SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
V.Yu. Kerimov1, N.Ş. Yandarbiyev2, R.N. Mustayev1, S.A. Əliyeva3
Məqalədə Skif plitəsinin şərq hissəsindəki karbohidrogen flüidlərinin generasiya, miqrasiya və akkumulyasiya proseslərinin inkişafının məkan və zamanla bağlı əsas qanunauyğunluqları göstərilmişdir. Müəlliflər tərəfindən Karpinski-Manqışlak və Şərqi-Qafqazyanı neftli-qazlı bölgələrin simali platforma bortunun karbohidrogenlərinin generasiya-akkumulyasiya sistemlərinin xüsusiyyətləri hövzə analizi və karbohidrogen sistemlərinin modelləşdirilməsi texnologiyalarının istifadəsilə öyrənilmişdir. Tədqiqatların nəticələri Skif plitəsinin şərq hissəsinin çöküntü örtüyündə aşağıdakı karbohidrogen sistemlərinin olduğunu göstərmişdir: Yura, Təbaşir, Paleosen-Eosen və Oliqosen-Miosen. Aparılan tədqiqatlar və modelləşdirmənin nəticələrinə əsasən Skif plitəsinin şərq hissəsində aparılacaq axtarış- kəşfiyyat işlərinin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Tədqiq
edilən ərazinin proqnozlaşdırılan neftqazlılıq xarakterinə, perspektivli komplekslərin yaşına, tektonik struktur və zonalara aid edilməsinə görə differensasiyası aparılmışdır.
Açar sözlər: generasiya; miqrasiya; akkumulyasiya; karbohidrogenlər; Skif plitəsi; karbohidrogen sistemləri; hövzə analizi; modelləşdirmə; ana süxurlar.
DOI: 10.5510/OGP2021SI100504
B.S. Serkebayeva
Məqalə Kazaxstan yatağının timsalında çətin çıxarılan neftlərin mədən hazırlanmasının təhlili məsələlərinə həsr olunub. Laboratoriya və mədən tədqiqatları əsasında neft emulsiyalarının fiziki-kimyəvi xassələri öyrənilib, emulsiyalrın tipi və aqreqat dayanıqlığı müəyyən edilib, reoloji xüsusiyyətləri tədqiq olunub. Məqalədə reoloji mürəkkəb, çətin çıxarılan neftlərin hazırlanması zamanı baş verən çətinliklər təhlil olunub və səbəbləri araşdırılıb. Laya texnogen təsir nəzərə alınmaqla həmin neftlərin hazırlanmasının yaxşılaşdırılmasının bəzi yolları da göstərilib.
Açar sözlər: su-neft emsiyası; hidrogen-sulfid; mexniki qarışıqlar; dəmir sulfidi; aralıq lay; sulfat bərpaedici bakteriyalar; tion bakteriyalar; dispers tərkib; aqreqat dayanıqlığı; stabilizator; deemulqator.
DOI: 10.5510/OGP2021SI100505
E-mail: Serkebayeva_B@kaznipi.kz
V.Q. Muxametşin1, Q.S. Dubinskiy2,3
Polimer kompozisiyalarının quyuların təmir-izolasiya işlərində tətbiqi
Rusiyanın resurs bazasının vəziyyəti pisləşmə tendensiyasına malikdir. Karbohidrogen hasilatında ortaya çıxan problemlərin həlli üçün iqtisadi göstəricilərin əldə edilənlərdən daha da aşağı düşməməsi baxımından yeni metodların tətbiqi tələb olunur. Yeni texnologiyalar və materiallar hesabına neft hasilatının maya dəyərinin saxlanılması və hətta azaldılması zamanı səmt su həcminin azaldılması, neft hasilatının ekoloji təhlükəsizliyinin qorunması aktual məsələlərdəndir. Məqalə quyuların texniki vəziyyətinin etibarlı bərpası və su axınlarının məhdudlaşdırılması məsələlərinə həsr edilmişdir. Modifikasiya edilmiş polimer suizoləedici kompozisiyasının tətbiqinə əsaslanan texnologiya təqdim olunmuşdur. Analitik və mədən tədqiqatları aparılmışdır. Texnologiya və polimer kompozisiyanın su axınının məhdudlaşdırılması və təmir-izolyasiya işlərinin aparılması zamanı tətbiqinin mümkünlüyü göstərmişdir.
Açar sözlər: təmir-izolyasiya işləri; su izolyasiyası; polimer tərkibi; tərkibin modifikasiyası.
