SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Ə.M.Salmanov1, B.İ.Məhərrəmov1, Q.A.Abbasov1, R.M.Hüseynov1, G.T.Abdullayeva2
Aparılmış geoloji-geofiziki tədqiqatlara əsasən müəyyən edilmişdir ki, Kür və Qabırrı çaylararası rayonun cənub zonasında alt Eosen çöküntüləri gilli-qumlu, orta Eosen çöküntüləri zonanın cənub, cənub-qərb hissəsində vulkanogen-çökmə (tufogen-terrigen) litofasiyada yayılmışdır, şimal-şərq və şərq istiqamətində litoloji tərkib dəyişərək tufogen-terrigen litofasiya terrigen-karbonat litofasiyaya keçir, üst Eosen çöküntüləri gilli litofasiyada yayılmışdır. Rayonun şimal zonasında isə alt Eosen çöküntüləri terrigen-karbonatlı, orta Eosen çöküntüləri çeşidlənmiş tufogen-terrigen, üst Eosen çöküntüləri terrigen-karbonatlı litofasiyada yayılmışdır. Qalınlıqların təhlili göstərir ki, Tovuz-Qazax, Qıraq Kəsəmən və Məmmədtəpə sahələrində alt Eosenin qumlu horizontları lokal sahələrdə yayılmış və linzavari yatım əmələ gətirmişlər. Bu da litoloji tip tələlərin yaranmasində üst Eosen çöküntülərində, xüsusilə kəsilişin aşağı hissəsində əlverişli çatlı terrigen-karbonat kollektorların və litoloji, stratiqrafik tip tələlərin mövcud olacağını ehtimalı yüksəkdir.
Açar sözlər: tektonika; litologiya; litofasiya; struktur; çöküntütoplanma; yataq; qeyriantiklinal tələ; üzvi maddə; neftqazlılıq.
DOI: 10.5510/OGP20190200383
E-mail: Ahmed.Salmanov@socar.az
V.V.Muxametşin, L.S.Kuleşova
Məhdud informasiya şəraitində aşağı məhsuldar neft laylarının suvurma sistemlərinin əsaslandırılması
Qərbi Sibir neft-qaz vilayətinin kəşfiyyatdan çıxan terrigen kollektorlarında aşağı məhsuldar layların müxtəlif qrupları üçün səmərəlilik səviyyəsi aşağı olan layların işlənməyə aktiv cəlb edilməsi məqsədi ilə qazma strategiyasının, suvurma sistemlərinin, quyu torlarının sıxlığının və onların yerləşmə sistemlərinin axtarışı və əsaslandırılması, suvurma və hasilatın təşkilınə qeyri-ənənəvi yanaşmalardan, hasilat və vurucu quyuların optimal quyudibi təzyiqlərindən və iş rejimlərindən istifadə zərurəti vaxtı (üfqi, çoxquyudibli, çoxlüləli quyulardan istifadə və s.) müxtəlif məsələlərin həllinə metodik yanaşma təklif edilmişdir. Yanaşma geoloji-kəşfiyyat işlərinin aparılması mərhələsində hidrodinamik modellərdən istifadə müəyyən çətinliklər yaratdıqda laylar haqqında zəruri həcmdə və dəqiqlikdə alına bilən informasiyadan istifadəyə əsaslanır. Məsələlərin həllinə analogiyalar üsulundan istifadə ilə differensiallaşdırılmış yanaşma zərurəti göstərilmişdir.
Açar sözlər: yataqların kəşfiyyatdan çıxışı; az məhsuldar yataqlar; analogiyalar üsulu; konturdaxili suvurma.
DOI: 10.5510/OGP20190200384
Ə.Q.Novruzov1, V.Q.Qədirov1, Ə.X.Urmonov2
Məqalədə Fərqanə çökəkliyinin cənub bortunda Uçtol-Kutarma sahələrində karbohidrogen yataqlarının birbaşa proqnozlaşdırılması üzrə seysmik SDÜ, yüksəkdəqiqlikli qravimetrik və maqnitometrik kəşfiyyatla aparılmış tədqiqatlar öz əksini tapmışdır. Tədqiqat sahəsində neft və qaz yataqları ilə əlaqələndirilən bir sıra anomaliya qeyd edilmiş, axtarış-qazma işlərinin yerinə yetirilməsi tövsiyə olunmuşdur. Kutarma sahəsində 1 saylı axtarış quyusunun nəticələrinə görə aşkar edilmiş anomaliyalar qismən öz təsdiqini tapmışdır.
Açar sözlər: seysmik kəşfiyyat; sınan dalğa; qravimaqnit kəşfiyyat; ağırlıq qüvvəsi anomaliyası; tələ; neft və qaz yataqları; geomorfologiya; зaleogen; təbaşir-yura; kollektor.
DOI: 10.5510/OGP20190200385
Ya.A.Lətifov
Sulaşmış qeyri-bircins laylara yeni kompozisiya ilə təsirin tədqiqi
DOI: 10.5510/OGP20190200386
E-mail: Yashar.Latifov@socar.az
S.C.Rzayeva
Yüksək mineralizasiyalı suları olan layların neftveriminin artırılmasının yeni mikrobioloji üsulu
Məlumdur ki, neft yataqlarının yüksək mineralizasiyalı lay suları mikrobioloji proseslərin inkişafına mane olur. Laya mikrobioloji təsir üsullarının səmərəliliyinin və onların yüksək mineralizasiyalı suları olan laylarda tətbiq imkanının artırılması üçün layın neftveriminin artırılmasının yeni mikrobioloji üsulu işlənmişdir ki, burada orqanik substratın vurulmasından əvvəl aşağı duzluluqlu bufer mayesindən araqatı yaradılır. Bu halda neftin sıxışdırılma əmsalı 74% təşkil edəcək. Orqanik substrat kimi süd zərdabının iki növünün kompozisiyası istifadə olunur. Eksperimental olaraq bioreagentlərin kompozisiyasının optimal nisbəti müəyyən edilmişdir. İşlənmiş texnologiya tullantısız texnologiyaların yaradılması və işlənilən yataqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərini həll etməyə imkan verir.
