SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Son illərdə süxurların süzülmə-həcm laboratoriya tədqiqatları litologiya, açıq məsaməlilik, keçiricilik və mineroloji sıxlığın müəyyənləşdirilməsi ilə məhdudlaşır, bu zaman kollektorların boşluq fəzası strukturunun xüsusiyyətləri nəzərə alınmır. Kollektorların həcm-süzülmə xüsusiyyətlərinin boşluq fəzası quruluşunun morfoloji xüsusiyyətlərin müəyyənləşdirilməsi ilə hərtərəfli öyrənilməsi zərurəti "Pridorojnoe" yatağı kerninin kompleks laboratoriya tədqiqatı prosesində yaranıb.
DOI: 10.5510/OGP20110300071
"Arman" yatağı məhsuldar çöküntülərinin quruluş xüsusiyyətləri
Hazırki məqalədə "Arman" neft-qaz yatağının məhsuldar qatının mürəkkəb blok quruluşu nəzərdən keçirilir. Yataq üzrə yeni məlumatlar müəllif tərəfindən icraçılarından biri olduğu Arman yatağının ilkin neft və qaz ehtiyatlarının yenidən hesablanması işində iştirak zamanı təhlil edilmişdir. Yura sistemi çöküntüləri orta triasın eroziya səthi üzərində yatırlar və orta yuranın bayos və bat mərtəbələri ilə təmsil olunmuşlar. Litoloji cəhətdən onlar qumlu-gilli süxurlardan ibarətdir. Qumdaşları boz, tünd boz, polimiktdirlər. Gillər bitki tullantıları daxil olmaqla tünd boz, slyudalı, alevritlidirlər. Məhsuldar qatın əsas hissəsi bu çöküntülərlə bağlıdır. Yura çöküntüləri paçkasının qalınlığı 490-520 m-dir.
DOI: 10.5510/OGP20110300072
Yeni quyular üzrə karotaj materiallarının interpretasiya xüsusiyyətləri
Bu məqalənin əsas nəzəri əhəmiyyəti kollektorların vəziyyəti və quyuların istismarı prosesində kollektorların məruz qaldığı dəyişikliklər haqqında etibarlı informasiya əldə edilməsi hesabına quyulardakı kollektorların filtrasiyahəcm xüsusiyyətlərinin (FHX) müəyyənləşdirilməsinin səhihliyini artırmağın zəruriliyindən ibarətdir. Son zamanlar Manqışlağın, demək olar ki, bütün yataqlarında hasil edilən məhsulun sulaşmasının artması qeyd olunur, bu da öz növbəsində petrofiziki parametrlərin – həcmi gillilik əmsalı, effektiv məsaməlilik, ilkin və cari neftlədoymanın – müəyyənləşdirilməsində səhihliyi azaldır.
DOI: 10.5510/OGP20110300073
Kür çökəkliyi Azərbaycanın kiçik ölçülü, mürəkkəb quruluşlu (qeyri-antiklinal) karbohıdrogen (KH) tələləri üçün axtarış-kəşfiyyat qazımasının qoyulması üçün ən perspektivli regionlardan biridir. Kür çökəkliyinin sahələri üzrə qazıma ilə öyrənilmiş məlumatların təhlili göstərdi ki, aşkar olunmuş KH yataqları əksər hallarda tektonikekranlaşmış tələlərlə özünü biruzə verir. Tektonik-ekranlaşmış tələlərin mürəkkəb quruluşu və kəskin litofasial dəyişkinliyi onların məqsədyönlü axtarışları üçün çətinliklər yaradır. Yuxarıda göstərilmiş tələlərə axtarış işlərinin əsaslandırılması üçün, tək seysmik məlumatlara görə müasir strukturun təhlili kifayət deyil. Paleotektonik tədqiqatların aparılması tələb olunur. Bu cür işlər seysmik kəşfiyyat nəticələrini tamamlayır, mürəkkəb quruluşlu tələlərin formalaşmasının mümkün sahələrini ayırmağa imkan verır. Regionun geoloji inkişafının xarakterinin təyin edilməsi, generasiya və miqrasiya şəraiti ilə müqayisəsi perspektiv sahələri ayırmağa, axtarış quyusunun qoyulması yerini konkretləşdirməyə imkan verir. Bununla əlaqədar olaraq, təklif olunan qazma ilə öyrənilməmiş və ya az öyrənilmiş sahələrdə axtarış quyularının yerləşdirilməsi sxemi axtarış işlərinin effektivliyini təmin edəcək.
