SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
İ.S.Quliyev1, V.Yu.Kərimov2, A.V.Osipov2, R.N.Mustaev2
Yer qabığının böyük dərinlik şəraitlərində karbohidrogenlərin generasiya və akkumulyasiyası
Xəzər dənizinin (Şahdəniz) və Meksika körfəzinin (Tyupi, Tibor) böyük dərinliklərində iri neft və qaz yataqlarının kəşf edilməsi yer qabığının böyük dərinliklərinin neftli-qazlılıq proqnozlarını təsdiq etdi. Dünyada 4500-8103 m dərinlik intervalında artıq 1000-dən çox neft və qaz yatağı işlənilir. Lakin, bəlli nailiyyətlərə baxmayaraq, əsasən ənənəvi proqnoz-axtarış modellərinin istifadə edilməsi səbəbdən geoloji kəşfiyyat işlərinin effektliliyi bütovlükdə aşağı olaraq qalır. Bu məqalənin məqsədi yer qabığının böyük dərinlik şəraitlərində karbohidrogenlərin generasiya, miqrasiya və akkumulyasiya proseslərini tədqiq etməkdir. Qarşıya qoyulmuş problemin tədqiqi üçün Azərbaycanın palçıq vulkanlarından yaranmış süxur nümunələrinin pirolitik tədqiqatları keçirilmişdir. Nümunələr Rock-Eval qurğusunda piroliz üsulu ilə tədqiq edilmişdir. Yer qabığının böyük dərinlik şəraitlərində yuxarıda göstərilən proseslərin tədqiqi və analizi üçün karbohidrogen sistemlərinin modelləşdirilməsi texnologiyasından istifadə edilmişdir. Tədqiqatların nəticələri tədqiq edilən regionların geodinamikasının və flüidqeodinamikasının nəzərə alınması ilə böyük dərinliklərin karbohidrogen sisteminin üçölçülü modellərinin yaradılmasına inteqrasiya edilmişdir.
Açar sözlər: Xəzər dənizinin böyük dərinlikləri, yer qabığı, generasiya, miqrasiya, akkumulyasiya, karbohidrogenlər, pirolitik tədqiqatlar, palçıq vulkanları
DOI: 10.5510/OGP20170100302
B.H.Nuqmanov
«Kalamkas» yatağının geoloji quruluşunun 3D struktur-tektonik modelləşdirmələri
Horizontal quyuların qazılması zaman perspektivli obyektlərin geometrizasiyasının riskli olduğu mürəkkəb tektonika və struktur quruluşa malik regionlarda əsas məsələ geoloji-geofiziki məlumatların ziddiyyətli olmayan struktur interpretasiyasının alınmasıdır. «Kalamkas» yatağının geoloji quruluşunun kompleks struktur-tektonik interpretasiyası təqdim edilmişdir. Belə interpretasiya yalnız horizontların və çatların xəritəalmasını deyil, həm də paleorekonstruksiyaların icrasını və konseptual modelin balanslaşdırılmasının yoxlanılmasını özündə birləşdirir.
Açar sözlər: «Kalamkas» yatağı, tektonika, dizyunkttiv pozuntular, kriqinq, model.
DOI: 10.5510/OGP20170100303
Y.Ruqanq1, P.Çunyao1, J.Jenhua1, C.Dongsu2
Su əsaslı qazma məhlulunun süzülmə qabığının strukturunun tədqiqi
Məqalənin məqsədi qazma məhlulunun süzülmə qabığının fiziki, kimyəvi strukturunun fəzavi paylanmasının təqdim edilməsindən ibarətdir. Fəzavi paylanma müxtəlif analitik üsullarla xarakterizə edilmişdir ki, buraya yüksək temperatur və təzyiq vaxtı suveriminin təyini, skan edən elektron mikroskopiya (SEM), enerjidispersion spektroskopiya (EDS), qranulometrik tərkib, fluoressensiya təyini, məsamə ölçüsü, məsaməlik, sıxlıq, su və polimer miqdarının ölçülməsi və s. daxildir. Süzülmə qabığının xüsusi müqaviməti və keçiriciliyi ölçülmüşdür. Alınmış nəticələr göstərmişdir ki, süzülmə qabığının strukturunun fəzavi paylanması yuxarı təbəqədən aşağıya doğru dəyişir. Süzülmə qabığında deformasiya olunan kolloid hissəciklərinin miqdarının çox olması qabığın keçiriciliyini aşağı salır. Süzülmə qabığında polimerin və suyun miqdarı yuxarı təbəqədən aşağıya doğru azalır. SEM-təsvirlərin köməyi ilə aşkar edilmişdir ki, süzülmə qabığının yüxarı təbəqəsi aşağı təbəqə ilə müqayisədə daha yumşaq xarici səthə malikdir.