DOI: 10.5510/OGP2021SI100506
V.A. Dokiçev1,2, A.İ. Voloşin3, N.E. Nifantyev4, M.P. Eqorov4, D.R. Kireyeva1, A.V. İsakov2, R.N. Baxtizin5, R.U. Rabayev5
Neft və qaz sənayesi üçün polisaxarid əsaslı yeni «yaşıl» qazhidratəmələgəlmə inhibitorları
Karboksimetilselüloz, dekstran və arabinoqalaktanın natrium duzunun iştirakı ilə kvazitarazlıq termodinamiki eksperiment şəraitində qaz hidratlarının əmələ gəlməsinin termobarik şərtləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, polisaxaridlər metanol ilə eyni dozada istifadə edildiyi zaman effektivlik baxımından metanolu 170-250 dəfə üstələyən termodinamiki və kinetik inhibitor xassələri nümayiş etdirərək təbii qaz qarışığının hidratəmələgəlmə sürətini yavaşladır və şərtlərini dəyişdirir. Onların əsasında işlənən, termodinamiki və kinetik inhibitorların kombinasiyasını özündə birləşdirən «Qlikan RU» «yaşıl» sinergetik hidratəmələgəlmə inhibitorunun nəticələri təqdim olunmuşdur. «Qlikan RU»-nun təcrüvə-mədən sınaqları RN-Yuqanskneftqaz MMC-nin Prirazlomnoye, Ombinskoye, Zapadno-Uqutskoye yataqlarının quyularında aparılmışdır. Müəyyən edilmişdir ki, 1000 q/m3 və 500 q/m3 dozalarla istifadə edildikdə quyuların boruarxa fəzasında hidrat tıxacları əmələ gəlmir. «Qlikan RU»-nun dövrü surətdə vurulması və/və ya dozalayıcı nasos qurğuları vasitəsilə davamlı dozalama texnologiyasına əsasən sənayedə tətbiqi tövsiyə olunur.
Açar sözlər: karboksimetilselüloz; dekstran; arabinoqalaktan; polisaxaridlər; «yaşıl» hidratəmələgəlmə inhibitoru; «Qlikan RU».
DOI: 10.5510/OGP2021SI100507
A.N.Popov, R.A.İsmakov, F.N.Yanqirov, A.R.Yaxin, Abusal Yusef, İ.D.Muhametqaliyev, Q.L.Qaymaletdinova
Qazma prosesindəki mürəkkəb texnoloji məsələlərdən biri quyu lüləsinin divarlarının dayanıqlığının təmin edilməsi, həmçinin quyu lüləsinin vəziyyətinin və hidravlik yarılma ehtimalının proqnozlaşdırmaları üçün onların modelləşdirilməsidir. Buna səbəb lülə divarının tarazlıq vəziyyətinə təsir edən amillərin və mürəkkəbləşmələrin əksəriyyətinin xarici təsirlərlə bağlı olmasıdır. Məqalədə quyu divarlarının dayanıqlığının modelləşdirilməsi və hidravlik yarılmanın proqnozlaşdırılması məsələlərinin mexaniki və qismən hidravliki aspektlərdən həllinə baxılmışdır. Hesablamalar nəticəsində süxurların baxılan intervalının qazılması üçün nəzərdə tutulan qazma məhlulunun sıxlığı barədə qərarın qəbul edilməsi, həmçinin digər texnoloji qərarların vermilməsi üçün zəruri məlumatlar əldə edilmişdir. Təklif olunan məsaməli süxur modeli və verilmiş hesablama düsturları quyu qazıması zamanı lay suyu təzyiqinin süxurlardakı mexaniki proseslərə təsirini daha dolğun qiymətləndirməyə imkan verir.
Açar sözlər: quyu divarının dayanıqlığı; hidravlik yarılmanın proqnozlaşdırılması; geomexanika; divarların davamlılıq hesablaması; mürəkkəbləşmələrsiz qazıma.
