SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
F. S. İsmayılov
Süleymanov Bağır Ələkbər oğlu - 60 il !
DOI: 10.5510/OGP201903003005
E-mail: baghir.suleymanov@socar.az
Ə.M.Salmanov1, E.H.Əhmədov2, F.V.Rəhimov1
Ümid-Babək sahəsində lay parametrlərinin geoloji qiymətləndirilməsi
Məqalə, Ümid-Babək strukturlarının karbohidrogen ehtiyatlarının hesablanması üçün zəruri olan geoloji-mədən parametrlərinin təyin edilməsi kimi aktual məsələnin həllinə həsr edilmişdir. Bu məqsədlə geoloji-mədən parametrlərinin həmin antklinal xətdə yerləşən yataqların dərinlikdən asılı olaraq dəyişmə qanunauyğunluqları tədqiq edilmişdir. Tədqiqat işi nəticəsində geoloji-mədən parametrlərinin daha etibarlı qiymətləri təyin edilmişdir. Alınmış nəticələrin Ümid-Babək strukturlarında karbohidrogen ehtiyatlarının daha etibarlı şəkildə hesablanması, növbəti axtarış-kəşfiyyat qazması işlərinin düzgün istiqamətlərdə planlaşdırılması və ilkin işlənmə layihəsinin tərtib edilməsi üçün mühüm əhəmiyyəti vardır.
Açar sözlər: antiklinal; ehtiyat; struktur; karbohidrogen; işlənmə.
DOI: 10.5510/OGP20190300392
E-mail: ahmed.salmanov@socar.az
A.M.Qurbanbayeva
Qazaxıstanın «Manqistaumunayqaz» neft yatağının timsalında yan lülə qazıması
Məqalə Qazaxıstanın köhnə neft yataqlarında neft hasilatı səviyyəsinin artırılması və laylardan neftin çıxarılma əmsalının artırılması, digər üsullarla quyu fonduna qaytarılması mümkün olmayan neft quyularının yan lülənin açılması yolu ilə istismara qaytarılması məsələlərinə həsr olunmuşdur. «Kalamkas» və «Jetıbay» yataqları üzrə qazılmış quyuların mədən məlumatları təhlil edilmiş, yan lülə açılmasının (YLA) və üfüqi sonluqlu yan lülə açılmasının (ÜYLA) effektivliyi, həmçinin yan lülənin açılmasına, horizontal və maili-istiqamətli quyuların qazımasına namizədlərin seçilməsinin əsas mərhələləri göstərilmiş, şaquli quyularda YLA və üfiqi quyularda ÜYLA-nın qiymətlərinin müqayisəli İqtisadi təhlili verilmişdir.
Açar sözlər: yataqların kəşfiyyatdan çıxarılması; aşağı məhsuldarlıqlı yataqlar; analogiya metodu; konturdaxili suvurma.
DOI: 10.5510/OGP20190300393
Y.A.Lətifov
Quyuya gələn su axınlarının təcrid olunması üçün yeni çöküntüəmələgətirən kompozisiya
Məqalədə çöküntüəmələgətirən kompozisiyanın məsaməli mühitin keçiriciliyinə və sıxışdırma əmsalına təsirinin eksperimental tədqiqatlarının nəticələri verilmişdir. Natrium silikatının və etil spirtinin su məhlulundan ibarət kompozisiya lay suyuna müəyyən faiz nisbətində əlavə edilərək ona sərtlik verən duzların çökməsinə səbəb olur. Çöküntüəmələgətirən kompozisiyanın məsaməli mühit modelinə təsirinin tədqiqi göstərmişdir ki, aşağıkeçiricilikli neft tərkibli zonaların işlənməyə cəlb olunması hesabına laydan 8% -ə qədər qalıq nefti sıxışdırıb çıxarmaq mümkündür.
Açar sözlər: çöküntü əmələgətirən kompozisiya; lay suyu; neft zonası; keçiricilik; sıxışdırma əmsalı.
DOI: 10.5510/OGP20190300394
E-mail: yashar.latifov@socar.az
O.D.İsmayılov1, Z.A.Şabanova2, E.F.Sultanov2, F.Q.Vəliyev2
Aminoetiletanilamin və yağ turşularının kondensləşməsi məhsulları əsasında korroziya əleyhinə universal bakterisid inhibitor işlənib hazırlanmışdır. Qravimetrik metodla neft yataqlarının lay sularında poladın hidrogen-sulfid korroziyasına qarşı mühafizə effekti və sulfatreduksiyaedici bakteriyalara qarşı bakterisid təsiri tədqiq olunmuşdur.
