SOCAR Proceedings

SOCAR Proceedings

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.

B.А.Perminov1, Z.Х.Yaqubov1, İ.A.Dementyev1, E.Z.Yaqubov2

1Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya; 2Pitirim Sorokin adına Sıktıvkar Dövlət Universiteti, Sıktıvkar, Rusiya

Relaksasiya rəqslərinin «qazma kəməri - ötürücü» sistemində quyuların qazılması strategiyasına təsiri


Relaksasiya rəqslərinin yaranması və neft və qaz quyuların qazılması strategiyasına təsiri çox az öyrənilmişdir, eyni zamanda onların əhəmiyyətini qiymətləndirməməkdə olmaz. «Qazma kəməri - ötürücü» sistemində dinamiki tarazlıq qazma kəmərinin işi zamanı onun elektrik sərfi ilə mühərikin ötürücüsünün gücü arasındakı energetik balansla təyin edilir. Bu tarazlığın energetik sərfetmə tərəfindən pozulduqda qəza vəziyyətlərinə qətirib çıxaran relaksasiya rəqslərinin yaranması mümkündür. Bununla əlaqədar «qazma kəməri - ötürücü» sistemində relaksasiya rəqslərinin təsirinin müəyyən edilməsi və nəzərə alınması vacib məsələlərdən biridir. Təcrübi göstəricilərə əsasən relaksasiya rəqslərinin yaranması ötürücü mühərrikinin gücünün 47%-ə qədər alınmasına qətirib çıxara bilər ki, bu da «qazma kəməri - ötürücü» sistemində energetik balansın pozulmasına və bunun nəticəsi kimi ötürücü mühərrikinin gücündə avto rəqslərin yaranmasına gətirir. «Qazma kəməri - ötürücü» sistemində relaksasiya rəqslərinin Yaqubov–Perminov üsuluna əsasən kompensasiyası olunması təkliflərinə baxılmışdır.

Açar sözlər: qazma strategiyası; relaksasiya rəqsləri; dinamiki tarazlıq; energetik balans; burucu avtorəqslər.

DOI: 10.5510/OGP20180400365

E-mail: zyagubov@ugtu.net


İ.Y.Bıkov1, N.D.Sxadaya1, Y.Q.Smirnov1, A.A.Lyutoyev1, V.İ.Semin2

1Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya; 2««Qazma texnikası» Elmi-İstehsalat Birliyi» MMC, Moskva, Rusiya

Nanodispers maqnetitin tətbiqi ilə lay suyundan emulsiyalaşmış neft məhsullarının çıxarılması üçün nəzərdə tutulmuş NМS-1 neodim maqnit separatoru


Məqalədə maqnetit və qeyri-bircins maqnit sahənin nanodispers hissəciklərinin tətbiqi ilə lay suyundan emulsiyalaşmış neft damcılarının çıxarılması üçün nəzərdə tutulmuş maqnit separatorun konstruksiyası təklif edilmişdir. Maqnit separatorunun baxılan konstruksiyada məhsuldarlığının qiymətləndirilməsi və optimal parametrlərin seçilməsi metodikası ətraflı təsvir edilmişdir.

Açar sözlər: maqnit separatoru; neodim maqnit; emulsiyalaşmış neft; yüksək dispersli maqnetit; ferromaqnit kartric.

DOI: 10.5510/OGP20180400366

E-mail: allyutoev@yandex.ru


V.O.Nekuçayev1, A.Y.Lyapin2, M.M.Mixeyev1

1Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya; 2«Transneft-Sever» SC, Uxta, Rusiya

Sürüşmə sürəti idarə olunan reometrin vasitəsi ilə Timano-Peçorsk əyalətinin parafinli neftlərin statik sürüşmə gərginliyinin ölçülməsi metodikası və aparılan tədqiqatların nəticələri


Məqalədə parafinli neftlər üçün onların strukturlaşmış dispers sistemlər kimi qeyri-Nyuton xassələrinin göstərdiyi temperatur diapazonunda statik sürüşmə gərginliyinin ölçülməsi metodikası təklif edilmiş və sınaqdan keçirilmişdir. Metodika sürüşmə sürətinin rotasiya reometrinin (CR tipli) köməyi ilə 0.1 – 0.01 s-1 diapazonda sabit saxlanılması zamanı sürüşmə gərginliyinin deformasiyadan asılılığının ölçülməsinə əsaslanmışdır. «Usa-Uxta» magistral neft kəmərində neftin statik sürüşmə gərginliyinin göstəricilərinə temperatur, qarışığın tərkibi, tiksotrop bərkimə vaxtı, depressor aşqarın olması və termiki işləmə kimi amillərin təsiri eksperimentlər vasitəsi ilə göstərilmişdir.