DOI: 10.5510/OGP2021SI100508
D.A. Martyuşev, İ.N. Ponomaryova, V.İ. Qalkin
Məhsuldar layların süzülmə parametrlərinin səhih qiymətlərinin müəyyənləşdirilməsi ehtiyatların çıxarılması proseslərinin monitorinqinin ən mühüm məsələlərindəndir. Bu məsələnin həlli üçün ən effektiv metodlardan biri təzyiqin bərpası üsulu ilə quyuların hidrodinamiki tədqiqi, həmçinin müasir metodlar olan təzyiqin stabilizasiyası metodu və hasilat analizinə əsaslanan (Decline Analyze) metoddur. Bu məqalə, Perm bölgəsindəki neft yataqlarının terrigen və karbonat məhsuldar çöküntlərinin süzülmə parametrlərinin müəyyənləşdirilməsi zamanı yuxarıda göstərilən üç metodun səhihliyinin qiymətləndirilməsinə həsr edilmişdir. Məsələnin həlli üçün çoxölçülü reqresiya analizindən istifadə olunmuşdur. Hər metod üzrə müəyyən edilmiş süzülmə parametrlərinin istifadəsi ilə quyuların debetlərinin bir sıra çoxölçülü riyazi modelləri hazırlanmışdır.İş qabiliyyətinə görə maksimal statistik qiymətləndirmələri olan modellərə daxil edilmiş süzülmə parametrlərinin ən səhih hesab edilməsi təklif olunur. Baxılan yataqlara uyğun olaraq müəyyən edilmişdir ki, terrigen kollektorlarda hər üç metod sabit nəticələr göstərir. Karbonatlı kollektorlarda süzülmə parametrlərinin səhih qiymətləri təzyiqin bərpa əyrilərinin işlənməsi ilə müəyyən edilir. Təzyiqin stabilizasiyası və hasilat analizi metodları daha az sabit nəticələr göstərir və onların praktiki tətbiqi üzrə əsaslı tövsiyələrin işlənməsi məqsədilə əlavə tədqiqatlar tələb edir.
Açar sözlər: keçiricilik; skin-faktor; təzyiqin stabilizasiya əyrisi; Decline Analyze; maye debiti; geoloji-texnoloji parametrlər; neft yatağı; karbonat çöküntüləri.
DOI: 10.5510/OGP2021SI100509
A.N. Popov, R.A. İsmakov, A.R. Yaxin, İ.D. Muxametqaliyev
Quyu qazıması prosesində divarların çökməsi, ovulması, dağılması, kaverna əmələ gəlməsi və s. kimi əsas mürəkkəbləşmələrin əksəriyyəti quyu lüləsinin divarlarına xarici mexaniki və hidrodinamiki təsirlərlə bağlıdır. Bu səbəbdən də quyu divarlarının dayanıqlığının təmin edilməsi tikinti prosesləri, xüsusən də maili-istiqamətli və horizontal quyuların tikintisi zamanı ortaya çıxan aktual və çətin texnoloji məsələlərdən biridir. Məqalədə quyuların hidravlik yarılması və onun qarşısının alınması şərtləri, maili quyunun süxurlarının skeletindəki ümumiləşdirilmiş gərginliklərin hesablanması ilə bağlı məsələlərin həlli verilmişdir. Hesablamalar nəticəsində, süxurların baxılan intervalının qazıması üçün qazıma məhlulunun sıxlığı barədə qərarın qəbul edilməsi və digər texnoloji qərarların verilməsi üçün zəruri məlumatlar alınır. Verilən hesablama düsturları dağmədən süxurlarının maili-istiqamətli quyularla açıldığı zaman lay flüidləri təzyiqinin mexaniki proseslərə təsirini daha dolğun qiymətləndirməyə imkan verir.
Açar sözlər: quyu divarının dayanıqlığı; hidravlik yarılmanın proqnozlaşdırılması; geomexanika; divarların davamlılıq hesablaması; mürəkkəbləşmələrsiz qazıma.
