SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

B.A.Süleymanov1, Y.A.Lətifov2, X.M.İbrahimov1, N.İ.Hüseynova1

1«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan; 2SOCAR, Bakı, Azərbaycan

Layların neftveriminin artırılmasında termoaktiv polimer kompozisiyası əsasında qurulan texnologiyanın mədən şəraitində tətbiqinin nəticələri


DOI: 10.5510/OGP20170300320

E-mail: nahide.huseynova@socar.az


R.Şen1,2, K.Ley3, X.K.Quo1,2, X.T.Ju1,2, Q.Janq4, X.B.Li1,2

1PetroChina RIPED, Lanfan, Çin; 2CNPC, Lanfan, Çin; 3Çin milli neft şelf korporasiyasının (CNOOC) Çjanszyan filialı, Çjanszyan, Çin; 4CNOOC, Çjanszyan, Çin

Beybu (Çin) körfəzində neft yatağının süxurlarında suyun hərəkətinə məsaməli strukturun təsiri


Məqalə hasilat əmsalının azalmasına səbəb olan, layda suyun hərəkəti ilə bağlı problemlərə həsr edilmişdir. Beybu (Çin) körfəzində neft yatağının müxtəlif bloklarında suvurma prosesinin səmərəliliyinin təhlili verilmişdir. Tədqiqatlar üçün W quyusunda W3IV layından və B quyusunda L3III layından götürülmüş kern nümunələri istifadə olunmuşdur. Dinamik nüvə maqnit rezonansı, sabit sərfli civə porometriyası üsullarından və mikroplanşetli vizuallaşdırma modelindən istifadə edərək, lay mayesinin reoloji xassələri və baxılan laylarda onun hərəkətinə təsir edən amillər təhlil edilmişdir. Tədqiq edilən mühit məsamələrin və məsamə kanallarının radiuslarının kiçik qiymətləri, məsamələrin qarşılıqlı əlaqə əmsalının və onun paylanma diapazonunun yüksək qiymətləri ilə xarakterizə olunur. B quyusundan götürülmüş kern nümunələrində məsaməli mühitin qarşılıqlı əlaqəsi kiçik olmuşdur. Təbiidir ki, vurulan mayenin əsas axını lay şəraitinin təsiri altında formalaşır. Bu, suyun sıxışdırma qabiliyyətinə mənfi təsir göstərə bilər. Məqalədə bu prosesin mexanizmi verilir. Nəticədə orta və kiçik ölçülü məsamələrdən neftin çıxarılması məsamə həcminin təxminən 40%-ni təşkil etmişdir, halbuki böyük ölçülü məsamələrdən neftin çıxarılması məsamə həcminin 5%-dən az olmuşdur. Beləliklə, B quyusu ətrafında laydan orta neftsıxışdırma əmsalı cəmi 44.7% təşkil edir ki, bu W quyusuna nisbətən 22.3% aşağıdır.

Açar sözlər: nüvə maqnit rezonansı; suvurma; neftsıxışdırma əmsalı; sıxışdırmanın əhatə əmsalı; məsamə kanallarının strukturu.

DOI: 10.5510/OGP20170300321

E-mail: shenrui523@126.com


V.Q.Mixaylov1, A.İ.Ponomaryov2, A.S.Topolnikov1

1«RN-Ufa Neft Elmi Tədqiqat Layihə İnstitutu» MMC, Ufa, Rusiya; 2Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Rusiya

Neft yataqlarının işlənməsinin son mərhələlərində suda həll olmuş qazın nəzərə alınması ilə qaz amilinin proqnozlaşdırılması


Qərbi Sibir neft yataqlarının işlənməsinin son mərhələlərində neft və qaz hasilatı neft quyu məhsullarının sulaşmasının artması ilə əlaqədar olaraq qaz mədən amilinin qeyriproporsional artması ilə müşayiət olunur. Göstərilmişdir ki, neft hasilatının azalması və mayenin sürətlə çıxarılması zamanı mədən qazı amilinin sürətlə artması lay şəraitində suda həll olmuş, həmçinin çıxarılmamış neft ehtiyatlarından axıb gələn neft qazının quyuya daxil olmasından irəli gəlir. Məhsulun mədəndə yığılması və hazırlanması sistemində maye axını temperaturunun neftin və suyun istilik-fiziki xassələrinin fərqli olması səbəbindən yüksəlməsi qazın tərkibində "yağlı" komponentlərin ayrılmasının artmasına gətirib çıxarır. Faza çevrilmələrinin hesablamalarının nəticələri göstərir ki, quyu məhsulu 90-95% sulaşdıqda mədən qazı amili lay neftinin tərkibində olan qazın ilkin göstəriciləri ilə müqayisədə bir  neçə dəfə arta bilər. Məqalədə hasil olunan səmt suyunda qazın həll olmasının riyazimodelləşdirilməsinə əsaslanan termodinamik yanaşma inkişaf etdirilir və quyu məhsulununsulaşmasından asılı olaraq qaz amilinin dəyişikliklərinin proqnozlaşdırılması metodikası təklif edilir.