Açar sözlər: statik sürüşmə gərginliyi; sürüşmə sürəti idarə olunan reometr; parafinli neft; tiksotropiya; termiki işləmə; depressor aşqar.

DOI: 10.5510/OGP20180400367

E-mail: vnekuchaev@ugtu.net


V.V.Şaydakov1, A.P.Melnikov2, K.V.Çernova3, G.Y.Korobkov1

1Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Rusiya; 2İrkutsk Milli Tədqiqat Texniki Universiteti, İrkutsk, Rusiya; 3Tümen Sənaye Uuniversitetiya, Tümen, Rusiya

Neft və qaz quyularının qazılması zaman məhsuldar layın səmərəli açılması


Qazıma prosesində məhsuldar layın keyfiyyətli açılması neft və qaz quyularının sonrakı səmərəli istismarının təməlidir. Texniki və texnoloji baxımdan buna diferensial təzyiqin azaldılması və quyu divarında yuyucu mayenin qazılmış süxurdan məhsuldar laya keçməsinin qarşısını ala bilən qoruyucu "ekranın" yaradılması yolu ilə nail olmaq olar. Bu məqsədlər üçün balta üzərində yerləşdirilən şırmaqlı nasos və şırnaqlı kolmatatordan ibarət qazıma kəmərinin aşağısının kompanovkası tövsiyyə olunur. Məqalədə qazıma prosesində quyu şəraitinin nəzərə alınması ilə kalmotator və şırnaqlı nasosun təkmilləşdirilmiş hesablama metodikası göstərilmişdir. Nümunə kimi şırnaqlı nasosun parametrləri müəyyən edilmiş və onun işçi xarakteristikası təqdim edilmişdir. Kolmatatorun ucluğunun diametrinin dəyişdirilməsi hesabına şırnaqlı nasosun işçi parametrlərinin optimallaşdırılmasının mümkünlüyü göstərilmişdir.

Açar sözlər: qazıma; ilkin açılma; diferensial təzyiq; şırnaqlı kolmatasiya; şırnaqlı nasos; hidravlik hesablama; basqı; ucluq; qarışdırma kamerası; diffuzor.

DOI: 10.5510/OGP20180400368

E-mail: m1a1p@yandex.ru


A.A. İqnatik, A.V.Salnikov, A.M.Şarıqin

Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya

Boru kəmərinin tək əzik və divar qalınlığının nazikləşməsi ilə müşaiyət olunan əzik sahələrində gərginlik-deformasiya vəziyyətinin tədqiqi


Məqalədə boru divarının tək əzik və əziklə yanaşı boru divarının nazikləşməsi ilə müşaiyət olunan qüsurlu sahələrində gərginlik-deformasiya vəziyyətinin eksperimental tətqiqinin nəticələri göstərilmişdir. Tədqiqat obyekti kimi üzərində süni olaraq əzik və boru divarının nazikləşməsi qüsurları yaradılan boru nümunəsi (xarici diametri 114 mm, divarının qalınlığı 4.5 mm, uzunluğu 1 m) götürülmüşdür. Eksperimentlər boruda daxili təzyiqin yaradılması və boru divarında nisbi deformasiyaların ölçülməsi üçün nəzərdə tutulmuş laboratoriya stendində aparılmışdır. Əzik sahəsinin müxtəlif nöqtələri üçün tangensial və uzununa nisbi deformasiyaların daxili təzyiqdən asılılıqları, həmçinin əzik sahəsində borunun oxboyu və dairəvi istiqamətlərində tangensial və uzununa nisbi deformasiyaların paylanması əldə edilmişdir. «Divar qalınlığının nazikləşməsi ilə müşaiyət olunan əzik» tipli kombinasiya edilmiş qüsurun təyin edilmə meyarları tövsiyə edilmişdir.