DOI: 10.5510/OGP2021SI100510
L.S. Kuleşova1, İ.Q. Fattaxov1, Ş.X. Sultanov1, R.U. Rabayev1, V.V. Muxametşin1, Q.M. Sirayeva2
«Tatneft» ASC yataqlarında çoxzonalı turşu ilə LHY-nın aparılması təcrübəsi
Məqalədə «Tatneft» ASC neft şirkətində hasilat imkanlarının genişləndirilməsi imkanları təqdim edilmişdir. Bu məqsədlə Bavlinsk neft yatağında yatım laylarının litoloji kəsiyinin və geoloji quruluşunun öyrənilməsi üçün maili pilot lülə ilə xxx7G quyusu qazılmış və istiqamətləndirici kern nüunəsi götürülmüşdür. Horizontal lülənin özü TAM paketləri ilə çoxzonalı hidravlik yarılmanın aparıldığı Dankovo-Lebedyanskiy horizontunda yerləşir. Aşağıda təqdim olunan işləmələr Volqaboyu bölgənin ən yaşlı neftçıxartma ərazilərində çıxarılabilən neft ehtiyatlarının payını yeni məhsuldar horizontların işlənməsi hesabına artırmağa və verilən kollektorlar üzrə neftçıxarma əmsalını yüksəltməyə imkan verəcəkdir. İşdə istifadə olunan üsullar neft hasilatının artırılması üçün xüsusi xərclərin azaldılmasına və bu tip quyularda görülən işlərdə rentabelliliyə nail olunmasına imkan verəcəkdir. Aparılan işlərin özünəməxsus xüsusiyyətləri olmuşdur. LHY Minifrakının (Meyer proqram kompleksi) interpretasiyasındakı çətinliklərin səbəblərindən biri təzyiq düşməsinin qeydə alındığı müddət ərzində domanik çöküntülərində çatların bitişməsinin kifayət qədər uzun müddətə getməsi olmuşdur. Minifrakın aparılması zamanı Nolte G Time Test qrafikinin analizi, öz növbəsində, çatın heç bitişmədiyini göstərmişdir, bu səbəbdən də bitişmə (yarılma təzyiqinin qradiyenti) təzyiqini tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, YTQ nəticələrinin interperitasiyası zamanı eksperimental və hesablama əyrilərinin bir-biri ilə ən çox düz gəlməsi bircins kollektor ilə istismar olunan horizontal quyu modelindən istifadə edilərkən əldə edilmişdir. Həmçinin quyudibi zonanın vəziyyətinin pisləşməsi yaradılan çatların zəif açılması ilə bağlı ola bilər.
Açar sözlər: neft; quyu; layın hidravlik yarılması; qeyri-ənənəvi obyekt; çat; kern.
DOI: 10.5510/OGP2021SI100511
İ.N. Xakimzyanov1,2, V.Ş. Muxametşin2, R.N. Baxtizin2, A.V. Lifantyev1, R.İ. Şeşdirov1
Eksperimentlər üçün dayandırılan quyular və quyudibinə təzyiq depressiyasının artdığı istismarda qalan quyular arasındakı interferensiya təsirini qiymətləndirmək məqsədilə, geoloji və hidrodinamik modelləşdirmənin istifadəsi ilə dayandırılmış və dayandırılmamış quyu variantları üzrə neft axınının süzülmə xətlərinin dəyişikliklərinin dinamikasına baxılmışdır. Aparılan ədədi hesablamaların nəticələrinə əsasən göstərilmişdir ki, unikal sənaye ekperimenti çərçivəsində, depressiyanın artırılması yolu ilə fəaliyyətdə olan quyuların sayının yarıbayarı azaldılması üzrə aparılan tədbirlər quyuların fontan üsulu ilə istismarı zamanı (resurs imkanları olduqda) işlənmənin ilkin mərhələsində daha az sayda quyu ilə hasilat səviyyəsini qorumağa imkan vermişdir. Həmçinin, müəyyən edilmişdir ki, yatağın əvvəldən optimal quyu şəbəkəsi ilə qazılması lazımdır. Bu halda neft hasilatı itkiləri yataqda quyu şəbəkəsinin işlənmənin sonrakı mərhələsində bərkidilməsi halları ilə müqayisədə daha az olacaqdır. İkinci halda, yüksək sulaşma səbəbindən bəzi quyuların istismarı qeyri-rentabelli olur. Belə ki, təkrar istismara verilən eksperiment quyularının yarısında vəziyyət bu cür olmuşdur.
Açar sözlər: fontan üsulu ilə istismar, depressiyanın artırılması, sənaye eksperimenti, quyu şəbəkəsi, quyuların interferensiyası, axının süzülmə xətləri.