Açar sözlər: korroziya; neft mədən avadanlıqları; inhibitor mühafizəsi.
DOI: 10.5510/OGP20190300395
E-mail: famil.valiyev@socar.az
A.F.Əkbərova
AQPÇ inhibitorunun tətbiqi üçün quyuların seçilməsi
Riyazi üsullardan istifadə etməklə, asfalten-qatran parafin çöküntülərinin kənar edilməsi üçün işlənmiş inhibitorun tətbiq edilməsi məqsədilə ilə quyuların seçimi aparılmışdır. Tədbirin həyata keçirilməsi üçün quyuların seçimi, quyunun müxtəlif texniki parametrlərinin təsnifatı əsasında ranq yanaşmasına əsasən həyata keçirilmişdir. Ranq yanaşmasına əsasən hasilata göstəricisinə görə I və II qrupa, təmirlərarası müddət və təmirlərarası müddət ərzindəki hasilat göstəricisinə görə isə III qrupa daxil olan quyular seçilmişdir. İnhibitorun seçilmiş quyulardan birində tətbiqindən sonra quyu təmirlərarası müddət və təmirlərarası müddət ərzindəki hasilat göstəricisinə görə II qrupa keçmişdir.
Açar sözlər: quyuların seçilməsi; AQPÇ inhibitoru; quyuların təsnifatı; ranq yanaşması; Pareto paylanması.
DOI: 10.5510/OGP20190300396
E-mail: aygunshukurova@gmail.com
E.Ş.Seitxaziyev
«KaspiyMunayQaz» SC-nin «KMG İnjiniring» MMC, Atırau, Qazaxıstan
Xəzəryanı çökəkliyin cənub hissəsindəki yataqlarda karbonat mənşəli neftin genetik tipləşdirilməsi
Bu məqalədə neftin biomarker və aromatik tərkib üzrə genetik tipləşdirilməsi üçün Xəzəryanı çökəkliyin cənub hissəsindəki 15 yataqdan götürülmüş 43 neft nümunəsinin qazoxromotoqrafik və mass-spektrometrik (kütlə-spektometrik) tədqiqatlarının nəticələri təqdim edilmişdir. Bütün nümunələrin ümumiləşdirici xüsusiyyəti ondan ibarətdir ki, tədqiq edilmiş bütün nümunələr terpanların paylanması üzrə karbonatlı ana neft süxurlarından əmələ gəlmişdir. Neftin biomarker paylanmasına əsaslanan РСА və dendroqram klaster analizlərinin nəticələri tədqiq edilən yataqlarda 10 genetik fərqli neftin mövcudluğunu göstərmişdir. Termiki parametrlərə görə, tədqiq edilən nümunələri erkən (Karasor və Dosmuhambetovskoye), pik (S.Nurjanov, Zapadnaya Prorva) və sonuncu (Tengiz, Karaton, Korolevskoye, Teren-üzük, Kaşaqan və Votoçnoye Saztübe) yetkinliklərə ayırmaq olar. Yəqin ki, Dosmuhambetovskoye və Karasor nümunələrində qeydə alınmış anomal aşağı qazlılıq və müvafiq olaraq, təzyiq, doyma göstəriciləri onların termiki yetkinlik dərəcələri ilə bağlıdır. Həmçinin, termiki parametrlərə əsasən bəzi yataqların arasında karbohidrogenlərin lateral miqrasiya istiqamətlərinin müəyyənləşdirilməsi cəhdləri edilmişdir. Paralel olaraq, biomarker analizinin nəticələri ilə müqayisə edə bilmək üçün bəzi yataqların neftlərində karbon izotop analizi aparılmışdır.
Açar sözlər: biomarkerlər; karbon izotop analizi; steran; qopan; terpan; pristan.