DOI: 10.5510/OGP20110300074
E-mail: ali.suleymanov@socar.az
Fenomenoloji modellərin neft yataqlarının işlənməsi proseslərinin proqnozlaşdırılmasında tətbiqi
Məqalədə neftqazçıxarmanın modelləşdirilməsində ilkin məlumat kimi istifadə olunan informasiya massivinin dəqiq təyin olunması üçün əsas texnoloji göstəricilərin dinamik təhlilinin tətbiqi təklif olunur (entropiya, Cini əmsalı, korrelyasiya və fraktal təhlil və b.). Karbohidrogenlərin çıxarıla bilən həcmlərinin qiymətləndirilməsinin təklif olunan metodoloji əsasları neftin məsaməli mühitdən su ilə sıxışdırılması üzrə laboratoriya eksperimental tədqiqatlarının nəticələrinin və "Neft Daşları" yatağının işlənməsinin texnoloji
göstəricilərinin təhlilində tətbiq olunmuşdur.
DOI: 10.5510/OGP20110300076
Jetıbay qrupu trias çöküntülərinin peyk yataqlarının işlənmə xüsusiyyətləri
Jetıbay qrupunun tərkibinə 13 peyk yatağı daxildir. Bunlar - "Asar", "Cənubi Jetıbay", "Şərqi Jetıbay", "Burmaşa", "Bekturlı", "Ayrantıkar", "Pridorojnoe", "Alatubə", "Atambay-Sartubə", "Aşıağar", "Şimali Karagie", "Şimali Akkar" və "Oymaşa"-dır. Trias çöküntüləri ilə əlaqəli olan yataqlar bunlardır: "Pridorojnoe", "Alatubə", "Atambay-Sartubə", "Aşıağar", "Şimali Karagie" və "Şimali Akkar". Bu yataqlarda daha çox rast gələn problemlər aşağıdakılardır:
• laya və quyudibi zonaya təsir üsulları üzrə tədbirlərin yerinə yetirilməməsi (vurucu agent,
suvurmanın həcmi, yerinə yetirilmə müddəti);
• layihə neftvermə əmsalının azalması;
• iki və daha çox işlənmə obyektinin birləşdirilməsi;
• quyuların istismara daxil edilməsi və istismardan çıxması ardıcıllığının dəyişdirilməsi.
DOI: 10.5510/OGP20110300077
E-mail: связи: nugiev_m@kaznipi.kz
A. M. Qasımlı, Ə. Ə. Abduyev, S. C. Rzayeva, X. H. Hüseynova, Ə. Ə. Rza-zadə
("Neftqazelmitədqiqatlayihə" İnstitutu, "Bibiheybətneft" NQÇİ)
Bibiheybət yatağında mikrobioloji təsir üsulunun tətbiqi
Neftverimini artıran yüksək səmərəli metodlardan biri neft laylarına mikrobioloji üsulla təsiretmədir. Bu üsulun üstünlüyü onun ekoloji cəhətdən təhlükəsizliyi, kapital qoyuluşunun olmaması və istifadə olunan reagentlərin ucuzluğudur. O, lay mikroflorasının və eyni zamanda vurulan bioreagentlərin mikroorqanizmlərinin həyat fəaliyyətinin canlandırılmasına əsaslanır. ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə" İnstitutunda süd zərdabı, fəal lil, melas kimi kultural maye və onların kompozisiyalarına əsaslanan mikrobioloji təsir üsullarının bir neçə növü işlənilib və tətbiq olunur. Məqalədə "Bibiheybət" yatağının timsalında 2003-cü ildə başlayan və hazırkı zamanadək davam edən biokompozisiyaların vurulmasının nəticələri verilmişdir. Burada biotexnologiyanın keçirilməsi məqsədilə V və X lay dəstələrinə məxsus olan iki sahə seçilmişdir. Təsirin qiymətləndirilməsi məqsədilə neft və suyun dinamikalarından və hasiledici quyulardan götürülmüş nümunələrin fiziki-kimyəvi tədqiqinin müqayisələrindən istifadə olunmuşdur. "Bibiheybət" yatağının sahələrinin istismar göstəricilərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, bütün müddət ərzində laylara 810 ton kultural maye vurulmuş və metod hesabına 6331 ton neft hasil olunmuş, texnoloji səmərə 7.8 tona/ton təşkil etmişdir, yəni vurulan 1 ton bioreagent əvəzinə 7.8 dəfə artıq neft hasil olunmuşdur. Bu, prosesin uğurlu keçməsinə dəlalət edir. Tətbiq meyarlarına uyğun olaraq üsulun genişmiqyaslı tətbiqi tövsiyə olunur.