DOI: 10.5510/OGP2021SI100512
V.Ş. Muxametşin1, İ.N. Xakimzyanov1,2, R.N. Baxtizin1, L.S. Kuleşova1
Məqalədə alqoritm işlənmiş və Volga-Ural neftli-qazlı əyalətinin karbonatlı kollektorlarındakı neft yataqlarının geoloji parametrlərinə görə (geoloji- kəşfiyyat işlərinin aparılması mərhələsində müəyyənləşdirilə bilir) həm işlənmədə olan, həm də kəşfiyyatdan çıxmış kimi diferensiallaşdırılması və qruplaşdırılması aparılmışdır. İşlənməyə daxil edilən yataq şəraitindəki analoq yatağın işlənilməsi təcrübəsindən istifadə edilməsi məqsədilə kəşfiyyatdan çıxan yataq üçün uzun müddət işləmədə olan analoq-yatağın seçimilməsi metodikası işlənmişdir. Geoloji parametrlərinə görə seçilmiş obyekt qruplarının müqayisəsi aparılmış, hər birinin xüsusiyyətlərinə görə xarakteristikası verilmiş və geoloji quruluşlarının əsas fərqləri aydınlaşdırılmışdır. Müəyyən edilmişdir ki, müxtəlif qrup obyektlərin geoloji quruluşunun xassələri daha çox onların tektonik-stratiqrafik aidiyyatına görə müəyyən edilir.
Açar sözlər: diferensiallaşdırma; qruplaşdırma, mürəkkəb quruluşlu neft yataqları, karbonatlı kollektor, identifikasiya.
DOI: 10.5510/OGP2021SI100513
Q.Q. İsmayılov1, F.B. İsmayılova1, S.F. Musaev2
Su-neft sistemlərinin özlülük xassələrinin
Praktiki fəaliyyət zamanı müxtəlif səbəblərdən çoxkomponentli, dayanıqlı su-neft sistemləri üçün özlülüyün təcrübi sınaqlarla müəyyən edilməsi mümkün olmadığı hallarda onun proqnozlaşdırılması məsələlərinə baxılmışdır. Müxtəlif sulaşma dərəcələrində dayanıqlı su-neft emulsiyalarının özlülük xassələrinin dəyişməsini təsvir etmək üçün riyazi model təklif olunmuşdur. Təklif olunan riyazi ifadənin sürət qradiyentinin bütün dəyişmə intervalında sulaşma dərəcəsindən asılı olaraq neft emulsiyaları üçün özlülüyün mühəndis təcrübəsində qəbul olunan dəqiqliklə təyininə imkan verməsi müəyyən edilmişdir.
Açar sözlər: özlülük; su-neft emulsiyaları; riyazi ifadə; sulaşma dərəcəsi; heterogen sistemlər.
DOI: 10.5510/OGP2021SI100514
R.R. Xuzin1, R.N. Baxtizin2, V.E. Andreyev2, L.S. Kuleşova2, V.V. Muxametşin2, Ş.X. Sultanov2
Neft hasilatinin layın hidrolik sıxılması metodu ilə intensivləşdirilməsi
Quyuları svablama prosesində kollektorların süzülmə-həcmi xassələrinin (SHX) dəyişməsi mexanizminin öyrənilməsi üzrə təcrübi sənaye işləri (TSİ) aparılmışdır. Yerinəyetirilən hidrodinamik tədqiqatların əsasında işlərin nəticələrinin təhlili aparılmışdır. Layların hidravlik sıxılması üsulu ilə neft hasilatının intensivləşdirilməsi üsulu işlənmişdir. Quyunun svablanması prosesində baroqramlar qeyd edilmiş, hidrokeçiricilik və piezokeçiricilik parametrlərinin, potensial məhsuldarlıq əmsallarının, quyu debetinin, təsirdən əvvəlki və sonrakı lay təzyiqinin müəyyənləşdirilməsi ilə təzyiqin bərpa əyriləri çıxarılmışdır. Hidrodinamik tədqiqatların interpretasiyası deterministik analiz üsulu ilə həyata keçirilmiş, vəziyyət modelləşdirilmişdir. Perforasiya intervalı ilə açılmış kollektor mürəkkəb quruluşludur, buna görə də maye yeni yaranan mikroçatlaqların olduğu ərazinin üstündə yerləşən laycıqlar tərəfindən udulur.
Açar sözlər: Melekess çökəkliyi; Cənubi Tatar tağı; çətin çıxarılan ehtiyatlar; svablama; karbonatlı kollektorlar; süzülmə-həcmi xassələr; təzyiqin bərpa əyrisi.