Açar sözlər: əzik, deformasiya, gərginliklərin intensivliyi, kombinasiya edilmiş qüsur, divar qalınlığının nazikləşməsi.

DOI: 10.5510/OGP20180400369

E-mail: ugtusovet@yandex.ru


A.S.Kuzbojev1, İ.N.Birillo1, M.M.Berdnik2

1«Qazprom VNİİQAZ» MMC-nin filialı, Uxta, Rusiya; 2Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya

Qaz kəməri profilinin addım ölçülərinin kəmər oxunun əyrilik radiuslarının hesablamasının dəqiqliyinə təsiri


Magistral boru kəmərlərinin istismarı prosesində borunun ilkin vəziyyətinin dəyişikliyi və əyilmə gərginliklərinin yaranması mümkündür ki, bunlar istismar edilən boru kəmərinin gərginlik-deformasiya vəziyyətinə əhəmiyyətli təsir edə bilir. Əyilmə gərginliklərinin düzgün təyin edilməsi, bununla da boru kəmərinin hər hansı sahəsinin iş qabiliyyəti haqqında düzgün nəticənin çıxarılması boru kəməri oxunun əyriliyinin radiuslarının düzgün hesablanması ilə təmin olunur. Aparılan tədqiqatların nəticələri göstərmişdir ki, boru kəməri oxunun əyrilik radiusunun hesablaması üçün istifadə olunan kontrol nöqtələri arasında addımın artırılması faktiki əyrilik radiusunun təyini xətasını artırır. Boru kəməri oxunun əyrilik radiusunun təyinində nisbətən daha böyük xəta kiçik əyrilik olan sahələrdə və belə sahələrə yaxın nöqtələrdə müşahidə olunur. Əyrilik radiusunun üç yanaşı nöqtənin koordinatlarına görə təyini zamanı hesablama qiymətlərinin mühəndis hesablamaları üçün qəbul olunan dəqiqliyinin təmin edilməsi mümkündür. Bunun üçün kontrol nöqtələri arasında addımı bərabər 10…20 m qəbul etmək lazımdır, yanaşı kontrol nöqtələri arasında addımın qeyri-bərabərliyi isə minimal olmalıdır.

Açar sözlər: boru kəməri, oxun konfiqurasiyası, kontrol nöqtələri, addım, əyrilik radiusu, əyilmə gərginliyi, qiymətlərin dəqiqliyi.

DOI: 10.5510/OGP20180400370

E-mail: i.birillo@sng.vniigaz.gazprom.ru


İ.N.Andronov1 , T.T.Əliyev2, V.V.Musonov3, İ.F.Çuprov1

1Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya; 2«Qazprom transqaz Uxta» ASC, Uxta, Rusiya; 3«Qiproqazsentr» SC, Nijniy Novqorod, Rusiya

Hava ilə soyutma aparatının giriş və çıxışında gərginlik vəziyyətinin koersitimetrik təhlili


Məqalədə qazötürücü aqreqatın (QÖA) hava ilə soyutma aparatının (HSA) giriş və çıxış seksiyalarında boru kəmərinin divarının gərginlik vəziyyətinin koersitimetrik təhlili üsulu və sonlu elementlər üsulu (SEÜ) əsasında hesablanan nəticələr, həmçinin bərklik ölçən cihazın köməyi ilə gərginliklərin eksperimental təyini əsasında alınan nəticələr vasitəsilə uzununa və həlqəvi gərginliklərin alınmış qiymətlərinin müqayisəsi təqdim edilmişdir. Alınmış nəticələr onu göstərmişdir ki, göstərilən koersitimetrik analiz üsulları HSA-nın giriş və çıxışındakı nəzarət nöqtələrində gərginlik vəziyyətini adekvat təsvir etməyə imkan verir. Göstərilən üsulun tətbiqi fəaliyyətdə olan kompressor stansiyalarının və qazın nəqli sisteminin (QNS) digər obyektlərinin konstruksiya elementlərində gərginlik vəziyyətinin ekspres analizini həyata keçirməyə imkan verəcəkdir ki, bu da öz növbəsində QNS-nin işlək elementlərinin təmiri və saxlanması xərclərinin azaldılması hesabına qaz sənayesi müəssisələrinə əhəmiyyətli dərəcədə iqtisadi səmərə verə bilər.

