SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

O.E.Bağırov

«SOCAR-AQŞ» MMC, Bakı Azəbaycan

Qazıma baltaları üçün almaz-(WC-Co-NbN) kompozit materialları


İsti presləmə üsulu ilə alınmış, bərk xəlitə matrisası əsasında almaztərkibli kompozit materialların strukturu, faza tərkibi və istismar xüsusiyyətlərinə niobium nitritin əlavə olunması tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, ilkin hissəciklərin tərkibinə niobium nitritin əlavəsi, almaz-matrisanın keçid sahəsini möhkəmliyini 14.4-dən 28.2 QPa-a, sıxılma zamanı möhkəmlik həddinin 4640-dan 5260 MPa-a, əyilmədə isə 1810-dan 2680 MPa artmasına, həmçinin kompozitin yeyilmə intensivliyinin 1790×10-6-dan 630×10-6-ya düşməsinə şərait yaradır. Belə kompozitlərin mexaniki və triboloji xassə göstəricilərilərinin artmasına şərait yaradan mexanizmlər aydınlaşdırılmışdır.

Açar sözlər: almaz; volfram karbid; kobalt; niobium nitrit; keçid zona; faza; kompozit; təzyiq; temperatur; struktur; mexaniki xassələr; yeyilməyə davamlılıq.

DOI: 10.5510/OGP20170200311

E-mail: OBagirov@socar-aqs.com


K.Q.Levçuk

İvano-Frankovsk Neft və Qaz Milli Texniki Universiteti, İvano-Frankovsk, Ukrayna

Rəqslərin vibrator vasitəsi ilə tutulmuş qazıma kəmərinə ötürülməsi prosesinin tədqiqi


Məqalədə yuxarı hissəsində qazıma alətlərinin tutulmalarının aradan qaldırılması üçün istifadə olunan vibrasiya mexanizmi quraşdırılan qazıma kəmərinin işinin riyazi modeli təklif edilmişdir. Dalğa proseslərinin nəzərə alındığı diskret-kontinual model müxtəlif parametrli (material, en kəsiyi sahəsi, xarici yüklər) qazıma borularının ayrı-ayrı seksiyalarından ibarətdir. Bu modelə əsasən boru kəmərində baş verən rəqs proseslərinin vizuallaşdırması və tədqiq edilmiş sistemin əsas kinematik və dinamik xarakteristikalarının rəqəmsal hesablanması məqsədi ilə kompüter proqramı tərtib edilmişdir. Vibratorun parametrlərinin seçilmə metodikası boru kəmərinin ixtiyarı kəsiyində güclərin, gərginliklərin və möhkəmlık ehtiyatlarının təyin olunma dəqiqliyinin əhəmiyyətli dərəcədə yüksəlməsini və neft və qaz quyularının qazıması zaman qazıma kəmərlərinin tutulmasının proqnozlaşdırılmasını təmin edir. Boruların tutulmasının aradan qaldırılması və qazıma kəmərlərinin dağılmasının qarşısının alınması üçün возмущающей gücün və rezonans tezliklərin amplitudalarının seçimi üzrə tövsiyələr verilmişdir.

Açar sözlər: qazıma; qazıma kəməri; elastik dalğalar; riyazi model; vibrator; ötürücü funksiya; amplituda-faza xarakteristikası

DOI: 10.5510/OGP20170200312

E-mail: kgl.imp.nan@gmail.com


B.A.Süleymanov1, A.A.Süleymanov2, E.M.Abbasov1, E.T.Baspayev1

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan; 2Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan

Məsaməli mühitdə böhranaqədər qabarcıqəmələgəlmənin qaz-kondensat sistemlərinin axınına təsiri haqqında


Məqalədə məsaməli mühitdə retroqrad kondensasiyanın başlanğıc təzyiqindən yüksək təzyiqdə qazkondensat sisteminin axınının eksperimental tədqiqatları verilmişdir. Qaz-kondensat qarışığının stasionar süzülməsinin eksperimental tədqiqatları nəticəsində alınmışdır ki, retroqrad kondensasiyasının başlanğıc təzyiqindən daha yüksək təzyiq P=1.74Pс qiymətlərində qaz sərfi artmağa başlayır, P = 1.5Pс təzyiqində isə pik nöqtəsinə çatır və praktik olaraq təzyiqin böhran təzyiqinə yaxın qiymətlərindəki sərfi 30%-ə qədər keçir. Eyni zamanda qaz sərfinin təzyiq səviyyəsindən asılılığı qeyri-monoton xarakter daşıyır və sərfiyyatın yüksəlmiş qiymətləri təzyiq səviyyəsinin P=1.4-1.74Pс intervalınnda əldə olunur. Məsaməli mühitin islanma qabiliyyətinin qaz-kondensat sisteminin stasionar süzülmə prosesinə təsirinə baxılmışdır. Göstərilmişdir ki, oleofob məsaməli mühitdə qaz sərfinin artması baş vermir. Qaz-kondensat sisteminin qeyri-stasionar süzülməsi eksperimental baxımdan öyrənilmişdir. Göstərilmişdir ki, qeyristasionar süzülmə prosesində təzyiqin azalması ilə pyezokeçiriciliyin əhəmiyyətli dərəcədə azalması və sistemin sıxılma qabiliyyətinin artması baş verir. Süzülmə effekti yaradan və sistemin sıxılmasını artıran stabil böhranaqədər kondensat qabarcıqlarının yaranması əsasında müşahidə edilən effektlərin mexanizmi təklif edilmişdir. Səthi və elektrik güvvələrinin birgə təsiri ilə böhranaqədər qabarcıqların sabitləşməsi mexanizminə baxılmışdır. Alınmış eksperimental nəticələrin təsviri üçün riyazi modellər təklif edilmişdir.