Açar sözlər: biotexnologiya; neftverimi; yüksək mineralizasiyalı su; mikroorqanizmlər; model; sıxışdırma əmsalı.
DOI: 10.5510/OGP20190200387
E.M.Abbasov1, N.A.Ağayeva1, Ş.A.Kərimova2
Layın deformasiyasını nəzərə alaraq qaz quyusunun inteqral modelləşdirilməsi
Layın deformasiyasını nəzərə alaraq lay–quyu sistemində qazın hərəkət tənlikləri həll edilərək inteqral model qurulur. Quyuağzı parametrlərdən istifadə edilərək vahid zamanda laydan quyuya axan qazın miqdarı və quyu dibi təzyiq təyin edilir.
Açar sözlər: filtrasiya; Laplace çevrilməsi; qazın hərəkəti; qaz axını; diferensial tənlik; kollektorun deformasiyası; elastik dalğalar.
DOI: 10.5510/OGP20190200388
A.E.Şikanov1, Yu.F.Juykov2, A.V.İlinskiy2, Ye.A.Şikanov2
Məqalədə neft quyusunun quyudibi zonasına ultrasəs dalğaları vasitəsilə akustik təsir prosesinin tədqiqat nəticələri gostərilmisdir. Akustik dalğanın güc sıxlığını və onun sönmə əmsalını qiymətləndirməyə imkan verən düsturlar alınmışdır. Neytron karotajın üç müxtəlif metodikası əsasında eksperimental olaraq quyudibi zonanın keçiriciliyinin artırılması üçün akustik təsirin səmərəliliyi göstərilmişdir. Sınaqlar Tatarstanın və Qərbi Sibirin neft obyektlərində aparılmışdır. Quyuda ultrasəs şüalandırıcının həddi intensivliyinin və neft layına səmərəli akustik təsirin dərinliyinin qiymətləndirilməsi üzrə məlumatlar göstərilmişdir.
Açar sözlər: neft; quyu; keçiricilik; debit; ultrasəs; akustik təsir; neytron nəzarəti.
DOI: 10.5510/OGP20190200389
S.Çunsin, Ç.Tsaysuy, L.Ruifan
Şist qaz boru kəmərlərinin çəkilməsi üçün həllərin qəbulunun çoxfaktorlu üsulu ilə proqram-tövsiyyə
Yataqların kəşfiyyatı və işlənməsi prosesinin ayrılmaz hissəsi olan mövcud boru kəmərləri şist qazının istehlak bazarına çatdırılımasına müəyyən məhdudiyyətlər yaradır ki, buda onun komersialaşmasına təsir edir. Məqalədə, Çinin boru kəmərləri şəbəkəsinin cari vəziyyətini nəzərə almaqla, boru kəmərlərinin çəkilməsinin optimal marşrutuna tələbləri əsasında təsir edici amillərin indeksləşmə sistemi təklif edilir. Bu indeksləşmə sistemi əsasən təsiredici amillərin beş aspektini əhatə edir: mühəndislik, iqtisadiyyat, təhlükəsizlik, ətraf mühit və kommersiya potensialı. Bütün mümkün məhdudiyyətləri nəzərə almaqla, intuisionist qeyri-səlis çoxluqlara əsaslanan şist qazının nəql marşrutlarının layihələndirilməsində optimal həllərin qəbul edilməsi üçün çoxfaktorlu üsulu (HQÇÜ) təqdim edilmişdir. Nəqletmə marşrutlarının həll variantlarının nümunəsində, HQÇÜ əsasında həllərin qəbul edilməsi prosesi təqdim edilmişdir.
Açar sözlər: şist qaz boru kəməri; həllərin qəbul edilməsi üçün çoxfaktorlu üsul; boru kəmərlərinin marşrutlarının planlaşdırılması; intuisionist qeyri-səlis çoxluqlar.
DOI: 10.5510/OGP20190200390
E-mail: jinchunqing@salyanoil.com
R.M.Əliquliyev, T.X.Fətəliyev, Ş.A.Mehdiyev
Sənaye əşyalarının interneti: neft-gaz kompleksində avtomatlaşdırmanın təkamülü
Müasir informasiya texnologiyalarının, o cümlədən əşyaların internetinin istifadəsi neft-qaz kompleksində istehsalın effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu sahədə həllər daim inkişaf edir və karbohidrogen ehtiyatlarının kəşfiyyatı və aşkarlanması sürətinin artırılması, neft hasilatının inkişaf etdirilməsi və insan sağlamlığı, təhlükəsizliyi və ətraf mühit üzrə risklərin azaldılması baxımından böyük üstünlüklər verir. Məqalə bu məsələlərin öyrənilməsinə və sənaye əşyalarının İnternetinə əsaslanan sistemin konseptual modelinin işlənməsinə həsr olunub.
Açar sözlər: əşyaların interneti; sənaye əşyalarının interneti; kiber-fiziki sistemlər; neft-qaz kompleksi; WSN; SCADA.
DOI: 10.5510/OGP20190200391
E-mail: secretary@iit.science.az