SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

B.A.Süleymanov, E.F.Vəliyev

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Quyuların sementlənmə prosesində boruarxası fəzanın izolyasiyasının keyfiyyətinə qranulometrik tərkib və nanoölçülü əlavələrin təsiri haqqında


Məqalədə tərkibində nano-TiO2 və nano-SiO2 əlavələri olan portlandsementin, həmçinin onun müxtəlif yüksək dispersli modifikasiyalarının timsalında sement daşının davamlılığının yüksəldilməsinin iki mexanizmi öyrənilmiş və müqayisə edilmişdir. Nano əlavələrin qatılığından asılı olaraq 1, 2, 4 və 28 gün ərzində sement daşının davamlılığının dəyişikliyinin, sement tozunun xüsusi səthi və hissəciklərin paylanmasının lazer difraksiyası üsulu ilə ölçülmüş dəyişikliyinin nəticələri göstərilmişdir. SiO2 и TiO2 nanohissəciyinin istifadəsi bərkimənin ilkin mərhələlərində sementin davamlılığını 35.7% və 37.14%, sonrakı mərhələlərdə isə müvafiq olaraq 18% və 20% yüksəltmişdir. Daha kiçik dispersiya nümunəsi ilə (Р-6) olan sement daşının davamlığının yüksəlməsi adi sement tozu (Р-1) ilə müqayisədə bərkimənin ilkin və sonrakı mərhələlərində müvafiq olaraq 112% və 42%-dir. Bərkimənin müxtəlif mərhələlərində sement daşının möhkəmliyinin proqnozlaşdırılması üçün davamlılıq yığımının ilkin və sonrakı mərhələləri üçün müvafiq olaraq R2 = 0.92 və R2 = 0.95 R2 yüksək determinasiya əmsalına malik çoxsaylı reqressiya tənlikləri alınmışdır.


Açar sözlər: portlandsement, xüsusi səth sahəsi, sement daşının davamlılığı, TiO2 və SiO2 nano-hissəcikləri, çoxsaylı reqressiya tənliyi.

DOI: 10.5510/OGP20160400293

E-mail: Baghir.Suleymanov@socar.az


B.T.Mullaev, A.R.Tastemirov, Z.J.Turkpenbayeva

«QazNİPİMunayQaz» SC, Aktau, Qazahstan

Dəniz şelfində karbohidrogen yatağının işlənmə layihəsinin və abadlaşdırılmasının optimallaşdırılması


Məqalədə qeyd edilmişdir ki, dəniz şelfində karbohidrogen yatağının işlənmə layihəsinin və abadlaşdırılma sisteminin optimallaşdırılmasının işlənmiş üsulu SDP-nın optimal miqdarını və ya SDP və BQH-nin miqdarlarının optimal nisbətlərini təmin edərək, bu halda BQH-ni SDP-dan elə uzaqlıqda yerləşdirərək, bu platformalardan qazılan quyuların variantlar üzrə qəbul edilmiş miqdarı optimal həddində, BQH-dən SDP-na qədər manifoldların uzunluğu və bütovlükdə karbohidrogen yatağının işlənmə layihəsinin və abadlaşdırılmasının optimallaşdırılması təmin olunaraq yataqda kapital tutumlu və əmək tutumlu SDP-nın miqdarını maksimal azaltmağa imkan verir. Qoyulmuş məsələnin məqalədə təklif edilmiş həll prinsipi onu xüsusi çətinlik olmadan qaz-kondensat və qaz yataqlarında tətbiq üçün uyğunlaşdırmağa imkan verəcək.

Açar sözlər: neft-qaz yatağının abadlaşdırılması, dəniz şelfi, dəniz qazma platformaları, sualtı hasilat kompleksləri.