DOI: 10.5510/OGP2021SI100522
S.R. Alimbekova1, F.Q. İşmuratov1, V.V. Nosov2, A.İ. Voloşin2, R.İ. Alimbekov1, S.S. Zlotskiy3, V.A. Dokiçev1
Elektromaqnit sahəsinin (EMS) CO2 iştirakı ilə natrium xloridin 3%-li sulu məhlulunda konstruksiyalar üçün nəzərdə tutulmuş karbonluı poladın korroziyasına təsiri öyrənilmişdir. Göstərilmişdir ki, CO2-nin iştirakı ilə NaCl-in 3%-li sulu məhlulunda elektromaqnit sahəsi poladın korroziya sürətini 1.13 dəfə artırır. Məhlula Ca2+ ionları əlavə edildikdə, EMS-nin təsiri altında korroziya sürəti azalır. Ehtimal olunur ki, məhlulun səthə yaxın təbəqəsində CaCO3-ün əmələ gəlməsi və onun metalın səthinə adsorbsiya olunması korroziyanın inkişafının qarşısını alır. 100-200 kHz tezlik diapazonunda yaradılan elektromaqnit sahəsinin CaCl2 - NaHCO3 - FeSO4 model sistemində həddən artıq doymuş sulu məhlullardan CaCO3-ün kristallaşmasına təsiri araşdırılmışdır. Müəyyən edilmişdir ki, duz çöküntüsünə EMS-dən daha çox Fe2+ təsir göstərir. CaCl2 - NaHCO3 minerallaşdırılmış su modelində duz çöküntüsünün inhibirləşməsinə Fe2+ -nin təsirinin effektivliyi EMS təsiri ilə müqayisədə 11.5% yüksəkdir. CaCO3-un kristallaşması zamanı araqonit əmələ gəlməsinin üstünlük təşkil etdiyi müşahidə olunur. Dəmir ionlarının iştirakı ilə və EMS-nin təsiri altında araqonit əmələ gəlməsində azalma, kalsit və vaterit əmələ gəlməsində artım qeyd olunur.
Açar sözlər: elektromaqnit sahəsi; korroziya; karbonlu polad; dəmir ionları; duz çökmə; kristallaşma; kalsium karbonat.
DOI: 10.5510/OGP2021SI100515
P.A. Xlyupin1, R.T. Xaziyeva1, A. Vaxedi2
Çətin çıxarıla bilən karbohidrogen ehtiyatlarının işlənməsi zamanı, müəssisələr ağır və özlü neftlərin səthə qaldırılmasına, həmçinin yüngül neftlərin aşağıkeçiricilikli laylardan çıxarılmasına imkan yaradan texnoloji proseslərin asanlaşdırılması üçün müxtəlif kompleks və sistemlərdən istifadə edirlər. Eyni zamanda, yataqların istismarı zamanı nasos-kompressor borularının, fontan armaturlarının, texnoloji boru kəmərlərinin və quyudibi avadanlıqlarının divarlarında asfalt-qatran-parafin çöküntülərinin (AQPÇ) və duz çöküntülərinin meydana gəlməsi səbəbindən də gözlənilməz hallar baş verir. AQPÇ təzahürlərinin və duz çöküntülərinin qarşısının alınması və onlara qarşı mübarizə metodlarını şərti olaraq mexaniki, kimyəvi, termiki hissələrə ayırmaq olar. AQPÇ-nin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması, həmçinin hasil olunan neftin özlülüyünün aşağı salınması üçün daha çox termiki metodlara üstünlük verilir ki, bunların arasında da elektrotermiki metodlar daha səmərəli hesab olunur. Elektroenerji əsaslı texnologiyalar, xüsusən də maqnit sahəsinin quyu emulsiyasına təsiri duz çöküntülərinin qarısının alınmasında da effektiv vasitələrdəndir.
Açar sözlər: elektrotexnologiya sistemləri və kompleksləri; çətin çıxarıla bilən neft ehtiyatları; asfalt-qatran-parafin çöküntüləri; induksiya istilik sistemləri.
