SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
T.Ş.Salavatov1, İ.R.Həsənov2
Karbohidrogenlərin məsaməli mühitdə faza vəziyyətinin proqnozlaşdırılması
Yataqların işlənməsi zamanı təbii karbohidrogen sistemlərinin faza vəziyyətinin modelləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bunların nəzəri əsasını Van-der-Vaals tənliyi və onun müxtəlif modifikasiyaları təşkil edir.Yerinə yetirilən hesablamaların əlverişli şəkildə sadəliyi və köklərin analitik şəkildə ifadə edilməsi bu tənlikləri çoxəmsallı tənliklərdən fərqləndirir. Belə ki, son illərdə yataqların işlənməsi zamanı karbohidrogenlərin faza vəziyyətinin modelləşdirilməsində bu istiqamət üstünlük təşkil edir. Məqalədə iki fazalı sahəni hüdudlandıran əyrilərin (binodal, spinodal) analitik forması verilmişdir. Bu düsturların tətbiqi hidrodinamikanın digər düsturları ilə birgə riyazi məsələlərin həllini sadələşdirir. Bu isə öz növbəsində neft və qazkondensat yataqlarının layihələndirilməsinin və istismarının keyfiyyətini yaxşılaşdırır.
Açar sözlər: fazaların tarazlığı; proqnozlaşdırma; həcm; təzyiq; temperatur; binodal; spinodal.
DOI: 10.5510/OGP20180300358
K.İ.Mətiyev1, Ə.D.Ağa-zadə1, M.E.Əlsəfərova1, F.M.Əhmədov2
Yüksək donma temperaturlu parafinli neftlər üçün depressor aşqarı
Yüksək parafinli neftlərin donma temperaturunu azaltmaq üçün depressor aşqarı işlənib hazırlanmışdır. Depressor aşqarın tərkibinə qeyri-ionogen səthi-aktiv maddə, depressor xassəli reagent və həlledici daxildir. Hazırlanmış depressor aşqarları neftin donma temperaturunu və özlülük xassələrini azaltma qabiliyyətinə malikdirlər. Hazırlanmış aşqarların depressor xassələri «Azneft» İB N.Nərimanov adına NQÇİ-nin 20, 53, 266 və 444№li istismar quyularının neftlərində tədqiq olunmuşdur. Bu neftlərdə parafinin miqdarı 6.0-20.1%-dir. Ən yüksək depressor effekti, həmçinin özlülük effekti qiyməti 266 №li quyu neftində qeyd olunmuşdur. Depressor aşqar neftdən 0.02% və 0.04% miqdarda olduqda, müvafiq olaraq 27-28 оС və 30-31 оС depressor effektinin yaranmasına imkan yaradır. Bu neft üçün özlülük effekti neftdən 0.04% qatılıqda aşqar əlavə edilərək 35 оС və 40 оС-də təyin edilmiş və nəticələr müvafiq olaraq 48.29-51.80 % və 51.40-55.71 % olmuşdur. Qeyd olunmuşdur ki, həm depressor effekti, həmçinin özlülük effekti olan hallarda yüksək qiymətlərə nail olunmaq üçün neftin tərkibindəki parafinin miqdarı əsas rol oynayır.
Açar sözlər: depressor aşqarı; neft; yüksək donma; parafinlər; depressor effekti; dinamik özlülük; özlülük effekti.
DOI: 10.5510/OGP20180300359
E-mail: kazim.metiyev@socar.az
B.M.Muxtanov, A.A.Bektasov, V.Z.Xajitov
Qazaxıstanda qüvvədə olan buxarın daimi vurulması texnologiyasının icmalı
Bu məqalədə «Kenkiyak» yatağının işlənməsinin təhlili əsasında termik təsir yolu ilə yüksək özlülüklü neftin çətin-çıxardılan ehtiyatlarının mənimsənməsi texnologiyasının tətbiqinin qiymətləndirilməsi və perspektivliliyi nəticələri verilmişdir. Buxarvurucu quyularda həyata keçirilən buxarın daimi vurulmasının effektivliyinin təyini üçün yaxındakı reaksiya verən quyuların işinin, temperaturlar kubunun profilinin və neftdoyumluluğunun təhlili keçirilmişdir. Buxarın davamlı vurulmasının nəticələri buxarın daimi vurulması texnologiyasının tətbiqinin effektivliyini göstərir: istilik frontu zonası böyüyür və neftdoyumluluğu qalıq səviyyəsinə qədər enir. Lakin yüksək özlülüklü neftli zonalarda buxarın daimi vurulmasını layın modelləşdirilməsinin və tədqiqat işlərinin nəticələrinə görə müəyyən vaxt müddətində vurulma elementlərini dəyişdirərək, məhdud vaxt ərzində tətbiq etmək lazımdır.
Açar sözlər: hasilatın intensivləşdirilməsi; termik texnologiyalar; su buxarı; buxarvurucu quyular; temperaturlar kubunun profili; neftdoyumluluğu; buxar-neft nisbəti.