Açar sözlər: süzülmə qabığının strukturu, fəzavi paylanma, skan edən elektron mikroskopiya, qranulometrik tərkib, fluoressensiya təyini.
DOI: 10.5510/OGP20170100304
E-mail: yaorg.gwdc@cnpc.com.cn
B.A.Süleymanov1, E.M.Abbasov1, M.R.Sisenbayeva2
Doyma təzyiqi ətrafında qazla doymuş neftin özlülüyünün anomaliyasının mexanizmi
Məqalədə təmas vaxtı qazın ayrılma üsulu vasitəsilə faza dəyişikliklərin və müxtəlif təzyiqlərdə lay neftinin özlülüyünün eksperimental tədqiqatları təqdim olunur. Ölçmələr, doyma təzyiqinə yaxın aparılan tipik tədqiqatlardan fərqli olaraq nisbətən kiçik 0.08-0.25 MPa təzyiq addımlarında aparılmışdır. Eksperimental tədqiqatlar nəticəsində P/Pb = 1-1.14 (Pb – dayma təzyiqi) təzyiqlər intervallarında özlülüyün anomaliyası aşkar edilmişdir. Bu halda praktiki olaraq lay neftinin özlülüyü 70 dəfə aşağı düşür. Həmçinin eksperimental olaraq SAM-ın lay neftinin faza dəyişikliklərinə və özlülüyün anomaliyasına təsiridə öyrənilmişdir. Göstərilmişdir ki, SAM-ın əlavə edilməsi nəticəsində doyma təzyiqin əhəmiyyətli dərəcədə azalması və qazın həll olma əmsalının artması (36%-ə qədər) baş verir. SAM-ın 5 küt.% konsentrasiyasında neftin özlülüyü, lay təzyiqində olan özlülüklə müqaisədə, praktiki olaraq 37 dəfə azalır. Müşahidə olunan effektlər və nəticədə yaranan sürüşmə effektinin mexanizmi qaz fazasının sabit kritik həddə kimi qabarcıqların yaranması əsasında izahı təklif edilmişdir. Səthi və elektrik qüvvələrinin təsiri altında kritik həddə kimi qaz qabarcıqlarının və nanoqabarcıqların morfologiyasının stabilləşmə mexanizminə baxılmışdır. Sürüşmə effektini nəzərə alaraq neftin özlülüyünün təyini üçün model təklif edilmişdir.
Açar sözlər: lay nefti, faza dəyişiklikləri, özlülüyün anomaliyası, kritik həddə kimi qabarcıqlar, sürüşmə effekti, SAM, səthi qəlirmə, elektrik qüvvəsi.
DOI: 10.5510/OGP20170100305
E-mail: Baghir.Suleymanov@socar.az
N.M.Kui1, F.N.Çung2
Məqalədə layın qaz və kondensat verimliliyinin artırılmasının bir sıra texnologiyalarının səmərəliliyinin öyrənilməsi məqsədi ilə, Nam Kon Son (Vyetnam şelfi) qaz-kondensat yatağındakı hasilat quyusunun quyudibi zonasının rəqəmsal modelinə baxılır. Model quyudibi yaxınlığında kondensat valın yaranması prosesini və onun quyunun hasilat rejiminin (qazın debiti, təzyiq düşməsinin tənzimlənməsi) nəzərə alınması ilə məhsuldarlıq əmsalına təsirini, quyuya təsirləri (turşu ilə işləmə, LHY), güclü mailli və horizontal quyulardan istifadələri, həmçinin qaz vurmaları (tsiklik qaz vurulması, quru qazın vurulması) modelləşdirməyə imkan verir.