Açar sözlər: qaz amili; quyu məhsulunun sulaşması; riyazi model; vəziyyət tənliyi; qazın həll olması; suyun minerallaşması.

DOI: 10.5510/OGP20170300322

E-mail: pnmrv@mail.ru


А.М.Quliyev1, M.A.Camalbəyov2

1AMEA-nın Geologia və Geofizika İnstitutu, Bakı, Azərbaycan; 2«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Sürüngənli kollektorlara malik yüngül neft yataqlarının işlənməsi göstəricilərinin proqnozlaşdırılması


Məqalədə sürüngənli kollektorlarla təmsil olunmuş yüngül (uçucu) neft yataqlarının tükənmə rejimində işlənmə prosesinə baxılır. Lay-kollektorun sürüngənliyinin və lay karbohidrogen sisteminin real xüsusiyyətlərinin nəzərə alınması ilə işlənmənin əsas göstəricilərinin proqnozlaşdırılması üçün alqoritm təklif olunur. Məsələ yüngül neftlərin binar model təsəvvürləri çərçivəsində həll olunub. Verilmiş depressiyada yüngül neft yatağının tükənməsi prosesi modelləşdirilib. Təklif olunan alqoritm əsasında bir sıra kompüter еksperimentləri aparılmışdır. Bu zaman elastik və sürüngənli layda süzülmə prosesləri müqayisə olunb. Yüngül neft yatağının tükənmə prosesinə kollektor süxurlarının sürüngənliyinin təsiri xüsusiyyətləri müəyyən edilmişdir.

Açar sözlər: modelləşdirmə; yüngül neftlər; tükənmə; alqoritm; proqnozlaşdırma; işlənmə; reologiya; relaksasiya.

DOI: 10.5510/OGP20170300323

E-mail: mjamalbayov@ctnet.az


S.H.Səlimova

«Neftqazelmitədqiqatlayihə» İnstitutu, SOCAR, Bakı, Azərbaycan

Neft-qaz çıxarma müəssisəsinin quyuları üzrə fondveriminin ətraflı təhlilinə dair ümumiləşdirici metodika


Məqalədə neft-qaz çıxarma müəssisəsinin (idarəsinin) quyuları üzrə fondveriminin ətraflı təhlilinə dair ümumiləşdirici metodika təklif olunur. Metodika hazırlıq və əsas olmaqla iki tədqiqat mərhələsindən  ibarətdir. Hazırlıq mərhələsində neft-qaz çıxarma idarəsinin (NQÇİ) ilkin materiallarının toplanması və sistemləşdirilməsi həyata keçirilir. Əsas mərhələdə təhlilin məqsədindən asılı olaraq quyuların mü xtəlif formada qruplaşdırılması yerinə yetirilir. Buna uyğun olaraq tədqiqatda iki yanaşma qeyd olunur. Birinci yanaşma beş təhlil variantına malikdir. İkinci yanaşma üç tədqiqat istiqamətindən ibarətdir. İstənilən yanaşmada fondverimi və ona təsir edən müəyyənedici amillər nəzərə alınır. Fondveriminin qiymətləndirilməsi natural və dəyərlə ifadə edilməklə iki formada aparılmışdır. Metodika «Azneft» İB-nin NQÇİ timsalında uğurla sınaqdan keçirilmişdir. Tədqiqatın praktik dəyəri ondan ibarətdir ki, o, neft-qaz çıxarma müəssisəsinin əsas istehsalat fondlarının istifadəsinin effektivliyinin təhlilində mühüm əlavə rolunu oynayır.

Açar sözlər: ümumiləşdirici metodika; fəaliyyətdə olan və istismar quyu fondu; fondverimi; müəyyənedici amillər; əsas istehsalat fondlarının orta illik dəyəri.

DOI: 10.5510/OGP20170300324

E-mail: salimovas60@mail.ru