DOI: 10.5510/OGP20160400294

E-mail: rahat-80@mail.ru


H.Rubinq1, T.Çanqbinq1, L.Şunminq1, L.Kun2

1Neft yataqlarının kəşfiyyatı və işlənməsi elmi tədqiqat institutu, Pekin, Çin;
2PetroÇina kömür laylarının metanının çıxarılması üzrə şirkət, Pekin, Çin

Sudan, Muqlad hövzəsində yerləşən Fula depressiyası neftinin fiziki xassələrinin və müyyənedici amillərinin dəyişməsi


Muqlad hövzəsinin (Sudan) Fula depressiyasının əsas neftli layları Abu Gabra, Bentiu, Aradeyba, Zarqa və Qazal kimi yataqları əhatə edir. Bu yataqların ana süxurunun orqanik maddələri və geokimyəvi xarakteristikaları oxşardır, lakin müxtəlif laylardan və yataqlardan olan neftin sıxlığı və özlülüyü АPI dərəcələrində müəyyən dərəcədə fərqlənir. Neftin fiziki xassələrinin və müəyyənedici amillərinin dəyişməsinin təhlili üçün çoxkomponentli məlumatlardan istifadə edilmişdir. Göstərilmişdir ki, fiziki xassələrin dəyişmə mexanizminə neftin deqradasiyası, əsasən də biodeqradasiya təsir edir. Onunla müqayisədə su ilə islanmanın və oksidləşmənin təsiri nisbətən daha zəifdir. Çöküntü sularının və fasiyaların təcrid edilməsinin intensivliyi neft deqradasiyasının müəyyənedici amilidir. Neftin deqradasiyasının artması onun APİ dərəcəsi ilə sıxlığının aşağı düşməsinə və özlülüyünün artmasına gətirib çıxarır.

Açar sözlər: neftin fiziki xassələrinin dəyişməsi, neftin biodeqradasiyası, daxil olan çöküntü sularının təcrid edilməsinin intensivliyi, çöküntü fasiyaları

DOI: 10.5510/OGP20160400295

E-mail: harbin2018@163.com


K.K.Arqunova, E.A.Bondaryov, İ.İ.Rojin

REA Sibir bölməsi, Neft və Qaz Problemləri İnstitutu, Yakutsk, Rusiya

Təbii qaz vəziyyətinin analitik tənlikləri və riyazi modelləşdirmədə onların rolu


Real qazın vəziyyət tənliklərinin təhlili təzyiq və temperaturun geniş diapazonunda dəqiq sınaq məlumatların müqayisəsi yolu ilə yerinə yetirilmişdir. Testləndirmə qeyrimükəmməllik əmsalı, drosselləmə əmsalı, «inversiya əyrisi» və xüsusi izobar və izoxor istilik tutumları fərginin qaz sabitinə gətirilməsi üzrə keçirilmişdir. Göstərilmişdir ki, ən yaxşı nəticələr Redlix-Kvonq tənliyindən istifadə edilərkən alınmışdır.

Açar sözlər: vəziyyət tənliyi, təbii qaz, təzyiq, temperatur.

DOI: 10.5510/OGP20160400296

E-mail: bondarev@ipng.ysn.ru


A.V.Krasovskiy1, S.L.Qolofast2, Y.V.Raudanen3

1«Qazprom Layihələndirmə» MMC, Sankt-Peterburq, Rusiya
2«Nİİ Transneft» MMC, Mockva, Rusiya
3«TumenNİİgiprogas» MMC, Tümen, Rusiya

Dinamik faza keçiriciliklərinin senoman yataqlarının drenaj edilən qaz ehtiyatlarının azalmasına təsiri


İri qaz yataqlarının işlənmə təcrübəsinin təhlili göstərmişdir ki, geoloji-texnoloji modelin yaradılmasında əsas problemlərdən biri drenaj edilən qaz ehtiyatlarının azaldığı zaman lay təzyiqinin dinamikasının adaptasiyasıdır. Məqalədə göstərilmişdir ki, sulaşmış qazdoyumlu kollektorlar üçün qazverimi əmsallarının qiymətlərinin aşağı olması işləmə prosesində qalıq qazdoyumluluq əmsalının artması və yataqda hərəkətsiz qaz sahələrinin yaranması ilə izah edilir. Dinamik faza keciriciliklərinin effektinin nəzərə alınması suyun qaz ilə sıxışdırılması ilə müqayisədə qazın su ilə sıxışdırılması zamanı məsaməli mühitdə qazın hərəkət sürətini azaltmağa və müvafiq olaraq, quyular üzrə, faktiki ölçmələrin əsasında, lay təzyiqinin münasib hesablamasını əldə etməyə və nəticədə yataqların işlənməsinin texnoloji proqnoz göstəricilərinin dəqiqliyini yüksəltməyə imkan verir.

