SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
B.A.Perminov, V.B.Perminov, Z.X.Yaqubov, İ.A.Dementev
Qazıma parametrlərinin ikigirişli nəzarət sistemlərində kvazirezonans
Məqalədə burucu momentin dinamik artımına ikigirişli nəzarət sisteminin timsalında ikigirilşli nəzarət sisteminin ölçü kanallarının tezlik xarakteristikalarının və ümumi tezlik xarakteristikalarının analizi keçirilmişdir. Göstərilmişdir ki, kvazirezonans rejimində tezlik funksiyasının xəyali kəmiyyəti sıfıra çevrilir. Bu, ölçü kanalında amplituda-tezlik və fazo-tezlik təhriflərinin istisnasına gətirib çıxarır. Sistemin loqarifmik amplitudatezlik xarakteristikasının kvazirezonans rejimində aparılan hesablaması burucu momentin dinamik artımına ikigirişli nəzarət sistemində tezlik təhriflərinin tamamilə olmadığını göstərmişdir. Ölçü kanallarının birində kvazirezonansın mövcud olmadığı və olduğu hallarda eksperimental loqarifmik amplituda-tezlik və fazo-tezlik xarakteristikalarına baxılmışdır. Göstərilmişdir ki, rezonansdan kiçik tezliklərdə tezlik təhriflərinin faza sürüşməsi və amplitudası müsbət, rezonansdan böyük tezliklərdə isə mənfi qiymətlərə malik olur. Komi Respublikasının Usinsk şəhərində eksperimental quyuda «Eltex» firmasının burucu momentin dinamik artımına ikigirişli nəzarət sisteminin təcrübə nümunəsinin sınaqlarının nəticələri göstərilmişdir.
Açar sözlər: ikigirişli sistem; kvazirezonans; ölçü kanalı; dəyişən (variasiya edən) struktur; tezlik xarakteristikaları, tezlik təhrifləri.
DOI: 10.5510/OGP20170400327
Y.Y.Lipatov, N.A.Aksenova
Koşil yatağında üfüqi quyuların qazılmasında biopolimer emulsiya qazıma məhlulunun tətbiqi
Məqalədə Koşil yatağının yur çöküntülərində üfüqi sonluqlu maili-istiqamətli quyuların tikintisi zamanı yaranan mürəkkəbləşmələrə baxılmış, modifikasiya olunmuş biopolimer emulsiya məhlulunun tətbiqinin effektivliyi göstərilmişdir. Təklif edilən qazma məhlulu yüksək reoloji, yağlayıcı və ingibitorlayıcı xassələrə və unikal süzülmə və qabıq əmələ gətirmə göstəricilərinə malikdir, layın təbii kollektor xassələrinin qorunub saxlanılmasına imkan yaradır. Qazıma vaxtı məhlulun quyruq altında tətbiqi udulmaların və tutulmaların yaranma riskini minimallaşdırmağa və quyunun mürəkkəbləşmələrsiz qazılmasına imkan verir.
Açar sözlər: biopolimer emulsiya məhlulu; mürəkkəbləşmələr; yur çöküntüləri; Bajenovskiy lay dəstələri; horizontal sonluqlu maili-istiqamətli quyu; quyruq.
DOI: 10.5510/OGP20170400328
A.R.Kondrat, N.N.Qedzik
Aşağı keçiricilikli terrigen kollektorları olan yataqlardan qaz hasilatının artırılması
Məqalədə aşağı keçiricilikli terrigen kollektorı olan yataqların qazveriminin və cari qaz hasilatının artırılması texnologiyasının elmi əsaslandırması təklif edilir. Fiziki və hidrodinamiki modelləşdirmənin nəticələrinə əsasən aşağı keçiricilikli yataqlarda adsorbsiyadesorbsiya proseslərinin qanunauyğunluqları təyin edilmiş və müxtəif profilli quyuların layın intervallı hidroyarılması vasitəsilə yerləşdirilməsinin quyuların debitinə və qazveriminə təsiri qiymətləndirilmişdir. Alınmış nəticələr əsasında aşağı keçiricilikli kollektorları olan yataqlardan qaz hasilatının artırılmasının təkmilləşdirilmiş texnologiyaları təqdim edilmiş, onların yataqların işlənməsinin texnoloji və iqtisadi göstəricilərinə təsiri qiymətləndirilmiş və gələcək tətbiqinə dair tövsiyələr verilmişdir.
Açar sözlər: aşağı keçiricilikli kollektorlar; desorbsiya; qazverimi; layın hidravlik yarılması.
DOI: 10.5510/OGP20170400329
E-mail: alexkondratr@gmail.com
D.A.İskəndərov1, Q.Q.İbadov2, Y.K.Tolepbergenov3
Yeni konstruksiyalı çınqıllı quyu süzgəci
Yeraltı avadanlığa mexaniki qarışıqların daxil olmasının qarşısının alınması və ya məhdudlaşdırılması üçün quyu süzgəclərinin yeni konstruksiyaları işlənilir və tətbiq edilir. Məqalədə təklif edilən yeni konstruksiyalı çınqıllı quyu süzgəci quyularda istismar üsulundan və tərkibində mexaniki qarışıqların müşahidə edildiyi hasil olunan məhsuldan asılı olmayaraq tətbiq edilə bilər. Məqalədə süzgəcin maksimal möhkəmliyi, effektiv iş müddətinin artırılması, məhsulun quyuya hərtərəfli, bərabər daxil olmasının paylanması və ehtiyac oldugu hallarda avadanlıq kompleksinin quyudan tam çıxarılmasının təmin edilməsinə nail olunması məsələləri həll edilmişdir. Quyu süzgəcinin quraşdırılması kəmərarxası fəzada sement halqanın dağılma təhlükəsini aradan qaldırır və qumun daxil olmasını məhdudlaşdırır. Bu isə nəticə etibarilə quyuların təmirlərarası dövrünün artmasına, cari və əsaslı işlərin ixtisarına, quyuların debitinin artmasına səbəb olur.