DOI: 10.5510/OGP20180300361
T.S.Caksılıkov
Müxtəlif keçiricilikli bir neçə laya suyun birgə vurulması ənənəvi üsulu layların hər biri üçün su sərfini tənzimləməyə imkan vermir ki, bu neft mədənlərinin qeyri-bərabər sulaşmasına səbəb olur. Bunun nəticəsində yüksək keçiricilikli neft laylarının vaxtından əvvəl sulaşması baş verir, müxtəlif keçiricilikli layların hər birinin əhatə olunmama, qeyribərabər təsir və işlənmə dərəcəsi artır. Eyni zamanda ayrı-ayrılıqda su vurma texnologiyası layların daha bərabər işlənməsi üçün bir quyu vasitəsilə hər layın kollektor xüsusiyyətlərinə uyğun olaraq müxtəlif laylara ayrı-ayrılıqda texnoloji mayenin vurulmasını ehtiva edir. Eyni zamanda ayrı-ayrılıqda su vurma texnologiyasının tətbiqi əsasən aşağıdakılara imkan verir: bir quyudan istifadə etməklə qazma həcmlərini azaltmağa və müvafiq olaraq qazmaya kapital qoyuluşlarını azaltmağa; müxtəlif kollektor xüsusiyyətlərinə malik olan bir neçə layın eyni zamanda istismar imkanını təmin etməyə; layların hər birinə differensial və idarə olunan təsir hesabına neft hasilatını 10-20% artırmağa; digər işlənmə obyektlərinin və ya bir işlənmə obyektinin xüsusiyyətlərinə görə müxtəlif laylarının qoşulması hesabına ayrı-ayrı quyuların rentabelliliyini artırmağa; layların hər birinə vurulan agentin nəzərə alınmasını təmin etməyə. Məqalədə Qazaxıstan yatağı timsalında eyni zamanda ayrı-ayrılıqda su vurma texnologiyası səmərəliliyinin qiymətləndirilməsi üsullarına və yanaşmalarına baxılmışdır.
Açar sözlər: yataq; lay; eyni zamanda ayrı-ayrılıqda su vurma; məsaməlilik; keçiricilik.
DOI: 10.5510/OGP20180300362
N.D.Sarsenbekov1, E.N.Yakupova2, S.B.Kairbekov1, Y.Ş.Seytxaziev1
Qazaxıstan üçün neftin geokimyəvi laboratoriya tədqiqatları yataqların geoloji modelinin yaradılması və karbohidrogen yataqlarının işlənməsinin təhlili zamanı innovasiya texnologiyası sayılır. Geokimyəvi tədqiqatların əsas növü faktiki olaraq «barmaq izlərini» öyrənən, yəni mədəndə məhsuldar layların, blokların neftinin hər nümunəsi üçün unikal olan neftin «finqerprintinqi» adlandırılan üsuldur. Bu tədqiqatların nəticələri neft biznesiylə məşğul olan inkişaf etmiş qərb ölkələrinin neft şirkətlərində və elmi-tədqiqat təşkilatlarında geniş istifadə olunur. Məqalədə finqerprintinq üsulu ilə müxtəlif məhsuldar layların neftinin geokimyəvi laboratoriya tədqiqatlarının nəticələrinə baxılır, geoloji modelin qurulması zamanı, layihə həllərinin qəbulu zamanı işləmənin təhlili üçün onların səmərəli istifadəsi nümunələri verilir, həmçinin Qazaxıstan Respublikasında tədqiqat təşkilatları tərəfindən geoloji və hidrodinamiki məsələlərin həlli vaxtı finqerprintinq üsulunun sonrakı tətbiqinin perspektivləri göstərilir.
Açar sözlər: geokimya; finqerprintinq; üsul; izlər; neft; quyu; nümunə; horizontlar; laylar; dendroqramma.
DOI: 10.5510/OGP20180300363
E-mail: sarsenbekov.N@llpcmg.kz
Q.S.Martınova1, F.R.Babayev2, P.Z.Muradov3, O.P.Maksakova1, R.Q.Nanacanova1
Naftalan neftinin üstünlük təşkil edən bakteriyaları
GC/MS üsulu ilə mikrobioloji və karbohidrogen tərkib, həmçinin müalicəvi və yanacaq neftinin biomarkerləri öyrənilmişdir. Göstərilmişdir ki, normal və şaxələnmiş alkanlar (izoprenoidlər) artıq 20 gündən sonra bakteriyalarla praktik olaraq tamamilə məhv edilirlər, «naften hörgəci» əhəmiyyətli dərəcədə azalır və ətirli karbohidrogenlərin payı (hissəsi) artır. Biomarkerlərin paylanma mənzərəsi dəyişir, onların konfiqurasiyası tanınmaz olur. Naftalan neftinin nümunələrində 15 bakteriya növü müəyyən edilmişdir: Acinetobacter, Arthrobacter, Bacillus, Brevibacillus, Clostridium, Desulfobacter, Enterobacter, Klebciella, Methanobacterium, Methanococcus, Micrococcus, Methanothermobacter, Pseudomonas, Rhodococcus və Thermococcus. Qeydə alınmış növlərdən - Methanobacterium, Methanococcus, Methanothermobacter və Thermococcus müalicəvi Naftalan neftinin mikrobiotunun formalaşmasında əsas rol oynayan arxeyalara aiddirlər. Neftin biodeqredasiyası halında, mikroorqanizmlər fəaliyyətə başladıqda biomarkerlərin təhlilinə əsasən biodeqredasiya səviyyəsini qiymətləndirmək olar.
Açar sözlər: müalicəvi naftalan nefti; mikrobioloji təhlil; xromato-kütlə-spektrometriya; biomarkerlər.
DOI: 10.5510/OGP20180300364