DOI: 10.5510/OGP2021SI100516
A.R. Xafizov, V.V. Çebotaryov, A.A. Muqatabarova
Məqalədə neft-qaz-kondensat yatağının (NQKY) mədən avadanlıqlarının və qaz boru kəmərlərinin metalının karbon qazı korroziyası səbəbindən baş verən korroziya dağılmalarına baxılmışdır. NQKY avadanlıqları mühitinin korroziya aqressivliyinin müəyyənləşdirilməsi üçün karbon qazı mühitində rütubətin periodik kondensasiyası ilə laboratoriya sınaqları, yüksək temperatur və parsial СО2 təzyiqi şəraitində maye fazada avtoklav sınaqları, СО2 iştirakı ilə qaz-buxar fazasında laboratoriya sınaqları aparılmışdır. Sınaqlar polad 20 üzərində aparılmışdır, seçilmiş həllər 09Г2С (quyu və şleyf qovşağı) və J55LT (nasos-kompressor boruları) poladından olan boru seqmentlərinin üzərində 2 növdə (köhnə, istismardan sonra və yeni, işlənməmiş) yoxlanılmışdır. Tədqiqatlar NQKYda istifadə olunan poladların (polad 20, J55LT və 09Г2С) karbon qazı korroziyasına qarşı davamlı olmadığını göstərmişdir. Avadanlıqların bu poladlardan hazırlanmış bütün elementləri NQKY şəraitindəki korroziya təzahürlərinə qarşı azdavamlı olacaqlar. Müxtəlif istehsalçıların korroziya inhibitorlarının laboratoriya və təbii şəraitlərdə sınaqdan keçirilməsi təklif olunur. Sınaq nəticələrinə əsasən seçilmiş korroziya inhibitoru üçün tövsiyələr verilir.
Açar sözlər: lokal korroziya; mühitin aqressivliyi; metalın davamlılığı; quyu qovşağı; nasos-kompressor boruları; laboratoriya sınaqları; avtoklav sınaqları.
DOI: 10.5510/OGP2021SI100517
Q.Q. İsmayılov1, R.Ə. İsmayılov1, F.N. Əhmədzadə2
Qaz kəmərlərində mayenin olmasının diaqnozlaşdırılması
Qazın magistral kəmərlə nəqlindən qabaq hazırlanması mərhələsində yaxşı qurudulmaması səbəbindən, onun tərkibində kifayət qədər maye qalır. Nəql olunan axınlarda mayenin olması belə sistemlərin qeyri-tarazlı davranışını şərtləndirir. Bu səbəbdən adekvat nəql rejiminin seçilməsi üçün təbii qaz sistemlərinin daxili quruluşunun diaqnozlaşdırılması zərürəti yaranır ki, bu da məqalədə qoyulan əsas tədqiqat məsələsidir. İşdə relaksasiya mühitinin boru kəmərində hərəkətinin ümumiləşdirilmiş modeli əsasında qeyri-tarazlı qazlar üçün hal tənliyini daxil etməklə, axının hidravliki və qeyri-tarazlı parametrlərinin qiymətləndirilməsi üçün hesabi düsturlar alınmışdır. Bu düsturların ədədi icrası üçün hesablanma alqoritmi tərtib olunmuş və real qaz kəmərinin istismar göstəriciləri əsasında müvafiq qiymətləndirmələr aparılmışdır. Hesablamaların nəticələri göstərmişdir ki, sıxlıq və təzyiqin relaksasiya qiymətləri kifayət qədər yüksəkdir. Bu nəql olunan axında mayenin olmasını göstərir. Beləliklə, müəlliflər tərəfindən təbii qazların tərkibində mayenin olmasını diaqnozlaşdıran ədədi qiymətlərə qədər gətirilə bilən metodika təklif olunmuşdur, hansı ki magistral qaz kəmərlərinin istismarı ilə məşqul olan xidmətlər tərəfindən istifadə üçün tövsiyyə oluna bilər.
Açar sözlər: təbii qaz; qaz kəməri; maye daxil olması; model; diaqnostika.
DOI: 10.5510/OGP2021SI100518
P.A. Revel-Muroz, R.N. Baxtizin, R.M. Kərimov, B.N. Mastobayev
Çətin çıxarılan, yüksək özlülüklü və donan neft yataqları dünya iqtisadiyyatında getdikcə daha çox əhəmiyyət kəsb edir. Yüksək parafinli neftlərin nəqlə hazırlanması üçün istifadə olunan çoxlu sayda müxtəlif fiziki-kimyəvi təsir metodları arasında karbohidrogen durulaşdırıcıları ilə durulaşdırmanı fiziki-kimyəvi təsir nöqteyi-nəzərindən ən əlçatan və əlverişli metod kimi göstərmək olar. Burada karbohidrogen durulaşdırıcı qismində həm hazır motor yanacaqları və açıq rəngli neft distillatlarından, həm də daha ucuz başa gələn, neft yataqlarında yanaşı hasil olunan sabit qaz kondensatlarından effektiv şəkildə istifadə edilə bilər. Məqalədə neftin tərkibindən və xassələrindən asılı olaraq nəqli və emalı böyük xərclər tələb edən karbohidrogen xammalının istismar xassələrinin yaxşılaşdırılması məqsədilə, ağır və donan neftlərin müxtəlif növ karbohidrogen durulaşdırıcıları ilə durulaşdırılması təcrübəsinə baxılmışdır. Ağır və donan neftlərin dizel yanacağı və sabit qaz kondensatı ilə durulaşdırılması üzrə aparılan laboratoriya eksperimentlərinin nəticələri göstərilmiş, onlara əsasən həmin metodların istifadəsinə dair tövsiyələr verilmişdir.