Açar sözlər: quyu süzgəciı; mexaniki qarışıqları; lay mayesi.
DOI: 10.5510/OGP20170400330
M.K.Mustafaev1, Y.K.Kayırjan2
Məqalədə «Karajanbas» yatağı şəraitində işçi agentin temperaturunun yüksək özlülüklü neftin sıxışdırılma əmsalına təsirinin eksperimental laboratoriya tədqiqatlarına baxılır. «QazNİPİMunayqaz» Səhmdar Cəmiyyətinin laboratoriya mərkəzi tərəfindən keçirilmiş tədqiqatların nəticələri göstərmişdir ki, işçi agentin temperaturunun yüksəlməsi neftin sıxışdırılmasının artmasına səbəb olur, neftin sıxışdırılma əmsalının artması süxurların bütün litotiplərində özünü göstərir. Sıxışdırma əmsalının dinamikası vurulan suyun temperaturu 50 °C və yüksək olduqda kəskin şəkildə artmağa başlayır. Buna neftin özlülüyünün kəskin aşağı düşməsi (3 dəfə) və onun hərəkətliliyinin artması hesabına nail olunur. Bu, 4 quyu üzrə yerinə yetirilmiş dərinlik neft nümunələrinin PVT tədqiqatlarının nəticələri ilə təsdiq edilmişdir. Minerallaşmanın gil süxurlarına təsirinin qiymətləndirilməsi göstərmişdir ki, minerallaşmanın aşağı düşməsi kollektor xassələrinə mənfi təsir edir. Vurulan suyun minerallaşmasının tam duzsuzlaşana qədər aşağı düşməsi zaman keçiriciliyin əhəmiyyətli dərəcədə aşağı düşməsi gillərin tipləri ilə bağlı olur: gillər şişməyə güclü meyilli olan illitlər və smektitlərlə təqdim edilmişdir. Eksperimental laboratoriya tədqiqatları əsasında neftin effektiv sıxışdırması üçün 50-90 °С temperaturlarda isti sudan istifadə edilməsi və təcrübi-sənaye
sınağının keçirilməsi tövsiyə olunur.
Açar sözlər: yüksək özlülüklü neft; sıxışdırma əmsalı; süxur litotipləri; PVT tədqiqatı; minerallaşma; gilli süxurlar; kollektor xassələri; keçiricilik; eksperimental laboratoriya tədqiqatları; neftin sıxışdırılması.
DOI: 10.5510/OGP20170400332
E-mail: Turkpenbaeva_B@kaznipi.kz
R.N.Baxtizin1, K.R.Urazakov1, S.F.İsmaqilov1, A.S.Topolnikov2, F.F.Davletşin3
Maili-istiqamətli quyular üçün ştanqlı nasos qurğusunun dinamiki modeli
Məqalədə maili-istiqamətli quyudan su, neft və qazdan ibarət çoxfazalı qarışığın vurulub çıxarılması zamanı ştanq kəmərinə və ştanqlı quyu nasosunun plunjerinə təsir edən dinamik yüklərin hesablaması üçün riyazi model təqdim edilmişdir. Riyazi model ştanqın NKB-nın divarları ilə sərhəd sürtünmə və ştanqın NKB-da hərəkət edən qaz maye qarışığı ilə özlü sürtünmə qüvvələrini, NKB-da və boruarxası fəzada çoxfazalı axının parametrlərini, həmçinin plunjer altındakı boşluqda təzyiqin dəyişən xarakterini, faza keçidlərini və hidravlik itkiləri hesablayır. Hesablamaların nəticələri mədən ölçüləri ilə müqayisə edilir.
Açar sözlər: ştanqlı nasos; dinamoqramma; maili-istiqamətli quyu; sərhəd sürtünməsi; dinamik yük.
DOI: 10.5510/OGP20170400333
R.T.Axmetov, V.V.Muhametşin, A.V.Andreyev, Ş.X.Sultanov
Məhsuldar layların islanma göstəricilərinin proqnozu üsulunun sınağının bəzi nəticələri
Göstərilmişdir ki, məhsuldar layların hidrofilliyi ilk növbədə su saxlama qabiliyyəti ilə təyin edilir. Xüsusilə də bu, tərkibində gil sementinin olmaması və ya aşağı səviyyədə olması ilə xarakterizə edilən karbonatlı kollektorlara aiddir. Terrigen kollektorlarda su saxlama qabiliyyətinin göstəricisinə gil sementinin mineral tərkibinin dəyişkənliyi əhəmiyyətli dərəcədə təsir edir. Gil sementinin mineral tərkibinin dəyişməz olduğu zaman məhsuldar kollektorun hidrofilliyi və su saxlama qabiliyyəti arasında korrelyasiya əlaqəsinin mövcud olduğunu gözləmək olar.
Açar sözlər: hidrofillik; su saxlama qabiliyyəti; məhsuldar lay; kollektor xassələri.
DOI: 10.5510/OGP20170400334