SOCAR Proceedings
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi Scopus, Rusiya Elmi Sitatgətirmə İndeksi və EI’s Compendex, Petroleum Abstracts (Tulsa), Chemical Abstracts, Inspec xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi Emerging Sources Citation Index daxil olunub.
Üfüqi quyuların qazılmasının idarə olunması üçün riyazi modelin təkmilləşdirilməsi
Məqalədə faktiki zenit bucağının yığılmasından asılı olaraq qazıma zamanı üfüqi quyuların trasının idarə olunması üçün alqoritmin təkmilləşdirilməsi göstərilmişdir. Bu alqoritmlər maili və üfüqi quyuların qazılmasının idarə olunması prosesində işlənmiş proqram təminatının əsasını təşkil edir. Bu idarəetmə parametrlərinin operativ seçilməsini təmin edəcək və faktiki qazılmış quyu trasını həmişə nəzarətdə saxlayacaqdır. Məqalədə göstərilir ki, proqram təminatının və alqoritmin tətbiqi nəticəsində qazıma vaxtının azaldılması və lülələrin görüşməməsi üçün korrektə olunmaya sərf olunan vaxta qənaət edilmişdir.
DOI: 10.5510/OGP20110400090
Neftin su ilə sıxışdırılması frontunun fraktal təhlili
Müntəzəm surətdə aparılan mədən ölçüləri əsasında neftin su ilə sıxışdırılması frontunun dəyişməsinin təhlili aparılmışdir. Frontunun dinamikasını təsvir edən parametrlər, o cümlədən: cərəyan və potensial funksiyaları, zaman ərzində dəyişən neft debiti, quyulardan hasil olunan və laya vurulan su həcmi, frontdan istismar quyularınadək əmələ gələn məsafənin təyini əsasında qurulan zaman sıralarının fraktal ölçüləri, hesablanmışdır. Hausdorf-Bezikoviç monofraktal ölçülərinin alınmasında boks-üsulundan, ümumiləşmiş Renyi fraktal ölçülərinin təyini isə - multifraktal fluktuasiya təhlili üsulundan istifadə edilmışdir. Alınan nəticələrin dinamikasının birgə təhlili sıxışdırma frontunun bir qərarda dəyişməsinin nəzarətdə saxlamaqla bərabər, su dilləri əmələ gəldikdə məqsədə uyğun olaraq onu təshih etmək imkanını verir.
DOI: 10.5510/OGP20110400091
E-mail: baghir.suleymanov@socar.az
Kollektor süxurlarının struktur xassələrindən, məsaməlilikdən, doyumluluqdan və effektiv təzyiqdən asılılığını
nəzərə alaraq nisbi faza keçiriciliklərinin təyininin analitik modeli alınmışdır. Bu model neft yataqlarının işlənməsi
zamanı nisbi faza keçiriciliklərinin dəyişməsinin qiymətləndirilməsinə imkan verir.
DOI: 10.5510/OGP20110400092
Mədən məlumatlarına görə deformasiyalı layların kollektor xüsusiyyətlərinin təyinetmə metodikası
Məqalədə quyunun mədən tədqiqatı məlumatlarına əsasən layın keçiriciliyinin təzyiqdən asılılıq xarakteristikası və onun başlanğıc qiymətinin təyini metodikası təklif olunur. Məsələ fazaların real xüsusiyyətlərini və fazalar arasında kütlə mübadiləsini nəzərə almaqla iki fazalı iki komponentli süzülmə prosesi üçün həll edilmişdir. Bu da alınan həllin qaz-kondensat və yüngül neft yataqlarına tətbiq edilməsinə imkan verir. Təklif olunan üsul analoji üsullardan daha az mədən ölçmələri tələb etməsi ilə fərqlənir.
DOI: 10.5510/OGP20110400093
Neft, qaz və qazkondensat yataqları mürəkkəb geoloji və iqlim şəraitində istismar olunurlar. Bunların əksəriyyəti işlənmənin son mərhələsindədir. Yenidən işlənən yataqların çoxu istismarın başlanğıcında mürəkkəbləşmələrlə xarakterizə olunur (məsələn, mənimsənilmə çətinlikləri və ya quyularda kəmərarxası axınların olması). Geoloji və iqlim səbəblərindən başqa, əksər vaxt quyuların qazılması və tamamlanması işlərinin keyfiyyətsiz aparılasını qeyd etmək olar ki, bunlarda öz növbəsində gələcəkdə istismar etibarlılığına və davamlılığına təsir edir. Təmir-bərpa işlərinin aparılması üçün vacib təbdirlər kompleksinin təyin edilməsi məqsədilə yaranan mürəkkəbləşmələrin vaxtlı-vaxtında diaqnostikası və quyuların işçi parametrlərinə elmi cəhətdən əsaslandırılmış nəzarət üsulların tətbiqi quyuların istismar etibarlılığının artırılmasında böyük əhəmiyyət kəsb edir.