Açar sözlər: qaz yatağı, geoloji-texnoloji modeli, qazverim əmsalı, sulaşmış qazdoyumlu kollektor, qalıq qazdoyumluluq əmsalı, yataqda hərəkətsiz qaz sahəsi, dinamik faza keciricilikləri effekti, yatağın işlənməsinin texnoloji göstəriciləri.

DOI: 10.5510/OGP20160400297

E-mail: AKrasovskiy@gazpromprojekt.ru


A.A.Yefimov1, Y.V.Savickiy1, S.V.Qalkin1, Y.V.Sobolyeva2, V.Ş.Kurbanov3

1Perm Politexnik Milli Tədqiqat Universiteti, Perm, Rusiya
2«Lukoyl-Perm» MMC, Perm, Rusiya
3Аzərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan

Kernin rentgen tomoqrafiyası üsulu ilə neft yataqlarının kollektorlarının islanma qabiliyyətinin tədqiqi


Məqalədə rentgen tomoqrafiyası üsulunun köməyi ilə kern materialı üzərində kollektorların islanma qabiliyyətinin tədqiqinə dair sınaq təcrübəsi təqdim edilmişdir. Dağ süxurlarının hidrofoblaşması prosesləri neft yataqlarının istismarının geoloji-texnoloji şərtlərini əhəmiyyətli dərəcədə dəyişdirir. Kollektorların islanma qabiliyyətinin qiymətləndirilməsinin standart üsulları texnoloji məsələlərin həlli üçün vacib olan bu parametrin tam olaraq dəqiq  iymətləndilrilməsinə imkan vermir. Kollektorların islanma qabiliyyətinin qiymətləndirilməsi üsulu işlənmişdir. Üsul kern nümunələrinin rentgen şüaları ilə üç vəziyyətdə skan edilməsinə əsaslanmışdır: quru, suyla doymuş, qalıq sudoyumlu. Rentgen tomoqrafiyası üsulu hidrofil və hidrofob səthli sahələrin kerndə paylanma xarakterini vizullaşdırmağa imkan verir. Kollektorların hidrofilliyinin dağ süxurlarının xüsusi elektrik müqaviməti ilə əlaqəsinə baxılmışdır ki, bu da onların islanma qabiliyyətinin qiymətləndirilməsi zaman kern məlumatlarını və quyuların geofiziki tədqiqat üsullarını kompleksləşdirməyə imkan verir.

Açar sözlər: rentgen tomoqrafiyası, rentgen kontrastlı məhlul, kern, islanma, hidrofil kollektor, hidrofob kollektor, xüsusi elektrik müqaviməti, yan karotaj, vurucu quyunun məhsuldarlığı.

DOI: 10.5510/OGP20160400298

E-mail: doc_galkin@mail.ru


K.İ.Mətiyev1, A.D.Ağa-zadə1, S.S.Keldibayeva2

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
2«QazNİPİMunayQaz» SC, Aktau, Qazahıstan