DOI: 10.5510/OGP20190300397
E-mail: seitkhaziyev.y@llpcmg.kz
A.M.Svalov
Məqalədə yer səthinə yaxın süxurun gərginlik-deformasiya vəziyyətinin neft və qaz yataqlarının işlənməsində lay təzyiqinin dəyişməsi prosesindən asılı olan xüsusiyyətləri elastiklik nəzəriyyəsi mövqeyindən təhlil edilmişdir. Ədədi tədqiqatlar əsasında müəyyən edilmişdir ki, yer səthinin yatması ekoloji və texnoloji xarakterli mürəkkəbləşmələrə səbəb olan yeganə amil deyil. Göstərilmişdir ki, yer səthinin horizontal sürüşmələri göstəricilərinə görə şaquli səthlərlə müqayisə edilə bilər, ortogonal yer səthinin müstəvisində inkişaf edən əlavə gərginliklər isə öz göstəricilərinə görə əhəmiyyətlidir. Müəyyən edilmişdir ki, yer səthində yatağın yan hissəsinin üzərində dartıcı gərginliklər formalaşır ki, bu da həmin səthin yaxınlığında çatəmələgəlmə prosesinə səbəb ola bilir. Əldə edilmiş nəticələr çox dərin olmayan neft və qaz yataqlarının işlənməsi zamanı texnogen nəticələrin təhlili və proqnozlaşdırılması üçün faydalı ola bilər.
Açar sözlər: neft-qaz yataqlarının işlənməsi; süxurun gərginlik-deformasiya vəziyyəti; ekoloji problemlər.
DOI: 10.5510/OGP20190300398
V.V.Zavyalov
Məqalədə səmt neft qazının yığılması və nəqli üçün nəzərdə tutulmuş aşağı təzyiqli qaz kəmərlərində korroziyanın getmə xüsusiyyətlərinə baxılmışdır. Göstərilmişdir ki, səmt neft qazının korroziya aqressivliyi ayrılan kondensatın sulu hissəsinin tərkibində turşu komponentlərin (CO2, H2S) olması ilə müəyyən edilir. Qeyd olunmuşdur ki, aşağı təzyiqli qaz kəmərlərində korroziya prosesinin əsas xüsusiyyəti həmin prosesin metal səthinin korroziya məhsulları ilə passivləşməsi şəraitində su elektrolitinin nazik təbəqəsində getməsi və ətraf mühit komponentlərinin yerdəyişməsində diffuziya məhdudiyyətlərinin olmamasıdır. Nəticədə, bərabər xarakterli olmasına baxmayaraq, korroziya prosesi yüksək sürətlə gedir və son mərhələdə qaz kəmərinin divarının kritik səviyyədə nazilkləşməsi səbəbindən borunun metalının dağılması ilə müşayiət olunur. Kondensatın qaz kəmərinə düşməsi və korroziyanın getməsi ilə bağlı mürəkkəbləşmələrin qarşısının alınması üçün kondensatın səmt neft qazının tərkibindən onun qaz kəmərinə daxil olmasına qədər çıxarılmasına imkan verən texnologiyaların tətbiqi məsləhət görülür. Əhəmiyyətlilik baxımından korroziyadan mühafizə üçün ikinci üsul korroziya inhibitorlarının istifadəsi hesab edilə bilər. Əlavə tədbir kimi qaz kəmərinin kondensat yığıntılarından xüsusi qurğuların köməyi ilə təmizlənməsi texnologiyasının tətbiqi də mümkündür.
Açar sözlər: aşağı təzyiqli qaz kəməri; neft qazı; kondensat; korroziya sürəti; divarın dağılması; qazın hazırlanması.
DOI: 10.5510/OGP20190300399
F.Əhmədov
Yeni reagentlərin tətbiqi ilə «Günəşli» yatağının neft kəmərlərində təzyiqin azaldılması haqqında
Məqalədə «Günəşli» yatağının boru kəmərindəki mürəkkəbləşmələrin səbəbləri araşdırılmışdır. Parafin və duz çöküntülərini ingibitorlayan və həll edən tərkiblər işlənib hazırlanmışdır. Bu reagentlərin tərkibinə karbohidrogen həllediciləri, spirtlər, qeyri-ionogen səthi aktiv maddələr daxildir. Bu reagentlərin asfalten-qatran-parafin və duz çöküntülərinin qarşısının alınmasına təsiri tədqiq edilmişdir. Həmçinin, bu reagentlərin 28 May NQÇİ-də sualtı boru kəmərlərində təzyiqin azaldılmasına təsiri öyrənilmişdir.