DOI: 10.5510/OGP20110300078
Qum təzahürünə nəzarətin həyata keçirilməsində intellektual quyuların rolu
İntellektual quyu texnologiyasından istifadənin aktuallığı əvvəllər yerli mətbuatda müzakirə edilmişdir. Azərbaycan üçün intellektual quyu konsepsiyası yeni deyil, lakin bu, yaxın vaxtlara qədər öz tətbiqini tapmamışdır. İntellektual quyuların tikintisi, əsasən, 90-cı illərin ortalarında imzalanmış əsrin müqaviləsi çərçivəsində beynəlxalq neft şirkətləri konsorsiumu tərəfindən işlədilən dəniz yataqlarında həyata keçirilir. Quyunun işinin və layın dinamik göstəricilərini ölçməyə, həmçinin onlayn rejimdə bir neçə kollektorun tamamlanması şəraitində işlənmə zamanı axının həcminə nəzarət etməyə imkan verən dərinlik ötürücüləri, klapanları və s. ilə təchiz edilmiş istənilən quyu intellektual quyu adlanır.
DOI: 10.5510/OGP20110300079
Rəqabətli sistemlərin qarşılıqlı təsirini nəzərə almaqla neftçıxarmada dinamik modelləşdirmə
İşdə neftçıxarma prosesini təsvir etmək üçün neft hasilatının, məhsulun sulaşmasının, həmçinin suvurma səviyyəsinin qarşılıqlı təsirini nəzərə alan dinamiki modelə baxılır. Dinamik modeldən istifadə olunmaqla, sistemin parametrlərinin sıçrayışlı dəyişməsi zamanı üzə çıxan təzahürlər tədqiq edilmişdir. Neftçıxarmanın əsas göstəricilərinin proqnozunda, neft-qaz yataqlarının işlənməsi prosesində səmərəliliyinin yüksəldilməsi üçün lay təzyiqinin saxlanması strategiyasının seçilməsində nəticələrindən istifadə edilə bilən təhlillər təqdim edilmişdir. Su və neft hasilatını təsvir edən təklif olunan riyazi modeldən istifadə etməklə "Forties" yatağının istismarının təhlili verilmişdir. Göstərilmişdir ki, təklif edilən model və hesabat metodikası keçid proseslərini qabaqcadan müəyyənləşdirmək və yataqların işlənməsi prosesini tənzimləmək üzrə vaxtlı qərarların qəbul edilməsi imkanını yaradır. Aparılan tədqiqatların nəticələri neftçıxarmanın əsas göstəricilərinin proqnozunda və neftqaz yataqlarının işlənməsi prosesinin səmərəliliyinin yüksəldilməsi üçün lay təzyiqinin saxlanması strategiyasının
seçilməsində istifadə oluna bilər.
DOI: 10.5510/OGP20110300080
Qərbi Qazaxıstan yataqlarının bəzi qeyri-nyuton neftlərinin reoloji xüsusiyyətləri
Hal-hazırda müəyyən edilmişdir ki, Qərbi Qazaxıstanın bir çox yataqlarının, tərkibində çox miqdarda yüksək molekullu birləşmələr olan neftləri, müəyyən temperatur intervalında geniş spektrdə qeyri-nyuton xüsusiyyətlərlə xarakterizə olunan mürəkkəb reoloji parametrlərə malikdirlər. Məhsuldar horizontlarının qeyri-qənaətbəxş kollektor xüsusiyyətləri ilə çətinləşən "Uzen" yatağını Qərbi Qazaxıstanın mürəkkəb reoloji xüsusiyyələrə malik daha səciyyəvi yataqlarına aid etmək olar.
DOI: 10.5510/OGP20110300081
Müxtəlif nüvələrə malik sürüncəkli mühitlərdə mayenin süzülməsinin riyazi modelləşdirilməsi
İşdə müxtəlif nüvələrə malik sürüncəkli mühitlərdə mayenin quyuya axını məsələsinin həllinə baxılmışdır. Alınmış həllər əsasında aparılmış ədədi hesabatların müqayisəli analizi ilə göstərilmişdir ki, hər bir konkret baxılan variantda sürüncəkliyi xarakterizə edən parametrlərin ədədi qiyməti eksperiment yolu ilə və yaxud tərs məsələlərin həlli ilə təyin edilməlidir.