Müxtəlif yataqların asfalt-qətran-parafin çöküntülərindən təmizlənməsi


AQPÇ-nin təmizlənməsi üçün özündə karbohidrogen həlledicisi və aşqar birləşdirən tərkib işlənmişdir. Tərkib aşqar kimi sopolimer etilen və qliserin əsaslı propilenoksid blokundan ibarətdir – molekulyar kütləsi 3600-600 olan laprollar. Tərkiblərin təsirinin effektivliyi müxtəlif yataqların («Abşeronneft» NQÇİ, «Muradxanlı» İNM, N.Nərimanov adına NQÇİ və «Jetıbaymunayqaz» İİ) AQPÇ nümunələrində müəyyən olunmuşdur. Alınmış tərkiblər ilə müxtəlif yataqların AQPÇ-dən təmizlənməsinin effektivliyi olduqca yüksəkdir. Tərkiblərin depressor xassələri neftlərin kinematik özlülüyünün və donma temperaturunun müəyyənləşdirilməsi üzrə təyin edilmişdir. Təyin edilmişdir ki, hazırlanmış tərkiblərin neftdə olması «Abşeronneft» NQÇİ, N.Nərimanov adına NQÇİ neftinin özlülüyünün və donma temperaturunun aşağı düşməsinə səbəb olur, həmçinin Uzen yatağı neftinin reologiyasının psevdoplastik axından Nyutona doğru modifikasiyası baş verir.

Açar sözlər: asfalt-qatran-parafin çöküntüləri, tərkib, laprol, təmizlənmə effektivliyi, depressor effekt, kinematik özlülük, donma temperaturu.

DOI: 10.5510/OGP20160400299

E-mail: kazim.matiyev@socar.az


O.M.Qimadiyeva, A.E.Abişev, A.M.Kurbanbayeva

«QazNİPİMunayQaz» SC, Aktau, Qazahstan

«Karajanbas yatağının təcrübə sahəsində buxar vurulmasından əmtəə suyunun vurulmasına keçidin qiymətləndirilməsi


Məqalədə «Karajanbas» yatağının təcrübə sahəsində buxar vurulmasından əmtəə suyunun vurulmasına keçidin təcrübi-sənaye sınağının (TSS) səmərəliliyi qiymətləndirilir. Proqnoz məqsədi ilə əvvəllər bu kimi keçidlərin (buxar-su) həyata keçirildiyi sahələrə məxsus işləmələrin göstəricilərinin təhlili yerinə yetirilmişdir. Müəyyən edilmişdir ki, texnoloji nöqteyi-nəzərindən Şimal blokunda seçilmiş sahə buxar vurulmasından əmtəə suyunun vurulmasına keçid üçün təcrübisənaye sınağının aparılmasına görə münasib texnoloji obyektdir. Şimal blokunda seçilmiş sahə üzrə 2016-2030-cu illəri əhatə edən dövr üçün baza variantı (buxar vurmanın davam etdirilməsi) və sahənin əmtəə suyu vurulmasına keçmə variantına görə iqtisadi səmərəlilik hesablamaları aparılmışdır. Keçirilmiş tədqiqatların nəticələrinə əsasən aşkar edilmişdir ki, həmin sahədə buxar vurulmasından əmtəə suyu vurulmasına keçid istər texnoloji, istərsə də iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur.

Açar sözlər: qaz-neft yatağı, işləmə, buxar-istilik təsiri, neftin çıxarılma əmsalı.

DOI: 10.5510/OGP20160400300

E-mail: gimadieva_oksi@mail.ru


F.Q.Vəlıyev1, M.F.Abbasov2, N.Ə.Cəfərova3

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan
2AMEA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosessləri İnstitutu, Bakı, Azərbaycan
3Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan

n-alkiləvəzli valero- və kaprolaktonların tərkib və quruluşlarının tədqiqi


QMX, İQ-, 1Н, 13С NMR və kütlə spektroskopiyası fiziki analiz metodlarından istıfadə etməklə alkiləvəzli laktonların tərkibi və quruluşu öyrənilmişdir. Göstərilmişdir ki, təqdim olunan alkiləvəzli valero- və kaprolaktonların alınma üsulu həm tərkib, həm təmizlik baxımından sənaye tələblərinə cavab verən laktona uyğun gəlır və buna əsasən sənayedə tətbiq olunmaq üçün tövsiyə oluna bilər.

Açar sözlər: alkiləvəzlı laktonlar, quruluşun öyrənilməsi, oksidləşmə, fiziki analiz metodları.

DOI: 10.5510/OGP20160400301

E-mail: famil.valiyev@socar.az