Açar sözlər: neft; reologiya; effektiv özlülük; donma temperaturu; karbohidrogen durulaşdırıcı; sabit qaz kondensatı.
DOI: 10.5510/OGP2021SI100521
R.İ.Şevçenko1, V.M.Strelets1, V.M.Loboyçenko1, A.V.Prusskiy2, O.N.Miroşnik3, Q.V.Kamışensev4
Neft və neft məhsulları yanğınlarının söndürülməsinə müasir yanaşmaların icmalı
Məqalədə neft və neft məhsulları yanğınlarının söndürülməsinə müasir yanaşmalar nəzərdən keçirilmişdir. Yanğınsöndürmə üsullarının və odsöndürən maddələrin variantlılığı qeyd olunmuşdur. Neft məhsullarının söndürülməsində istifadə olunan odsöndürən maddələr daha ətraflı nəzərdən keçirilmiş, onların ekoloji xarakteristikaları müzakirə olunmuşdur. Yanğınların
söndürülməsi üçün müxtəlif köpüklərin istifadəsinin birmənalı olmaması göstərilmişdir. Neft və neft məhsullarının yanğınlarının söndürülməsi üçün akustik effektə əsaslanan yeni metod və alışqan karbohidrogen və onların identifikasilarının yanğınlarının qarşısının alınması və aradan qaldırılması üçün akustik odsöndürücülərin imkanları təhlil edilmişdir. Məlum yanaşmaların gələcək inkişafı və eyni zamanda neft və neft məhsullarının yanğınlarının söndürülməsi üçün innovasiya metodlarının meydana gələcəyi göstərilmişdir.
Açar sözlər: neft; neft məhsulları; odsöndürən maddə; ekoloji xarakteristikalar; yanğın söndürmə üçün köpük; akustik metod.
DOI: 10.5510/OGP2021SI100519
R.N. Baxtizin1, S.N. Zubin1, A.B. Laptev2, D.A. Laptev3, D.E. Buqay1, A.V. Qolubev1
Neft-kimya müəssisələrinin dövran edən soyuducu suyu yüksək korroziya aktivliyi, qeyrisabit tərkibi və suyun soyuducu qurğularda buxarlanması səbəbindən həll olmuş duzların, asılmış hissəciklərin və üzvi çirklənmələrin konsentrasiyasının daimi artımı ilə fərqlənir. İki valentli metal ionlarının yaratdığı duzların bir hissəsi çöküntü şəklində tökülür və su xlor, sulfat, fosfat və karbonat ionları ilə doyur və korroziyaya aktivləşir. Eyni zamanda, bu və ya digər ionlar və inqridiyentlərlə doymasından asılı olaraq lay suyunun korroziya aktivliyi geniş hədlərdə dəyişir. Müəyyən edilmişdir ki, dövran edən suyun tərkibinin monitorinqi, avadanlıqların və boru kəmərlərinin korroziya sürətinin müəyyənləşdirilməsi korroziya sürətinin suyun texniki parametrlərindən asılılığının reqresiya modelini qurmağa imkan verir ki, bunun da köməyi ilə buxarlanma əmsalının dəyişməsindən asılı olaraq korroziya sürətinin qiymətini kifayət qədər dəqiq hesablamaq olur. Texnoloji mühitlərin vaxtında aparılan monitorinqi və riyazi modelləşdirmə əsasında onların tərkibinin optimallaşdırılması neft emalı müəssisələrində avadanlıq və boru kəmərlərinin istismarında təhlükəsizliyin əhəmiyyətli dərəcədə yüksəldilməsinin təmin edilməsi üçün effektiv yanaşmalardan biridir.
Açar sözlər: korroziya inhibitoru; duz çöküntüləri inhibitoru; biosid; su dövranı sistemi; buxarlanma əmsalı; monitorinq; soyuducu su; reqresiya modeli.
DOI: 10.5510/OGP2021SI100520