DOI: 10.5510/OGP20110300082
E-mail: dzhalalovqarib@rambler.ru
Boru kəmərlərində az maye tərkibli xam qazın axınının yeni mexanistik modeli
Uzaq məsafəli dəniz boru kəmərlərində, az maye tərkibli xam qazın axını rejimlərinin nəzəri və təcrübi tədqiqatların nəticələrinin ümumiləşdirilməsi əsasında, axının əsas parametrlərinin təyin ediməsi metodikası işlənmişdir. Verilmiş metodika, Taytel – Dakler metodikasının təkmilləşdirilməsi və ondakı fazalar bölməsi səthində hidravlik müqavimət əmsalının nəzərə alınmasına əsaslanmışdır. Bundan başqa, nəzərdən keçirilən ikifazalı sistemlər üçün təbəqələnmiş dalğa rejiminin dispers və tıxac rejimlərinə keçid sərhədlərinin təyin edilməsi üçün kriteriyalar işlənmişdir. Təqdim edilən metodika layihələndirilən Ştokmanov QKY – sahil qaz boru kəməri nümunəsində təsdiq edilmişdir.
DOI: 10.5510/OGP20110300083
Azərbaycanda neft istehsalının hazırkı dövründə onun əsas həcminin çıxarılması üçün məhsuldar laylara müxtəlif qrup bakteriyalarla, sulfat ionları və üzvi maddələrlə zəngin olan Xəzər dəniz suyunun vurulması ilə əlaqədar olaraq neftqazmədən avadanlıqlarının mikrobioloji korroziya problemi kəskin şəkildə ortaya çıxır. Dəniz şəraitində istismarda olan neftqazmədən avadanlıqlarının korroziyadan və mikrobioloji yeyilmələrdən mühafizə olunması üçün quyulara bakterisid-inhibitor tipli reagentlərin vurulması üsulundan geniş istifadə edilir. Məqalədə katalitik krekinqin qazoyl fraksiyasının sulfolaşdırılmış və neytrallaşdırılmış məhsulunun laboratoriya və mədən şəraitində aparılan tədqiqatlarının nəticələri verilmişdir. SNQF reagenti poladın anod və katod reaksiyasını effektiv tormozlandıra bilən qarışıq xarakterli bakterisid-inhibitordur. Həmçinin SNQF
reagenti 7 gün sonraki təsir effektini göstərir. Mədən sınaqlarının nəticələri və bakterisid-inhibitorun xammalının asan əldə olunması SNQF-in geniş tətbiqə tövsiyə edilməsinə imkan verir.
DOI: 10.5510/OGP20110300084
E-mail: nazilya.gamidova@mail.ru
Üfüqi quyuların qazılmasında etibarlılığın yüksəldilməsi üçün Paradigm texnologiyaları
Məqalə, üfüqi tamamlanan maili istiqamətlənmiş quyuların geonaviqasiyası üçün Real Time Geosteering (RTG) texnologiyasına həsr olunub. Real Time Geosteering (RTG) texnologiyası Paradigm şirkətinin Geolog Geosteer proqram təminatında realizə edilib. Geolog Geosteer paketi Paradigm-in digər – Sysdrill (quyuların layihələndirilməsi paketi) və GOCAD (geoloji modelləşdirmə mühiti) kimi təminatlar ilə etibarlı inteqrasiya olunub. Məqalədə geonaviqasiya modelinin yaradılmasının əsas prinsipləri nəzərdən keçirilir. Geonaviqasiyanın real zaman rejimində praktiki tətbiqi nümunələri göstərilmişdir.
DOI: 10.5510/OGP20110300085
E-mail: Ekaterina.Izyumova@pdgm.com Artem.Fedoseev@pdgm.com
K.D.F.Xoninq, U.A.Daker (Melburn Universiteti)
Hidrofil hissəciklər üçün sürüşməsiz hidrodinamik sərhəd şərti
Biz, saxarozanın özlülü qatılaşdırılmış sulu məhlullarında (0.001 Pas < η < 0.090 Pas) hidrofil şüşə qabına tez zamanda yaxınlaşan və ya ondan uzaqlaşan (1 - 100 mkms-1) hamar hidrofil şüşə hissəciyinə təsir edən gücün ölçülməsi və şərhini veririk. Biz, belə qənaətə gəlirik ki, güc, hətta nisbi deformasiyanın 250000 s-1-ə qədər maksimal sürətlərdə belə sürüşmədən məhdud şərtlə Reynoldsun sürtülmə nəzəriyyəsi ilə dəqiq təsvir edilir. Xırda hissəciklərdə hidrodinamik güclərin daha erkən tədqiqatları ilə müqayisədə bölünmənin sönən dalğasının ölçülməsindən istifadə edərək qab - hissəciklərin tam bölünməsində qeyri-müəyyənliyi azaltmış oluruq.
DOI: 10.5510/OGP20110300086
E-mail: wducker@unimelb.edu.au