Açar sözlər: kondensat tıxaclarının yaranması, kondensasiyanın başlanğıc təzyiqi, quyunun məhsuldarlıq əmsalı, quyunun məhsuldarlığı, quyudibi zonasının modelləşdirilməsi.
DOI: 10.5510/OGP20170100306
O.A.Abdukamalov1, L.N.Serebryakova2, A.R.Tastemirov2
Qazaxıstan yataqlarında quyudibi zonanın təmizlənməsi üçün vibrotəsir ilə işləmə (VTİ) texnologiyasının tətbiqinə yaxın vaxtlarda başlanılıb. Proses AQPÇ, duz çöküntüləri həlledicilərinin və qeyri-ion SAM-ın istifadəsi ilə aparılır. Qeyri-üzvi duzları və AQPÇ-ni həll edən konkret kimyəvi kompozisiya şərtləri üçün seçilmiş və xüsusi avadanlıq vasitəsi ilə yaradılan impulsların birgə təsiri VTİ zamanı çöküntülərin təmizlənmə sürətini bir neçə dəfə artırır. «Jetıbay» yatağında vurucu quyuların quyudibi zonalarının kimyəvi kompozisiyalardan istifadə etməklə tətbiq edilən VTİ ilə təmizlənməsi tədbirlərinin nəticələri göstərmişdir ki, 38 vurucu quyu üzrə orta qəbul etmə əmsalı tədbirin keçirilməsindən sonra 7 m3/g–dən 195 m3/g -dək artmış, vurma təzyiqi isə 0.4–0.5 MPa azalmışdır ki, bu da prosesin səmərəliliyini təsdiq edir.
Açar sözlər: vibrotəsir ilə işləmə, quyudibi zonası, «Jetıbay» yatağı, SAM, AQPÇ.
DOI: 10.5510/OGP20170100307
N.I.Hüseynova
Zaman keçdikcə, istismar quyularının ətraf zonasında deformasiya dəyişiklikləri süzülmə və həcm xassələrin dəyişməsinə səbəb olur. Nəticədə quyu məhsuldarlığının keyfiyyət və kəmiyyət göstəriciləri dəyişir. Buna görə, neft veriminin artırılmasına yönəlmiş laya təsir üsullarının tədbiqində, laya təsiri qiymətləndirmək üçün, neft yatağının istismar müddəti ərzində dəyişən geomexanik və süzülmə xassələrini nəzərə almaq vacibdir. Yatağın seçilmiş sahəsində layın keçicirilik qabliyyətinin tənzimlənməsi üçün aparılan təsir zamanı quyular arasında olan interferensiyanı nəzərə almaqla təzyiq gradientinin və gərginliyin hesablanma üsulu işlənmişdir.
Açar sözlər: lay, quyu, süzülmə, məhsuldarlıq, deformasiya, gərginlik, gərginlikdeformasiya vəziyyəti, interferensiya
DOI: 10.5510/OGP20170100308
F.R.Mehdiyev, İ.Yu.Silvestrova
«Günəşli» yatağı timsalında neftçıxartmanın planlaşdırılması alqoritmi
Məqalədə neftçıxarmanın uzun müddətli perspektivə planlaşdırılması məsələsinə baxılmışdır. Yatağın əvvəlki və cari vəziyyətini nəzərə alaraq statistik üsulların köməyi ilə təshih edilmiş planlaşdırma üsulunun tətbiqi əsaslandırılmışdır. Texniki-iqtisadi göstəricilərin faktiki əldə edilmiş səviyyəsinin öncədən planlaşdırılanlarla müqayisə edilməsi yolu ilə «Günəşli» yatağının işlənməsinin başlanğıcından FLD horizontu üzrə təklif edilən planlaşdırma üsulunun alqoritmi təhlil edilmişdir. İstismarın texnoloji göstəricilərinin vaxta görə dəyişmə dinamikası tədqiq edilmişdir.
Açar sözlər: neftçıxarmanın planlaşdırılması, quyu fondu, quyu hasilat, istismar əmsalı, neft hasilatının dəyişməsi əmsalı.
DOI: 10.5510/OGP20170100309
E-mail: fuadr.mehdiyev@socar.az