, D.R.Vaxidova
Ağır neftlə çirklənmiş qruntların bioremediasiyası
Hal-hazırda ətraf mühitin ağır və bitum nefti ilə çirklənmələrdən qorunması problemi böyük maraq kəsb edir. Elmi işdə neftlə çirklənmiş torpaqda baş verən proseslər tədqiq edilmiş, həmçinin Tatarstan Respublikasının Aşalçin yatağının ağır neftlə çirklənmiş torpaqlarının bioremediası üzrə tövsiyələr işlənmişdir. Təyin edilmişdir ki, torpaq örtüyünün ağır neft çirklənmələrindən effektiv bərpası üçün qruntun yerli neftoksidləşdirici mikroorqanizmlər suspenziyası ilə emal edilməsi və mineral əlavə, biostimulyator, məsələn, bioqumus və strukturəmələgətirən – torf kimi əlavələrlə qidalandırılması tövsiyə olunur.
Açar sözlər: ağır neft, neftoksidləşdirici yerli mikroorqanizmlər, remediasiya, fitotoksiklik, biostimulyator
DOI: 10.5510/OGP20160300292