Açar sözlər: AQPÇ; donma temperaturu; inhibitorun effektivliyi; kinematik özlülük; dərin dəniz özülləri.
DOI: 10.5510/OGP20190300400
E-mail: kazim.metiyev@socar.az
Q.Q.İsmayılov, E.X.İskənderov
Elektrik anologiyası əsasında kompressor stansiyalarının işinin təhlili
Məqalədə kompressor stansiyasının girişinə qazın verilmə sxeminin qazmühərrikli kompressorların yüklənməsinə təsiri öyrənilmişdir. Kompressorların rasional işini təmin etmək məqsədilə dəniz yatağında neftqazçıxarma idarəsinin kompressor stansiyası timsalında qazın stansiyanın girişinə verilməsinin yeni sxemi təklif olunmuşdur.
Açar sözlər: kompressor stansiyası; elektrik analogiyası; qazmühərrik kompressoru; balans tənliyi; müqavimət əmsalı; elektrik modeli; qazın verilmə sxemi.
DOI: 10.5510/OGP20190300401
M.S.Mullakayev1, Q.B.Veksler2, R.M.Mullakayev3
Neft şlamlarının emalı üzrə mobil sonokimyəvi kompleks
Neft şlamlarının təmizlənməsi üçün kiçik ölçülü avadanlıq və yüksək səmərəli texnologiyalar əsasında mobil sonokimyəvi kompleks işlənib hazırlanmışdır. İşlənmiş kompleksin texnoloji-aparat sxeminin əsasında kombinə edilmiş fiziki-kimyəvi üsulların istifadəsinə əsaslanan yanaşma dayanır. Kompleksin tətbiqi neft şlamlarının təmizlənməsində kapital və istismar xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcəkdir.
Açar sözlər: mobil sonokimyəvi kompleks; ultrasəs; kimyəvi reagentlər; flotasiya ilə təmizləmə; qalvanokoaqulyasiya ilə təmizləmə; ultrabənövşəyi sterilizasiya; kompleks texnologiya.
DOI: 10.5510/OGP20190300402
V.A.Əlizadə, A.Q.Volovodz, M.K.Tatarinov
Yanacaq-energetika kompleksi sahəsində hüquqi təhlükəsizlik: problemin qoyuluşu
Məqalədə yanacaq-energetika kompleksi sahəsində münasibətlərin mühafizəsinin cinayəthüquqi vasitələrinin müasir vəziyyətinə baxılmışdır. Kompleks şəklində aparılan müqayisəlihüquqi tədqiqat əsasında yanacaq-energetika kompleksi sahəsində müstəqil cinayət növünün (enerji cinayətləri) cinayət qanunvericiliyində ayrılması perspektivləri əsaslandırılmışdır. Yanacaq-energetika kompleksinin fəaliyyəti ilə bağlı törədilən transmilli cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığı çətinləşdirən problemlər təhlil edilmişdir. Məqalədə Cinayət mühakimə icraatında beynəlxalq əməkdaşlığın inkişafının təkmilləşdirilməsi və bu cür cinayətlərə qarşı mübarizədə vahid hüquqi bazanın formalaşdırıl ması üçün yanacaq-energetika kompleksi sahəsində qarşılıqlı fəaliyyət göstərən dövlətlərin cinayət qanunvericiliyinin uyğunlaşdırılmasının zəruriliyi əsaslandırılmışdır. Bu cür uyğunlaşdırma yeni müstəqil cinayət növünün – yanacaq-energetika kompleksi sahəsində torədilən cinayətlərin və ya daha qısa desək, enerji cinayətlərinin ayrılması, kriminalizasiyanın qaydaya salınması və penalizasiyası yolu ilə həyata keçirilməlidir. Bunun əsasında enerji resurslarının istehsalçısı, tranzitçisi və ya istehlakçısı olan dövlətlərdə enerji cinayətlərinə qarşı cinayət-hüquqi siyasətinin formalaşdırılması, onlarla mübarizədə ixtisaslaşdırılmış kadr hazırlığının aparılması məqsədəuyğundur.
Açar sözlər: enerji cinayətləri; kriminalizasiya; cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq; cinayət-hüquqi siyasət.
DOI: 10.5510/OGP20190300403