DOI: 10.5510/OGP20110400094
Neftçıxarma prosesləri üçün kompleks inhibitorların tərkibində naftenatların tədqiqi
Məqalədə istismarın son mərhələsində olan obyektlərdə çoxfunksiyalı inhibitorların istifadəsinin məqsədəuyğunluğu əsaslandırılmışdır. BNEZ-də istehsal olunan naftenatların səthi-aktiv, islatma, emulsiya əmələ gətirmə və qoruma xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, spirtlərə naftenatların əlavə olunması zamanı tarazlıq hidrat əmələgəlmə temperaturu depressiyasının artması mümkündür. Müəyyən olunmuşdur ki, sulaşmış neftlərdə naftenatlar duz və parafin çökmələrindən qoruma təsiri göstərir, çıxarılan neftlərin özlülüyünü azaldır.
DOI: 10.5510/OGP20110400095
E-mail: minaxanim.mursalova@socar.az
Su-neft emulsiyalarının sulaşma dərəcəsinin axının hidravlik xarakteristikasına təsiri barədə
Məqalədə müəlliflər tərəfindən "Muradxanlı" yatağından götürülmüş müxtəlif dərəcədə sulaşmış neftlər əsasında hazırlanmış su-neft emulsiyalarının β sulaşma dərəcəsinin axının hidravlik xarakteristikasına təsiri öyrənilmişdir. Aparılmış qrafoanalitik tədqiqatlar əsasında müəyyən edilmişdir ki, sulaşma dərəcəsinin su-neft emulsiyalarının hidravlik xarakteristikasına təsiri böyükdür və su ilə doyma dərəcəsindən çox asılıdır. Nəqletmə xassələrinin tənzimlənməsi və nəql zamanı enerji xərclərinin azaldılması üçün bu amillərin nəzərə alınması vacibdir.
DOI: 10.5510/OGP20110400096
E-mail: gafar.ismayilov@socar.az
Müasir ekoloji təmiz yüksəkoktanlı avtomobil benzinlərinə olan tələblər
Avtomobil benzininin dünya üzrə istehsalında nəinki onların istismar, həmçinin ekoloji xarakteristikasının yaxşılaşmasına daimi meyl müşahidə edilir. Bununla yanaşı, nəinki beynəlxalq, eyni zamanda ölkə standartı da yaxşılaşır, onun tərkibində benzolun, aromatik və olefin karbohidrogenlərinin miqdarı nəzərə çarpacaq dərəcədə məhdudlaşır, detanasiya davamlılığına qoyulan təlabat artır. Azərbaycanda və digər MDB ölkələrində avrostandart üzrə avtobenzinə keçmək və etilləşdirilmiş benzinin buraxılışını dayandırmaq üzrə proqram qəbul olunub və reallaşdırılır. Bu proqramın əsas istiqamətini MDB-də benzin fondunun strukturunun dəyişdirilməsi təşkil edir ki, bu da onda yüksək oktan ədədli komponentlərin və oksigen saxlayan qatqıların artması ilə əlaqədardır. Ekoloji təlabatları təmin etmək üçün avrostandartın avtobenzinin tərkibində kükürd, benzol və olefin karbohidrogenlərinin miqdarını azaltması vacibdir. Bu isə reforminq və naftanın hidrotəmizlənməsi qurğularının təkmilləşdirilməsini və eyni zamanda onun xammalına qoyulan təlabatın azalmasını təmin edir. Avtobenzin həcminin avrostandart üzrə artırılması üçün MDB zavodlarında alkilləşmə və MTBE-nin istehsalı qurğularının tikilməsi və işə salınması vacibdir. Bundan əlavə avtobenzin istehsalına aşqar və qatqıların daxil edilməsini artırmaq mütləqdir.
DOI: 10.5510/OGP20110400097
E-mail: agashirin.quliyev@socar.az