Açar sözlər: koersitiv güc, koersitimetrik təhlil, həlqəvi və uzununa gərginliklər, sonlu elementlər üsulu, bərklik ölçən cihaz, boru kəməri, hava ilə soyutma aparatının seksiyası.

DOI: 10.5510/OGP20180400371

E-mail: 010601mdtt@bk.ru


V.İ.Kuçeryavıy, V.L.Saviç, S.N.Milkov

Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya

Yeraltı neft-qaz kəmərinin etibarlılığının dayanıqlılıq meyarı üzrə qiymətləndirilməsi


Dayanıqlılıq şərtinin kvadrat approksimasiya üsulu ilə ehtimal olunan həlli nəticəsində, neftqaz sahəsində istifadə olunan oxboyu simmetrik milli örtüyün diametrinin riyazi gözləməsi üçün normativ etibarlılıq şərtinə əsasən (bu şərtə əsasən süxur qatı əmsalı, Yunq modulu və diametr təsadüfi kəmiyyətlər təşkil edir və normal paylanma qanununa tabe olur) ifadə alınmışdır. Hesablama parametrlərinin dəyişkənliyinin (neft-qaz kəmərinin) oxboyu simmetrik milli örtüyün etibarlılığına təsiri dayanıqlılıq meyarına əsasən tədqiq edilmişdir. Alqoritm baxılan obyektin layihələndirilməsi mərhələsində zəif quruluşlu süxurlarda neft-qaz kəmərinin layihə vəziyyətini qiymətləndirməyə imkan verir ki, bu da dayanıqlılıq itkisi nəticəsində baş verə biləcək qəza risklərini azaltmağa imkan verəcəkdir.

Açar sözlər: dayanıqlılıq, etibarlılıq, oxboyu simmetrik milli örtük, neft-qaz kəməri, boru kəməri, qəza riskləri, zəif quruluşlu süxur.

DOI: 10.5510/OGP20180400372

E-mail: 010601mdtt@bk.ru


A.M.Şammazov1, İ.A.Şammazov1, İ.R.Baykov2, O.V.Smorodova2, S.V.Kitayev2

1Uxta Dövlət Texniki Universiteti, Uxta, Rusiya; 2Ufa Dövlət Neft Texniki Universiteti, Ufa, Rusiya

Neftqaz müəssisəsinin enerji strategiyasının optimallaşdırılması


Məqalədə enerji daşıyıcıların təchizatı ilə məşğul olan şəbəkə şirkətləri ilə müqavilə əlaqələrinin optimallaşdırılması üsullarına baxılmışdır. Hal-hazırda resurs təchizatçıları və istehlakçıları arasındakı münasibətlər çox vaxt yalnız yüksək enerji istehlakı deyil, resursların aşağı istehlakı zamanı da cərimə ödənişlərinə səbəb olur. İstismar məlumatlarının təhlili göstərmişdir ki, avadanlığın imtinalarının təxminən yarısı xarakterik trend təzahürləri olmadan baş verir. Müvafiq avadanlığın enerji istehlakındakı fasilələrini parametrik metodlarla proqnozlaşdırmaq olduqca çətindir. Neftqaz müəssisələrinin nasos güc avadanlığının ehtimal olunan işləmə xarakterini və imtinalarını nəzərə alaraq, enerji istehlakı həcmlərinin proqnozlaşdırılması üçün nəzəri-oyun üsullarından istifadə etmək daha məqsədəuyğundur.

Açar sözlər: maksimin, minimaks, Sevinc, Vald, Qurvits meyarları, strategiya, risk dərəcəsi, uduş matrisası.

DOI: 10.5510/OGP20180400373

E-mail: olga_smorodova@mail.ru