Açar sözlər: qaz-maye sistemi; kondensasiya təzyiqi; süzülmə; səmaləli mühit; sürüşmə; qaz sərfi; konsentrasiya.

DOI: 10.5510/OGP20170200313

E-mail: baghir.suleymanov@socar.az


P.A.Revel-Muroz, R.N.Baxtizin, R.M.Kərimov, B.N.Mastobayev

Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Russiya

Yüksək özlülüklü və donan neftlərin nəqli zaman termiki və kimyəvi təsir üsullarının birgə istifadəsi


Məqalədə yüksək molekulyar komponentlərin neftlərin reoloji xassələrinə və asfalt-qatranparafin çöküntülərinin əmələgəlmə proseslərinə təsiri haqqında tədqiqatların və nəzəri təsəvvürlərin nəticələri ümumiləşdirilmişdir. Vurulma temperaturundan asılı olaraq, əmtəə neftlərində reagentlərdən istifadə zamanı reagentlərin depressor effektivliyinin və ingibitorlama qabiliyyətinin laborator tədqiqatlarının nəticələrinə və sənaye təcrübəsinə baxılmışdır. Müəlliflər tərəfindən neftin tərkibinin neft sənayesi kimyasının səmərəliliyinə təsirinin təhlili aparılmış, onların magistral neft kəmərləri sistemində tətbiqi üzrə tövsiyələr və təkliflər verilmişdir.

Açar sözlər: ağır neft; asfalt-qatran-parafin çöküntüləri; effektiv özlülük; kimyəvi reagentlər; reoloji effekt; yüksək molekulyar komponentlər; termiki işləmə; axıcılığın itməsi.

DOI: 10.5510/OGP20170200314

E-mail: karimov_rinat@mail.ru


L.P.Kalaçeva, İ.İ.Rojin, A.F.Fyodorova

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Neft və Qaz Problemləri İnstitutu, Yakutsk, Rusiya

Sibir platformasının şərq yataqlarının təbii qazlarında hidratəmələgəlmə prosesinə lay suyunun minerallaşmasının təsirinin öyrənilməsi


Məqalədə yatım şəraitinə, lay sularının minerallaşmasına və təbii qaz tərkibinə görə fərqlənən Sibir platformasının şərq yataqlarının təbii qazlarında hidratəmələgəlmə prosesinə lay suyunun minerallaşmasının təsiri öyrənilmişdir. Aparılmış sınaq tədqiqatları göstərmişdir ki, məhlulların minerallaşması artdıqca daha kiçik həcmli hidratlar yaranır, yəni lay suyunun ingibitorlayıcı təsiri artır.

Açar sözlər: neft və qaz yataqları; lay temperaturları və təzyiqləri; lay sularının minerallaşması; təbii qaz; hidratəmələgəlmənin termobarik şərtləri; qaz hidratları.

DOI: 10.5510/OGP20170200315

E-mail: lpko@mail.ru


R.R.Şaripov, A.A.Koyedjo, J.M.Kuaqu, F.İ.Qazizova, R.R.Minqazov, N.Y.Başkirtseva

Kazan Milli Tədqiqat Texnologiya Universiteti, Kazan, Rusiya

Yüksək temperaturlu layların neftveriminin artırılması üçün reagentlərin işlənməsi


Svitter-ion SAM sulu məhlullarının neftin sıxışdırılması üçün reagent kimi tətbiq edilməsinin mümkünlüyünün müəyyənləşdirilməsi məqsədi ilə tədqiqatlar aparılmışdır. Svitter-ion SAM sulu məhlulları üçün torpaqla doldurulmuş modellərdə neftsıxışdırma qabiliyyətinin, dinamik özlülüyün, səthi-aktiv xassələrin tədqiqatları aparılmışdır. Keçirilmiş sınaqlar nəticəsində təyin edilmişdir ki, ЦПАВ-3 həm aşağı temperaturlu, həm də yüksək temperaturlu laylar üçün ən universal və effektiv reagentdir.

Açar sözlər: neftverim əmsalı; svitter-ion SAM; neftin sıxışdırılması; dinamik özlülük; səthi aktivlik; adsorbsiya.

DOI: 10.5510/OGP20170200316

E-mail: sharipovrustem@yandex.ru


F.R.Mehdiyev, E.Y.Əliyeva, İ.Y.Silvestrova

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Maye karbohidrogenlərin birgə nəqli zamanı eyni əhəmiyyətli karbohidrogen miqdarinin təyini


Məqalədə SOCAR-ın neft yataqlarından eyni kommunikasiya vasitəsi ilə nəql edilən neft və kondensatın birgə hesablanması həllinə baxılmışdır. Yanacaq və neft ekvivalenti texniki – iqtisadi anlayışı əsasında müxtəlif karbohidrogenlərin dəyərinin ölkə daxili və beynəlxalq müqayisə təcrübəsi təhlil edilmişdir. Qaz kondensatının neft «yanacağı» ilə əvəzlənmə əmsalının miqdarını şərti yanacağa çevirmədən istilik ekvivalenti, neft ekvivalenti bareli və maye karbohidrogenlərin istilikkeçirməsi əmsallarından istifadə edərək hesablanma variantları təklif olunur.

Açar sözlər: neft və qaz kondensatının birgə hesablanması; şərti yanacaq; yanacaq ekvivalenti; neft ekvivalenti bareli; yanma istiliyi; istilikkeçirmə əmsalı.

DOI: 10.5510/OGP20170200317

E-mail: fuadr.mehdiyev@socar.az